Azərbaycan və Avropa Birliyi: Siyasi Dilemma



Yüklə 219,46 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix23.02.2018
ölçüsü219,46 Kb.
#27521
  1   2   3   4   5   6   7   8


 

 

 

 

 

 

 

Azərbaycan və Avropa Birliyi: 

Siyasi Dilemma 

 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

 

www.irfs.org 



Sentyabr, 2013 

 

 

 

 

 

 

 

 


Akronimlər  

 

AB – Avropa Birliyi 

AİHK – Avropa İnsan Hüquqları Konvensiyası 

AQS – Avropa Qonşuluq Siyasəti  

AM – Anlaşma Memorandumu 

AŞ – Avropa Şurası 

ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 

AzTV – Azərbaycan Teleradio Yayımı Qapalı Səhmdar Cəmiyyəti 

BBC – Britaniya Teleradio Yayımı Şirkəti 

BMT – Birləşmiş Millətlər Təşkilatı  

CETS – Avropa Şurası Müqavilə Seriyası   

FP – Fəaliyyət Planı 

İƏİT – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı  

QHT – qeyri-hökumət təşkilatı   

MDB – Müstəqil Dövlətlər Birliyi 

MSHBP – Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt 

MTRŞ – Milli Televiziya və Radio Şurası 

ŞT – Şərq Tərəfdaşlığı  

TACIS – Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım 

TƏS – Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 

ÜİHB – Ümumdünya İnsan Hüquqları Bəyannaməsi 

 

 



 

 

 


Minnətdarlıq 

Bu hesabat Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) nəşridir. Hesabat 

Beynəlxalq Mediaya Dəstək (International Media Support) təşkilatının proqram rəhbəri Gülnarə 

Axundova tərəfindən, onun RATİ araşdırmaçıları Günay İsmayılova və Pərviz Əzizov və RATİ-nin 

sədri və direktoru Emin Hüseynovla birgə apardığı araşdırma əsasında hazırlanıb.  Hesabat insan 

hüquqları konsultantı Rebekka Vinsent tərəfindən redaktə olunub. Bu hesabatdakı məlumatların 

redaktə olunmuş versiyası RATİ-nin hazırladığı və Azərbaycanın müxtəlif insan hüquqları 

qurumları qarşısındakı öhdəliklərinin icrasını təhlil edən daha geniş hesabatın bir hissəsi olaraq 

dərc olunub. 

Hesabat Beynəlxalq Mediaya Dəstək (International Media Support) təşkilatının dəstəyi ilə nəşr 

olunub. 

 

 



 

Xülasə 

Son 10 il ərzində Azərbaycan Avropa Birliyi (AB) ilə, xüsusilə enerji əməkdaşlığı sahəsində, sıx 

əlaqələri inkişaf etdirib. Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin

1

 saytında qeyd 



olunduğu kimi, “AB Azərbaycanla əməkdaşlıq sərhədlərini aşaraq, tədrici iqtisadi inteqrasiya və 

siyasi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində sıx əlaqələrin qurulmasına çalışır”.  

AB-nə qoşulmaq məqsədinin Əliyev rejimi üçün prioritet məsələ olmamasına baxmayaraq, AB ilə 

"bərabər tərəfdaşlıq" prinsipi altında enerji və iqtisadi sahədə əməkdaşlıq  davamlı olaraq 

gündəmdə olub.  

Həm İlham Əliyevin, həm də onun atası, mərhum prezident Heydər Əliyevin Avropa dəyərlərinə 

sadiqliyini elan etmələrinə baxmayaraq, əslində onlar ölkə daxilində öz güclərini 

möhkəmləndirməyi prioritet məsələyə çeviriblər – hətta bu onların demokratik etimadına xələl 

gətirsə belə və Qərblə əlaqələrini təhlükə altına almaq bahasına olsa belə. Azərbaycanda 

demokratiya görüntüsü yaratmaqla bərabər hər iki prezident Qərbdən Rusiyanın həddən artıq təsir 

gücünə qarşı balansı qorumaq vasitəsi kimi istifadə etməyə çalışıb – bu taktika onlar üçün ölkə 

daxilində insan haqları pozuntuları ilə bağlı Qərblə “sövdələşmək” üçün bir vasitədir.  

AB-Azərbaycan əməkdaşlığını enerji təhlükəsizliyi üzərində davam etdirmək, şübhəsiz ki, 

gündəliyin başlıca məsələsidir. Cənub Qaz Dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region 

üçün əhəmiyyətlidir. Lakin Azərbaycanda insan haqlarının pisləşməkdə olan durumu da eyni qədər 

diqqət yetirilməli və narahatlıq doğuran bir məsələdir.  

Azərbaycan uzun illər demokratiya və insan hüquqları sahəsində davamlı surətdə geriləyib.  

Azərbaycan 2006-cı ildə birgə imzalanmış Fəaliyyət Planında

2

 bir çox sahədə islahatlar həyata 



keçirmək öhdəliyi götürsə də, ölkədə ifadə, sərbəst toplaşmaq və birləşmək azadlığı hüquqları 

dramatik dərəcədə məhdudlaşdırılıb. Halbuki, bu hüquqlar həm Azərbaycan Konstitusiyası, həm də 

Azərbaycanın üzvü olduğu beynəlxalq insan hüquqları müqavilələri ilə aşkar şəkildə təmin olunub.  

                                                           

1

 AB-nin Azərbaycandakı Nümayəndəliyinin internet səhifəsi: 



http://bit.ly/15rKlgZ

  

2



 AB-Azərbaycan Fəaliyyət Planı: 

http://bit.ly/14TCKE9

  



Azərbaycan və AB arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi müxalifət üçün 

azad məkanın kiçilməsi ilə nəticələnib. Azərbaycanın 2006-cı ildə AB-Azərbaycan Fəaliyyət Planını 

imzalamasından bəri fundamental insan hüquqları məhdudlaşdırılmış və ya kobud şəkildə 

pozulmuş çoxlu sayda tanınmış hökumət tənqidçiləri, jurnalistlər, müxalifətçilər, ictimai 

nəzarətçilər və etiraz aksiyası iştirakçıları vardır.   

Vətəndaşlara, xüsusən də müxalif partiyalara, hüquq müdafiəçilərinə, müstəqil mediaya və gənc 

fəallara qarşı hüquq pozuntularının baş verməsi ilə bağlı sənədləşdirilmiş faktlar mövcuddur.  

Prezident seçkiləri ərəfəsi dövr siyasi müxalifəti və fəal vətəndaş cəmiyyətini susdurmağa 

hesablanmış siyasətin tətbiqində kəskin artım ilə müşayiət olunur. Hazırkı prezident bu 

narahatedici təşəbbüslərin həyata keçirilməsində qanunvericilik, media və məhkəmə üzərində tam 

nəzarətə malikdir. Ambisiya sadədir: siyasi və ictimai siyasət məsələləri ilə məşğul olan müstəqil 

QHT, media və digər qrupların və ya şəxslərin sıradan çıxarılması.  

Özünün Azərbaycan üçün nəzərdə tutulmuş demokratiyanın təşviqi strategiyasında AB daha çox 

“yumşaq güc” kimi çıxış etmiş və dialoqa, əməkdaşlığa və maarifləndirməyə əsaslanan 

strategiyadan istifadə edib. Bu gün Azərbaycanda siyasi nüfuzunu artırmaq və ölkədə insan 

hüquqlarının pisləşməkdə olan durumunu yaxşılaşdırmaq üçün AB daha sərt və daha düşünülmüş 

yanaşmadan istifadə etməlidir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 219,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə