II
AZS 754-2013
MÜQƏDDİMƏ
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli
Kitabxanası tərəfindən
İŞLƏNİB və
TƏQDİM EDİLİB.
2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin _______ tarixli _____ saylı ƏMRİ ilə TƏSDİQ EDİLİB və QÜVVƏYƏ MİNİB.
3. Bu Standart Rusiya Federasiyasının Mətbuat üzrə Komitəsinin Rusiya Kitab Palatası,
Rusiya Dövlət Kitabxanası, Standartlaşma üzrə “Elmi-texniki informasiya, kitabxana və
nəşriyyat işi” TK191 Texniki Komitəsi tərəfindən hazırlanmış dövlətlərarası standartın autentik
tərcüməsidir.
4. İLK DƏFƏ TƏTBİQ EDİLİR.
5. İlk yoxlama müddəti 2018-ci il, yoxlama dövrü 5 ildir.
Bu standart Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin icazəsi olmadan tam və ya hissə-hissə yenidən çap
oluna, çoxaldıla və yayıla bilməz.
IV
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STANDARTI
BİBLİOQRAFİK YAZI. BİBLİOQRAFİK TƏSVİR.
Ümumi tələblər və tərtib qaydaları.
БИБЛИОГРАФИЧЕСКАЯ ЗАПИСЬ. БИБЛИОГРАФИЧЕСКОЕ
ОПИСАНИЕ.
AZS 754-2013
Общие требования и правила составления.
BIBLIOGRAPHIC RECORD. BIBLIOGRAPHIC DESCRIPTION.
General requirements and rules.
Tətbiq edilmə tarixi: _________ 2013-cü il
1
TƏTBİQ SAHƏSİ
Bu standart sənədin, onun bir hissəsinin və ya sənədlər toplusunun
biblioqrafik təsvirinin tərtibi qaydası (biblioqrafik təsvirin ünsürləri və sahələrin
məcmusu, onların ardıcıllıqla verilməsi, ünsürlərin düzgün təqdim edilməsi,
ixtisarların düzgün verilməsi) və ümumi tələbləri müəyyən edir.
Standart kitabxanalar, elmi-
texniki informasiya orqanları, dövlət biblioqrafiya
orqanları, naşirlər, biblioqrafik fəaliyyəti həyata keçirən digər təşkilatlar tərəfindən
tərtib edilən sənədlərin təsvirində tətbiq edilir.
Standart biblioqrafik istinadlara tətbiq edilmir.