Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

21 
 
1. GĠRĠġ 
 
1.1
 
Azərbaycan  iqtisadiyyatı  neft  bumu  və  gəlirin  kifayət  qədər  xərclənməsi  hesabına  2000-ci 
illərdə  böyük  templərlə  inkiĢaf  etmiĢdir.  2001-08-ci  illərdə  Azərbaycanda  ÜDM  ildə  orta  hesabla 
17.3 faiz artmıĢdır. AdambaĢına gəlir 2001-2005-ci illərdə 90 faiz, 2006-2008-ci illərdə isə daha 100 
faiz  artaraq  3830  dollara  çatmıĢdır.2  2001-08-ci  illərdə  dövlət  xərcləri  1.1  milyard  AZN-dən  12.5 
milyard  AZN-ə,  yaxud  qeyri-neft  sektoru  ÜDM-nin  20  faizindən  70  faizinədək  artmıĢdır.  Artımın 
geniĢ  Ģəkildə  bölgüsünü  təmin  etmək  üçün  Azərbaycan  əhalinin  əmək  haqlarını  və  transferləri 
artırmaq  siyasətini  həyata  keçirməyə  baĢlamıĢdır.  2000-2008-ci  illər  arasında  minimum  əmək 
haqqının  səviyyəsi  6700  faiz  artaraq  kəskin  aĢağı  səviyyədə  olan  1.1  manatdan  75  manatadək 
yüksəlmiĢdir. Orta aylıq əmək haqqı səviyyəsində də hər il ikirəqəmli artım tempi müĢahidə edilmiĢ 
və bu göstərici 2000-ci ildəki 41 manat səviyyəsindən 2008-ci ildə 268 manata qədər yüksəlmiĢdir ki, 
bu da ümumi götürdükdə 650 faizdən çox artım deməkdir. 
 
1.2        Bu  nəzərəçarpan  müsbət  artım  və  Azərbaycan  hökumətinin  (AH)  əhalinin  rifah  halının 
yaxşılaşdırılmasına  yönəldilmiş  müxtəlif  siyasətlərinin  və  proqramlarının  nəticəsində  ümumi 
şəkildə qəbul edilir ki, Azərbaycan vətəndaşlarının əksəriyyətinin yaşayış standartları yaxşılaşmış 
və  yoxsulluq  əhəmiyyətli  dərəcədə  azalmışdır.  Bu  hesabat  2000-ci  illərdə  yoxsulluq  səviyyəsinin 
qiymətləndirilməsi  və  yaĢayıĢ  vəziyyətinin  dəyiĢməsi  üzrə  məlumatları  əks  etdirir.  Burada 
yoxsulluğun nə qədər azalması və geniĢlənən artımdan kimin daha çox və nə dərəcədə faydalanması 
üzrə  dəqiq  empirik  məlumatlar  öz  əksini  tapmıĢdır.  Hesabat  çərçivəsində  əsas  diqqət  yoxsulluğun 
meyllərinə,  müxtəlif  ərazilər  və  alt-qruplar  üzrə  yoxsulların  paylanmasına,  eləcə  də,  yoxsulluğun 
əsasını təĢkil edən amillərə yönəldilmiĢdir.  AĢağıdakı suallara cavab axtarılır: Azərbaycanda kimlər 
yoxsul  hesab  olunur?  Onlar  sürətli  inkiĢafdan  faydalana  bilirlərmi  və  neft  və  qaz  bumunun  faydası 
yoxsullara və həssas qruplara gedib çatıbmı? Yoxsulluğun regional göstəriciləri necədir? Yerli əhali 
ilə  müqayisədə  məcburi  köçkünlərin  yaĢayıĢ  səviyyəsi  necədir?  Yoxsulluq  səviyyəsində  müĢahidə 
olunan meyllər nə ilə izah edilir? Müxtəlif Ģəxslər, ev təsərrüfatları, coğrafi və sosial-iqtisadi qruplar 
arasında  yoxsulluğun  və  bərabərsizliyin  səviyyəsi  və  meyllərinin  anlaĢılması,  eləcə  də  keçmiĢ  və 
hazırki siyasətlərin, proqramların təsirinin qiymətləndirilməsi gələcək inkiĢafın və dövlət xərclərinin 
əhali, o cümlədən yoxsul və həssas qruplar arasında geniĢ Ģəkildə bölüĢdürülməsinin təmin edilməsi 
üçün strategiyaların iĢlənib hazırlanması baxımından həlledici əhəmiyyətə malikdir.  
 
1.3   Neft bumunun yaratdığı fürsətdən istifadə edərək Azərbaycan hökuməti dövlət sektoru üzrə 
geniş investisiya proqramının, əmək haqlarının və əhaliyə ödənilən sosial transferlərin artırılması 
məqsədilə  yardımçı  siyasətlərin,  eləcə  də  iqtisadiyyatın  müasirləşdirilməsi  və  bazarların 
fəaliyyətinin gücləndirilməsi üçün institusional islahatların həyata keçirilməsinə başlamışdır. Yeni 
iĢ  yerlərinin  yaradılması  baxımından  neft  sektorunun  rolunun  məhdud  olduğunu  nəzərə  alan 
Azərbaycan  qeyri-neft  sektorunun  inkiĢaf  etdirilməsi  üçün  neft  gəlirlərdən  istifadə  etmiĢdir. 
Azərbaycan  getdikcə  daha  çox  dünya  iqtisadiyyatına  inteqrasiya  etdikcə  və  onun  ticarət 
tərəfdaĢlarının  sayı artdıqca  qeyri-neft sektoru  məhsullarının həm  idxalı, həm  da  ixracı  bu  sektorun 
ÜDM-dəki nisbəti ilə münasibətdə daha sürətlə artmıĢdır (Dünya Bankı 2009).
3
 Bütün bu amillər neft 
bumu  ilə  birlikdə  həm  neft,  həm  də  qeyri-neft  sektorunun  möhkəm  və  davamlı  inkiĢafı  üçün  əsas 
yaratmıĢdır  (Diaqram  1.1).  2001-2008-ci  illər  ərzində  qeyri-neft  sektorunun  ÜDM-dəki  payı  iki 
dəfədən  çox  artmıĢdır  ki,  bunun  da  əsas  səbəbi  neft  gəlirlərinin  xərclənməsi  olmuĢdur.  Lakin,  neft 
                                                 
2
 AdambaĢına gəlir Atlas metodundan istifadə edilməklə qiymətləndirilmiĢdir. 
3
 2006-cı ildən etibarən avro zonasının ölkələri Rusiyanı ötərək Azərbaycana ən çox məhsul ixrac edən ölkələrə 
çevrilmiĢdir  


22 
 
gəlirlərindən yüksək səviyyədə asılılıq, bu sektorla bağlı müvafiq qeyri-müəyyənlik və hazırkı qlobal 
iqtisadi böhran 1998-ci ildən bəri Azərbaycanda müĢahidə olunun iki rəqəmli artım tempinin  
 saxlanılması baxımından müəyyən çətinliklər yaratmıĢdır.
4
 
 
1.4        Hesabatın  birinci  məqsədi  2001-ci  il  və  2008-ci  illər  arasında  olan  dövr  ərzində 
Azərbaycanda həyat səviyyəsinin yüksəlməsinin qiymətləndirilməsindən ibarətdir. Bu dövr hazırkı 
qlobal iqtisadi böhrandan əvvəlki müddəti əhatə edir və əhəmiyyətli islahatlar, neft bumunun yüksək 
həddə  olması,  eləcə  də,  bütün  Azərbaycan  vətəndaĢlarının  yaĢayıĢ  Ģəraitinin  yaxĢılaĢdırılması 
məqsədini daĢıyan geniĢ dövlət investisiya proqramlarının həyata keçirilməsi ilə xarakterizə olunur. 
Sovet  ittifaqı dağıldıqdan  sonra  müstəqilliyin  ilk  illərində  keçid  dövrünü  yaĢayan  və  keçmiĢ  ittifaq 
ölkələrinin əksəriyyəti ilə müqayisədə yoxsul olan Azərbaycan 1990-cı illərin ortalarından baĢlayaraq 
hərtərəfli  və  daha  tarazlı  bazar  iqtisadiyyatının  bərqərar  olması  istiqamətində  əməli  fəaliyyətə 
baĢlamıĢdır.  1996-cı  ildən  etibarən  Azərbaycan  hökuməti  makroiqtisadi  sabitliyin  qorunub 
saxlanılması,  biznes  mühitinin  yaxĢılaĢdırılması,  özəl  sektorunun  inkiĢafının  dəstəklənməsi 
istiqamətində  əhəmiyyətli  uğurlar  əldə  etmiĢ,  habelə,  sürətli  inkiĢafın  realizə  olunması  və 
yoxsulluğun azaldılması məqsədilə siyasət çərçivəsi və infrastruktur yaratmıĢdır. 2006-2008-ci illər 
ərzində  elektrik  enerjisi  çatıĢmazlığından  tutmuĢ  su  təchizatı  və  kanalizasiya  sistemlərinin 
                                                 
4
 Dünya Bankının bu yaxınlarda tamamlanan ―Azərbaycan üçün ölkə üzrə iqtisadi memorandum – əsas diqqətin 
diversifikasiyaya  yönəldilməsi‖  (2009)  hesabatında  sözügedən  məsələlərə,  eləcə  də,  Azərbaycanda  inkiĢafın 
uzunmüddətli dövr üzrə dayanıqlılığı və diversifikasiyası məsələlərinə  xüsusi önəm  verilmiĢdir. Bu baxımdan 
da, hazırkı hesabatda makroiqtisadi artımın, yoxsulluğun və bərabərsizliyin nəticələrinin məzmununun və onlar 
arasında əlaqənin müəyyən edilməsi üçün tələb olunan makroiqtisadi məsələlərdən kənara çıxılmır.   
Diaqram 1-1 Azərbaycanın makroiqtisadi mənzərəsi, 2001-08-ci illər 
 
Mənbə: Azərbaycan rəsmiləri və Dünya Bankının əməkdaĢlarının hesablamaları 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə