Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə3/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   2   3   4   5   6   7   8   9   ...   90

downloaded from KitabYurdu.az
 

yaşamış,  onun  tarixi  müqəddəratının  iştirakçıları  o lmuş  Qafqazdilli  və  İrandilli 
etnik  qruplar  nəzə rdə  tutulur.  Bunla rın  hamısı  bütünlükdə  Azərbaycan  xa lqıdır. 
Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyətinin   təşəkkülündə,  mənəvi  simasın ın 
formalaşmasında  bu  kiçik  xalq ların  da  rolu  şübhəsizdir.  Lakin  ―Azərbaycanlı‖ 
dedikdə  bu  anlayışın  iki  cəhətini  ayırd  et me k  la zımdır:  türkmənşəli  əhali  üçün 
―azərbaycanlı‖  konkret ö zünüadlandırma (məh z ―türk d ili‖anlamında ―Azərbaycan 
dili‖ifadəsi hələ  X əsr  müəllifləri Əbu  Peyhan Biruni və Xətib  Təbrizi tərəfindən 
işlən mişdir, Babək üsyanı ilə əlaqədar məlu matlarda XI əsrin görkəmli Azərbaycan 
filosofu Əbülhəsən Bəhmənyarın  Babəki ―azərbaycanlı‖, ərəbcə ―əl Azərbaycani‖ 
adlandırması  məlu mdur),  Qafqazmənşəli  və  İran mənşəli  kiçik  xalqlar  üçün 
―azərbaycanlı‖  ü mu mi,  birləşdirici  adlandırmadır,  Çünkü,  bu  azsaylı  xalqların 
―azərbaycanlı‖  adlan ması  onların  A zərbaycan  ərazisində  məskun  olmaları  ilə 
bağlıdır,  ö zlərinin  etnik  adları  –  kon kret  ö zünüadlandırmaları  isə  başqadır:  udin, 
lə zgi, avar, sa xur, tat, ta lış,  kürt və s.  De mə li a zərbaycanlıla rın təşəkkü lü dedikdə 
Azərbaycan  əra zisində  yaşayan  bütün  xa lqla rın   təşəkkülü  nə zərdə  tutulur:  hə m 
çoxluğu  təşkil  edən  və  özünüadlandırması‖azərbaycanlı‖  o lan  türklərin,  həm  də 
etnik  ad ları  o lan,  lakin  A zərbaycan  ərazisində  məskun  o lduqlarına  görə 
―azərbaycanlı‖  adlanan  azsaylı  xalqların.  Bununla  əlaqədar  qeyd  etmek  istəyirəm 
ki, yaxın  keçmişdə respublikamızda irəli atılmış türkçülü k ideyasının əleyhinəyəm. 
Mən qəti  inandırıra m  ki, Azə rbaycanın cənub hissəsinin əra zisində və  ona bit işik 
bölgələrdə  türk  mənşəli  etnoslar  er.  əv.  III  minillikdən,  şimalda  er.  əv.  I 
minillikdən  art ıq  aparıc ı  ro la  ma lik  olmuşlar.  Təqdim  etdiyim  kitabın  qarşısına 
qoyulmuş  əsas  məqsəd  də  bu  konsepsiyanın  sübut  edilməsindən  ibarətdir.  Lakin 
həmin etnosların heç biri türk adlan ma mışdır.  Bu fikir dü zdür ki, ―türk‖  etnonimi 
Altayda  yalnız  bir  etnosun  adı  olmuşdur  və  sonra  bu  ad  Altay  –dil  ailəsin in 
qollarından birinə şamil edilmişdir.  Beləliklə,  mən Azərbaycan ərazisində er. əvvəl 
türklərin   yaşadığını  dedikdə  ö zünü  türk  adlandırmış  tayfaları  yo x,  Altay-d il 
ailəsin in Türk qoluna  mənsub edilə bilən qədim etnosları nə zərdə tutura m.  Başqa 
sözlə,  Altay-dil  ailəsinin  Türk  qoluna  mənsub  etnoslar  Azərbaycan  ərazisində 
eradan əvvəl yaşayırdı, la kin özünü türk adlandıran lar  is ə buraya yalnız erkən orta 
əsrlərdə, ko mpakt halda isə XI-XII əsrlərdə Səlcuq oğuzları ilə gəlmiələr. 
 
Bə zi  mətbuat  səhifələrində  Şimali  A zərbaycan  ərazisində  Alban  etnik 
adını daşıyanların türkmənşəli o lması barədəki  fikrimə qarşı çıxırlar. Mən bu cür 
mü lahizələri  rədd  edirəm.  Albanların  türkmənşəli  o lması  tekzib  olun maz  faktlara 
söykənir: alban şəxs adların ın və Albaniya toponimlərinin türkcə olması. Aşağıda 
bu faktlar verilmişdir. Mən tamamilə əminəm ki, A zərbaycan ərazisində er. əvvəlki 
minilliklərdə  türkmənşəli  etnosların  yaşaması  haqqında  konsepsiyam  gec -tez 
Azərbaycan tarixində öz yerin i tutacaqdır.    
 
 
 
 
Kitabın  həcminə  görə  Azərbaycan  xalqinin  bütünlükdə  təşəkkülü 
problemin in  həllin i  vermə k  mü mkün  deyil.  Ona  göre  bu  əsər  əsas  etibarilə  
Azərbaycan türklə rin in mənşəyinə həsr olunmuşdur. Bunun  bir  neçə  səbəbi  var. 


downloaded from KitabYurdu.az
 

 
Əvvələn,  türkmənşəli    azərbaycanlıların  mənşəyi  probleminin  həllində 
Azərbaycan  tarixşünaslığında  ço x  böyük  ədalətsizlik-tarixi  həqiqətə  biganəlik 
mövcuddur. Bəzi  rus,  erməni və gürcü tarixçilərin in saxta fikirlərin i o lduğu kimi 
qəbul  edərək  tarixşünaslığ ımıza  da xil  et miş  yüksek  adlı-sanlı  tarixçilə rimiz 
Azərbaycanda 
türkmənşəli 
etnosların 
qədim 
tarixin i 
bilərə kdənmi, 
bilməyərə kdən mi  a mansızlıqlaheçə  endirmiş  və  türklərin  buraya  orta  əsrlərdə 
gəlmə olmasını sübut etməyə doğru  yönəldilmiş  konsepsiya yaratmışla r. Aşağıda 
tarixşünaslığımıza  özünə  möhkəm  yer  eləmiş  bu  qondarma  konsepsiyanın 
mah iyyətini  açacayıq.  Sanki  bu  cür  tarixç ilərimizdə  türk  sözünə,  türk  varlıglna, 
türk  mədəniyyətinə qarşı nifrət hissi var, səbəbini bilən yo xdu. Rus, ermən i, gürcü 
və  fars  tarixçilərinin,  ü mu miyyətlə,  türklərin,  xüsusilə   Azərbaycan    türklərin in 
tarixin i  saxtalaşdırmaqda  niyyətlərini  başa  düşmək  olur:  bu  tarixçilərin  mənsub  
olduğu xalq lar ara-sıra  mərhələlər istisna olmaqla tarix boyu türklərin hakimiyyəti 
altında olmuşlar. Bu tarixi həqiqət onlarda türklərə, o sıradan azərbaycanlılara qarşı 
kin doğurur və onlar türk xalqların ın, o sıradan azərbaycanlı türklərinqədim tarixini 
hər vasitə ilə sa xta laşdırmaqlab ir növ ―əvəz‖ ç ıxırla r. 
 
 
Türklərin  Azərbaycan  ərazisinə  orta  əsrlərdə  gəlmə  o lması  haqqında 
Azərbaycan  tarixşünaslığında  əksini  tapmış  konsepsiya,  azərbaycanlıla rın 
Ermənistandan  kütləvi  qovulmasının  və  A zərbaycana  qarşı  ərazi  iddiasının  tarixi 
baxımdan  əsaslandırılmasına  xid mət  edən  erməni  tarixşünaslığına  bütün 
parametrlərdə uyğundur.  
İkincisi, doğrudur, er. əv. VII əsrdən başlayaraq eramızın  XII-XIII əsrlərinə 
qədər  Y.  B.  Yusifova  görə,  Azərbaycan  tərəfə  türk  etnoslarının  üç  böyük  axını 
olmuşdur (186).  Lakin onlardan əvvəl burada yerli, avtoxton türkmənşəli etnoslar-
Manna,  Maday,  Kas,  Alban,  Kaspi  və  b.  yaşayırdı  və  Aazə rbaycan  ərazisində 
Manna, Maday Atropatena və Alban dövlətləri də bu etnosların quru mlarıdır.  Ona 
görə  Azərbaycan  xalqın ın  təşəkkülü  problemini  araşdırdıqda  əvvəlcə  türkmənşəli 
azərbaycanlıların  mənşəyi proble mi həll edilmə lidir, çünki bununla Azərbaycanda 
yaşayan azsaylı xalqların etnogenezin in həlli üçün də meydan açılır.    
 
Üçüncüsü,  Azərbaycanın  azsaylı  xalqların ın  mənşəyi  haqqında  qabaqkı 
əsərlərimizdə  (83;  85)  danışmış  və  bu  barədə  araşdırmalarımızın    nəticələrini 
vermişik.  Xüsusilə,  Qafqaz-dil  ailəsinin  ləzgi  dilləri  qrupuna  aid  olan  dillərdə 
danışan  udinlərin,  avarların,  saxurların  və  ləzgilərin  hələ  Alban  dövləti  vaxtında 
şimal-qərbdə  və  şimal-şərqdə  yaşadıqların ı  yazmışıq.  Bu   xalq ların  bir  hiss əsi 
Dağıstan ərazisində yaşadığına görə,  Dağıstan tarixçilərinin  də onların  mənşəyinə 
dair  tədqiqatları  vardır.  La kin  A zərbaycan  xalq ının  etnogenezi  proble minin  sa xta 
həlli  ucbatından  Dağıstandilli  (ya xud  lə zg idilli)  xa lqla rın  mənşəyi  barədə  yazmış 
tədqiqatçılar  tarixi  fakt ların  məc rasından  kənara  ç ıxa raq  bu  məsələdə  yanlış 
nəticələrə  gə lmişlər  ki,  bu  da  öz  növbəsində  indi  bəzi  lə zg i  xadimlərin in 
Azərbaycana  qarşı  tarixi  obyektivliyə  uyğun  olmayan  ərazi  iddiala rına  s əbəb 
olmuşdur. Qeyd etmək  lazımd ır  ki,rus və erməni tarixçilərinin əsərlərindəki saxta 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə