Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə4/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   2   3   4   5   6   7   8   9   ...   90

downloaded from KitabYurdu.az
 

baxışlar  əsasən  Azərbaycan  türklərinə  qarşı  çevrilmişdir.Bu  əsərlərdə 
Azərbaycandaki    Dağıstandilli    və  İrandilli  a zsaylı  xalq ları  və  hətta  Dağıstan 
xalq larını  türk  azərbaycanlılara  qarşı  qoymaq  meyli  vard ır.  Çünki  ermənilər  
azərbaycanlılara   qarşı  torpaq  iddiasını  əsaslandırmaq  üçün  əvvəlcə  türk 
azərbaycanlıların bir etnos kimi tarixi özünə mə xsusluğunu inkar etmeye ça lışırlar. 
Bunun  üçün  Azərbaycan  dilinin  Azərbaycandakı  azsaylı  xalq ların  və  Dağıstan 
xalq larının d illərinə ço xmin illik təsirini dan maq vacib idi. Məsələn, 1969-cu ildə S. 
Q.  Barxudaryan  adlı  bir  ermən i  XI-XII  əsrlərdə  ―Dərbənd  Erməni-Alban  çarlığı‖ 
adlı  dövlətin  mövcud  olması  haqqında  Yerevanda  məqalə  yazmışdı  (Бар хударян 
С.Г.Дербентское  армянско-албанско  царство.»Историко-фило логический 
журнал»,3, 169) Əslində tarixdə belə dövlət o lmamışdır. Məqsəd azərbaycanlıların 
başı  üstündən  ermənilərlə  Cənubi  Dağistan  xalqları  arasında  körpü  salmaqdan 
ibarət  idi.  A z  sonra  1977-c i  ildə  O.İ.  Vinoqradova  və  Q.  A.  Klimov  adlı  rus 
dilçiləri  Dağıstan dillərində erməni sözlərinin o lması haqqında Moskvada məqalə 
yazdılar  (бах  О.И.Вино градова  Г.А.Климов.Об  арменизмах  в  Дагестанских 
языках.» Э тимология»-1977‖, M.,  1979).  Onlar yazırdılar  ki, Dərbəndə ―Alban-
Erməni‖  yo x,  ― Erməni  ça rlığ ı‖  olmuşdur.  Bunu  ―sübut‖  etmək  üçün  onlar 
Azərbaycan  dilindən  həm  e rməni  dilinə,  hə m  də  udinlə rin,  lə zgilə rin,  saxurla rın, 
qrızların və b. dillərinə keçmiş sözlərin  ermən imənşəli olduğunu göstərmişlər.Yəni, 
guya  bu  sözlər  əslən   ermən icədir  və  Dağıstan  xalqlarına  da  ermənilərdən 
keçmişdir:  astar,  kələz,  təndir,  zol,  zibil,  k ələm,  şor,  xaç,  car  (―söz‖  mənasında, 
məsələn  ―car  çə kmə k‖),  dev  və  s.  Bu  nədir?  Bu  türkdilli  A zərbaycan  xalq ına  və 
Azərbaycan dilinə qarşı məqsədyönlü, planlı tə xribatın bir tərə fid ir. 
 
 
Ço x  təccüblüdür,  Q.  A.  Klimov  kimi  məşhur  dilçi  bilmir  ki,  b ir  dildən 
başqa  bir  dilə  sözlərin  keçməsində  müəyyən  qanunauyğunluqlar  var:  bu  dillərdə 
danışan xalqlar bilavasitə qonşuluqda yaşamalı və deməli, d illəri əlaqədə olmalıdır. 
Heç vaxt bir etnos qonşu xalq ın başı üstündən aralıda yaşayan xalq ın dilindən söz 
qəbul  edə  bilmə z.  Dağ ıstan  xa lqla rı  heç  va xt  ermənilərlə  qonşu  olma mışlar  və 
demə li,  qədimdə   Dağ ıstandilli 
xalq lara  azərbaycanlıların  başı  üstündən 
ermənilərdən sözlə r keçə bilmə zdi.  
 
 
 
 
 
Erməni  dili  be lə  qüvvətli  təsir  gücünə  ma lik  idisə,  nə  üçün  ermənilər 
azərbaycanlıların  toy  mərasimi  ilə  bağlı  sözləri  sözləri  və  ifadələri  erkən  orta 
əsrlərdən  bəri  işlədirlər:  hademasi  (elçilik  vaxtı  q ızın  ailəsinin  ―hə  deməsi‖),  beh 
tal (elçilik vaxtı   oğlan tərəfin  qızgildə beh qoy ması), nşan (qıza nişan aparılması), 
şal  (nişanda  üzü k-şal  aparılması).  Qlxaçik  (azərbaycan  dilindəki  qlu x  ―baş‖ 
sözündən, qız əvəzinə başlıq verilməsi), vekilper  (gəlinin din i nigah  kəsmək üçün 
―vəkil  verməsi‖, yəni vəkil təyin etməsi), qalankrel (toydan əvvəl tərəflərin qalan, 
yəni ka lım haqda razılığa  gəlməsi), maka rbaşi  (mağarbaşı, yıni toya başçılıq  ed ən), 
tsitqağan, yəni sütqalan (qızın anasına süd kalımı, südpulu verilməsi),  xalat (bəyə 
toyda xələt verilməsi), p lov, çu xa (bəyə toyda çuxa gey məsi), zurna, ta mada, puçaq 
(gəlin  üçün oğlan evində bucaq yaxud gərdə k  düzə ldilməsi), ara kast (oglan evində 


downloaded from KitabYurdu.az
 
10 
otağın  bir    b ir  tərəfin i  gəlin  üçün  palaz-kilimlə  ―arakəs mə‖  edilməsi)  və  s.  (Бах 
А.Е.Тер-  Саркисянц. Брак и свадебный чикл у армян.Вторая половина ХIX – 
начала  ХХ  века.  «  Кавказский  этнографический  сборник»,том  IX,  1989,с . 
251,252-260, 264,  265,  266, 267,  268).  Ha lbuki hər b ir  xa lqın toy  mərasimi onun 
mənəvi  mədəniyyətinin tərkib h issəsi olduğuna görə, bu mə rasimlə  bağlı adətlərin 
adları da həmin  xalqın  dilindəki sözlərdən ibarət olur. M illi  mədəniyyətimizin  və 
dilimizin   qonşu  xalqlara  təsiri  məsələləri  monoqrafik  şəkildə  indiyədək 
araşdırılmadığ ına  görə,  erməni  tədqiqatçılarıhər  vasitə  ilə  bu  təsiri  erməni 
mədəniyyətininvə dilinin təsiri ilə  əvəz et mişlər. 
 
 
 
 
İndi olduğu kimi, qədimdə də  Kürdən cənubda heç bir Qafqazdilli, yaxud  
İrandilli xalq yaşamamışdır. Oranın köklü əhalisi türklər olmuşlar. Məh z buna görə 
də  erməni,  rus  və  gürcü  tarixç iləri  Kürdən  cənubdakı  A zərbaycan  əra zisin in  IV 
əsrə  qədər  ermənilərə  məxsus  olduğunu,  əhalin in  isə  əsasən  ermənilərdən  ibarət 
olduğunu  yazırlar.  Bununla  da  A zərbaycan  türklərin in  köklü  olması  inkar  edilir. 
Ermənilərdən  Ye re myan,  Mnasakanyan Akopyan  və  b.  bu  barədə  çox  ya zmışlar. 
Ruslardan A. P.  Hovoseltsev onların sıra larındadır (ба х: 2).  Gürcü tarixcisi Q. A. 
Melikişvili  də  onlara  dayaq  olur.  Onun  fikrini  rusca  olduğu  kimi  veririk:  ―Все 
вышесказанное  дате  основание  у тверждать,  ч то  вплоть  до  конца  IV  в.,  за 
исключением  небольшего  отрезка  времени  в  30  –  60  гг.  этого  столетия, 
армяно-  албанская  граница  прохо дила  по  реке  Куре,  а  области  Сакасена, 
Арцах,  Ути,  Гардман  и  другие  входили  в  состав  Армянского 
царства».(Q.A.Melikişvili.К  истории  древней  Грузии.  Тбилиси,  1959,с.18). 
Aydındır. Guya IV-əsrin sonunadək Kürdən cənubdakı torpağımız b izimki deyildi, 
demə li,onun fikrincə orada türk əcdadlarımız da yaşamırdı.    
 
 
Əsərdə  diqqətin  türkd illi  azərbaycanlıların  mənşəyinə    doğru 
yönəldilməsinin səbəbi budur. 
 
 
 
 
 
Bununla  əlaqədar  olaraq  bir  məsələni  o xucunun  nəzərinə  çatdırmaq  
lazımd ır.  Azərbaycan  ərazisində  miladdan  əvvəlki  minilliklərdən  başlayaraq 
əhalinin aparıcı hissəsini Altaymənşəli, yaxud türkmənşəli etnoslar teşkil etmişlər, 
lakin bu etnosların heç b irinin atnik ad ı, yaxud özünüadlandırması konkret ―türk‖ 
etnonimi  deyildi.  Azə rbaycan  ərazisinə  özünüadlandırması  ―türk‖  olan  tayfalar 
erkən  orta  əsrlə rdə  gəlmişlər.  XI  əsr  Azə rbaycan  şairi  Qətran  Təbrizin in 
―Türküstandan qalxıb gələn bu türklər‖  ifadəsi də  məh z səlcuq oğuzlarına aiddir, 
çünki  oğuzların  etnik  adı  türk  id i.  XIV  əsr  tarixçisi  Əbdürrəşid  Bakuvi  yazır: 
―Astroloqlar  təsdiq  edirdilər  ki,  o  (Təbriz  şəhəri-  Q.  Q.)  türklər  (yəni  oğuzlar-Q. 
Q.)  tərəfindən  tutulmayacaqdır‖(18,  67).  Halbuki  Təbriz  necə  deyərlər,  Nuh 
əyyamından  türkmənşəli  əhalin in    məskəni  olmuşdur.  Təsadüfi  deyil  ki,  İran 
alimlə ri də məh z Cənubi A zərbaycan şəhərlərində əhalin in binadan türk o lmadığ ını 
sübut  etmek  üçün  belə  məlu matlardan  məharətlə  istifadə  edirlər.  Ona  görə  bu 
əsərdə biz A zərbaycan ərazisində yaşamış qədim etnoslar üçün Altay dil ailəsin in 
Türk  qoluna  mənsub  olması  mənasında  ―türkmənşəli‖  və  ―türkd illi‖  ifadələrini 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə