Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib



Yüklə 287,85 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix30.12.2017
ölçüsü287,85 Kb.
#18687
1   2   3   4   5   6

http://www.amu.edu.az

14 mart  2015-ci il

4

 



Martın  5  –də    ATU-  nun    Tədris 

Terapevtik  Klinikasının Tibbi  Şurasının 

yığıncağı 

keçirildi. 

 

Yığıncağın  

gündəliyində    duran    məsələləri  diqqətə 

çardıran  klinikanın    direktoru,  ə.e.x. 

professor  Surxay Musayev  ay  ərzində 

klinikada  aparılan      müalicə    diaqnostik  

işlər  haqqında  məruzə etmək  üçün sözü   

klinikanın  baş  həkimi,    dosent    Ramin  

Bayramlıya  verdi. 

Baş həkim fevral ayı ərzində klinikada 

aparılan  bir sıra yenidənqurma işləri  və 

bir ay müddətində kilinikanın  müraciət 

edən  və  çıxan    xəstələrin  ümumi  sta-

tistikası haqqında  ətraflı məlumat ver-

di. O, məruzəsində bildirdi ki,  ötən illə 

müqayisədə , bu ay klinikaya müraciət 

edənlərin  sayında  nəzərə  çarpacaq 

dərəcədə    (13  %  )  artım  qeydə  alın-

mışdır.  Belə  ki,  klinika  üzrə  stasionar  

müalicə  almaq  üçün      574  xəstə  daxil 

olub,   559 xəstə  isə çıxıb. Martın 5 -nə 

olan məlumata görə,   klinika üzrə sta-

sionar  və gündüz  həftəlik  daxil olma 

və çıxma ümumilikdə  201 nəfər təşkil 

edib. 

Toplantıda qeyd  olundu ki, klinikada 



ay  ərzində  bir  sıra  yeniliklər  də  olub.  

Əvvəllər çox darısqal olan qəbul şöbəsi 

(təcili  yardım)  tamamilə  yenilənərək 

daha müasir bir vəziyyətə gətirilmişdir. 

İndi burada eyni vaxtda  üç  xəstəni ra-

hat  şəraitdə  qəbul  etmək  mümkündür. 

Bundan başqa  klinikada  fevral  ayın-

da ayrıca  uşaq reanimasiyası  bölməsi 

də    yenidən  qurulmuş,  fəaliyyəti 

gücləndirilmişdir. 

Hesabat ayı ərzində  klinikada keçirilən 

tədbirlər  haqqında  da  toplantı  iştirak-

çılarına məlumat verən natiq vurğuladı 

ki,  fevralın  13-  də  klinikamızda  “Auto-

immun xəstəliklərin laborator diaqnosti-

kası” mövzusunda elmi-praktik seminar 

keçirilmişdir  ki,  burada  da  universitet 

əməkdaşları  ilə  birgə  respublikamızın  

digər  müalicə  müəssisələrində  çalışan 

mütəxəssislər  də    qatılmışdır.  Bundan 

başqa fevralın  25 –də klinikanın konf-

rans  zalında  xalqımızın  qan  yaddaşı 

olan  Xocalı  soyqrmının  23  –cü  ildönü-

mü  ilə  əlaqədar  böyük  anım  mərasimi 

keçirilmişdir.  Universitet rəhbərliyinin və 

tibb ictimaiyyətinin  iştirak etdiyi  toplan-

tıda  erməni qəsbkarlarının  millətimizin 

başına gətirdiyi facıələr bir daha  qeyd 

olunmuşdur.

Sonra  klinikanın  baş  tibb  bacı-

sı    Zərgül  Qasımova    “Tibb  bacıları 

məktəbi” nin 2014-2015- cı tədris ilində 

göstərdiyi  fəaliyyəti  haqqında    məruzə 

ilə çıxış etmişdir. 

Çıxışlarda 

səslənən 

fikirlərə 

münasibətini bildirən  klinikanın direkto-

ru , professor Surxay Musayev son vaxt-

lar klinikada aparılan bir sıra  yeniliklər, 

şöbələrdə  yaradılan  maksimum  şərait, 

mütərəqqi  üsullar,  alınan  yeni  avadan-

lıqlar  və  onlardan  istifadə  qaydaları  

barədə  ətraflı söhbət açdı,  görüləcək 

cari məsələlər haqqında toplantı iştirak-

çılarına  məlumat  verdi.  Professor    S. 

Musayev   əldə olunan bu nailliyyətlərin 

qazanılmasında    universitetimizin  rek-

toru,  millət  vəkili,  akademik    Əhliman 

Əmiraslanovun  diqqət və qayğısından 

bəhs etdi.   

O,  çıxışının  sonunda  klinikada  ça-

lışan  bütün  qadın  əməkdaşları  qarşı-

dan  gələn  Beynəlxalq  Qadınlar  Günü 

münasibətilə  təbrik  etdi,  onların  hər 

birinə rəhbərlik adından ailə səadəti və 

işlərində  yeni-  yeni  müvəffəqiyyətlərlər 

arzuladı. 



MƏNSUR

u  Professor-müəllim,  köməkçi  və 



tələbə  heyətinin  təbii  və  texnogen 

xarakterli 

fövqəladə 

hallardan 

qorunması, fövqəladə halların qarşısının 

alınması  və  insanların  bu  sahədə 

xəbərdar 

və 

təlimatlı 

olmasında 

səmərəliliyin  artırılması  məqsədi  ilə 

11  mart  2015-ci  ildə  universitetimizin 

rəhbər  heyətinin  Mülki  Müdafiə  Məşqi 

keçirilmişdir.

Universitetin İnzibati binasında reallaşan 

tədbir  hörmətli  rektorumuz–obyektin 

Mülki Müdafiə rəhbəri, akademik Əhliman 

Əmiraslanovun  göstəriş  və  tövsiyələrinə 

əsasən  universitetin  Mülki  Müdafiə 

Qərargah  rəisi  Firdovsi  Məmmədov 

tərəfindən hazırlanmışdır.

Tədbirə  universitetin  Rəhbər  heyəti–

prorektorlar, fakültə dekanları, Fövqəladə 

Hallar Komissiyasının sədri və üzvləri, MM 

Qərargah  üzvləri  və  Hərbiləşdirilməmiş 

MM  qüvvələrinin  komandir–rəis  heyəti 

cəlb olunmuşdur.

Məşqə 

rəhbərliyi 



obyekt  MM  rəhbərinin 

I  müavini,  tədris  işləri 

üzrə  prorektor  Sabir 

Əliyev etmişdir.

Məşqin 

mövzusu 


“Fövqəladə  hadisələrin 

nəticələrinin 

aradan 

qaldırılması 



zamanı 

mülki  müdafiə  orqan 

və  qüvvələrinin  idarə 

edilməsinin 

təşkili” 

olmuşdur.

Rəhbər  heyətin  MM  məşqi  “Plana 

əsasən” 11.03.2015-ci ildə saat 09:00-da 

başlamış və 17:00-da bitmişdir.

Tədbirin  keçirilmə  vaxtı  iş  xəritəsinə 

uyğun  olaraq,  “şərti”  baş  vermiş  zəlzələ 

nəticəsində  inzibati  binada  “dağıntı” 

və  “yanğın”,  2  saylı  tədris  binasında 

“partlayiş-yanğın”  hadisələri  baş  vermiş, 

xəsarət alanlar olmuşdur.

Mühəndis  kəşfiyyat  manqası  hadisələri 

qiymətləndirmiş  və  xilasedicilər  xəsarət 

alanları şərti tibb məntəqəsinə çatdırmışlar. 

Şərti 

«yanğınlar» 



öz 

qüvvəmizlə 

söndürülmüşdür.  Qəza–bərpa  dəstəsi 

«dağıntı  və  yanğınlar»ın  nəticələrinin 

aradan qaldırılmasına başlamışdır.

Məşqin 


nəticələri 

araşdırılaraq 

bildirilmişdir  ki,  iştirakçıların  fəaliyyətini 

qənaətbəxş qiymətləndirmək olar.



«TƏBİB»

u  Hər  il  olduğu  kimi  fevralın  27-



də Mülki Müdafiə gününə həsr olunmuş 

tədbir keçirilmişdir.

Bu  il  növbəti  dəfə  keçilən 



1  mart 

–  Ümumdünya  Mülki  Müdafiə 

Gününün 

mövzusu  «Radiasiya  və 

kimyəvi  qəzalar  zamanı  mühafizə» 

seçilmişdir.

Tədbir iştirakçıları  ilk öncə Xocalı soy-

qırı mı qurbanlarının xatirəsini 1 dəqiqəlik 

sükutla andılar.

Sonra MMTX təşkili kursunun müdiri – 

hərbiləşdirilmiş MM qüvvələrinin ümumi 

komandiri Aqil Musayev çıxış edərək 

“1 mart – Ümumdünya Mülki Müdafiə 

Günüdür”, “Radiasiya və kimyəvi qəzalar 

zamanı mühafizə” mövzusunda məruzə 

etmişdir. Məruzəçinin çıxışında Beynəlxalq 

Mülki Müdafiə Təşkilatının yaranma 

tarixi və fəaliyyəti istiqamətləri, 1 mart– 

Ümumdünya Mülki Müdafiə Günü və onun 

qeyd edilməsinin məqsədi, Azərbaycan 

Respublikasının Beynəlxalq Mülki 

Müdafiə Təşkilatına üzvlüyü, Azərbaycan 

Respublikasının Mülki Müdafiə sistemi, 

eləcə də mülki müdafiə təbliğatı və əhalinin 

fəlakət riskinin qarşısının alınmasına 

necə hazırlanması barədə ətraflı məlumat 

verilmişdir.

BMT-nin Baş Məçlisinin qərarı ilə 1972-ci 

ildən etibarən hər il 1 Mart bütün ölkələrdə  

Ümümdünya  Mülki  Müdafiə  günü  kimi 

qeyd  olunduğu  diqqətə  çatdırılmışdır. 

Qeyd edilmişdir ki, Ulu öndərimiz Heydər 

Əliyev  hakimiyyətə  qayıtdıqdan  sonra 

onun  təşəbbüsü  ilə  1993-cü  ilin  oktyabr 

ayından 

Azərbaycan 

Respublikası 

Beynəlxalq  Mülki  Müdafiə  Təşkilatının 

üzvlüyünə  qəbul  olunmuş  və  onun 

keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. 

Bu  sahədə  dövlətin  siyasətini  Fövqəladə 

Hallar  Nazirliyi  layiqincə  həyata  keçirir. 

Müasir  dövrümüzdə  radiasiya  və  kimyəvi 

qəzalar zamanı insanların və ətraf mühitin 

mühafizəsi olduqca zəruridir. 

 

   Qabil



1 MART ÜMUMDÜNYA MÜDAFİƏ GÜNÜDÜR

MÜLKİ MÜDAFİƏ MƏŞQİNİN 

NƏTİCƏLƏRİ ARAŞDIRILMIŞDIR

MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Tədris Terapevtik Klinikanın Tibbi 

Şurasının yığıncağı keçirilib


Yüklə 287,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə