Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Yüklə 287,85 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix30.12.2017
ölçüsü287,85 Kb.
#18687
1   2   3   4   5   6

14 mart  2015-ci il

http://www.amu.edu.az

3



Martın 12-də Azərbaycan Tibb 



Universitetinin Tədris Terapev-

tik Klinikasında Dünya Böyrək Gününə 

həsr olunmuş elmi-praktiki konfrans 

keçirilib. Tədbirdə respublikamızın di-

aliz mərkəzlərinin, həmçinin özəl dia-

liz mərkəzlərinin həkimləri, Mərkəzi 

Neftçilər Xəstəxanasının hemodializ və 

böyrəkköçürmə şöbəsinin əməkdaşları işti-

rak ediblər.

ATU-nun  Tədris  Terapevtik  Klinikası-

nın  direktoru, professor  Surxay  Musa-

yev  bildirib  ki,  ənənəvi  keçirilən  konf-

ransın  məqsədi  əsas  diqqəti  böyrək 

patologiyasına,  böyrək  xəstəsi  olan 

insanlara  yönəltməkdir: 

“Artıq  10­cu 

dəfədir  ki,  belə  bir  tədbir  keçirilir. 

Azərbaycan  hökuməti  bu  məsələni 

həmişə  diqqət  mərkəzində  saxlayır. 

2010­cu  il  noyabrın  26­da  Nazirlər 

Kabinetinin  sərəncamı  ilə  2011­2015­

ci illərdə xroniki böyrək çatışmazlığı 

üzrə tədbirlər proqramı təsdiqlənib”. 

Onun  sözlərinə  görə,  Azərbaycanda 

böyrək çatışmazlığından əziyyət çəkən 

xəstələrin sayı hər il artır: “Hər il dializ 

xəstələrinin  sayında  orta  hesabla  20-

25 faiz artım qeydə alınır. Bunu nəzərə 

alan  Azərbaycan  hökuməti  tərəfindən 

ölkədə  belə  xəstələrin  müalicəsi  üçün 

dializ  mərkəzləri  yaradılır.  Çünki  bu 

xəstəlikdən əziyyət çəkən xəstələrin öz 

hesablarına  uzun  müddət  dializ  qəbul 

etməsi  çətin  məsələdir.  Bu  səbəbdən 

Azərbaycan Tibb Universitetində də bu 

məsələyə ciddi diqqət yetirilir”.

S.Musayev qeyd edib ki, hazırda ATU-

nun Tədris Terapevtik Klinikasında Nef-

rologiya şöbəsi fəaliyyət göstərir: “Klini-

kanın bütün çarpayıları işləyir, xəstələri 

növbə ilə qəbul edirik. Bir klinika rəhbəri 

kimi bu hal məni razı salmalıdır. Amma 

bir  həkim,  bir  insan  kimi  əhalinin  belə 

xəstə  olması  məni  çox  narahat  edir. 

Amma xəstələr varsa, onların müalicəsi 

üçün belə mərkəzlər yaratmalıyıq”. 

Sonra 

akademik 



M.Cavadzadə 

adına  Respublika  Klinik  Uroloji 

Xəstəxanasının  hemodializ  şöbəsinin 

müdiri  Fariz  Babayev  “Azərbaycanda 

böyrək  əvəzedici  terapiyanın  2014-

cü  il  registri”  mövzusunda  məruzə 

ilə  çıxış  edib.  Onun  sözlərinə  görə, 

Azərbaycanda bu günə qədər müalicə 

olunan  2  635  dializ  xəstəsinin  356 

nəfərində Hepatit C, 152 nəfərində He-

patit  B,  49  nəfərində  isə  mix-infeksiya 

(HBV+HCV) aşkar olunub. 

Həkim bildirir ki, hemodializ müalicəsi 

qəbul  edən  xəstələr  müxtəlif  instru-

mental,  invaziv  müdaxilələrə  məruz 

qaldığından, onlar daha tez hepatit vi-

rusuna yoluxurlar.

Xəstəliyin  sıxlığına  gəlincə,  hazır-

da  Azərbaycanda  bir  milyon  əhaliyə 

450-550  böyrək  çatışmazlığından 

əziyyət  çəkən  xəstə  düşür.  Onlardan 

da  təxminən  255-270  nəfəri  hemo-

dializ  müalicəsinə  cəlb  olunur.  Onun 

sözlərinə görə, ən yüksək xəstə sıxlığı 

Gəncə,  Şəmkir,  Mingəçevir  və  Bərdə 

zonasında müşahidə olunur: 

“Həmin  ərazilərdə  bir  milyon  əhaliyə 

təxminən 253 xəstə düşür. Bu göstərici 

regionlarda  xəstəliyin  daha  çox  yayıl-

ması  deyil,  əksinə,  həmin  bölgələrdə 

insanların  sayının  daha  çox  olması  ilə 

bağlıdır”.

Son illər ərzində Bakıda və regionlar-

da 26 yeni dializ mərkəzinin istifadəyə 

verildiyini deyən şöbə müdiri vurğulayıb 

ki, bu il daha 3 yeni dializ şöbəsinin açıl-

ması planlaşdırılır: “Bu gün respublika-

da  486  dializ  aparatı  fəaliyyət  göstərir 

və hər bir aparat 3 növbəli iş rejimində 6 

xəstəyə xidmət edir. Ötən il ərzində 352 

416  hemodializ  seansı  aparılıb.  Onlar-

dan da 155 037-si Bakıda, 197 379 se-

ansı isə bölgələrdə həyata keçirilib”.

Şöbə  müdiri  qeyd  edib  ki,  2010-cu 

ildən  etibarən  Azərbaycanda  böyrək 

köçürmə  əməliyyatları  bərpa  olunub. 

Və bu günə qədər canlı donordan 197 

böyrək  transplantasiyası  əməliyyatı 

aparılıb:  “2014-cü  ildə  isə  68  belə 

əməliyyat həyata keçirilib. Bu gün res-

publikada 561 böyrək köçürülən xəstə 

dispanser qeydiyyatındadır”.

Daha  sonra  Səhiyyə  Nazirliyinin  Baş 

nefroloqu  Mehman  Ağayev,  ASHTİ-

nin  nefrologiya  kafedrasının  müdiri 

Fuad  Sərdarlı  və  digər  mütəxəssislər 

çıxış  ediblər.  Tədbirdə  “Hemodia-

liz  və  hemodiafiltrasiya  tətbiqinin 

əsas  xüsusiyyətləri”,  “”FSQS  komp-

leks 


müalicəsində 

plazmaferezin 

tətbiqi”,  “BXX  xəstələrində  virus 

hepatitləri”,  “Sidik  yollarının  infeksiya-

sının  müalicəsində  Selvirinin  tətbiqi”, 

“Xroniki 

böyrək 

çatışmazlığının 



kəskinləşməsində hemodializin tətbiqi” 

və  s.  mövzular  ətrafında  müzakirələr 

aparılıb.

Günel ASLANOVA

u

 



Azərbaycan Tibb Universitetinin (ATU) 

həkimləri Uludağda keçirilən 8-ci “Uludağ 

Dermotokosmetoloji Günləri”ndə iştirak ediblər.

Dermotokosmetoloji Dərnəyi və Uludağ Universi-

teti Tibb fakültəsinin dəri-zövrəvi xəstəliklər kafed-

rasının birgə təşkilatçılığı ilə baş tutan simpozium 4 

gün davam edib. Simpozium çərçivəsində keçirilən 

dəriyə qulluqla bağlı kurslara (gözaltı, üz, saç 

mezoterapiyası, üz pilinqi, piftinq və s.) ATU-nun 

dermatovenerologiya kafedrasının dosenti Elşad 

Novruzov və həmin kafedranın assisenti Maqsud 

Agazadə də qatılıblar. Onlar təşkilatçılar tərəfindən 

sertifikatla mükafatlandırılıblar.

ATU-nun həkimləri 8-ci 

«Uludağ Dermotokosmetoloji 

Günləri»ndə iştirak ediblər

Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Gəncə 



Pediatrlar 

Cəmiyyəti    “Tibbin  müa-

sir aspektləri” mövzüsünda el-

mi-praktik  konfrans  keçirmiş-

dir. Bu barədə məlumatı Gəncə 

Şəhər 

Səhiyyə 

İdarəsinin 

mətbuat xidməti yayıb. Verilən 

məlumata görə, tədbirdə qərb 

bölgəsinin  şəhər  və  rayonla-

rından 100-ə yaxın həkim- pe-

diatr və terapevt iştirak edib.

Tədbiri  giriş  sözü  ilə  Gəncə 

Şəhər  Səhiyyə  İdarəsinin  rəisi, 

tibb  elmləri  doktoru,  professor 

Əlikram  Məmmədov  açmış-

dır.  Qeyd  etmişdir  ki,  bu  gün 

Azərbaycanda  səhiyyənin  inki-

şafı, insanlarımızın sağlamlığına 

göstərilən  diqqət  və  qayğı  ölkə 

başçısı  cənab  İlham  Əliyevin 

gərgin  zəhmətinin  nəticəsidir. 

Belə  vacib  və  təbabətin  aktu-

al  problemlərinin  həllinə  həsr 

olunmuş elmi-praktik konfransın 

Gəncədə  təşkilində  göstərdiyi 

dəstəyə görə Gəncə Şəhər  İcra 

Hakimiyyətinin  başçısı  Elmar 

Vəliyevə minnətdarlığını bildirən 

professor Ə.Məmmədov qonaq-

lara  və  konfrans  iştirakçilarına 

müvəffəqiyyətlər arzulamışdır.

Şəhərin    “Ramada  Plaza” 

otelində    təşkil  olunan  konf-

ransda  Azərbaycan  Tibb  Uni-

versitetinin  uşaq  xəstəliklərinin 

proredevtikası 

kafedrasının 

müdiri,  tibb  elmləri  doktoru, 

professor  İbrahim  İsayev  və 

Akademik  C.Abdullayev  adı-

na  Elmi-Tədqiqat  Kardiologiya 

İnstitutunun  kardioloqu,  tibb 

elmləri  namizədi  Rafiq  Yusifli 

çıxışlar  etmişlər.  Professor  İb-

rahim  İsayev  “Kəskin  revmatik 

qızdırma:klinika, 

diaqnostika, 

müalicəsinə  dair  müasir 

yanaşmalar”  mövzusunda 

mühazirə  ilə  çıxış  etikdən 

sonra  yerli  həkimlərin  su-

allarını  cavablandırmışdır. 

Tibb  elmləri  namizədi  Ra-

fiq  Yusifli  isə  “Xroniki  ürək 

çatışmazlığı  və  arterial  hi-

pertoniyanın  müalicəsində 

aldosteron  antaqonistlərin 

istifadəsinə  müasir  baxış” 

mövzusunda 

mühazirə 

söylədikdən sonra birgə fi-

kir mübadiləsi aparılmışdır.

Sonra  Gəncə  Pediatrlar 

Cəmiyyətinin  sədri  Asif 

Məmmədov 

“Respirator 

distress  sindrom”  mövzu-

sunda çıxış etmiş və ümu-

mi diskussiya aparılmışdır.

Tədbirin  sonunda  profes-

sor 

Əlikram 


Məmmədov 

konfransın  təşkilində  göstər-

diyi  dəstəyə  görə  WORLD 

MEDICINE  şirkətinin  rəhbərliyi-

nə,  professor  İbrahim  İsayevə 

və  tibb  elmləri  namizədi  Rafiq 

Yusifliyə  minnətdarlığını  bidir-

miş  və  belə  tədbirlərin  davamlı 

olacağına 

ümid 


etdiyini 

söyləmişdir.



Hamlet QASIMOV,

“Xalq qəzeti”nin

bölgə müxbiri

Qərb bölgəsinin pediatrları Gəncədə


Yüklə 287,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə