Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə14/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   10   11   12   13   14   15   16   17   ...   206

30 

 

Ağsal  or.,  mür.  1.  ġərur  r-nunun  Ģm.-Ģ.-ində  dağ.  Hün.  1924  m.;  2. 

Culfa r-nunun Ərəfsə kəndi yaxınlığında qayalıq dərə. Oronim ağ (rəng) və sal 

hamar daĢ, qaya) sözlərindən düzəlib, "ağ rəngli hamar daĢ" deməkdir. 



Ağsal  hidr.,  sadə.  Culfa  r-nunun  Ərəfsə  kəndi  yaxınlığında,  Ağsal 

dərəsində mineral bulaq. Adını eyniadlı dərədən almıĢdır. Suyu soyuq, qoxusuz 

və azacıq turĢdur. 

Ağstafa hidr., mür. Ermənistanda və Azərb.-nın Qazax r-nu ərazisində 

çay.  Kürün  sağ  qoludur.  Pəmbək  silsiləsindən  (Ermənistan)  3000  m. 

hündürlükdən  baĢlanır.  Üstündə  eyniadlı  su  anbarı  və  su  qovĢağı  var. 

Ermənistanda Aqstev adlanır. XII əsr erməni mənbələrində Axstev kimi təqdim 

edilir. Ağstafa variantında ilk defə XIV əsrdə Həmdullah Qəzvininin əsərlərində 

iĢlənmiĢdir.  Xalq  arasında  hidronim  "oğuz  təpəsi",  "oğuz  tayfası"  kimi 

yozumlanır. Hidronim ağsu (Ģirin su, içməyə yararlı su) ve tafa (qaval, zınqırov; 

səs-küylü) sözlərindən düzəlib, "səs-küylü çay" deməkdir. 



Ağstafa  oyk.,  sadə.  1.  Azərb.-da  inzibati  r-n.  Müxtəlif  illərdə  gah 

müstəqil  r-n,  gah  da  Qazax  r-nunun  tərkibində  ayrıca  Ģəhər  kimi  fəaliyyət 

göstərmiĢdir.  Mərkəzi  Ağstafa  Ģəhəridir.  Gəncə-Qazax  düzənliyindədir;  2. 

Azərb.-da  Ģəhər,  eyniadlı  r-nun  mərkəzi.  Adını  ərazidən  axan  eyniadlı  çaydan 

almıĢdır.  XIX  əsrin  sonlarına  qədər  burada  Ġtibulaq  ("sürətlə  axan  bulaq" 

mənasında) adlanan karvansara olmuĢdur. 



Ağsu hid., mür. 1. Əsasən  Ağsu və  Kürdəmir r-nları ərazisindən axan 

çay.  Niyaldağ  silsiləsində  Sarıbulaq  dağından  2110  m.  hündürlükdən  baĢlanır, 

kanalla  Kür  çayına  tökülür.  Əsas  qolu  Sulut  çayıdır.  ġirvan  düzündə  Ağsudan 

suvarmada  geniĢ  istifadə  edilir.  Suyunun  bir  hissəsi  CavanĢir  su  anbarına 

axıdılır.  Yuxarı  axarında  Sulut  adlanır.  XIII  əsrə  aid  mənbələrdə  Çaqanmuren 

(monq. "ağ su") kimi adı çəkilir; 2. Qax r-nu ərazisində çay. Qurmux (Kürmük) 

çayını  əmələ  gətirən  qollardan  biridir;  3.  Laçın  I  r-nunda  çay.  Həkəri  (Əkərə) 

çayının  sağ  qoludur.  Qarabağ  silsiləsindən  baĢlanır;  4.  Xanlar  r-nunda  çay. 

Kürək  (Kür  hövzəsi)  çayının  sağ  qoludur.  Kəpəz  dağının  yamacından  2180  m. 

hündürlükdən  baĢlanır.  Göy-gölə  tökülür  və  ondan  axır.  1139-cu  ildə  zəlzələ 

zamanı  Kəpəz  dağının  bir  hissəsi  uçaraq  çayın  qarĢısını  kəsmiĢ,  nəticədə 

Göygöl,  Maralgöl,  Zəligöl  və  bir  neçə  kiçik  gölün  əmələ  gəlməsinə  səbəb 

olmuĢdur.  Çayın  Göygölə  qədər  olan  hissəsi  Yuxarı  Ağsu,  göldən  baĢlanan 

hissəsi  isə  AĢağı  Ağsu  adlanır.  Ağsudan  Gəncəyə  su  kəməri  çəkilmiĢdir. 

Hidronim  ağ  (içməyə  yararlı,  Ģirin;  axar,  çağlayan,  coĢan)  və  su  (çay,  axar  su) 

sözlərindən düzəlib. Türkdilli xalqların toponimiyasında geniĢ yayılmıĢdır: Ağsu 

(Ermənistan),  Aqsu  (Əfqanıstan),  Aksu-Sarıçay  çayının  (Qazaxıstan  və  Çin) 

aĢağı  axınında  adı,  Aksuu  (Qırğızıstan),  Aksuat  (Qazaxıstan),  Ağsu  (Dağıstan) 

və s. 

Ağsu oyk, sadə. l.Azərb.-da inzibati r-n. 1943-cü ildə təĢkil edilmiĢdir. 

1963-cü  ildə  ləğv  edilib  Kürdəmir  r-nuna  verilmiĢ,  1965-ci  ildə  yenidən 




31 

 

müstəqil r-n olmuĢdur. Mərkəzi Ağsu Ģəhəridir. Adını ərazidəki eyniadlı çaydan 



almıĢdır;  2.  Azərb.-da  Ģəhər.  Ağsu  r-nunun  mərkəzi  -  Ağsu  çayının  hər  iki 

sahilində, ġirvan düzünün Ģm.-Ģ. qurtaracağında, Hinqar silsiləsinin ətəyindədir. 

YaĢayıĢ  məntəqəsi  kimi  XV  əsrdən  məlumdur.  ġəhərin  4-5  km.-ində  "Xaraba 

Ģəhər"  adlanan  orta  əsr  Ģəhəri  Ağsu  və  ya  Yeni  ġamaxının  qalıqları  var.  Adını 

ərazidəki eyni-adlı çaydan almıĢdır. 

Ağsu  aĢırımı  or.,  mür.  Azərb.-da  Ağsu  və  ġamaxı  r-nları  arasında, 

Ləngəbiz silsiləsində aĢırım. AĢırımdan Ģose yolu keçir. Oronim Ağsu (çay adı), 



aşırım  (dağ  silsiləsində  ən  alçaq  yer)  sözlərindən  və  -ı  mənsub.Ģək.-sindən 

ibarətdir. Adını ərazidəki eyniadlı Ģəhərdən almıĢdır. 



Ağsuçay  dərəsi  or.,  mür.  Qax  r-nunun  Ağçay  kəndi  ərazisində  dərə. 

Oronim  Ağsu  (r-nun  ərazisindəki  çayın  adı),  çay  (axar  su),  dəra  (mənfi  relyef 

forması) sözlərindən və -(s)i  mənsub.Ģək.-sindən düzəlib, "Ağsu çayının axdığı 

dərə" mənasındadır. 



Ağsu  təpəsi  or.,  mür.  Laçın  r-nunun  Budaqdərə  kəndi  ərazisində 

yüksəklik. Təpə adını r-nun ərazisindəki eyniadlı çaydan almıĢdır. 



Ağtala  oyk,  mür.  Xaçmaz  r-nunun  Nərəcan  i.ə.v.-də  kənd.  Samur-

Dəvəçi  ovalığındadır.  1840-cı  ildə  adı  dəyiĢdirilərək  Rodnikovka  (bulaqlı  yer) 

adlandırılmasına  baxmayaraq,  1933-cü  ildə  Ağtala  Ģəklində  qeydə  alınmıĢdır. 

Oykonim ağ (kiçik) və tala (ətrafa nisbətən fərqlənən sahə) sözlərindən düzəlib, 

"kiçik  sahə"  deməkdir.  Gürcüstan  və  Ermənistan  ərazisində  Axtala  kənd  adları 

olmuĢdur. 



Ağtala or., mür. Qax r-nunun QoĢaqovaq kəndi ərazisində düz. Oronim 

ağ (kiçik) və tala sözlərindən düzəlib, "kiçik tala" deməkdir. 

Ağtəpə  or.,  mür.  1.  Qazax  r-nunda,  Kürün  sağ  sahilində,  Həsənsu 

çayının  mənsəbi  yaxınlığında dağ. Hün. 307  m.; 2. Qobustanda Ceyrankeçməz 

çayının  sağ  sahilində  dağ.  Hün.  253  m.;  3.  Gəncə  Ģəhərindən  c.-Ģ.-də,  Gəncə 

çayının  sağ  sahilində  dağ.  Hün.  582  m.;  4.  Gəncə  Ģəhər  i.ə.v.-də  QocaĢen 

silsiləsinin c.-q.-ində ucqar zirvə. Hün. 375 m.; 5. Lerik r-nunun Ordahal kəndi 

ərazisində  dağ.  AbĢeron,  Qusar,  Zəngilan,  Gədəbəy,  Göyçay,  Naxçıvan, 

Kəlbəcər,  Cəbrayıl,  ġəmkir,  Xanlar  r-nları  ərazisində  də  eyniadlı  yüksəkliklər 

qeydə  alınmıĢdır.  Oronim  ağ  (kiçik;  rəng)  və  təpə  (müsbət  relyef  forması) 

sözlərindən düzəlib, "kiçik təpə" və ya "ağımtıl rəngli təpə" deməkdir. 

Ağtəpə  oyk.,  sadə.  Cəbrayıl  r-nunun  MinbaĢılı  i.ə.v.-də  kənd. 

Düzənlikdədir.  YaĢayıĢ  məntəqəsi  XX  əsrin  30-cu  illərində  DaĢ  Veysəlli 

kəndindən  ayrılmıĢ  bir  qrup  ailə  tərəfindən  Ağtəpə  adlanan  yerin  yaxınlığında 

salınmıĢdır.  Adını  ərazidəki  eyni-adlı  dağdan  almıĢdır.  Ġran  (Ağtəpə),  Sibir 

(Aktöbe),  Əfqanıstan  (Aqtəpə,  Aqtubə),  Özbəkistan  (Oktepa),  Türkmənistan 

(Aqdepe),  Tatarıstan  (Aktübe)  toponimiyasında  da  eyniadlı  oykonimlər  qeydə 

alınmıĢdır. 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə