Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə206/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   198   199   200   201   202   203   204   205   206

422 

 

Kürdəmir hidr., sadə. Girdiman çayından Kürdəmir Ģəhərinə çəkilmiĢ 

arxın adıdır. Arx eyniadlı Ģəhərin adını daĢıyır. 

KürdəmiĢ  oyk.,  mür.  Göyçay  r-nunun  Qızılağac  i.ə.v.-də  kənd. 

Düzənlikdədir. Oykonim kür (çay, su) və dəmi/demi (dəmyə, su çıxmayan yer) 

sözlərindən,  -ş  (burada  Ģiddətləndirmə  bildirir)  Ģək.-sindən  ibarət  olub, 

"tamamilə su çıxmayan yer, dəmyə, əkilməyən sahə" mənasındadır. 1917-ci və 

1933-cü  illərdə  ġamaxı  r-nu  ərazisində  də  eyniadlı  kənd  qeydə  alınmıĢdır. 

Oronim keçən əsrdə Kürdəmiç, Kürdəmic variantlarında iĢlənmiĢdir. 



Kürddərəsi hidr., sadə. Gədəbəy r-nu ərazisində çay. ġamxor çayının 

yuxarı  hövzəsindədir.  AraĢdırmalara  görə,  çay  baĢlanğıcını  ġahdağ  silsiləsinin 

yamacındakı Qurddərəsi deyilən yerdən aldığı üçün həmin dərənin adını daĢıyır. 

Oronim təhrif olunaraq hidronimə keçmiĢdir. 



Kürdəsər  oyk,  mür.  Lerik  r-nunun  Nüvədi  i.ə.v.-də  kənd.  Dağlıq 

ərazidədir.  Kəndin  əhalisi  talıĢ  dilində  danıĢan  kürdlərdən  ibarətdir.  Bu  fakta 

istinad edən tədqiqatçılar oykonimi "kürdlər yaĢayan yüksəklik, təpə" kimi izah 

edirlər.  Yerli  əhali  kəndin  adını  Qurdəsə  kimi  tələffüz  edir  və  oykonimi  "qurd 

kəndi"  mənasında  izah  edir.  BaĢqa  bir  ehtimala  görə  isə,  kəndin  adı  talıĢ 

dilindəki  kirdə  (Azərb.  dilində  girdə,  yumru,  dəyirmi)  və  sər  (baĢ)  sözlərindən 

ibarət olub, "dəyirmi baĢlı" mənasındadır. Kəndin coğrafi mövqeyini əks etdirir. 

Kürdhacı  oyk,  sadə.  Laçın  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Kürdhacı 

çayının  sahilində,  Qarabağ  silsiləsinin  yamacındadır.  KeçmiĢ  adı  QasımuĢağı 

olmuĢdur. Oykonim yerli əhalinin dilində Qurdqajı kimi tələffüz edilir və "qurd 

aĢırımı"  Ģəklində  izah  olunur.  Kəndin  adının  belə  dəyiĢməsi  rus  dilində  olan 

ədəbiyyatdan uğursuz tərcümənin nəticəsidir. 

Kürdhacı hidr., sadd. Laçın r-nu ərazisində çay. Çay adını ərazisindən 

axdığı Kürdhacı kəndindən almıĢdır. 



Kürdili or., mür. Xəzər dənizi ilə Qızılağac körfəzi arasında yarımada. 

Oronim  Kür  çayının  adından  və  coğrafi  termin  olan  dil  (dəniz,  göl  və  çayların 

sahil  zonasında  qum  və  çınqıllardan  ibarət  alçaq,  hamar  səthli  uzunsov  quru 

zolağı) sözlərindən ibarətdir. 



Kürdili  oyk.,  sadə.  Neftçala  r-nunun  ġirvanlı  i.ə.v.-də  kənd.  Xəzər 

dənizi sahilindədir. Kənd Kürdili yarımadasının adı ilə adlanmıĢdır. 



Kürdkənd  or.,  mür.  ġərur  r-nunun  ġəhriyar  i.ə.v.-də  kənd. 

Düzənlikdədir. Oykonim kürd (etn.) və kənd sözlərinin birləĢməsindən düzəlib, 

"kürdlərin  kəndi"  mənasındadır.  1933-cü  ildə  Kürtkənd  variantında  qeydə 

alınmıĢdır. 2003-cü ildən kəndin adı Kürkənd kimi rəsmiləĢdirilmiĢdir. 



Kürdqobu  hidr.,  mür.  Ağsu  və  Kürdəmir  r-nları  ərazisində  çay. 

Girdiman  çayından  ayrılıb  bilavasitə  Qarasuya  tökülür.  Tədqiqatçılara  görə, 

hidronim  Qurdqobu  (canavar  dərəsi)  adından  təhrifdir.  Hidronimin  kürd  etn.-

indən və qobu (kiçik dərə, yarğan, çay dərəsi, dərin arx və s.) sözündən düzəlib, 

"kürdlərə məxsus çay dərəsi" mənasında olması da ehtimal edilir. 



423 

 

Kürdlər  oyk.,  sadə.  1.  Ağcabədi  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər 

tirəsinin məskunlaĢması nəticəsində yaranmıĢdır; 2. Ağdam r-nunun Əlimədədli 

i.ə.v.-də  kənd.  Dağətəyi  ərazidədir.  Yerli  əhalinin  məlumatına  görə,  vaxtilə 

kürddilli 

ailələrin  məskunlaĢması  nəticəsində  yarandığına  görə  belə 

adlandırılmıĢdır;  3.  Cəbrayıl  r-nunun  Sirik  i.ə.v.-də  kənd.  Qarabağ  silsiləsinin 

ətəyindədir.  Yerli  əhalinin  məlumatına  görə,  keçmiĢ  adı  Hacıisaqlı  olmuĢdur. 

Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı Ģotlanlı kürd tayfasına məxsus qıĢlaq 

yeri  (Kürdlər  qıĢlağı  adlanırdı)  olmuĢdur.  Sonralar  burada  salınmıĢ  yaĢayıĢ 

məntəqəsi  köhnə  qıĢlağın  adı  ilə  tanınmıĢdır.  Əslində  isə  kənd  sakinlərinin 

kürdlərlə  heç  bir  etnik  əlaqəsi  yoxdur.  1922-ci  ildə  çap  edilmiĢ  yaĢayıĢ 

məntəqələrinin  siyahısında  da  kəndin  adı  Hacıisaqlı  kimi  qeydə  alınmıĢdır;  4. 

Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar silsiləsinin Ģm.-Ģ. ətəyindədir. 

YaĢayıĢ  məntəqəsi  XIX  əsrin  ortalarında  panavand  tayfasının  kürdlər  tirəsinin 

oturaqlaĢması nəticəsində  yaranmıĢdır; 5. Füzuli r-nunun-Əbdürrəhmanlı i.ə.v.-

də  kənd.  Düzənlikdədir.  Mehdibəy  Kürdü  də  adlanır.  YaĢayıĢ  məntəqəsi 

Mehdibəy  adlı  Ģəxsə  məxsus  kürd  ailələrinin  məskunlaĢması  nəticəsində 

yaranmıĢ və məskunlaĢan ailələrin ümumi adını qəbul etmiĢdir. Etnotoponimdir. 



Kürdmahmudlu  oyk.,  sadə.  ĠmiĢli  r-nunun  Xəlfəli  i.ə.v.-də  kənd. 

Düzənlikdədir.  YaĢayıĢ  məntəqəsi  kürdmahmudlu  tayfasının  burada 

məskunlaĢması nəticəsində yaranmıĢdır. Kənd bu tayfanın adını daĢıyır. 

KürdmaĢı  oyk.,  sadə.  Ġsmayıllı  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Dəvəbalan  çayının  sahilində,  dağətəyi  ərazidədir.  XIX  əsrdə  kəndin  adı  rusca 

KurtmaĢı  variantında  qeydə  alınmıĢdır.  Tədqiqatçılara  görə,  oykonim  Qurd 

ləqəbli  Maşı  adlı  Ģəxsin  adından  yaranmıĢdır.  Oykonimin  bitki  adından 

yarandığını da güman etmək olar. 

KürdĢaban  oyk.,  sadə.  Göyçay  r-nunun  Məlikkənd  i.ə.v.-də  kənd. 

ġirvan  düzündədir.  Oykonim  kürd  (etn.)  və  Şaban  (Ģ.a.)  sözlərinin 

birləĢməsindən  əmələ  gəlmiĢdir.  YaĢayıĢ  məntəqəsi  ilk  dəfə  orada  məskən 

salmıĢ Kürd Şabanın nəslinin adını daĢıyır. 



Kürdüvan oyk., düz. Ġsmayıllı r-nunun Basqal i.ə.v.-də kənd. Niyaldağ 

silsiləsinin  ətəyindədir.  Oykonim  kürd  (etn.)  və  -van  (məkan  bildirən  Ģək.) 

komponentlərindən  düzəlib,  "kürdlər  olan  yer"  mənasındadır.  1917-ci  ildə 

kəndin  adı  Kürdivan  variantında  qeydə  alınmıĢdır.  Oykonimin  kür  (çay,  su) 

sözündən və divan/duvan türkdilli tayfa adından yaranması da mümkündür. 

Kürdyurd  or.,  mür.  Goranboy  r-nu  ərazisində  dağ.  Goran  və  Buzluq 

çayları  arasında  yerləĢir.  Hün.  2190  m.  Oronim  kürd  (etn.)  və  yurd  (məskən) 

komponentlərindən düzəlib. Görünür, dağın ərazisi maldar kürdlərin yaylaq yeri 

olduğundan belə adlandırılmıĢdır. 



Kürəkçay  hidr.,  mür.  Xanlar,  Yevlax  və  Goranboy  r-nları  ərazisində 

çay.  Kürün  sağ  qoludur.  Mənbəyini  Murovdağ  silsiləsinin  Ģm.  yamacından 




424 

 

(3100  m.  yüksəklikdən) alır. Ən böyük qolları sağdan  Ağsu, Sarısu, Buzluq  və 



ya Balakürək çayları, soldan isə Azad və Korçaydır. Çaykənd kəndindən aĢağıda 

suvarma  üçün  istifadə  edilir.  Çayın  üstündə  kiçik  SES  tikilmiĢdir.  Hidronim 

mənbələrdə  XIV  əsrdən  məlumdur.  Tədqiqatçılara  görə,  çayın  adı  qəd.  türk 

dillərindəki kürək/kükrək (qaçan, sürətlə axan; yuyub aparan) sözü ilə bağlı olub, 

"sürətli çay, iti axan çay" mənasındadır. 

Kürəkçay  oyk,  mür.  Goranboy  r-nunun  Goranlı  i.ə.v.-də  qəsəbə,  d.y. 

stansiyası.  Düzənlikdədir.  Kürəkçay  d.y.  stansiyası  yanında  salınmıĢdır.  D.y. 

stansiyası  1908-ci  ildə  tikilmiĢ,  yaxınlıqdan  axan  Kürəkçayın  adı  ilə 

adlandırılmıĢdır. YaĢayıĢ məntəqəsinin adı da çayın adındandır. 



Kürəkçi  oyk.,  sadə.  Yardımlı  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  ViləĢ 

çayının  sahilində,  PeĢtəsər  silsiləsinin  ətəyindədir.  YaĢayıĢ  məntəqəsi  pirembel 

tayfasının kürəkçi tirəsinin məskunlaĢması nəticəsində yaranmıĢdır. 

Kürəkçidağ/Kürkaçidağ  or.,  mür.  AbĢeron  r-nu  ərazisində  dağ. 

Veqver  çayının  sol  sahilində  yerləĢir.  Hün.  521  m.  Əsl  adının  Kürgəcə  olduğu 

söylənilir.  Tədqiqatçılar  oronimi  tat  dilindəki  kürg/qurq  (canavar)  və  cə  (yer) 

sözlərinin  birləĢməsi  hesab  edərək  "canavar  yaĢayan  yer"  kimi  izah  edirlər. 

Azərb.  dilinin  Bakı  dialektində  kürgə  "qotman,  ot  tayası"  mənasında  iĢlənir. 

Odur ki, oronimi "qotmana bənzər dağ" kimi də izah etmək olar. 



Kürkəndi oyk., mür. Sabirabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Muğan 

düzündədir. Oykonim Kür (çayın adı) və kəndi sözlərindən düzəlib, "Kür keçən 

kənd, Kürün yaxınlığındakı kənd" mənasındadır. 

Kürkün  oyk.,  sadə.  Quba  r-nunun  Alpan  i.ə.v.-də  kənd.  Qusar  maili 

düzənliyindədir.  Tədqiqatçıların  fikrincə,  oykonim  ləzgi  dilindəki  kürkün 

sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir. YaĢayıĢ məntəqəsi təbii-

coğrafi mövqeyinə görə belə adlandırılmıĢdır. 



Kürküt  hidr.,  sadə.  Qax  r-nunda  çay.  Əyriçayın  qollarından  biridir. 

Böyük  Qafqazın  c.  yamacından  axır.  Hidronim  türk  dillərindəki  "kükrəyən, 

uğuldayan" mənalı küküröt sözündəndir. 

Kürmük/Qurmux  hidr.,  sadə.  l.Qax  r-nunda  çay.  Qanıx  çayının  sol 

qoludur.  Mənbəyini  BaĢ  Qafqaz  silsiləsinin  c.  yamacından  (3280  m. 

yüksəklikdən)  alır.  Alazan-Əyriçay  vadisinə  çıxdıqdan  sonra  bir  çox  qollara 

ayrılır.  Çayda  güclü  sel  hadisələri  baĢ  verir;  2.  Qax  r-nunun  Ġlisu  kəndi 

yaxınlığında  min.  bulaqlar.  Qurmux  çayının  sağ  və  sol  sahilində  yerləĢir.  Az 

minerallı olub, suyu mülayim-isti iki bulaqdan ibarətdir. Hidronimə ilk dəfə XI 

əsr  gürcü  mənbəyində  təsadüf  edilmiĢdir.  Tədqiqatçılar  belə  hesab  edirlər  ki, 

hidronim  qədim  türk  dillərindəki  körmük  (gölməçə)  sözündəndir.  Çayın  adı 

mineral bulaqlardan alınmıĢdır. 

Kürsəngi oyk., sadə. Salyan r-nunun Qaraçala qəsəbə i.ə.v.-də qəsəbə. 

Cənub-ġərqi ġirvan düzündədir. Keçən əsrin ortalarında 1 №-li sovxozun 3 №-li 

Ģöbəsinin  malikanəsi  yanında  salınmıĢ  qəsəbə  1965-ci  ildən  yaxınlığındakı 



425 

 

Kürsəngi  dağının  adı  ilə  adlandırılmıĢdır.  Dağ  keçmiĢdə  maldar  ellərin  qıĢlaq 

yeri olmuĢdur. 

Kürsəngi  or.,  mür.  Salyan  r-nu  ərazisində  dağ  və  sönmüĢ  palçıq 

vulkanı.  Cənub-ġərqi  ġirvan  düzündədir.  Kür-Araz  ovalığının  ən  böyük  palçıq 

vulkanlarından biridir. Hün. 77 m. Oronim Kür (çayın adı) və fars dilindəki səng 

(daĢ,  qaya)  sözlərindən  düzəlib  (burada  -i  mənsub.Ģək.-sidir),  "Kür  daĢı" 

mənasındadır. 

Kürtport  or.,  mür.  Goranboy  r-nu  ərazisində  dağ.  Murovdağ 

silsiləsinin Ģm. yamacındadır. Hün. 2190 m. Oronim türk dillərində, o cümlədən 

Azərb.  dilinin  dialektlərində  "qar,  qar  yığını"  mənalarında  iĢlənən  kürt   

pərt/port  (parıldayan,  iĢıldayan)  sözlərindən  düzəlib,  "qarı  parıldayan  dağ" 

mənasındadır. 



Küsəkəran  oyk.,  mür.  Lerik  r-nunun  Veri  i.ə.v.-də  kənd.  PeĢtəsər 

silsiləsinin  yamacındadır.  Yerli  əhali  arasında  Küsəkən  Ģəklində  iĢlənir. 

Oykonim  talıĢ  dilindəki  kü  (dağ),  sə  (üst)  və  kəran  (burada  "kənd" 

mənasındadır)  sözlərindən  düzəlib,  "dağın  üstündə,  dağın  zirvəsində  salınmıĢ 

kənd"  mənasındadır.  YaĢayıĢ  məntəqəsi  təbii-coğrafi  mövqeyinə  görə  belə 

adlandırılmıĢdır. 



Küsnət oyk., sadə. 1. Qəbələ r-nunun Qəbələ Ģəhər i.ə.v.-də kənd. BaĢ 

Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmıĢ 

ailələrin məskunlaĢması nəticəsində yaranmıĢdır; 2. Quba r-nunun Küpçal i.ə.v.-

də  kənd.  BaĢ  Qafqaz  silsiləsinin  ətəyindədir.  YaĢayıĢ  məntəqəsi  əvvəlcə  indiki 

Vladimirovka  kəndinin  yerində  idi  və  Dağıstanın  Küsnət  kəndindən  qədimdə 

gəlmiĢ  ailələrin  məskunlaĢması  nəticəsində  yaranmıĢdı.  Rus  ailələri  ora 

köçürüldükdən  sonra  küsnətlilərin  bir  hissəsi  indiki  Küsnət  kəndinin  əsasını 

qoymuĢ,  digər  hissəsi  isə  Qəbələ  r-nuna  gedərək  Küsnət  kəndini  yaratmıĢdılar. 

Küsnət sözü AğdaĢ r-nunda "ağır-xasiyyətli, qaraqabaq" mənalarında iĢlənir. Bu 

sözün türk dillərində "payızlıq", "dağlıq ərazı". "quzey" mənaları da vardır. 



Küsnətqazma  oyk.,  mür.  Quba  r-nunun  Küpçal  i.ə.v.-də  kənd. 

Qızılqaya  yaylağının  ətəyindədir.  KeçmiĢdə  Qazma  Küsnət,  Küsnət  qazmaları, 

Küsnət qıĢlaq da adlanmıĢdır. YaĢayıĢ  məntəqəsi  XIX əsrin ortalarında Küsnət 

kəndinə məxsus pay torpağında həmin kənddən çıxmıĢ ailələrin məskunlaĢması 

nəticəsində  yaranmıĢdır.  Oykonim  Küsnət  (kənd  adı)  və  qazma  (ev  tipi) 

komponentlərindən düzəlib, "Küsnət kəndinin qazmaları" mənasındadır. 



Kyunçal/Günçal/Künçal  oyk.,  mür.  Siyəzən  r-nunun  AğbaĢ  i.ə.v.-də 

kənd.  Samur-Dəvəçi  ovalığındadır.  Əsli  Günçaldır.  Yerli  əhali  arasında 

Güneyçal  da  adlanır.  Oykonim  "Güneydəki  çalda,  yalda  yerləĢən  kənd" 

mənasındadır.  Oykonim  1917-ci  ildə  də  Günçal  variantında  qeydə  alınmıĢdır. 

Kyunçal (Qyunçal) bu coğrafi adın rusca tələffüz formasıdır. 

 

 




426 

 

 



MÜNDƏRĠCAT 

 

ÖN SÖZ ................................................................................................................ 3 



ġƏRTĠ ĠXTĠSARLAR .......................................................................................... 4 

Aa ......................................................................................................................... 6 

Bb ....................................................................................................................... 96 

Cc ..................................................................................................................... 164 

Çç ..................................................................................................................... 180 

Dd ..................................................................................................................... 205 

Ee ...................................................................................................................... 245 

Əə ..................................................................................................................... 250 

Ff ...................................................................................................................... 271 

Gg ..................................................................................................................... 277 

Hh ..................................................................................................................... 310 

Xx ..................................................................................................................... 332 

Ġi ....................................................................................................................... 361 

J j ...................................................................................................................... 377 

Kk ..................................................................................................................... 378 

 

 



 


427 

 

Buraxılışa məsul: 

Əziz Güləliyev 

 

Texniki redaktor: 

RövĢən Ağayev 

 

Kompyuter səhifələyiciləri: 

Ələkbər Kərimov 

Aslan Almasov 

 

Korrektor: 

Kəmalə Cəfərli 

 

Yığılmağa verilmiĢdir 17.04.2007.  



Çapa imzalanmıĢdır 19.07.2007. 

Formatı 60x90 

1/

16

. Fiziki çap vərəqi 19.  



Ofset çap üsulu. Tirajı 10000. SifariĢ 104. 

 

DÜST 5773-90, DÜST 4.482-87 



Kitab “CBS-PP” MMC mətbəəsində çap olunmuĢdur. 

Bakı, ġərifzadə küçəsi, 3. 



 

Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə