Azərbaycan universiteti SƏRBƏst iŞ Fakültə: Biznes və iqtisadiyyat Kafedra: Maliyyə və iqtisadiyyat



Yüklə 67,81 Kb.
səhifə3/6
tarix17.05.2022
ölçüsü67,81 Kb.
#87232
1   2   3   4   5   6
İnsan resurslarının təhsili və inkişafı

2. Peşənin inkişafı və peşə təhsili

Peşənin inkişafı dedikdə, əməkdaşın yeni istehsalat funksiyasının, yeni vəzifənin yerinə yetirilməsinə və yeni məsələnin həllinə hazırlanması prosesi başa düşülür. Təşkilat peşənin inkişafı üçün xüsusi metodlar və idarəetmə sistemi yaradır: peşə təhsilinin idarə edilməsi, rəhbər işçilər üçün ehtiyatın hazırlanması, kariyeranın inkişafı, iri transmilli korporasiyalarda peşənin inkişafı şöbəsi fəaliyyət göstərir. Bu işlərə rəhbərlik vitse – prezident və ya direktor həyata keçirir.

Aparıcı müəssisələr, təşkilatlar peşənin inkişafına əmək haqqı fondunun 2 – 10 %-ə qədər vəsait sərf edirlər. “Djeneral Motors” kimi kompaniyalar peşə inkişafına bir milyard dollardan çox vəsait sərf edirlər. Peşənin inkişafı ilə əlaqədar kapital qoyuluşu təşkilatın maliyyə nəticəsinə birbaşa təsirdən əlavə təşkilatda əlverişli mühitin yaranmasına, işçilərin müəssisəyə bağlılığına müsbət təsir göstərir.

Peşənin inkişafı işçinin ümumi, intellektual inkişafını təmin edir, onun dünyagörüşünü artırır, özünə inamını möhkəmləndirir. Müəssisədaxili peşələrin inkişafından bütövlükdə cəmiyyət faydalanır. Cəmiyyət yüksək ixtisaslı işçilərə malik olduqda əlavə əmək sərfi olmadan yüksək ictimai əmək məhsuldarlığı təmin olunur.

Peşənin inkişafının əsas vasitələrindən biri peşə təhsilidir. Peşə təhsilində əməkdaş peşə yeniliklərini və biliyi bilavasitə öyrənir. Formal olaraq peşənin inkişafı peşə təhsilindən genişdir. Belə ki, peşənin inkişafı peşə təhsilini özündə birləşdirir. Bir sıra hallarda belə hesab edirlər ki, peşə təhsili bu günün vəzifələrinin həllinə istiqamətləndirilir, peşənin inkişafı isə təşkilatın gələcək tələbatına xidmət edir.

Müasir dövrdə təşkilatda peşə təhsili kompleks, fasiləsiz bir prosesi əhatə edir. Bu da bir neçə mərhələdən ibarətdir:

1. tələbatın müəyyən edilməsi;

2. təhsilin büdcəsinin formalaşdırılması;

3. təhsilin məqsədinin müəyyənləşdirilməsi;

4. proqramın məzmununun müəyyən edilməsi;

5. təhsil metodunun seçilməsi;

6. təhsil almaq;

7. peşə yenilikləri və bilik;

8. təhsilin səmərəliliyinin qiymətləndirilməsi.

Peşə təhsilinin idarə edilməsi prosesi tələbatın müəyyənləşdirilməsindən başlayır.

İnsan kapitalının strategiyası rəhbər işçilərə ciddi təsir göstərməsi üçün bu strategiya insan kapitalının ölçülməsi və təhlili üzrə məlumatlarla tamamlanmalıdır. Təşkilatı səmərəliliyin modelinə əsasən firmanın insan kapitalı strategiyası bir-birilə əlaqədar altı amildən ibarətdir:

1. İnsanlar – yəni təşkilatda işləyənlər, onların işə götürüldüyü vaxtda: - yenilikləri mənimsəməsi və vəzifəyə uyğun gəlməsi səviyyəsi; onların təhsil aldığı və təcrübədə olduğu vaxtda: yenilikləri mənimsəməsi və vəzifəyə uyğun gəlməsi səviyyəsi;

2. İşçi proseslər – iş necə yerinə yetirilir; komanda işlərinin tədqiqi sferası və təşkilatın bölmələri arasında qarşılıqlı asılılıq; texnologiyanın rolu.

3. İdarəetmənin quruluşu – işçilər nə qədər öz bildikləri kimi işləməlidirlər, menecerlər tərəfindən nəzarət və idarəetmə səviyyəsi, nəzarət yoxlamaları arasındakı interval, idarəetmənin effektivliyi və digər tədbirlər.

4. İnformasiya və bilik - əməkdaşlar, eləcə də mal göndərənlə alıcılar arasında qarşılıqlı informasiya mübadiləsi formal və qeyri-formal vasitələrin köməkliyi ilə necə həyata keçirilir.

5. Qərarın qəbulu – zəruri qərarlar necə qəbul edilir, mərkəzləşdirilmə səviyyəsi; qərarın qəbulunda iştirak etmək və onun öz vaxtında qəbul edilməsi.

6. İşçilərin əməyinin ödənilməsi – pul və qeyri – pul stimullarından necə istifadə olunur; risk necə ödənilir; qrup və fərdi ödəmələr; kariyeranın inkişafında birbaşa ödəmə.



Yüklə 67,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə