Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə4/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   2   3   4   5   6   7   8   9   ...   206

10 

 

abjit  sözü  r-nun  ərazisində  tarixi  məlum  olmayan  qədim  məbəd  və  ibadətgahla 

bağlıdır. 

Abjit  oyk.,  sadə.  Balakon  r-nunun  Qaysa  i.ə.v.-də  kənd.  Qoyuntəpə 

dağının  ətəyindədir.  YaĢayıĢ  məntəqəsi  Ġkinci  dünya  müharibəsindən  sonra 

yaradılmıĢdır. Kəndin adı eyniadlı çayın adından alınmıĢdır. 

Abrıx  oyk.,  sadə.  Qəbələ  r-nunun  Tikanlı  i.ə.v.-də  kənd.  Alazan-

Əyriçay  çökəkliyindədir.  Keçən  əsrə  aid  materiallara  əsasən,  Abrıx  Tikanlı 

kəndindən  yaranmıĢ  yaĢayıĢ  məntəqəsidir.  IX  əsr  ərəb  coğrafiyaĢünaslarının 

yazdığına  görə,  Beyləqanda  (bu  Ģəhərin  xarabalıqları  Mil  düzündə  indiyədək 

Örənqala  adı  ilə  qalmaqdadır)  Abrik/Abrek  adlı  qala  mövcud  olmuĢdur. 

Toponimikada  belə  bir  fərziyyə  var  ki,  həmin  Abrik  qalası  bir  vaxt  müəyyən 

hadisə  ilə  əlaqədar  olaraq  (bəlkə  də  monqolların  XIII  əsr  basqınları) 

dağıdıldıqdan  sonra  əhalisinin  müəyyən  hissəsi  bu  zonaya  gəlmiĢ  və  bu  adı  da 

özləri ilə gətirmiĢlər. Mənbələr Bizansda da Abrik adlı Ģəhərin mövcudluğundan 

xəbər  verir.  Azərb.  dilinin  dialekt  və  Ģivələrində  avırıx/  avruğ  "çay  qırağında 

olan  qamıĢlıq,  çubuq"  demokdir.  Türk  dilində  avrık  "hörülmüĢ,  sarınmıĢ, 

bağlanmıĢ"  mənalarını  ifadə  edir.  Deməli,  Abrıx/Abrik/Abriq  qalası  "qamıĢdan 

hörülmüĢ qala" kimi izah oluna bilər. 

AbĢeron  or.,  sadə.  Azərb.-da,  Xəzər  dənizinin  q.  sahilində  ən  böyük 

yarımada. Böyük Qafqazın c.-Ģ. qurtaracağındadır. Bakı Ģəhəri və ətraf kəndləri 

AbĢeron  yarımadasına  daxildir.  Sözün  etimologiyası  ilə  bağlı  müxtəlif  fikirlər 

mövcuddur.  Bəziləri  "AbĢeron"un  farsca  ab  (su)  və  şoran  (duzlu)  sözlərindən 

əmələ  gəldiyini  güman  edirlər.  Bir  çox  alimlərin  fikrincə,  "AbĢeron"  oğuz 

boylarından biri olan avşar/əfşar tayfa adı ilə bağlıdır. Mənbələrin  məlumatına 

görə, Bakı yaxınlığında, Ġrandan Dərbəndə gedən karvan yolu üzərində ƏfĢaran 

adlı  yaĢayıĢ  məntəqəsi  olmuĢdur.  Orta  əsrlərdə  Xəzər  dənizinin  q.  sahilində, 

Pirallahı  adasının  qarĢısında  ƏfĢaran  Ģəhərinin  mövcudluğu  haqqında  məlumat 

verilir. Türk-səlcuq tayfa birliyinə daxil olmuĢ və Azərb. xalqının etnogenezində 

iĢtirak etmiĢ əfĢarlar Səfəvilər dövlətinin  siyasi həyatında mühüm rol oynamıĢ, 

Nadir  Ģah  ƏfĢarın  dövründə  bir  müddət  Ġranda  hakimiyyəti  ələ  ala  bilmiĢdilər. 

Belə  olan  surətdə  əfĢarların  adı  Azərb.  toponimiyasında  öz  əksini  tapmaya 

bilməz. Odur ki, Abşeron toponiminin "əfĢarlar yaĢayan yer" kimi izah olunması 

məntiqə daha çox uyğundur. 

AbĢeron oyk., sadə. 1. Azəb.-nın Ģ.-ində inzibati r-n. Fatmayı, Masazır, 

Məhəmmədli,  Hökməli  kəndləri,  Güzdək,  Qobu,  Saray,  Digah,  Ceyranbatan 

qəsəbələri  r-nun  ərazisinə  daxildir;  2.  Bakı  Ģəhəri,  Əzizbəyov  r-nunda  qəsəbə. 

Xəzərin  sahilində,  eyniadlı  yarımadada  salınmıĢdır  (1960-cı  illərdə).  Türkiyə, 

Ġran, Ermənistan, Gürcüstan, Türkmənistan ərazilərində də avĢar/əfĢar etnonimi 

ilə bağlı çoxlu coğrafi adlara rast gəlmək mümkündür. Krasnodar vilayətindəki 

ApĢeronsk Ģəhər və r-nunun adı isə AbĢeron y.a.-nın adı ilə bağlıdır. 



11 

 

AbĢeron 



arxipelaqı  or.,  mür.  Xəzər  dənizində  AbĢeron 

yarımadasından Ģ.-də bir qrup adadır. Arxipelaqın tərkibinə Pirallahı, Çilov, Qu 

daĢı, Böyük Tava, Kiçik Tava və b. adalar daxildir. 

AbĢeron  boğazı  hidr.,  mür.  Pirallahı  adası  ilə  AbĢeron  yarımadası 

arasında su sahəsi. Bu boğazda Ģose və elektrik d.y.-ları keçən bənd salınmıĢdır. 



AbĢeron  kanalı  hidr.,  mür.  AbĢeron  yarımadasında  q.-dən  Ģ.-ə  doğru 

uzanır. Kanala su Ceyranbatan su anbarından verilir. 



Acıbulaq  hidr.,  mür.  AbĢeron  yarımadasında  göl.  Hidronim  acı  və 

bulaq  sözlərindən  düzəlib,  göl  suyunun  dadına  görə  bu  adı  almıĢdır.  Belə 

hidronimlərdən biri də Kürdəmir r-nu ərazisindəki Acı arxdır. ġamaxı və Qazax 

r-nları  ərazisində  və  ġəki  r-nunun  Təpəcənnət  kəndində  də  Acıbulaq  adlı  su 

obyektləri qeydə alınmıĢdır. 



Acıçay  hidr.,  mür.  1.  ġamaxı  r-nunda  çay  (Çigil  çayı  hövzəsi).  Tudar 

kəndinin  yaxınlığından  axır.  Tudar  da  adlanır;  2.  Qax  r-nunda  çay.  Kürmük 

(Qurmux)  çayından  ayrılaraq  Qanıx  (Alazan)  çayına  tökülən  qoldur.  Hidronim 

acı və çay sözlərindən düzəlib, obyekt suyunun acı və ya Ģor olduğunu bildirir. 

Türkmənistan ərazisində Açisay adlı çay və yaĢayıĢ məntəqəsi qeydə alınmıĢdır. 



AcıçeĢmən  or.,  mür.  Ordubad  r-nu  ərazisində  dağ.  Oronim  acı  (dad 

bildirən  söz)  və  çeşmə(n)  (far.  bulaq)  sözlərindən  düzəlib,  "acıbulaq"  və  ya 

"acıbulaqlar" deməkdir. Dağın adı ərazidəki duzlu bulaqlardan alınmıĢdır. 

Acıdağ or., mür. Goranboy r-nu ərazisində dağ. Hün. 807  m.  Oronim 

acı  və  dağ  sözlərindən  düzəlib.  Mütəxəssislərin  fikrincə,  oronimin  birinci 

komponenti dad bildirən sifətlə ifadə olunaraq coğrafi obyektin süxurlarının acı 

maddələrlə zəngin olduğunu bildirir. BaĢqa mülahizəyə görə, dağın adındakı acı 

sözü oradakı otların acı olmasını əks etdirir. Ġlin üç fəslində bu otlar acı olduğu 

üçün  heyvanlar  onu  yemir.  Yalnız  qıĢda  bu  otlar  quruduqda  yem  üçün  yararlı 

olduğundan maldarlar qıĢ qoyun yataqlarını, binələri belə yerlərdə salırlar. Lakin 

onu da əlavə etmək lazımdır ki, açı taş ifadəsi qədim türk dillərində "zey, zəyli" 

mənalarında  iĢlənmiĢdir.  Ərazidəki  Zəylik,  Zəylikçay  coğrafi  adları  bu  fikri 

təsdiqləyir. Mənbələrdə bu ərazidə Acıqala oronimi də qeydə alınmıĢdır. 

Acıdərə/Ajıdərə/Acdərə  hidr.,  mür.  l.Ġsmayıllı  və  Kürdəmir  r-

nlarından  axan  çay.  Girdiman  çayının  sol  qoludur;  2.  ġamaxı  r-nunda  çay 

(Girdiman çayı hövzəsi). Pirsaat çayının sol qoludur. Sündü kəndi yaxınlığından 

baĢlayıb, Acıdərə kəndi yaxınlığında qurtarır. Yay quraq keçəndə suyu azalır və 

ĢorlaĢır. Buna görə də Acıdərə adlanır. Bu çaylar adlarını ərazidəki eyniadlı çay 

dərələrindən almıĢlar. 



Acıdərə  or.,  mür.  1.  ġamaxı  r-nu  ərazisində  dağ.  Hün.  931  m;  2. 

ġamaxı  r-nunda  eyniadlı  çayın  dərəsi.  ġamaxı  Ģəhəri  kənarından  baĢlayıb, 

Acıdərə  kəndi  yaxınlığında  qurtarır.  3.  Qazax  r-nunun  Ģm.-q.-ində  yarğan. 

Yaylacıq  dağlarından  c.  istiqamətdə  ayrılan  Dəmirdağ,  Ġlanlıcadağ  və  Sacdağ 

yüksəklikləri ilə birləĢir. Həmin yüksəkliklərin arasındakı dərə keçmiĢdə Böyük 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə