downloaded from KitabYurdu.az
141
sözlərindəndir. Eranın əvvəllərində Albaniyada hunların başçısı Aqbuqa (―Alban
tarixi‖ndə qədim ermən icə yazılışı - Aqbuqi). Babəkə qarşı göndərilmiş ərəb
sərkərdəsi Buqa (o, əslən türk idi), Çingiz xan ın oğlanla rından Aruq -Buğa,
Azərbaycan Cəla irilər dövlətində Sultan Əh məd in (1374-1410) oğlu Akbuqa,
Türküstan hakimi Əsən-Bu ka (1309-1318) (70, V, s. 161) adları ilə müqayisə
olunur.
T u r s u n. Əsən Calalın nəvəsinin adı (69, 107). Türkcə tursun, dursun
(yaşasın, ö mür sürsün; ata-ananın körpəsinin sağ qalması arzusunu ifadə edir)
sözündəndir.
H a m a m. IX əsrdə Yu xarı Qarabağda xristian albanlarda hökmdar ad ı.
Əvvəlinə ermənicə yazılışda ―h‖ səsinin əlavə olunması ilə Əməm adın ın təhrifi.
Türkcə əm – ―əlac‖, ―dərman‖ (166, I, 270) sözü və -əm şəkilçisindəndir.
Tarixçilərimizin əsərlərində adın Hamam kimi yazılması səhvdir.
A l p -K u ş. XII əsrdə Bəyləqanda şəxs adı (62). Türkcə alp – ― igid‖ və
Kuş sözlərindəndir. Ehtimal ki, ―kuş‖ ko mponenti qədim türklərdə körpələrin və
zahıların h imayəçisi sayılan və quş şəklində təsəvvür edilən Umay ilahəsini ifadə
edir. Ola bilərdi ki, şə xs adlarında bu söz alıcı quş (qızılquş, şahin v ə s.)
mənasındadır. Orta əsrlərdə Orta Asiyada və Azərbaycanda ―kuş‖ komponentili
çoxlu türk əmirlərin in adları məlu mdur. Səlcuq oğuzlarında Nəsirəddin Aq-Kuş,
Ba zdar Yu ryun- Kuş (77, 26, 80) və s. şə xs adları ilə müqayisə olunur.
A l t u n t a ş. XII əsrdə Bəy ləqanda şəxs adı (62). Türkcə altun – ―qızıl‖
və taş (daş) sözlərindəndir.
T u k-T e q i n. XII əsrdə Bəy ləqanda şəxs adı (62). Türkcə tun (tunq) –
―ilkin‖ və tuqun – ―şahzadə‖, ―vəliəhd‖ sözlərindəndir.
B a ş a r. XII əsrdə Bəyləqanda şəxs adı (620. Tü rkcə baş – ―başda duran‖,
―öndə duran‖. və ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ sözlərindəndir.
İndiki Ermənistan ərazisində III əsrdə VIII əsrin ortalarınadək Ordu
ko mandanların ın hamısı türk mənşəli Cin tayfasından idi. Erməni tarixçiləri Cin
tayfasının türk mənşəli olduğunu danırlar. Burada həmin tayfa barədə
danışmayacağıq. Lakin bu tayfanın ilk başçısı qədim erməni mənbələrində
―Mamikon‖ kimi yazılmış və ona görə onun nəslindən olan ko mandanlar da
Mamikonianlar adlan ırlar. Əslində isə Mamikon türkmənşəli Mamiqun şəxs adın ın
ermənicə tə ləffü züdür. Bu ad qədim türkcə Ma mi və tunqus-mancurca və
monqolca qun ― knyaz‖ sözlərindən ibarətdir. Müqayis ə üçün Attilanın atası
Munzuqun, Çingizxanın nəslindən Alqun (70, 139), XIII əsrdə monqol sərkərdəsi
Çormaqun və b. şəxs adlarını misal göstərmək o lar.
Biz o xucuları alban şəxs adların ın ço x hissəsi ilə tanış etdik. Aydın olur ki.
indiyədək Dağ ıstandilli sayılan Alban etnosunun çarlarının, feodalla rın ın v ə
ruhanilərinin ad ları türkcəd ir.
A l b a n l a r ı n t ü r k m ə n ş ə l i t o p o n i m l ə r i. Alban etnosunun
türkmənşəli olması haqqında konsepsiyamızın doğrulugunu eranın əvvəllərindən
downloaded from KitabYurdu.az
142
XI-XII əsrlə rə qədər Albaniyanın toponimləri də təsdiq edir. Mənbələrdə Albaniya
ərazisində ço xlu yer adları çəkilir. II əsr müəllifi Klavdiy Ptolemey (bax: VDİ,
1948, № 1) Albaniya ərazisində 29 yaşayış məntəqəsi və 5 çay adını çəkir. Bu
toponimlə rin mənşəyi haqqında geniş ədəbiyyat var, la kin de mək o lar, heç birin in
mənası açılma mışdır. Biz onun göstərdiyi Sanua, Qelda, Ala m, Baruka , Tabilaka
və İobula toponimlərini müvafiq olaraq A lbaniyanın Xen i, Qe lavu, orta əsrlə rdə
Olo m ()Ula m və müasir Be rikey (Də rbənd rayonunda), Tövlə (Qəbələ rayonu) və
Ba lakən ad ları ilə qarşılaşdırırıq. Maraq lıd ır ki, Ptole mey Sioda toponimini Kü rlə
Arazın birləşdiyi yerdə (təxminən indiki Cavad kəndinin yerində) qeyd edir.
Ehtimal ki, bu toponim Suv-ada ―çayların qovuşduqları yürdə üç tərəfdən su ilə
əhatə olunan ada formalı yer‖ sözüdür və Suada toponimi zaman keçdikcə ―Cavad‖
formasını qəbul etmişdir. Ptolemey in qeyd etdiyi A lban, Qelda, Kamexiya, Osika
və Tilb ida toponimləri müvafiq surətdə Albaniyanın Alban, Gel, Şa make, Şa ka və
Silb tayfalarının adların ı əks etdirir. Ptolemey in qeyd etdiyi Alam toponimi türkcə
olam, olom ―keç id‖ sözündən ibarətdir. İori və Ala zan çayla rın ın qovuşuğunda orta
əsrlərdə Olo m toponimi vardı.
Albaniya toponimlərinin ço xu Musa Kalankat lının ―Alban tarixi‖ndə qeyd
edilmişdir. Lakin tədqiqat göstərmişdir ki, bu mənbədə göstərilən yer adlarını iki
qismə ayırmaq la zımd ır: Albaniyada yaşamış tayfaların ad larını ə ks etdirənlə r;
yerin müsbət və mənfi relyef formalarını b ildirən sözlərdən ibarət ad lar.
Birinci qrupa Habant, Arajank, Arandjinak, Aranrot, Qa rqar, Qoro z,
Kanqark, Kolb, Ko lt, Medz-A rank, Medz-Ko lmank, Pa zkan k, Trtu, Tuçkatak, Çol,
Çur, Xarqlan k, Xunanakert və s. aid etmək olar. Bu toponimlərin Albaniyada
yaşayan türkmənşəli Abant, Araz, Aran, Qarqar, Gorus, Kəngər, Ko l (Ku l), Çol
(Çu l), Peçeneq, Tərtər, Katak, Xun (Hun) tayfaların ın adlarını əks etdirdiy ini
yazmışıq. A lbaniyanın Lpin k, Lubnas, Hereti və Xen i toponimləri isə
Dağıstanmənşəli tayfaların adlarını əks etdirir.
Aşağıda biz türkmənşəli leksik vahidlərdən düzəlmiş toponimlərdən
danışacağıq. Albanların dilində yaran mış bu coğrafi adları aydın laşdırmaqla
onların dili haqqında müəyyən təsəvvürə malik ola bilərik.
A l a z a n (Strabon, XI, 3, 2). Albaniya ilə İberiya arasında s ərhəd
çaylarından birin in adı. Türkcə al (dəqiq mənasını müəyyən edə bilməd ik, bəlkə də
qədim türkcə al – ―geniş sahə‖, ―böyük düzən‖, ―açıqlıq‖ – 166, I, 755 - sözüdür)
və özən (üzən) – ―çay‖, ―vadi‖ sözlə rindəndir. Dağliq Altaydakı Ala zan çayın ın adı
ilə müqayisə olunur (148, 128).
K ü r (Strabon, XI, 4, 2). A lbaniyanın içərisindən axan çayın ad ı.
Qafqa zmənşəli ad sayılır (55). Bu fikrə əvvəllə r biz də tərəfdar idik (85). La kin
sonrakı araşdırmalarımız, xüsusilə Şimali Qafqazda və Sibirdə Kür adlı çayların
olması bu hidronimin türk dilləri əsasında izah ed ilməsi vəzifəsini qarşıya qoydu.
Türkcə kür – ―bol (sulu)‖, ―qüvvətli‖, ―sürətli‖, ―sarsılmaz‖, ―məğrur‖ (166, III,
106) sözündəndir.
Dostları ilə paylaş: |