Azərbaycan universiteti SƏRBƏst iŞ Fakültə: Biznes və iqtisadiyyat Kafedra: Maliyyə və iqtisadiyyat


Peşə təhsilinin məqsədi və təhsilin səmərəliliyinin qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi



Yüklə 67,81 Kb.
səhifə4/6
tarix17.05.2022
ölçüsü67,81 Kb.
#87232
1   2   3   4   5   6
İnsan resurslarının təhsili və inkişafı

3. Peşə təhsilinin məqsədi və təhsilin səmərəliliyinin qiymətləndirilməsi meyarlarının müəyyən edilməsi

İnsan kapitalı təşkilatda insan amilini nəzərdə tutur. Bu da təşkilata fərqləndirici xarakter verən intellektin, yeniliklərin və xüsusi biliklərin birləşdirilməsi zərurətini qarşıya qoyur. İşçilər lazımi səviyyədə motivləşdirildikdə onlar təhsillərini artırmaq, dəyişilmək, yenilikləri tədqiq etmək və yaradıcılıq əhval- ruhiyyəsi yaratmaqla təşkilat üçün uzunmüddətli fəaliyyəti təmin edirlər.

İşçilərin təhsilinə və inkişafına işverənlər (işə götürənlər) tərəfindən investisiya qoyulması insan kapitalının saxlanmasına, onların əmək qabiliyyətinin artırılmasına yönəldilir. Eyni zamanda həmin investisiya daha çox gəlir gətirmək vasitəsidir. Belə hesab edilir ki, insan kapitalına investisiya qoyuluşu çevik və gəlirli forma olmaqla, onun nəticəsində işin keyfiyyəti yüksəlir. Bu da yeniliyin mənimsənilməsi, bilik səviyyəsinin yüksəlməsi, ixtisasın artması nəticəsində mümkündür. Burada əsas ideya belədir: bilik, bacarıq, yenilikçilik əsas amil olmaqla müəyyənedicidir.

İnsan kapitalının idarə edilməsi rəhbərliyi həyata keçirən komandanın diqqətini strategiyaya yönəltməlidir. Strategiya təşkilatın əməkdaşlarının yaratdığı əlavə gəlirin artırılmasını təmin etməlidir.

İnsan kapitalının idarə edilməsi kampaniyanın səmərəli işləməsinə maksimum təsir göstərən insanların idarə edilməsinin lazımi aspektlərinin identifikasiyasını təmin etməlidir. Bunun əsasında təşkilatın qarşıya qoyduğu vəzifəni yerinə yetirilməsi üçün gəlirin, məhsuldarlığın və ümumi səmərəliliyinin yüksəldilməsinə bütün əməkdaşların cəlb edilməsi, inkişafı və istifadəsindən hansı nəticə əldə ediləcəyi müəyyənləşdirilir.

Təhsil əsasında müəyyən edilmiş tələbat üzrə əmək resursları (insan resursları) şöbəsi təhsil proqramının məqsədini müəyyənləşdirməlidir. Peşə təhsili üzrə məqsədlər aşağıdakıları nəzərə almalıdır:

- konkret və spesifik;

- təcrübi yeniliklərin alınmasının qiymətləndirilməsi və istiqamətləri;

- qiymətləndirmənin (ölçmənin) mümkünlüyü.

Məqsədi müəyyənləşdirdikdə, peşə təhsili ilə təhsillənmənin arasındakı fərqi nəzərə almaq lazımdır. Birinci təşkilata lazım olan konkret yenilik və biliyi formalaşdırır, ikinci isə müəyyən bilik sferasında ümumi inkişafa istiqamətlənir.

Təhsil proqramının səmərəliliyinin qiymətləndirilməsi kompaniyalarda peşə təhsilinin idarə edilməsinin ən zəruri məqamlarından biri hesab edilir. Peşə təhsilinə çəkilən xərc heyətin inkişafına kapital qoyuluşunu təşkil edir. Bəzi təhsil proqramları konkret peşə yeniliklərinin öyrənilməsi məqsədi ilə deyil, müəyyən tip davranış və fikir, ideya irəli sürmək bacarığı formalaşdırmaq məqsədi ilə yaradılır. Bu kimi proqramların səmərəliliyini birbaşa ölçmək çox çətindir. Ona görə ki, bu proqramlar uzun müddətə nəzərdə tutulur və dəqiq ölçülməsi mümkün olmayan işçilərin təhsili ilə əlaqədardır. Bu kimi hallarda dolayı metodlardan istifadə edilir:

1. təhsildən əvvəl və sonra keçirilmiş testlər;

2. iş yerində təhsil almış əməkdaşın davranışının müşahidə edilməsi;

3. proqramın yerinə yetirilməsində təhsil alan əməkdaşın reaksiyasının müşahidə edilməsi;

4. anketləşdirmə və açıq müzakirə vasitəsilə təhsil alan tərəfindən proqramın səmərəliliyinin qiymətləndirilməsi.

İstənilən halda qiymətləndirmə kriteriyası (meyarı) təhsilə qədər müəyyənləşdirilməli və təhsil alana çatdırılmalıdır. Təhsil başa çatdıqdan sonra onun nəticəsi qiymətləndirilərək insan resursları departamentinə göndərilir. Departament isə həmin məlumatı əməkdaşa və onun rəhbərinə çatdırır. Bu məlumatlar gələcəkdə peşəkarlığın inkişafı planlaşdırıldıqda istifadə olunur.

Peşə təhsili proqramının işlənməsi onun məzmununun müəyyənləşdirilməsini və peşə təhsilinin metodlarının seçilməsini əhatə edir. Proqramın məzmunu birinci növbədə onun qarşısında duran məqsədlə müəyyən edilir. Bu məqsəd isə konkret təşkilatda peşə təşkilinə olan tələbatı özündə əks etdirir.

Təhsil metodunun seçilməsində təşkilat ilk növbədə konkret təhsil qrupuna onun təsirinin səmərəliliyini nəzərə almalıdır. Bu zaman yaşlı adamların təhsil alması prinsiplərini əsas götürmək lazımdır:

1. aktuallıq,

2. iştirak etmək;

3. təkrar etmək;

4. əksinə əlaqə.

Aparılan tədqiqatlar göstərir ki, peşə təhsili proqramlarının uğurla həyata keçməsi 80% onun hazırlanmasından, 20% isə təhsil alanların istəklərindən və qabiliyyətlərindən asılı olur. Peşə təhsili proqramlarında əməkdaşların fəal iştirak etməsini aşağıdakı amillər motivləşdirə bilər:

1. İşini saxlamağa çalışmaq, öz vəzifəsində qalmaq istəyi;

2. Yüksək vəzifə almaq istəyi və ya digər vəzifəyə keçmək;

3. Əmək haqqının artırılmasında maraqlı olmaq;

4. Yeniliklərin və yeni biliklərin alınmasında maraqlı olmaq;

5. Proqramın digər iştirakçıları ilə əlaqə yaratmaq istəyi.

Əməkdaşın peşə təhsili kursunda iştirak etmək qabiliyyətinin müəyyən edilməsi çox zəruridir, yəni onun hazırlıq səviyyəsi ölçülməlidir. Dolayı yolla bunu təhsil səviyyəsi, peşə təcrübəsi və attestasiyanın nəticəsi əsasında müəyyən etmək olar. Təhsil almağın vahid universal metodu yoxdur.

Hər bir metodun mənfi və müsbət cəhətləri vardır. Bu metodlara bunları aid etmək olar: mühazirə, görünüş filmləri, işgüzar oyunlar, modelləşdirmə, sərbəst təhsil, təcrübə stansiyaları və s.

“Maliyyə ilə məşğul olmayan rəhbərlər” üçün beş günlük təhsil proqramı aşağıdakıları əhatə edir (amerikan kampaniyası):


  • Mühazirə - təhsil vaxtının 50%-i;

  • Fərdi tapşırıq və onun təlimatçı (mütəxəssis) ilə araşdırılması – təhsil vaxtının 20%-i;

  • Qrup üzrə işgüzar oyun – təhsil vaxtının 30%-i;

Həmin kampaniyada əmək mühafizəsi üzrə 3 günlük proqram:

  • Görünüş filmi – vaxtın 10%-i;

  • Mühazirə - vaxtın 10%-i;

  • Fərdi tapşırıq – vaxtın 20%-i;

  • Qrup formasında məsələ - vaxtın 20%-i;

  • Işgüzar oyunlar – vaxtın 40%-i.

İnsan kapitalının idarə edilməsi insan kapitalının üstünlüklərinin yolunu göstərir və insanlara investisiya qoyuluşunun yüksək gəlir gətirdiyini aşkar edir. İnsan kapitalının idarə edilməsi siyasəti birliyin idarə edilməsini, resursların artırılmasını, qabiliyyətin idarə edilməsini, işin səmərəliliyini, təhsil proqramını və inkişafını özündə birləşdirir. İnsan kapitalının idarə edilməsinin təşkili aşağıdakı sualları qarşıya qoyur.

İlk dövrlər insan kapitalı dedikdə, insana sərf edilən investisiya başa düşülürdü. Sonradan anlayış genişləndirildi, bura insanın istehlak xərcləri - ailəsinə çəkilən xərc, təhsil, səhiyyə xərcləri, mədəni tələbləri, eyni zamanda, bu sahəyə dövlətin də xərcləri aid edildi. Bu gün hamının diqqətini çəkən məsələlərdən biri də insan kapitalının necə qazanılmasıdır. İnsan kapitalı üçün sərmayələr bir gün, bir ay, bir il deyil, illərlə qoyulur və qazanılır.

Nəticə olaraq da həmin yığılan sərmayələr  gələcəkdə gəlir gətirmək fəaliyyətinə malik olmaqla, insanda peşə vərdişlərinin, texnika ilə davranmaq bacarıqlarının yaranmasına səbəb olur. Beləliklə də, bu gün o  peşə vərdiş və bacarıqları sayəsində toplanılan, qazanılan sərmayələr gələcəkdə insan kapitalının yaranmasına, formalaşmasına çevrilir. Onu da qeyd etmək lazımdır ki, insan kapitalının inkişafına dövlətin qayğısı çox vacibdir. Necə ki, respublikamızda neft sənayesindən gələn gəlirlərin insan kapitalına yönəldilməsi prosesi baş verməkdədir. Başqa sözlə  desək, bu gün qazanılan insan kapitalı dövlətimizin gənclərinin gələcək peşə fəaliyyətlərində istifadə olunacaqdır. 

Ümumiyyətlə, insan kapitalının qazanılması vacib olan ən dəyərli nailiyyətdir. Çünki bu gün düzgün istiqamətləndirilmiş bu proses və ölkəmizdə həyata keçirilən sosial-iqtisadi proseslər hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəldilib.

Prezident İlham Əliyevin respublika müşavirələrinin birində  proqram sənədi kimi  səsləndirdiyi “Azərbaycanda peşə məktəblərinin yaradılması prosesi daha da sürətlə getməlidir” fikri yenidən diqqəti peşə təhsili sahəsindəki proseslərə yönəldib. Ölkə başçısının peşə təhsilinə qayğı və diqqətinin bariz nümunəsi kimi onun 2016-cı il 20 aprel tarixli Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi  yaradılıb və  bu, peşə təhsilinin  ölkə iqtisadiyyatının inkişafı üçün nə qədər önəmli olduğundan xəbər verir. Fəaliyyətində ilk peşə-ixtisas təhsilinə ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri kimi yanaşan  Agentlik hesab edir ki, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənən tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır.


Yüklə 67,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə