Azərbaycan və Avropa Birliyi: Siyasi Dilemma


Tövsiyələr  Avropa Birliyinə tövsiyələr



Yüklə 219,46 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix23.02.2018
ölçüsü219,46 Kb.
#27521
1   2   3   4   5   6   7   8

Tövsiyələr 

Avropa Birliyinə tövsiyələr: 

Əgər Avropa Birliyi dəyərlərə önəm verən bir qurumdursa, o zaman insan haqları və fundamental 

azadlıqlarının təşviqi onun qlobal fəaliyyətinin əsas meyarı olmalıdır. 

Avropa Birliyi və Azərbaycan arasındakı enerji təhlükəsizliyi tərəfdaşlığı mühüm və səmərəli olsa 

da, bu münasibətlərin əsasında insan haqlarına qarşılıqlı hörmət dayanmalıdır. Azərbaycanla enerji 

əməkdaşlığı sahəsində anlaşma memorandumu və ya hətta hüquqi müqavilə imzalayarkən, AB 

insan hüquqlarını əməkdaşlıq üçün əsas tələblərdən biri olaraq irəli sürməlidir. 

Əksəriyyəti enerji resursları ilə zəngin olan Ərəb və Yaxın Şərq ölkələrindəki inqilablar sabitliyin 

illuziya mahiyyətli olduğunu nümayiş etdirdi. Enerji ilə zəngin olan ölkələrdə təhlükəsizlik Qərb 

dövlətləri üçün əhəmiyyətlidirsə bunu “aşağıdan yuxarıya” prinsipi əsasında qurmaq lazımdır – 

yəni bu prosesə fundamental insan haqlarına hörmətdən başlamaq lazımdır. 

Avtoritar ölkələrdə insan haqları ilə bağlı problemlər nadir hallarda ölkə daxilində öz həllini tapır. 

Azərbaycanda insan hüquqları durumuna dair Avropa Parlamentinin üç qətnaməsi, həmçinin 

Avropa Birliyi və Avropa Komissiyası rəsmilərinin çoxsaylı bəyanatlarında ölkədə mövcud olan 

insan hüquqları problemlərinin bəzilərinə toxunulub. Lakin bu qətnamə və bəyanatlar yetərli 

olmayıb. Azərbaycanda insan hüquqlarının qorunmalı və onlara dəstək verilməli olduğu AB-nin ən 

yüksək vəzifəli rəsmiləri tərəfindən Azərbaycan hökuməti ilə danışıqlar zamanı səsləndirilməlidir.  

Məsələn, Assosiasiya Sazişi

13

 üzrə danışıqlar zamanı,  AB öz öhdəlik şərtlərinə sadiq qalmalıdır və 



daha çox siyasi və iqtisadi inteqrasiya müqabilində Azərbaycan üçün konkret standartlar tətbiq 

etməlidir. AB ilə Azərbaycan arasında ən yüksək səviyyədə münasibətlər üçün müəyyən olunmuş 

hər hansı bir çərçivəyə güclü insan hüquqları komponenti də daxil edilməlidir. Bu yanaşma AB 

siyasətinə və 2012-ci ildə AB xarici işlər nazirləri tərəfindən qəbul olunmuş və AB hökumət və 

dövlət başçıları tərəfindən təsdiqlənmiş “İnsan Hüquqları və Demokratiya üzrə Strateji Çərçivə”yə

14

 



uyğundur.  

Brüssel Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin həm ölkədaxili, həm də beynəlxalq 

səviyyədə yaxşılaşmasına yönəlmiş güclü insan haqları və demokratikləşmə təşəbbüsləri ilə çıxış 

etməklə Azərbaycanda öz siyasi təsirini artırmalıdır. AB vətəndaşlara və siyasətçilərə uzun 

müddətli təsir qabiliyyətinə malik olan təsisatların yaradılması və onların gücləndirilməsi 

prosesinə  öz yardımını göstərməlidir. AB həmçinin ölkədə söz azadlığının təşviqi məqsədi ilə 

müstəqil KİV-lərin inkişafına dəstək verməlidir.  

Xülasə, əgər AB rəsmi Bakının öz insan hüquqları öhdəliklərinə hörmətlə yanaşmasına nail olmaq 

istəyirsə, insan hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində irəliləyiş üçün aşkar 

standartlar tətbiq etməlidir.   



Azərbaycan hökumətinə tövsiyələr: 

Azərbaycanın xarici işləri və investisiya siyasətində üzləşdiyi əsas çətinliklərdən biri ölkənin öz 

beynəlxalq öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində onun imici və etibarlılığı arasında 

                                                           

13

 Assosiasiya Sazişləri Avropa Komissiyasının/Avropa Birliyinin üçüncü ölkələrlə ikitərəfli münasibətlərin həyata 



keçirilməsi üçün geniş çərçivə  yaratmaq məqsədi ilə bağlanan beynəlxalq müqavilələrdir. Əlavə məlumat üçün: 

http://eeas.europa.eu/association/

  

14

 Avropa Birliyinin 2012-ci ildə qəbul olunmuş “İnsan Hüquqları və Demokratiya üzrə Strateji Çərçivə”si, 



http://bit.ly/KXgi8R

   



yaranmış ziddiyyətdir. Bir çox analitiklər hakim elita daxilində konsensus olmadığını və 

öhdəliklərin yerinə yetirilməməsinin əsas səbəbinin prezident İlham Əliyevin öz seçimlərində və 

məramlarında qətiyyətsizliyinin olduğunu hesab edirlər.  Azərbaycan bu etibarlılıq böhranını yalnız 

ədliyyə, habelə ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları sahəsində çoxdan gözlənilən 

islahatları həyata keçirməklə aradan qaldıra bilər. 

Lakin bu gün Azərbaycan xalqının uzun müddətli maraqları və ehtiyacları  ölkənin demokratik 

inkişafını və uzun müddətli sabitliyini təhlükə altına alan hüquq pozuntuları üzündən ən yaxşı 

səviyyədə ödənmir. Azərbaycan hökuməti dinc nümayişlərə, tənqidi fikirlərə və müxalifətə şərait 

yaratmalı, vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı təqiblərin və təzyiqlərin bütün 

formalarına son qoymalıdır. Hökumət bütün siyasi məhbusları azad etməli və fundamental 

azadlıqlarla bağlı beynəlxalq qanunvericilik çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə tam əməl 

etməlidir.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

Fəsil 1: Əməkdaşlıq üçün Çərçivə 

 

AB-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 

AB-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS)

15

 1999-cu ildə demokratiyaya, qanunun 



aliliyinə və insan haqlarına hörmətin,  bazar iqtisadiyyatı islahatlarının, ticarətin 

liberallaşdırılmasının və bir çox sahələrdə əməkdaşlığın təşviqi məqsədi ilə qüvvəyə minib. TƏS 

Azərbaycan-AB əlaqələri üçün hüquqi çərçivədir.  

Müqavilənin I Bölməsinin (Ümumi Müddəalar) II maddəsində

16

 qeyd olunur ki, “BMT 



Nizamnaməsi

17

, Helsinki Yekun Aktı



18

 və Yeni Avropa üçün Paris Xartiyasında

19

 müəyyən olunmuş 



demokratiyaya hörmət, beynəlxalq hüquq və insan hüquqları prinsipləri Azərbaycanla 

“tərəfdaşlığın əsas elementlərini” təşkil edir”.  

Müqavilənin 71-ci maddəsinə əsasən

20

,  Azərbaycan “Demokratik təsisatların yaradılması və ya 



möhkəmləndirilməsi, həmçinin beynəlxalq qanunvericiliyə və ATƏT prinsiplərinə uyğun olaraq 

qanunun aliliyinin və insan hüquqlarının və fundamental azadlıqlarının müdafiəsinin 

gücləndirilməsi ilə bağlı olan bütün məsələlərdə” Avropa Birliyi ilə əməkdaşlıq edəcək.  

AB və Azərbaycan hazırda TƏS-in davamı olaraq Assosiasiya Sazişinin imzalanmasını müzakirə 

edirlər. Assosiasiya Sazişi Azərbaycanın AB-nə siyasi və iqtisadi inteqrasiyasını əhəmiyyətli 

dərəcədə dərinləşdirəcək.  

 

Şərq Tərəfdaşlığı  

Şərq Tərəfdaşlığının əsası (ŞT) 2009-cu ildə Praqada qoyulub. Bu, AB-nin altı tərəfdaş ölkə- 

Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə əlaqələrini gücləndirmək 

məqsədi daşıyan bir təşəbbüsdür. ŞT tərəfdaş ölkələri AB-nə daha da yaxınlaşdırmaq, sabitliyi, 

effektiv idarəetməni və iqtisadi inkişafı təşviq etmək məqsədi daşıyır. Bu təşəbbüs demokratiya

qanunun aliliyi, insan hüquqlarına və fundamental azadlıqlara hörmət, bazar iqtisadiyyatı və sabit 

inkişaf kimi ortaq dəyərlərə əsaslanır.  

ŞT üzrə inkişaf hər iki ildən bir keçirilən yüksək səviyyəli sammitlər və xarici işlər nazirlərinin illik 

görüşləri zamanı qiymətləndirilir. AVRONEST Parlament Assembleyası 2011-ci il mayın 3-də,  

Avropa Birliyi ilə Şərqi Avropa Tərəfdaşları arasında siyasi assosiasiyanı və gələcək iqtisadi 

inteqrasiyanı irəlilətmək məqsədi ilə təsis olunmuş parlament forumudur. Avronest mandatı Şərq 

Tərəfdaşlığının gücləndirilməsinə, inkişafına və  tanıtımına töhfə verməkdən ibarət olan parlament 

məşvərətinə, nəzarətinə və monitorinqinə görə məsul qurumdur. 

 

                                                           



15

 Avropa Birliyi və ona üzv dövlətlərlə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 

http://eeas.europa.eu/delegations/azerbaijan/documents/eu_azerbaijan/eu-az_pca_full_text.pdf

  

16



 Həmin yerdə 

17

 BMT Nizamnaməsi, 



http://bit.ly/BXKec

  

18



 Helsinki Yekun Aktı, 

http://bit.ly/1gd34OE

  

19

 Yeni Avropa üçün Paris Xartiyası, 



http://bit.ly/14zH2nT

  

20



 Bölmə VII. Demokratiya və insan haqları ilə bağlı məsələlərdə əməkdaşlıq, maddə 71, 

http://eeas.europa.eu/delegations/azerbaijan/documents/eu_azerbaijan/eu-az_pca_full_text.pdf

   



Yüklə 219,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə