Azərbaycan türk miLLƏTİ



Yüklə 58,33 Kb.
tarix30.12.2017
ölçüsü58,33 Kb.
#18725


1

SORUMLU: ELDAR QARADAĞLI

DÜZƏN: ARAZ ATA
20 avqust 2013

pic_1.jpg
BİR AY BOYUNCA “AZƏRBAYCAN TÜRK MİLLƏTİ”NƏ QARŞI FAŞİSTİ DAVRANIŞLARA ETİRAZ OLARAQ ULUSAL-SİYASAL ORUC TUTDULAR!

Güney Azərbaycan Qurtuluş Partiyasi

(GAQP)

YAYIN-BASIN BÖLÜMÜ






VƏ ONLARI SEVƏN MİLLƏTİNİN İSTƏYİ QARŞISINDA BAŞ ƏYƏRƏK ÖLÜM AYAĞINDAN DÖNDÜLƏR!c:\users\eldar qaradagli\pictures\yeni gamoh.jpg







Lətif Həsənli, Behbud Quluzadə, Şəhram Radmehr, Mahmud Fəzli və Ayət Mehrəlibəyli, Yeni GAMOH liderlərinin suçsuz yerə 45-il tutuqlu hökmündən sonra Farsçı məhkəmənin faşisti qərarına görə aclıq eyiləmi baş tutdu. 28-gün sürən bu eyiləmin durdurulması üçün 100-minlərcə türkün gecə-gündüz ricası sonucunda 5- milli siyasi öncül uruca son verdilər! Milli-siyasi orucun başlanğıcı və son bulması 28 gün sürdü! Başlaması zülmə, quldurluğa və faşizmə etiraz əlaməti olsa da, sonlanması millətə və “türkəm diyən” insana sevgi əlaməti oldu! 28-günlük ac qalmağın etgiləri sözsüz ki qolaycasına bitməyəcəkdir. Ancaq, bu beş səngərdaşın ortaya qoyduğu bu özverini Azərbaycan Milli Hərəkatı bir örnək kimi özündə yaşadacaqdır. Farsçı faşizmin cəllad üzünə baxa-baxa “Ölərik, sənə təslim olmarıq!” mesajı verən öncül yoldaşların ortaya qoyduğu savaş örnəyi çox anlamlı idi. Bu soydaşların eyiləminə səs olmaq üçün Təbrizdə tutuqlu bulunan “Əziz Purvəli” və “Əbdüllah Səduqı” kimi milli savaşçıların da milli-siyasi oruca girməsi bir başqa anlamı ortaya qoyur. Belə ki, farsçı rejimin gözü-qulağı açıq olmalıdır.

Bu millətin ayaqlanmasıyla faşizmin ömrü sona çatacaqdır. “Azərbaycan Türk Milləti”nin çağdaş, sekolar, demokratik dünya görüşü ilə farsçı-şiə sisteminin orta çağlı qafası bir-birilə uyğun gələsi deyildir. Türk gəncliyi gündən-günə öz sömürgəci düşmənindən ara açmaqdadır. Farsçı rejimin kəsmə-biçmələrilə qondarma ortaqlık dikmək olmaz.

Güney Azərbaycan Qurtuluş Partiyası olaraq, qardaş Yeni GAMOH-a tutduğu milli mücadilə yolunda uğurlar diləyir. Tutuqlu olan suçsuz qardaşlarımıza azadlıq umud edir!



BÖYÜK İNSANA QARŞI KİÇİK SUÇLAMALAR!

TÜRK MİLLƏTİNİ SEVDİYİ KİMİ BÖYÜK SUÇU VARKƏN, NƏDƏN GÜLÜNC SUÇLARLA YARQILANIR!



Ustad Həsən Azərbaycan’a Qarşı Gülünc İddiyalar!


http://gdb.voanews.com/e2c2db54-3c6b-4574-8797-8c596f9915e7_w640_r1_s_cx0_cy4_cw0.jpg

İddianamədə gələnlər:

“O, izni olmadan tar öyrətməyə dəvam edibdir”!

“İzni olmadan Vərzqan və Qaradağ deprəmində avarlar altında qalanların diri qalması üçün çaba göstəribdir”!

“O, izni olmadan Qarabağlılara yardım yığıbdır”!

“O, İranın islam rejiminə qarşı dışarı müxaliflərlə görüş keçiribdir”!

“O, izni olmadan azad olan Türk məhbuslarla görüşüb”! Vb.

Göründüyü kimi belə iddiyanaməyə sadəcə gülmək olar! Lakin acı gülmək! Farsçı rejimin təpədən-dırnağa cəhalət içindən bulunduğu təfəkkürün somut görüntüsü bundan da başqa olamaz! Əslində Ustad Dəmirçinin suçları bu qədər bəsit işlər deyildir. Həmin Təbrizdə yüzlərcə musiqi öyrətməni və öyrəncisi vardır. Bunlardan bir kəsimi izinli məktəblərdə məşğul olsalar da, bir çoxları özəl olaraq öyrətir və öyrənirlər. Və ya Qarabağa yardım edən 100 -minlərcə vətəndaşa qarşı ortada bir cəza qanunu yoxdur. Bu günədək zindandan azad olan milli fəallarımızın görüşünə getmək yasaqlanmamışdır. Belə yasaq tasarısının ortada olması da söz qonusu deyildir!

Göründüyü kimi Ustadın suçları başqa yerdəndir. Doğrudur, Ustad farsçı rejimin gözünü oyan süngüdür! Ustadın dünya malından yoxsun tükənməz millət zənginliyi vardır! Bu varlıq elə bir varlıqdır ki, farsçı-şiə rejiminin fəsad tutmuş varlığını heçə sayır. Bu varlıq millətdir! Azərbaycan Türk Millətidir! Həsən Azərbaycan isə, öz milləti içində əriməkdə olan canlı mumdur. O, əridikcə, yoğrandıqca milləti üçün sönməz işığa çevrilir! Bu üzdən, Həsən Dəmirçi adı,farsçı rejiminin masaüstü qara listəsindən heç azalmayır!



Biz, əziz Ustadımıza daha möhkəm inam, yılmaz dirənc və ümid örnəyi olmaq diləyirik.Qoy, Ustadımızın hər bir isti nəfəsi düşmən üçün qorxunc yuxu, dözülməz kaos, sarsıltacaq ruh xəstəliyi olsun!

Tanrı Türkü qorusun!

Yaşasın adılı-sanılı böyük Türk, Həsən Dəmirçi!

Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)

Yönətim Qurulu

2013-08-10

“Ərgənəkon”əfsanəsindən doğan, “Ərgənəkon” gərçəkliyi!https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:and9gcsianjkt7y_bdnpvv7g1vvvftcka2ikgyefsqzk8kwblukxwl05



QORX O GÜNDƏN Kİ, XƏYALINDA YARADAN İLAN DOĞRU OLUB BOĞAZINA DOLAŞSIN!




Türk mifolojisindən alınmış bir ad üzərinə yatırım yatırıldı! Senariyosunu Avrupa və Amerika yazdı, Yönətmənliyini Tayip Ərdoğan yapdı və bağımsız vicdanına daş qoymuş Türkiyə Cümhuriyyəti zəca məhkəməsibaş rulunu oynadı! AralarındaTürkiyənin son illərdəki ən qorxmaz, millətçi və açıq sözlü Gənəlqurumayı General “İlkər Başbuğ”, Türkiyenin ən tanınmış millətçi ünlülərindən əməkli jandarma generalı “Vəli Küçük Paşa”, Türkiye İşçi Partisi başqanı və tanınmış sol-ulusalçı siyasət adamı“Doğu Perincek”, Cümhuriyyət gazetəsi Ankara təmsilcisi və Cümhuriyet Xalk Partisi (CHP) İzmir Millətvəkili“Müstəfa Balbay”, Ankara Ticarət Odası başkanı “Sinan Aygün”, Türkiyənin öndə gələn ünlü qazeteçiləri Fatma Sibil Yüksək, İlhan Səlcuk, Sönər Yalçın, Nedim Şener, Tüncay Özkan və bunlar kimi millətini sevər yüzlərcə TÜRKÇÜ ÖNCÜL, “Odatv, Balyazb və Ərgənəkon” davaları qapsamında “AKP” iqtidarının Kürd Açılımı projəsinin ilk toplu qurbanısı oldular! O yerdən ki, bir əfsanədən alınmış başdan-dibə bir əfsanının yozumu olmaz! Biz də, bu əfsanəyə yozum yapmayırıq! Yalnızca bir əfsanədən doğacaq ətəşin Türk Ərgənəkon volqanına sər-səri baxıb geçənlərə bir sözümüz olacaq! SİZ Kİ, ÖMRÜNÜ TÜRK MİLLƏTİNİN UĞRUNA VERMİŞ BAŞBUĞLARI BƏBƏK QATİLLƏRİ ÖCALANLARA QURBAN VERİRSİNİZ ƏRGƏNƏKON VOLQANINDA YANIB KÜL OLACAĞINIZA QUŞQUNUZ OLMASIN


“AVRASİYA İTTİFAQİ VƏ GÖMRÜK BİRLİYİ” ARZU OLUNMAYACAQ QƏDƏR ŞEYTAN OYUNU!

Azərbaycan Cümhuryyətinin ömrü bitirmi?


پوتین آذربایجانا گئتدی

Dmitri Medvedev Deyir:

"Bizim hamımızın əsli eynidir və burada təəccüblü heç nə yoxdur”!

Putin Azərbaycana gəldi. Özü ilə beş nazir də gətirdi. Beş orta səviyəli anlaşma üçün iki il etibarlı beş imza atıldı! Putinin 7-ildən sonra Azərbaycan seçgilərinə yaxın olan günlərdə rəsmi səfərinin (bəzilərinə görə qeyri rəsmi) nə anlamı var? Bəlli ki, bu səfərin bahanası bu anlaşmalar deyildir. Çünkü, belə tez-bazar səfərlərinarxasında diplomatik görüntünün ötəsindən daha önəmli sonuclar baş qaldırar. Hələ bu səfərin bir tərəfi Rus yetgilisi olunca işin içində kəsinliklə bir fasadın olması gün kimi aydındır! V. Putin baş nazir zamanında SSSR-nin dağılmasını əsrin ən böyük fəlakəti kimi dəyərləndirdi. SSSR-dən sonra MDB dövlətlərinin yaranması da, Rusiyanın sinirini kəsdirmədi. İndi Putin üzdə Avrupa Birliyi sayağı, amma əslində sömürgəçi Russiya dövləti hegomonluğunda, geçmiş Sovet Dövləti tərkibində olan bağımsız dövlətləri “Moskava”ya bağlamaq uğrunda “Avrasiya İttifaqı” və “Gömrük Birliyi”yaradır.Heç quşqusuz, “Yamənimləsən, ya düşmənsən!” fəlsəfəsilə yola çıxan Putin kamandasının amacı yeni Çar İmperaturluğu yaratmaqdır! Başnazir “Dmitri Medvedev”-in
“Avrasiya İttifaqı” və “Gömrük Birliyi” qosunda son dediyini diqqətə alarsaq Çar yaratmaq niyyətinin nə qədər ciddi olduğuna inanmaq olar. O, bir-birindən soyda, boyda, dildə, etnikdə və bütün alanlarda dəyişik olan müstəqil dövlət və millətlər qonusunda deyir: "Bizim hamımızın əsli eynidir və burada təəccüblü heç nə yoxdur!

Putinin Azərbaycan seçgiləri ərəfəsində Bakıya gəlişini bu qapsamda axtarmaq gərəkir!

AVRASİYA İTTİFAQİ və GÖMRÜK BİRLİYİ qonularında anlaşmadan V. Putinin Bakı,ya gəlişi məntiqə sığmayır! Azərbaycan açısından çox önəmli olan prezident seçgiləri ərəfəsində Putinin Bakıda olması elə-belə olay sayılmayır! Azərbaycan və Rusiya açısından bölgədə hər hansı sürpriz gəlişmənin olmadığı halda Putinin bir günlük daha çox göstəri tipli görüşününaçarını yuxarıda sadalanmış Moskva stratejisində görmək gərəkir! 5 nazirilə birlikdə geniş heyət qapsamında Bakıya gələn Rusiya prezidentinin Azərbaycana gələməsini birdə, Vilnüs çərçüvəsində görmək lazimdir. Azərbaycan 2013-ci ilin noyabr ayındaUkrayna, Moldova və Ermənistanla birlikdə Avrupa Birliyinin“Şərq tərəfdaşlığı” proqramı qapsamındaLitva mərkəzi Vilnüs,da Avropa Birliyi ilə ortaq anlaşma imzalayacaqdır. Bu bir ilkin imza olsa da, yön bəlli edici addımdır. Belə ki, bu imza əsasına görə, Azərbaycan Avrupa Birliyi proqramlarının aşama etabına girir. İlk anlaşmaya görə, dövlət və məhkəmə sistemlərində demokratikləşmə və hüquqsallaşma ilkələri Avropa Birliyi anlatımı sürəcinə tabe olur. Moskva üçün Ermənistanı bu yoldan çəkindirmək olduqca rahat görünür. Serkesiyanın Varşovada olduğu yolçuluğunda dedi ki, “Həm Avrupa Birliği və həm Avrasiya İttifaqı üzvü olmaq istəririk! Biz, bütün alanlarda birləşdiyimiz Rusiyanın qarşısında durmarıq!” Serkasiyan bu ifadələrilə Moskvanı Avropa ilə dəyişməyəcəyini aydınca ortaya qoydu. Sözsüz ki, Ermənistan Prezidentibu ifadənin əmrini bir başa Rusiyadan almış olmalıdır. Ermənistan üçün yolun başlanqıcı və sonu bəlli olsa da, Azərbaycan üçün praqnos vermək olduqca çətindir. Bunu hərkəsdən artıq Putin bilir. Bu üzdənPutin, Azərbaycana verilən önəmin həzinəsi üçün çoxdan qollarını sıvamışdır.

AVRASİYA İTTİFAQİ” və “GÖMRÜK BİRLİYİ” Azərbaycan üçün fəlakət seli olar. ÇÜNKÜ:


  • “AVRASİYA İTTİFAQİ” və “GÖMRÜK BİRLİYİ” Rusiya dövlətçiliyini yenidən Ortasiya və Qafqazlara hakim edər! Yenicə milli kimliyinə inanan “Azərbaycan TÜRK Milləti”nin kökünü baltalar. Rusiya, Ukraynanın da ağlını çalarsa, keçmiş sovet eyitimi, yaşam biçimi, kültür alanı, Psikolojik davranışı bir imperiya dövləti sistemi kimi Ortaasiyadan Azərbaycanadək çəkilən Türk topluluqlarını sarar və özlərindən uzaqlaşdırar.

  • Qaradanizə və Güney Azərbaycana yenidən açılan Ruslaşmış sınır məftili, ciddi şəkildə Türkiye cümuriyyətini təhdid edər hələ gələr. Tərsinə İran farsçı rejiminin ortaçağ hakimiyyəti üçün böyük fürsət olar.

  • “AVRASİYA İTTİFAQİ” və “GÖMRÜK BİRLİYİ”, Güneylə Quzey arasında var olan ilişgiləri Moskvaya bağlar. Bütöv Azərbaycan ideyasına ölümcül darba endirər. 1828-ci ildən sonraki havanı yenidən yaraldar. Yenidən rus siyasəti “Azərbaycan Türk Milləti”nin bütün diləkləri üzərinə kölkə salar. Güney, Quzeydən umudsuzlaşar və Türkiyəyə yaxınlaşar.

  • Türk dünyası ilişgilərinə yenidən duruxlama strtajisi hakim olar. Türkiyenin Ortasiya və Azərbaycan ilişgilərinə son vermə sürəci başlayar. Türkiyədə güclü durumda olan Ərəbləşmə və İslamiləşmə yöntəmi sürənlərin əlinə obyektiv bahana düşər. Türk milləti deyil, Türkiyə dövlətilə islamisik dövlətləri arasında ümmətçilik ideolojik tutum sağlanar. Türkiyənin Avrupa Birliyi sevdasına yeni olumsuz şərtlər hökum sürər.

  • Hərbi güc həlinə gələn “AVRASİYA İTTİFAQI” ilə Nato və Avropa Birliyi arasında dünyanı sarsacaq hər an patlaq verəcək soyuq savaş sürəci başlar!Keçmiş ideolojiksəl Batı-Doğru qarşı durması deyil, dünya intigrasiyasına qarşın geniş bölgəni sarmış olan yeni çarizm təhdidi oluşar.

  • “AVRASİYA İTTİFAQİ” və Qarabağ!

“Atətin həmsədlərindən biri olan Rusiyadan Qarabağ işğalına son verməsinə dəstək olmasını istəyən “İlham Əliyev”ə Putinin cəvabı çox net olmuşdur:

Ermənistanla Rusiya ordusunun birgə yürüşü ilə işqal olunmuş Qarabağ savaşını münaqişə adlandıran Putin belə demişdir: “Qarabağ münaqişəsi yalnız və yalnız siyasi və əməkdaşlıq yolları iləhəll olunacaqdır”! Yəni nə zaman, Rusiya istərsə o zaman həll olunar! Bu zaman isə yəqinki, İttifaqın yaranan tarixidir! Sözsüz ki, Rusiya Qarabağın Azərbaycana qayıtmasını heç zaman istəməcək. Ancaq, onuAzərbaycanın milli iradəsini sındırmaq üçün öz siyasət masasından da uzaqlaşdırmayacaqdır. Rusiyanın Qarabağ macərasının bitiş nüqtəsi yeni sovet sistemi içində yeni paylaşımlarla olacaqdır!



  • “AVRASİYA İTTİFAQI” və İRAN!

Tarix boyu Rusiya-İran(fars) arasında hər hansı bir münaqişə və savaş olmamışdır. Əslində bu günki İran adlanan ölkənin yaşaı 80-90 ildir. 1925-də Qacar Türk dövlətçiliyinin İngiltərə, Rusiya və dövlət orqanlarında gizli saxlanılan farsçı siyasətçilərinin əlilə yıxılandan sonra Farsçı İran dövləti yarandı! Rus-Farsdostluğu kökündə bir də ortaq Türkdüşmənliyi vardır. Rusiyanın “AVRASİYA İTTİFAQI” projəsində Azərbaycanın Quzeyini Güneyindən uzaq saxlama planı kəsindir. Ən azından buna görə, “AVRASİYA İTTİFAQI” rus və İran farsçı dövlətini bir ölçüdə məmnun saxlar. Çünkü, Bütöv Azərbaycan birliyi ideyası başlı-başına hər iki fars və rus dövlətlərinə bir kaosdur!

BİZİM YAŞAM ÖYKÜMÜZ!

(1)

GAQP- ABŞ SORUMLUSU

RZA SƏLƏHŞUR

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:and9gct0je0nkhrlecmketagvqoog8dibjz5caa5uhfuojrol7og4sn_uw




Ortada çox sadə və anlaşılır bir sorğu var! Sorğunun adı respekt, soyadı isə sayğıdır! ”Bu respekt adı haradan çıxdı? Sən haradan çıxdın? Farslar bəs deyilmiş kimi biri də börürdən pıtladı!” diyənlərə bir sorğum var! Sizcə, respektin yerini hansı gözəlim türkcə sözçük tutmalıdır? Həəə, bir sürü qarşılıqlı sözcüklər vardır. Mən də qəbul edirəm. Amma gəl gör hansısını yaşadım və hansısını yaşadınız! Mən yaşamadığım sözcükün hambalı deyiləm! Mən, doğulandan bəri respektin türkcəsini yaşamadım heç! Doğrudan Sizlər yaşadınızmı? Yaşadınızsa yazın anladın! Yaşamadınızsa gəlin hikayəmizi birlikdə oxuyaq!

Mən Təbrizin Küçəbağ məhəlləsində boya-başa çatdım. Başqa məhəllər kimi Küçəbağda da, maşınla insana təkcə bir geçid yol var idi! İnsanlarla maşınlar arasında bir anlaşma var idi. Belə ki, nə insanlar maşından qorxsunlar, nə maşınlar insanlardan! Bu anlaşmanın adı ”TƏQDİR-İ-İLAHİ”idi! Biz uşaqlar isə -heç əyləncə yerimiz olmadığına görə,- ”Təqiri ilahi” anlaşmasının ən gözdəsi sayılırdıq! Biz, hərgün axşam çağları top oynamaq üçün məhəllənin ən geniş yerində toplanırdıq. Ara-sıra bizə qatılan ”Yaşar” adlı birisi var idi. O, bizimlə yaşıd olsa da, bizdən fərqli görünürdü. Var-dövlətli ailə uşağı deyildi, lakin yoxsul da sayılmadılar. Onu bizdən üstün göstərən əsasların sadəcə birini sizinlə paylaşacağam. Birinci bu ki, uşaqların qarşılıqlı işlətdikləri normal soyuşlərin heç birini dilinə gətirmirdi. Onun söyüşünün norması bizim səviyəmizi aşırdı! O, hər gün ağızlardan çıxan milyonlarca rütin söyüşlərlə özünü bizim həddimizə salmayırdı. Onun üçün davranış biçimi bir zirvə oyunu sayılırdı. Onunla bizim aramızda olan fərqi, bir ustad şahmatçı ilə naşı şahmatçıya bənzədirəm! Fiqorlar eyn, boyalar eyn, alan eyn, qafa bam-başqa!


Mən respetki batıda öyrəndim, sayğını isə, heç yaşamadım!
Öykünün ardı: Yaşarın bizə qarşı psikolojik üstünlüyü hər anda gözə dəyirdi. O, hərkəsi anormal olmağa sürüklərkən bir anlığına belə, bizim olduğumuz normanı yaşamırdı! Bizim yaşıtda olan türk uşaqlarının az-çox eyni kültürdə böyüdüklərinə inanıram. Mən də bir çox türk uşağı kimi hərgün evdən çölə çıxarkən ilk basqı payımı alıb çıxardım. Sizcə, bir əl boyda evin hər bucağından hop deyib hobbanan iki əl barmaq sayı uşağın arasından mənim payıma nə düşməlidi ki!?

Çox sadə, tez inanan, tez coşab, tez soyuyan insanlar olaraq böyüdük bizlər! Normal sandığımız yaşam biçimi içində elə əridik ki, yaşam biçimi nədir anlamını belə, düşünmədik. Zatən düşünsəydik bu sətirlər deyil, başqa qonular yazılardı. Uşaqkən, içimizdən birisinin fərqli davranışının 50-55 il sonra analiz etməsinin səbəbi sosiyal gerilim deyilsə, bəs nədir? Demək 55 ildən sonra dönüb arxama baxıram! 55-il bundan qabaq Yaşarın hər kəsə qarşı ustacasına büyür, bağışla, olsun, ağa, sağol, pisdir, yaxşıdır deməsinin arxasındaki incə hakimliyin diplomatik davranış olduğunu indi başa düşürəm. Təbi ki, 7-8 yaşlarında olan yaşarın diplomasıdan baş çıxarması iddiasında deyiləm. Ancaq, onu bizdən fərqli göstərən bir təməl nədəni görmədən keçmək olmaz! O, bizim alışmadığımız sözlərilə, cibində gəzdirdiyi kiçik həcimli naxışlı kitabcaları ilə, naylon içindən çıxardığı barmaq boyda düzənli çörək dürməklərilə bizimlə fərqlənirdi! O, gəlib-gedən böyüklərə salam vermədən və qarşılarında kibarca dayanmadan oyun havasına girmirdi! Gözləri və tam diqqəti 20-30 metrədən gələn böyüklər üzərində idi. Bu böyüklər hələ öz anası, atası olunca səssizlik və sayğı dürüşü hamımızı bağlayırdı!



  • Salam ata, salam ana! Uşaqlarla oynayıram. İzin var?

  • Salam balam! Çox gecişmə!

  • Baş üstünə!

Yaşarilə ana-atası arasında olan bu söyləşini biz bəyənmirdik. Onun Yaşarın susul olduğu hesabına qoyurduq. Amma Yaşarın olduğu yerdə dilimizə gətirmə cəsarəti yoxumuz idi. Biz, belə sözlərə alışmamışdıq. Atamızın ” köpək oğlu gəl!” ” itil get!” kimi alışdığı sözləri və anamızın ”Yetim qalasan bala!” ” Anan olsun!” kimi qarqışları bizim alışdığımız ədəbiyyat idi. Bu üzdən Yaşarın davranışları birlikdə olduğumuz zamanlar ziddimizə otoritə əsası olurdu, aramızda olmadığı zamanlar isə, onun ziddinə təzahir sübjəsinə çevrilirdi!

Amma tob oynadığımız anların hikayəsi daha başqaydı! İçimizdə idman paltarlarıyla top oynayan təkcə birisi Yaşar idi. Mən, mədrəsəyə getdiyim şalvar, körnək və başmaqla da top oynardım. Başqa uşaqlar da az-çox mənim kimidilər. Bizim gündəlik işimiz top oynamaq idi. Yaşarın bəlli günlərdə bizimlə olması aramızda bir susulluq əlaməti kimi alqılanırdı. Ancaq bizimlə olan zamanlarda böyüklər sayağı kapitanımız olurdu! Gərçəkdən də, o bizə yardım etmək istəyirdi. bizimlə olan anlarda öz davranışlarıyla bizim də böyük göründüyümüzü sağlayırdı! Nədənsə, o olmayan zamanlar, hər şey tərsinə dönürdü!

Çox böyük bir zamandan sonra hələ düşünürəm ki, nədən Yaşarınanası, atası, qardaşı gəlincə biz hamımız qolu bükük sırada dayanır onları salamlayır, meydandan uzaqlaşmalarını gözləyirdik! Yaşar bizimlə olarkən bu iş hamı ana-atalar üçün az-çox təkrar olurdu. Ancaq, Yaşar olmayan zamanlar, onun ailəsi dışında öz ata-analarımıza belə ən kiçik sayğı göstərmirdik. Örnəyim, günlərin bir günündə, qarşıdan gələn atamın üzünə elə bir şut vurdum ki, yazıq iki küçə arxamca söyüş verə-verə qoşaraq nəfəsdən düşüb yerə sərələndi! Mən isə, qorxumdam az qala iki ay atamı görüncə anamın arxasında gizlənirdim!

Biz uşaqlar, Yaşarın yaratdığısayğı və respekti sadəcə onunla yaşayırdıq. Onun olmadığı yerdə, istəsəkdə alışqan olmadığımız davranışları yapamayırdıq. Biz, sadə və məhəllə tərbiyəsi olan uşaqlar idik. Milyonlarca bizim kimi məhəllə tərbiyəsi alan uşaqları qınamaq da olmaz idi. Evimiz qalaballıq, ehtiyacımız bir-birimizin əlindən qapacağımız çörək xırdası, oxullumuz dilimizlə, evimizlə, gördüklərimizlə, anamız və atamızla tam bir özgə dünya!

Mən, minlərcə il dalğa-dalğa gəlib dağlaşan milli mənliyimizin əsarət dönəminin məhsuluyam! Ana Türk dilindən, yaşamından, kültüründən və bir anlamda beş duyu orqanından yoxsunlaşan milyonlarca ”mən”dən nə gözləmək olar?

Amma nədən Yaşar bizdən fərqli görünür? Bir axşam top oynamaqdan sonra evlərimizə gedirdik. Yaşarın əlində kiçik bir kitab var idi. Yaşar, kitabıb varaqları içindən gözəl və çılpaq bir qızın şəkilini mənə göstərdi! Mən, əlimdə olan lüm-lüt qızın şəkilini yerə ataraq arxama baxmadan evimizə qoşdum. Evdə olan dolabın üzərindəki gözgüdə özümdən qorxdum. Çünkü, rəngim ağ-ba-ağ olmuşdu və əllərim əsirdi! Mən, o gündən bəri dörd-beş gün Yaşardan qaçırdım!

Bəlli olası, kültür biçimində, bütün ataların içində sadəcə Yaşarın atası ata sayılırdı! Biz, o zaman Yaşarla aramızda olan kültür fərqliyini görmədən yaşayırdıq. Elə, bu üzdən də, ortada olan dəyişikliyi düşünəbilmirdik! İndi, bu fərqliyi düşünsəm də, gözümü pərdələyən geçmişim var! Bu geçmişlə neçə uğraşmam başlı-başına bir sorun deyilmi Sizcə? Bugün, mənimlə mənim atamın arasında qurulmayan yaş, baş və yaddaş uçurumu mənimlə yaşayır! Necə ki, Yaşar ilə atasının arasında qurulan yaş, baş və yaddaş bağlantısı da Yaşar ilə yaşayır!

Kəsinliklə mənim kimi, milyonlarca yaşıt vətəndaşım eyni yaşam sürəcini sürmüşdür. Sözsüz ki, Yaşarlar da, içimizdə olmuşdur. Ancaq, qalib biçimdə olmamışlardır. Kaşki, Yaşarlar çox, bizlərisə az olsaydıq!

Kaşki, dodağımızın qarşısını kəsən mikrofon,

Kaşki, barmağımızın arasında dolaşan qələm,

Kaşki, gözümüzü gözlərə toxunduran açıq göz,

Və Kaşki, evimizin paslı pəncərəsini dünya üzünə açan əl, beyindən kiçik qalan MƏN,lər deyil, YAŞAR,lar olsaydı! KAŞKİ!

Rza Sələhşur

2013-08-12




Yüklə 58,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə