Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə8/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   4   5   6   7   8   9   10   11   ...   206

18 

 

AğbaĢlar  oyk.,  sadə.  Tovuz  r-nunun  Qəribli  i.ə.v.-də  kənd.  Zəyəm 

çayının sahilindədir. Etnotoponimdir. 

AğbaĢyurd  or.,  mür.  Zəngilan  r-nu  ərazisində  dağ.  Oronim  ağbaş 

(tayfa  adı)  və  yurd  sözündən  düzəlib,  "ağbaĢ  tayfasının  məskəni"  deməkdir. 

Etnotoponimdir. 

Ağbatxayır  hidr.,  mür.  Laçın  r-nu  ərazisində  mineral  bulaq. 

Ağbatxeyir (Minkənd çayının qolu) çayının dərəsindədir. Suyu az kükürdlüdür; 

xalq  arasında  mədə  ağrısının  müalicəsində  istifadə  edilir.  Yerli  əhalinin 

məlumatına  görə,  təhrifə  uğramıĢ  bu  hidronimin  əsli  Aqibəti  xeyirdir.  Bulağın 

belə  adlandırılması  suyunun  müalicəvi  faydası  ilə  izah  olunur.  Hidronim  ağ 

(rəng),  bat/bad/bed  (kənd,  məskən,  hündür  yer)  və  xayır/  kayır  (su  Ģırnağı, 

fəvvarə)  sözlərindən  düzəlib,  "Ağkənd  bulağı"  deməkdir.  Tarixi  mənbələrdə 

verilən  məlumata  görə,  orta  əsrlərdə  Dağlıq  Qarabağda  Aqbat/Aqbed  adlı, 

yaĢayıĢ  məntəqəsi  olmuĢdur.  XIX  əsrin  20-ci  illərində  həmin  kəndə  ermənilər 

doluĢmuĢ və onun adını çevirərək SpitakĢen, yəni Ağkənd qoymuĢlar. 



Ağbənd or., mür. Zəngilan r-nu ərazisində dağ. Ağbənd qəsəbəsinin c.-

Ģ.-indədir.  Süxurları  ağ  rəngdə  olan  dağ  Araz  çayının  dərəsinə  doğru  bəndi 

xatırladan formada uzandığı üçün belə adlandırılmıĢdır. 

Ağbənd  oyk.,  sadə.  Zəngilan  r-nunun  Bartaz  i.ə.v.-də  qəsəbə.  Araz 

çayının sahilində, Ağbənd dağının ətəyindədir. YaĢayıĢ məntəqəsi adını ətəyində 

salındığı  dağın  adından  almıĢdır.  1958-ci  ildə  meydana  gəlmiĢ  bu  qəsəbəni 

Bartaz, Vejneli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtük  kəndlərindən 

gəlmiĢ  ailələr  salmıĢdır.  Qazaxıstanın  Selinoqrad  vilayətində  Akbənt  qəsəbəsi 

qeydə alınmıĢdır. 



Ağbil  oyk.,  mür.  Quba  r-nunun  Vladimirovka  i.ə.v.-də  kənd.  Qusar 

maili  düzənliyindədir.  XVI  əsrə  aid  Ağbil  türbələri  bu  kəndin  ərazisindədir. 

Yerli əhali bu türbələri Dörd Ağbil adlandırır. Hazırda üçü qalmaqda olan həmin 

türbələr  Ģeyxlər  üçün  tikilmiĢdir.  XIX  əsrdə  Zeyid  kəndindən  köçüb  gələnlər 

tərəfindən  məskunlaĢmıĢ  Ağbil kəndi bir  müddət  Ağbil  Zeyid adlandırılmıĢdır. 

Oykonim  ağ  (kiçik)  və  bil  (qəd.  bulqar  dilində  "türbə,  məzar  daĢı") 

komponentlərindən  düzəlib,  "kiçik  türbə,  məzar  daĢı"  deməkdir.  Xorasan 

ərazisində qeydə alınmıĢ Akməzar toponimi ilə sinonimdir. 



Ağbiz or., mür. Zəngilan r-nu ərazisində dağ. Oronim ağ (burada dağ 

süxurlarının  rəngini  bildirir)  və  biz/bis/pis  (dik,  yüksəklik;  ĢiĢ,  çıxıntı;  yuva, 

oyuq) komponentlərindən düzəlib, "ağ dağ" mənasını bildirir. 

Ağbiz oyk., sadə. Zəngilan r-nunun Ġsgəndərbəyli i.ə.v.-də kənd. Ağbiz 

dağının  yamacındadır.  Kənd  əvvəllər  Sofulu  tayfasına  məxsus  olan  eyniadlı 

qıĢlaq  yerində  salınmıĢdır.  Ərazi  öz  adını  Ağbiz  dağının  adından  almıĢdır.  VII 

əsrə aid mənbələrdə Albaniya ərazisində Aqbid adlı yaĢayıĢ məskəni yad olunur. 

1933-cü ildə Zəngilan r-nu ərazisində iki Ağbis kənd adı qeydə alınmıĢdır. 



19 

 

Ağbulaq  hidr.,  mür.  l.Ağdam  r-nunda  min.  bulaq;  2.  Oğuz  r-nunda 

min. bulaq; 3. ġərur r-nunda min. bulaq; 4. AbĢeron r-nunda min. bulaq; 5. Ağsu 

r-nunda  min.  bulaq;  6.  Ġsmayıllı  r-nunda  min.  bulaq;  7.  Quba  r-nunda  min. 

bulaq;  8.  Qusar  r-nunda  min.  bulaq;  9.  Qobustan  r-nunda  Ceyrankeçməz  çayı 

dərəsində  soyuq  sulu  kükürdlü  bulaq.  Mərəzə  qəsəbəsi  yaxınlığındadır. 

Hidronim  ağ  (içməyə  yararlı  su)  və  bulaq  (hidrokomp.)  sözlərindən  düzəlib, 

"içməyə  yararlı  suyu  olan  bulaq"  mənasındadır;  10.  Quba  r-nu  ərazisində  çay; 

11. Oğuz r-nu ərazisində çay. Çayların adı eyniadlı bulaqdan götürülmüĢdür. 

Ağbulaq or., sadə. 1. BaĢ Qafqaz silsiləsinin su ayrıcında dağ. Azərb.-

ın  Qax  r-nu  ilə  Dağıstanın  sərhədindədir.  Hün.  3072  m.  Ağbulaq  (Xuray;  hun. 

2800  m.)  aĢırımı  buradadır.  Adını  eyniadlı  bulaqdan  almıĢdır;  2.  BaĢ  Qafqaz 

silsiləsinin  c.  yamacında,  Qəbələ  r-nu  ərazisində  dağ.  Vəndam  çayının  sol 

sahilindədir. Hün. 2468 m. Adını eyniadlı bulaqdan almıĢdır; 3. Xocavənd r-nu 

ərazisində dağ. Adını eyniadlı bulaqdan almıĢdır; 4.  ġamaxı  r-nu  ərazisində 

dağ. Adını eyniadlı bulaqdan almıĢdır. 

Ağbulaq  oyk.,  sadə.  1.  Cəlilabad  r-nunun  AğdaĢ  i.ə.v.-də  kənd. 

Burovar  silsiləsinin  yamacındadır;  2.  Əsgəran  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Dağlıq  ərazidədir.  Hidrooykonimdir;  3.  Xocalı  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Dağətəyi  ərazidədir.  KeçmiĢ  adı  Talıbxanbəyli  olmuĢdur.  YaĢayıĢ  məntəqəsi 

XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə 

məskunlaĢması  nəticəsində  yaranmıĢdır;  4.  Xocavənd  r-nunun  Edilli  i.ə.v.-də 

kənd.  Qarabağ  silsiləsinin  ətəyindədir.  XIX  əsrdə  Cənubi  Azərb.-nın  Qaradağ 

əyalətindən  köçüb  gəlmiĢ  ailələrin  burada  məskunlaĢmasından  yaranmıĢdır. 

Sovet  hakimiyyəti  illərində  1992-ci  ilədək  Mısmına  adlandırılmıĢdır;  5. 

Ġsmayıllı r-nunun QoĢakənd i.ə.v.-də  kənd. BaĢ Qafqaz silsiləsinin ətəyindədir. 

Kəndin  ərazisi  keçmiĢdə  ərəbĢahverdi  tayfasının  qıĢlaq  yeri  olmuĢdur.  YaĢayıĢ 

məntəqəsi  XIX  əsrin  sonlarında  həmin  tayfaya  mənsub  ailələr  tərəfindən 

məskunlaĢmıĢdır; 6. Laçın r-nunun Qarıkaha i.ə.v.-də kənd. Qarabağ silsiləsinin 

ətəyindədir; 

7. 

Laçın 


r-nunun Mustafabəyli i.ə.v.-də kənd. Hocazsu çayının sağ qolunun sahilindədir. 

Kəndin  ərazisi  keçmiĢdə  Zəngəzur  qəzasında  yaĢamıĢ  ağkörpü  adlı  tayfanın 

qıĢlaq 

yerlərindən 



olmuĢdur;  8.  Tovuz  r-nunun  Kirən  i.ə.v.-də  kənd.  Əsrik  və  Zəyəm  çaylarının 

suayrıcında,  orta  dağlıq  qurĢaqdadır.  YaĢayıĢ  məntəqələri  ərazidəki  bulaqların 

adı  ilə  adlandırılmıĢdır.  Əfqanıstanda  Aqbulaq  adlı  2  kənd,  Qazaxıstanda 

Akbulak,  Ermənistanda  Ağbulax,  Türkiyədə  Ağbulaq,  Orenburq  vilayətində 

Akbulak,  Qırğızıstanda  Ak-Bulak  və  s.  adlı  obyektlərin  mövcudluğu  bu 

toponimin  ümumtürk  onomastikasında  geniĢ  yayıldığını  göstərir.  Ġran 

toponimiyasındakı Ağkəhriz (Mərkəzi Ġran), AğçeĢmə (Xorasan) oykonimləri də 

Ağbulaq oykoniminin sinonimləridir. 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə