Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə4/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   2   3   4   5   6   7   8   9   ...   56


 
ÖN SÖZ 
 
Azərbaycan  Hökuməti  ilə  (AH)  Dünya  Bankı  arasında  məlumatların  toplanılması  və  yoxsulluğun 
təhlili sahəsində ölkənin potensialının gücləndirilməsi məqsədini daĢıyan yoxsulluğun monitorinqi və 
bilik  mübadiləsi  sahəsində  çoxillik  əməkdaĢlıq  ənənələri  mövcuddur.  Azərbaycan:  Yaşayış 
səviyyəsinin  qiymətləndirilməsinə  dair  hesabatı  bu  qəbildən  olan  əməkdaĢlığın  ən  son  bariz 
nümunəsidir.  Sözügedən  hesabat  Azərbaycanda  Yoxsulluğun  Proqramatik  Qiymətləndirilməsi 
(FY08–FY10)  layihəsi  çərçivəsində  üç  il  müddətinə  həyata  keçirilən  iĢlərin  əsas  nəticəsidir. 
Sözügedən  layihənin  komponentlərinə  ölkə  üzrə  ev  təsərrüfatlarının  reprezentativ  sorğusu,  ünvanlı 
sosial yardım (ÜSY) proqramlarının monitorinqi və qiymətləndirilməsi, texniki yardım və potensialın 
artırılması, eləcə də, AH-nin tərəfdaĢları ilə birgə həyata keçirilən təhlillər daxildir.  
 
2008-ci il üzrə YaĢayıĢ Səviyyəsinin Qiymətləndirilməsi Sorğusu (YSQS) Əmək və Əhalinin Sosial 
Müdafiəsi  Nazirliyi  (ƏƏSMN),  Dövlət  Statistika  Komitəsi  (DSK)  və  Azərbaycanın  ÜSY 
proqramının monitorinqi və qiymətləndirilməsi (M&Q) məqsədilə yaradılan iĢçi qrupuna daxil olan 
digər  müvafiq  dövlət  qurumlarının  təmsilçiləri  ilə  birgə  həyata  keçirilmiĢdir.  Monitorinq  və 
Qiymətləndirmə  2006-cı  ilin  ortalarından  etibarən  daha  yoxsul  və  həssas  ev  təsərrüfatlarına  maddi 
yardım  etmək  məqsədilə  tətbiq  olunmağa  baĢlanan  ÜSY  proqramlarının  hazırlanması  və  həyata 
keçirilməsi  komponentinin  ayrılmaz  tərkib  hissəsidir.  ÜSY  proqramını  idarə  edən  ƏƏSMN  Dünya 
Bankının texniki yardımı ilə YSQS 2008 layihəsinin maliyyələĢdirilməsində və həyata keçirilməsində 
mühüm rol oynamıĢdır. Qaçqın və Məcburi Köçkünlərin ĠĢləri üzrə Dövlət Komitəsi böyük və həssas 
qrup  olan  məcburi  köçkünlər  arasında  seçmə  iĢləri  aparmaq  üçün  onların  ümumi  siyahısını  təqdim 
etmiĢdir.  
 
Yeni yerli sorğu Ģirkəti tərəfindən Dünya Bankının texniki dəstəyi və potensialın artırılması səyləri 
ilə  həyata  keçirilən  və  çoxsaylı  keyfiyyət-nəzarət  tədbirlərini  əhatə  edən
  YSQS
  2008  sorğusu  cari 
hesabatda  istifadə  edilən  məlumatların  əsas  mənbəyidir. 
YSQS
  2008  Azərbaycanda  Ev 
Təsərrüfatlarının  Büdcə  Müayinəsi  (AEBM)  sorğusu  (il  üzrə)  üçün  əlavə  informasiya  və  alternativ 
məlumat mənbəyi rolunda çıxıĢ edir. Lakin, YSQS 2008 bir sıra mühüm amillər baxımından AEBM-
dən fərqlənir ki, bu da iki mənbə arasında məlumatların dəqiq Ģəkildə müqayisə edilməsinə mane ola 
bilər.  AEBM  il  üzrə  həyata  keçirildiyi  halda,  YSQY  2008-ci  ilin  yalnız  birinci  rübünü  əhatə  edir. 
Ġstehlakın strukturunda, qiymətlərdə və gəlir imkanlarındakı mövsümü fərqlər əhəmiyyətli dərəcədə 
ola bilər.      
 
Bu  hesabatda  2001-ci  ildən  etibarən  yoxsulluq  və  bərabərsizlik  nəzərdən  keçirilir  və  artım  ilə 
yoxsulluq  meylləri    arasında  əlaqələr  qiymətləndirilir.  Hesabat  AH-nin  ünvanlı  sosial  yardım 
proqramının  təsirini  dəyərləndirir  və  proqramın  nəzərdə  tutulan  benefisiarları  nə  dərəcədə  əhatə 
etməsinə və onların həyat səviyyəsinin yaxĢılaĢdırmasına dair birbaĢa məlumatlar təqdim edir. Eyni 
zamanda, hesabatda yoxsulluq ilə təhsil, səhiyyə, sosial müdafiə və əmək bazarında həyata keçirilən 
sosial siyasətlər arasında əlaqələr ətraflı Ģəkildə nəzərdən keçirilir və yoxsul və həssas əhali qrupunun 
daha  geniĢ  inteqrasiyası  üçün  müvafiq  tövsiyələr  təqdim  olunur.  ġəhər  və  kənd  əraziləri,  eləcə  də, 
məcburi köçkün və ümumi əhali arasında fərqlərə xüsusi diqqət yetirilir. Hesabatda, həmçinin, qlobal 
maliyyə böhranının yoxsulluğa təsiri qiymətləndirilir. YSQS qlobal maliyyə böhranını baĢlamasından  
dərhal  sonra  həyata  keçirildiyi  üçün  müvafiq  məlumatlar  və  hesabat  böhranın  təsirinin 
qiymətləndirilməsi baxımından baza göstərici rolunu oynaya bilər.  
Həyat  Ģəraitinin  müxtəlif  tərəflərini  əhatə  edən  hesabatın  nəticələri  hərtərəfli,  diversifikasiyalı  və 
qlobal  miqyasda  rəqabət  qabiliyyətinə  malik  bazar  iqtisadiyyatının  yaradılması  ilə  bağlı 
Azərbaycanın  ambisiyalı  məqsədi  ilə  əhəmiyyətli  əlaqəyə  malikdir.  Nəticələr,  qlobal  maliyyə 
böhranından  sonrakı  dövrdə  xüsusi  önəm  kəsb  edir.  Belə  ki,  Azərbaycanın  hazırkı  vəziyyəti  neft 


10 
 
hasilatının  artması,  enerji  daĢıyıcılarının  qiymətinin  yüksəlməsi  və  daha  əlveriĢli  xarici  mühit  ilə 
səciyyələnən bir neçə il bundan əvvəlki vəziyyətdən fərqlənir.  
 


11 
 
TƏġƏKKÜRLƏR
 
 
 
Hesabat  Azəıbaycan  hökumətini  təmsil  edən  tərəfdaĢlar  ilə  əməkdaĢlıq  Ģəraitində  ərsəyə  gəlmiĢdir. 
Layihə qrupu bütün icra mərhələlərində göstərdiyi dəstəyə görə cənab nazir müavini Ġlqar Rəhimova, 
Beynəlxalq  Əlaqələr  Ģöbəsinin  müdiri  cənab  Elnur  Sultanova  və  sosial  müdafiə  üzrə  aparıcı 
məsləhətçi  cənab  Babək  Hüseynova  dərin  minnətdarlığını  bildirir.  Eyni  zamanda,  Dövlət  Statistika 
Komitəsinə,  xüsusilə  də  YSQY  2008  üçün  seçmə  çərçivəsinin  hazırlanmasında  müstəsna  rol 
oynamıĢ, Ev təsərrüfatları statistikası Ģöbəsinin müdiri cənab YaĢar PaĢaya təĢəkkür edirik. Hesabatın 
hazırlanması  üzrə  məsul  Ģəxs  Lire  Ersado  olmuĢdur.  Maliyyə  Nazirliyinn,  Ġqtisadi  ĠnkiĢaf 
Nazirliyinin  və  Azərbaycan  Mərkəzi  Bankının  və  Əmək  və  əHalinin  Sosial  Müdafiəsi  Nazirliyinin 
yazılı  rəyləri  və  adları  çəkilən  qurumlar  ilə  aparılan  müzakirələr  hesabatın  hazırlanmasına  dəyərli 
töhfə vermiĢdir.  
 
Hesabatın  hazırlanması  prosesinə  Lire  Ersado  rəhbərlik  etmiĢdir.  Qrupun  əsas  üzvləri  sırasına  isə 
aĢağıdakı  ekspertlər  daxil  edilmiĢdir:  Alkesandra  Posarak  (sosial  müdafiə);  Arvo  Kuddo  (əmək 
bazarı);  Branko  Milanoviç  (bərabərsizlik);  Dieqo  F.  Angel-Urdinola,  Sara  Bin  Mahfooz,    Emilio 
Puerta və Lars Sonderqaard (təhsil); Joanna De Berri (məcburi köçkünlər); Ouen Smit (səhiyyə); və 
Sanqeeta  Malaiyandi  (kənd  ərazilərində  yoxsulluq).  Kristos  Kostopulos  qısa  icmalın  strukturu  üzrə 
faydalı  töhfə  vermiĢdir.  Layihə  Donna  Dousett-Koirolonun  (ölkə  üzrə  keçmiĢ  direktor,  ECCU3), 
Asad Alamın (ölkə üzrə direktor, ECCU3), Qreqori Jedrzejczakın (ölkə üzrə menecer, Azərbaycan), 
Tamar  Manuelyan  Atinkin  (sektor  müdiri), 
Jesko  Hentsç  (sektor  menaceri) 
  və  Qordon 
Betçermanın  (keçmiĢ  sektor  meneceri)  tövsiyələri  nəzərə  alınmaqla  həyata  keçirilmiĢdir.  Qero 
Karletto (DECRG), Ambar Narayan (PRMPR) və Karolina Sançez (PRMPR) tərəfindən ekspert rəyi 
verilmiĢdir.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə