Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə6/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   2   3   4   5   6   7   8   9   ...   206

14 

 

izah  edirlər:  Ġran  mənĢəli  abforucə  (yerli  tələffüz  forması  ofirəce)  sözünün 



qismən  təhrif  olunmuĢ  formasıdır.  Toponim  a  (ab)  "su",  fur/for  "aĢağı"  və  ca 

(castən) "sıçramaq" sözlərindən düzəlib, "su aĢağı sıçrayan (tökülən) yer, Ģəlalə" 

deməkdir. 

Ağababa/Ağbaba  or.,  sadə.  Kəlbəcər  r-nunun  Ģ.  hissəsində,  Qarabağ 

silsiləsində dağ. Hün. 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal 

dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərb.-nın 

Amasiya r-nunda böyük bir ərazi də Ağbaba adlanır. 



Ağabağı oyk., mür. Zərdab r-nunun ġıxbağı i.ə.v.-də kənd. Kür çayının 

sahilində,  ġirvan  düzündədir.  Oykonim  Ağa  (Ģəxs  adı)  və  bağ  sözlərindən 

düzəlib (-ı mənsub. Ģək.-si), "Ağaya məxsus bağ" deməkdir. Mənbələrin verdiyi 

məlumata  görə,  1855-ci  ildə  Kür  sahilində  740  desyatinlik  rut  bağı  (çəkillik) 

ayrı-ayrı  Ģəxslər  arasında  bölüĢdürülmüĢdü.  Ağa  adlı  bir  nəfərə  verilmiĢ  hissə 

əhali arasında Ağabağı adlandırılmıĢdır. Sonralar Zərdabın kəndlərindən buraya 

köçmüĢ ailələr  həmin ərazidə  məskunlaĢmıĢ,  yeni  yaĢayıĢ  məntəqəsi  həmin adı 

saxlamıĢdır. 



Ağabəyələnc/Ağabəyəlenc  (1979)  /  Ağabəyəlinc  (1933)  oyk,  mür. 

Ağdərə  r-nunun  Möhrətağ  i.ə.v.-də  kənd.  Oykonim  ağabəy  (ağabəyli  etn.-nin 

qısaldılmıĢ  forması),  -3  (bitiĢdirici  sait)  və  linc/lənc  (tat  dilində  "ətək,  yer, 

yüksəklik")  sözlərindən  düzəlib,  "ağabəylilərə  məxsus  yüksəklik"  deməkdir. 

Kəndin  adı  XIX  əsrdə  Ağabəyyal  kimi  qeydə  alınmıĢdır.  Toponimin  ikinci 

komponentinin  lənc  sözü  ilə  əvəz  olunması  XIX  əsrin  əvvəllərində  Ġrandan 

gəlmə erməni ailələrinin  həmin ərazidə  məskunlaĢması ilə  əlaqədardır. 1992-ci 

ildən kənd Ağabəyyal adı ilə rəsmiləĢdirilmiĢdir. 



Ağabəylər  hidr.,  sadə.  ĠmiĢli  və  Biləsuvar  r-nları  ərazisində  çay. 

Etnohidronimdir.  Ağabəylilər  nəsli  1903-cü  ilədək  Cavad  və  Göyçay 

qəzalarında  yaĢamıĢ  ərəbəbdülkərimli  tayfasının  qollarından  biridir.  Bu  nəsil 

Hacalıbəy oğlu Ağabəyin adını daĢıyır. 



Ağabəyli  oyk.,  sadə.  1.  Ağcabədi  r-nunun  Hacıbədəlli  i.ə.v.-də  kənd. 

Qarqar  çayının  sahilindədir;  2.  Ağsu  r-nunun  Çaparlı  i.ə.v.-də  kənd.  Ağsu 

çayının  sahilində,  ġirvan  düzündədir.  Tam  adı  Hacı  Ağabəylidir.  Oykonim 

ağabəyli nəslinin adını əks etdirir. Bu etnonimlə bağlı ġamaxı r-nunda Ağabəyli 

(1933),  Ağdam  və  Ağsu  r-nlarında  Ağalarbəyli  (1917-1961),  Ağsu  r-nunun 

Bozavand  kəndində  Ağaboy  qobusu,  Qax  r-nunun  Zərnə  kəndində  Ağabəylilər 

obası  və  s.  qeydə  alınmıĢdır.  Ağabəylilər  kəbirlilərin  ağabəyalı  qoluna  məxsus 

bir nəslin adıdır.  

Ağabulağı  or.,  sadə.  Tovuz  r-nu  ərazisində  dərə.  Oronim  dərədəki 

eyniadlı  bulağın  adından  yaranmıĢdır.  "Ağaya  (mülkədara)  məxsus  bulaq  olan 

dərə" deməkdir. 

Ağacanlı  oyk.,  düz.  Sabirabad  r-nunun  Qaragüney  i.ə.v.-də  kənd.  Kür 

çayının  sahilində,  ġirvan  düzündədir.  Etnotoponimdir.  Oykonim  XIX  əsrin 




15 

 

ortalarında  ġirvandan  köçmüĢ  muğanlı  tayfasının  xiləmirzələr  tirəsinə  aid 



ağacanlı nəslinin adını daĢıyır. 

Ağacbulaqdərəsi  hidr.,  mür.  Yardımlı  r-nu  ərazisində  dərə  və  həmin 

dərədən  axan  çay.  Hidronim  Ağacbulaq  (bulağın  adı)  və  dərəsi 

komponentlərindən  düzəlib.  Adından  məlum  olduğu  kimi,  çay  meĢədə  yeraltı 

suların üzə çıxaraq axması nəticəsində yaranmıĢdır. Çay Ağacbulaq adlı bulağın 

yerləĢdiyi dərə ilə axdığı üçün belə adlandırılmıĢdır. 

Ağacəri  or.,  sadə.  Tovuz  r-nu  ərazisində  dağ.  Hün.  1769  m. 

Etnooronimdir. Eyniadlı dağ Cənubi Azərb. ərazisində də qeydə alınmıĢdır. 



Ağacqala  oyk.,  mür.  Tovuz  r-nunun  Santala  i.ə.v.-də  kənd.  Dağlıq 

ərazidədir.  Oykonim  ağac  (taxta)  və  qala  (qurğu,  tikinti)  sözlərindən  düzəlib, 

"taxtadan  tikilmiĢ,  qurulmuĢ  qala"  deməkdir.  BaĢqa  məlumata  görə,  əsl  adı 

Ağcaqaladır.  Kənd  adını  sıldırım  qayada  olan  Ağcaqalanın  (XIX  əsrdən  adı 

çəkilən Kirən qalasının xarabalığıdır) adından almıĢdır. Toponim ağca (qalanın 

divarları  kirəc  və  gil  məhlulla  hörüldüyündən  ağımtıl  görünür)  və  qala 

sözlərinin birləĢməsindən əmələ gəlib, "ağımtıl divarlı qala" mənasındadır. Qeyd 

etmək lazımdır ki, Azərb. dilində kərən "meĢə məmulatı, Ģalban, tir" deməkdir. 

Bu baxımdan Ağacqala toponimi doğru variant hesab olunmalıdır. 

Ağaçay  hidr.,  mür.  Qubadlı  r-nu  ərazisində  çay.  Bazarçayın  qoludur. 

Yerli  məlumata  görə,  çay  vaxtilə  oradakı  yaylaq  yurdundan  istifadə  edən  Ağa 

adlı  pirani  bir  seyidin  adını  daĢıyır.  Hidronim  ağa  (böyük,  enli,  güclü)  və  çay 

(hidrokomp.) sözlərindən düzəlib, "böyük çay, güclü çay" deməkdir. 



AğakiĢibəyli  oyk.,  sadə.  Masallı  r-nunun  ġərəfə  i.ə.v.-də  kənd. 

Lənkəran ovalığındadır. Etnotoponimdir. Kənd XIX əsrdə təklə tayfasından olan 

AğakiĢi bəyə mənsub ailələrin məskunlaĢması nəticəsində yaranmıĢdır. 

AğakiĢilər  oyk.,  sadə.  Zəngilan  r-nunun  Ġsgəndərbəyli  i.ə.v.-də  kənd. 

Dağlıq  ərazidədir.  Etnotoponimdir.  Kəndi  vaxtilə  Ermənistanın  Qafan  r-nunun 

Kirs  kəndindən  qovulmuĢ  ağakiĢilər  nəsli  salmıĢdır.  Kəndin  ərazisi  keçmiĢdə 

həmin  nəslin  qıĢlaq  yeri  olmuĢdur.  1933-cü  ildə  Bərdə  r-nu  ərazisində  də 

eyniadlı kənd qeydə alınmıĢdır. 

AğalaruĢağı  oyk.,  sadə.  Laçın  r-nunun  Qorçu  i.ə.v.-də  kənd.  Dağlıq 

ərazidədir. Etnotoponimdir. 



Ağalçay  hidr.,  mür.  Tovuz  r-nu  ərazisində  çay.  Türk  dillərində  ağal 

komponenti  çay  adlarında  "sahilindən  çıxan,  daĢan,  həddini  aĢan"  mənalarını 

ifadə edir. Hidronim "daĢan, sahilindən çıxan çay" mənasındadır. 

Ağalı  oyk.,  düz.  AğdaĢ  r-nunun  AĢağı  Zeynəddin  i.ə.v.-də  kənd. 

Düzənlikdədir.  Yerli  əhalinin  dediyinə  görə,  oykonim  ağa  və  -lı 

komponentlərindən  ibarət  olub,  "ağası,  sahibi  olan;  mülkədara  məxsus" 

deməkdir. 1917-ci ildə Xanlar r-nunda  Ağalıbəyli, Kəlbəcər r-nunda  Ağalıyeri, 

1961-ci ildə Zəngilan r-nunda Birinci Ağalı, Ġkinci Ağalı, Üçüncü Ağalı adlı üç 

kənd qeydə alınmıĢdır. Etnotoponimdir. 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə