Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə9/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   5   6   7   8   9   10   11   12   ...   206

20 

 

Ağburun or., mür. l.Xocavənd r-nu ərazisində, AğcaqoĢun çayının sol 

sahilində dağ. Hün. 196 m.; 2. Qaradağ r-nu ərazisində, Lökbatan qəsəbəsindən 

q.-də dağ. Hün. 130 m. Oronim ağ (rəng; kiçik) və burun (qurunun, dağın və ya 

qayanın  sivri  bucaq  Ģəklində  uzanmıĢ  hissəsi)  komponentlərindən  düzəlib, 

obyektin sivri bucaq Ģəklində uzanmıĢ hissəsinin ağ süxurlardan ibarət olmasını 

və  ya  ölçüsünün  kiçikliyini  bildirir.  Gürcüstanın  Marneuli  r-nu  ərazisində  də 

Aqburun dağı qeydə alınmıĢdır. 



Ağcabədi  oyk,  mür.  1.  Azərb.-da  inzibati  r-n.  1930-cu  ildə  təĢkil 

edilmiĢ,  1963-cü  ildə  ləğv  edilib  Ağdam  r-nuna  verilmiĢ,  1965-ci  ildə  yenidən 

müstəqil  r-n  olmuĢdur.  Kür-Araz  ovalığının  Mil  və  Qarabağ  düzlərindədir. 

Qarqar  çayı  və  Yuxarı  Qarabağ  kanalı  r-nun  ərazisindən  keçir.  Mərkəzi 

Ağcabədi  Ģəhəridir;  2.  Azərb.-da  Ģəhər.  Eyniadlı  r-nunun  mərkəzi.  Qarqar 

çayının  hər  iki  sahilində,  Mil  və  Qarabağ  düzlərindədir.  YaĢayıĢ  məntəqəsinin 

adı mənbələrdə ilk dəfə 1593-cü ildən çəkilir. Ağcabədi bir müddət mənbələrdə 

Ağcabədi  Xəlfərəddin  adı  ilə  qeyd  olunmuĢdur.  ġəhərin  mərkəzindəki 

çökəkliyin  bir  hissəsi  keçmiĢdə  Xəlfərəddin  adlanırdı.  XIX  əsrin  əvvəllərində 

ərazidəki  xəlfərəddinlilər  88  ailədən  ibarət  bir  icma  olmuĢdur.  Toponim  bəzi 

mənbələrdə ağca (burada "ağımtıl", "bozumtul", "boz") və bədi (ərəbcə badiyə 

sözünün  təhrif  forması  olub,  "düzənlik",  "düzən"  demokdir)  sözlərindən  ibarət 

olub,  "bozumtul  yer",  "ağca  düz"  kimi  açıqlanır.  1933-cü  ildə  Cəlilabad  r-nu 

ərazisində  Ağcabədi  adlı  kənd  qeydə  alınmıĢdır.  Əslində  ağca  (bozumtul, 

əkilməmiĢ)  və  bədi  (türk  dillərində  bət/bet/bəd  "dağ  yamacı"  mənasını  ifadə 

edir)  sözlərindən  düzəlib,  "əkilməmiĢ  dağ  yamacı"  deməkdir.  Ərazinin  coğrafi 

mövqeyi bunu bir daha sübut edir. 

Ağcabulaq hidr., mür. ġamaxı r-nu ərazisində mineral bulaq. Hidronim 

ağca  (içməyə  yararlı)  və  bulaq  (yeraltı  suyun  süxur  çatlarından  yer  səthinə 

çıxması nəticəsində yaranan su obyekti) sözlərindən düzəlib, "içməyə yararlı su" 

deməkdir. 

Ağcakənd  oyk.,  mür.  1.  Xocavənd  r-nunun  Köhnə  Tağlar  i.ə.v.-dı 

kənd.  Qarabağ  silsiləsinin  ətəyindədir;  2.  Kəlbəcər  r-nunun  eyniadlı  i.ə.v.-də 

kənd.  Qarasu  çayının  sol  sahilində  Qonqur  silsiləsinin  ətəyindədir.  Digər  adı 

Kamyanlıdır.  Kamyanlı  burada  məskunlaĢmıĢ  nəslin  adıdır.  XIX  əsrin 

əvvəllərində Laçın r-nunun Ağcakənd kəndindən çıxmıĢ bir qrup ailənin burada 

məskunlaĢması  nəticəsində  kəndin  adı  da  dəyiĢdirilmiĢdir;  3.  Laçın  r-nunun 

QoĢasu i.ə.v.-də kənd. Hocazsu çayının sahilində, Qarabağ yaylasındadır. Kənd 

pirembel  tayfasının  məskunlaĢması  nəticəsində  yaranmıĢdır.  Oykonim  ağca 

(ağımtıl)  və  kənd  (yaĢayıĢ  məntəqəsi  termini)  sözlərindən  düzəlib,  "ağımtıl, 

bozumtul,  quru  sahəsi  olan  kənd"  deməkdir.  1960-cı  ilə  qədər  Ermənistan 

ərazisində Ağcakənd, 1933-cü ildə Qarabağ ərazisində AĢağı Ağcakənd kəndləri 

qeydə  alınmıĢdır.  Goranboy  r-nu  ərazisində  olan  bu  kənd  1938-ci  ildə 




21 

 

ġaumyanselsk (ġaumyankənd) adlandırılmıĢdı. 1992-ci ildən kəndin keçmiĢ adı 



yenidən bərpa edilmiĢdir. 

Ağcakənd  hidr.,  sadə.  Kəlbəcər  r-nu  ərazisində  çay.  Tutqunçayın 

qoludur.  Quzey  və  Güney  çaylarının  birləĢməsindən  əmələ  gəlmiĢdir.  Eyniadlı 

kəndin ərazisindən axdığı üçün belə adlanır. Bəzi mənbələrdə Qarasu çayı kimi 

də qeyd olunur. 



AğcaqoĢun or., mür. Ağcabədi r-nu ərazisində dağ. Oronim ağca (çox 

da yüksək olmayan, alçaq) və qoşun (bir cərgəyə düzülmüĢ; silsilə) sözlərindən 

düzəlib, "alçaq dağ sırası" deməkdir. 

AğcaqoĢun hidr., sadə.  Ağcabədi və Xocavənd r-nları ərazisində çay. 

XonaĢen  çayının  sol  qoludur.  Müvəqqəti  axarlıdır.  Suvarmada  istifadə  edilir. 

Adını ərazidəki eyniadlı dağdan almıĢdır. 

Ağcaqovaq  oyk.,  sadə.  AğdaĢ  r-nunun  Eymur  i.ə.v.-də  kənd.  Kür 

çayının  sahilində  düzənlikdədir.  Oykonim  "ağcaqovaq  ağacı  bitən  yer" 

deməkdir. Kəndin ərazisində həqiqətən də çoxlu ağcaqovaq ağacı var. 

Ağcalarsu hidr., mür. DaĢkəsən r-nu ərazisində çay. Hidronim ağcalar 

(eto.)  və  su  (çay)  sözlərindən  düzəlib,  “ağcalar  nəslinə  mənsub-çay”  deməkdir. 

Emotoponimdir. 

Ağcayazı or., mür. 1. Laçın r-nu ərazisində düz. Yerli əhali tərəfindən 

Ağcaəzi kimi tələffüz olunur. Toponim türk mənĢəli ağca (ağımtıl, bozumtul) və 



yazı (çöl, düz, düzənlik) sözlərindən düzəlib, "ağımtıl, bozumtul düz" deməkdir; 

2. Laçın r-nu ərazisində dağ. Dağ öz adını eyniadlı düzənliyin adından almıĢdır. 



Ağcayazı  oyk.,  sadə.  Laçın  r-nunun  Vaqazin  i.ə.v.-də  kənd.  Oykonim 

ağca (ağımtıl; quru; ĢumlanmamıĢ bozumtul torpaq) və yazı (çöl, düz, düzənlik, 

səhra) sözlərindən düzəlib, "ağımtıl, bozumtul düzən, çöl" deməkdir. AğdaĢ r-nu 

ərazisində AĢağı və Yuxarı Ağcayazı adlı iki kənd var. 

Ağcüyür  oyk.,  mür.  ĠmiĢli  r-nunun  Bəcirəvan  i.ə.v.-də  kənd.  1933-cü 

ildə  kəndin  adı  əslində  olduğu  kimi,  Ağcığır  Ģəklində  qeydə  alınmıĢdır. 

Oykonim ağ (quru torpaq) və cığır (yol) sözlərindən düzəlib, "quru torpaq yolu 

olan kənd" deməkdir. 



Ağçala hidr., mür. Muğan düzünün c.-Ģ.-ində bataqlıq göl. 1896-cı ildə 

Araz  çayı  daĢıb  Muğan  düzünü  basarkən  Ağçala,  Mahmudçala  və  Cavadçala 

gölləri  yaranmıĢdı.  Hazırda  Mahmudçala  gölü  bataqlığa  çevrilmiĢ  və  öz 

növbəsində iki  hissədən  - Mahmudçala  və  Ağçala  göllərindən ibarət olmuĢdur. 

Beləliklə,  ərazidə  iki  Ağçala  gölü  meydana  gəlmiĢdir.  Əvvəllər  göl  Araz  çayı 

daĢan  zaman  dolurdu.  Ġndi  isə  gölə  su  Muğanın  suvarma  kanallarından  və 

Bolqarçayın  artıq  sularından  toplanır.  Hidronim  ağ  və  çala  (çökək  yer,  çuxur 

yer;  dərə,  quyu;  əkilməmiĢ  yer;  yağıĢ  və  çay  sularının  doldurulduğu  çökək) 

sözlərindən  düzəlmiĢdir.  Tədqiqatçıların  bir  qismi  bu  hidronimin  suyun 

keyfiyyəti ilə bağlı olduğunu söyləyir. Bəzi tədqiqatçılar isə çalanın yay fəslində 

suyunun  qurumasından  duzların  üzə  çıxması  və  ağ  rəngdə  olması  ilə 



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə