Azərbaycan universiteti SƏRBƏst iŞ Fakültə: Biznes və iqtisadiyyat Kafedra: Maliyyə və iqtisadiyyat


Təşkilatın və onun əməkdaşlarının inkişafı



Yüklə 67,81 Kb.
səhifə2/6
tarix17.05.2022
ölçüsü67,81 Kb.
#87232
1   2   3   4   5   6
İnsan resurslarının təhsili və inkişafı

1. Təşkilatın və onun əməkdaşlarının inkişafı

Təşkilatın heyətinin ixtisas, bilik, bacarıq və yeniliklərə yiyələnmək qabiliyyəti müasir tələblərə cavab vermədikdə. Bu təşkilatın fəaliyyətinin nəticəsinə çox pis təsir göstərir. Ona görə də inkişaf etmiş ölkələr bu məsələyə çox böyük diqqət yetirir. Bu sahəyə böyük məbləğdə vəsait xərcləyirlər. Təhsilə investisiya qoyuluşunu artırmaqla çoxlu miqdarda gəlir əldə edirlər. Peşə təhsilinin əhəmiyyəti son illər daha da artmışdır.

Tanınmış “Matorola”. “Djeneral Motors” müəssisələri öz əməkdaşlarının peşə inkişafı və əlavə təhsili üçün hər il milyardlarla dollar vəsait xərcləyirlər. Bu məqsədlə hətta universitet və ya institutlar da yaradılır. İxtisasın artırılması üzrə daimi fəaliyyət göstərən korporativ proqram üzrə işləyən universitetlər içərisində “Simens” xüsusi yer tutur.

Digər kampaniyalardan fərqli olaraq universitet “Simens” yüksək gəlirlə işləyir. Belə ki, 1999-cu ilin 10 ayı ərzində “Simens” öz kampaniyası üçün 11 milyon dollardan çox gəlir vermişdir. “Simens” konserni XX əsrin 70-ci illərində yaradılmışdır. İl ərzində bu müəssisə 65 milyard dollarlıq məhsul istehsal edir. Bu konsernin universiteti onun 400.000 işçisinin ixtisasını yüksəldir. Onun işçiləri dünyanın 190 ölkəsində işləyir. 47 1995-ci ildə ABŞ-da xüsusi kompaniyalar peşə təhsilinə 53 milyard dollar, 1998-ci ildə isə 100 milyard dollar vəsait ayırmışdır.

Tanınmış alim Bekker 2001-ci ildə yazmışdır: “Menecer insan resurslarının idarə edilməsində strategiyanın işlənməsində öz töhvəsini vermək istəsə, bunun üçün o insan kapitalının ölçülməsi sistemini işləyib hazırlamalıdır. Bununla menecer insan resurslarının biznesin səmərəliliyinə necə təsir etdiyini müəyyənləşdirmiş olur. Menecerlər başa düşməlidirlər ki, firma dəyəri necə yaradır və dəyərin yaradılması prosesini necə ölçmək olar?”. Bu qeyd olunanlar insan kapitalının ölçülməsinin mahiyyətini aşkar edir. İnsan kapitalının ölçülməsində insan resursları üzrə müxtəlif məlumatlardan və statistik metodlardan istifadə edilir. İnsan kapitalının ölçülməsi prosesində aşağıdakıları müəyyənləşdirmək lazımdır:

1. Qiymətləndirmə mənbələrinin uyğunlaşdırılması: o cümlədən biznesin əsasını təşkil edən, işin keyfiyyətini göstərən vəzifə yararlılığının və qabiliyyətin müəyyən edilməsi;

2. Təşkilatın yekun göstəriciləri və səmərəliliyi ilə insanların praktiki idarə edilməsi metodları arasındakı nisbətin təhlil edilməsi;

3. İnsan kapitalının ölçülməsi təşkilatın işinin keyfiyyətinə insanların idarə edilməsinin praktiki metodları ilə necə şərtlənir. Odur ki, burada situasiyanı yaxşılaşdırmaq üçün hansı addımları atmağı bilmək çox zəruridir. Burada fəaliyyəti yox, dəyəri əsas götürmək lazımdır. İnvestisiyaya qoyulmuş kapitalı alınmış gəlirlə qiymətləndirmək daha məqsədəuyğundur;

4. İnsan kapitalının ölçülməsində sadəliyə çalışmaq lazımdır – son nəticə və davranışın əsas, zəruri anlarına diqqət yetirmək vacibdir;

5. Bu və ya digər fəaliyyətin elə məqamlarını ölçmək lazımdır ki, bu ölçmə nəticəsində qərarın qəbul edilməsi zamanı lazım olan informasiyanı almaq mümkün olsun;

6. Ənənələri təhlil edib qiymətləndirmək. İşin cari vəziyyətini qoyulmuş məqsədlə müqayisə etmək;

7. Asan əldə edilən və etibarlı informasiyaların toplanması;

8. Nəzərə almaq lazımdır ki, ölçmə məqsədə çatmaq üçün vasitədir, lakin məqsəd deyildir.

Məlumatlar daha əsaslandırılmış qərarların qəbul edilməsi və praktiki fəaliyyətin həyata keçirilməsində istifadə olunur.




Yüklə 67,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə