Azərbaycan və Avropa Birliyi: Siyasi Dilemma



Yüklə 219,46 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix23.02.2018
ölçüsü219,46 Kb.
#27521
1   2   3   4   5   6   7   8

 

Avropa Qonşuluq Siyasəti 

Azərbaycan Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində tərəfdaş ölkədir. AQS  çərçivəsində, AB 

ən yaxın mümkün siyasi ittifaq və ən yüksək dərəcədə iqtisadi inteqrasiyaya nail olunması 

istiqamətində özünün cənub və şərq qonşuları ilə əməkdaşlıq edir. Bu məqsəd demokratiya, 

qanunun aliliyi, insan hüquqlarına hörmət və sosial birlik kimi ortaq maraqlara və dəyərlərə 

dayanır.  

2006-cı ilin noyabr ayında AB-Azərbaycan Əməkdaşlıq Şurası tərəfindən AB-Azərbaycan Birgə 

Fəaliyyət Planı qəbul edilib. Bu fəaliyyət planı 1999-cu ilin iyulunda bağlanmış Tərəfdaşlıq və 

Əməkdaşlıq Sazişinə (TƏS) əsaslanır və bütün mühüm islahat sahələri üzrə Azərbaycanla işbirliyi 

üçün əhatəli və iddialı bir çərçivə təqdim edir. 2009-cu ilin mayında Azərbaycan və Avropa Birliyi 

Şərq Tərəfdaşlığı haqqında Birgə Bəyannamə imzalayıb. 

2004-cü ildə Azərbaycanın AQS-nə qoşulmasından və 2006-cı ilin 14 noyabrında AQS-nin 

Azərbaycan üçün Fəaliyyət Proqramının qəbul olunmasından bəri, Azərbaycan hökuməti 

məhdudlaşdırıcı qanunlar qəbul etmiş, mediaya qarşı təzyiq və təhdidlər həyata keçirmiş və hüquq 

müdafiəsi sahəsində fəaliyyət göstərən QHT-lərin işinə maneələr törətmişdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Fəsil 2: AQS Fəaliyyət Planının tələblərinin pozulması 

 

Azərbaycan öz üzərinə insan hüquqlarının qorunması ilə bağlı bir sıra beynəlxalq öhdəliklər 



götürmüşdür. İfadə azadlığı, sərbəst toplaşma və birləşmə hüququ Azərbaycan  hökumətinin 

imzaladığı və ratifikasiya etdiyi beynəlxalq sənədlərin və müqavilələrin, xüsusilə də Ümumdünya 

İnsan Hüquqları Bəyannaməsinin (ÜİHB)

21

, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 



(MSHBP)

22

 və Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK)



23

 müddəaları ilə təmin olunur və 

qorunur.    

Eyni zamanda, Azərbaycan Avropa Birliyi (AB), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 

(ATƏT) və  Avropa Şurası (AŞ) kimi çoxtərəfli və ikitərəfli donorlardan insan hüquqlarının 

müdafiəsini gücləndirmək üçün beynəlxalq yardımlar alır.  

2006-cı ilin 14 noyabrında Azərbaycan AQS

24

 çərçivəsində Avropa Birliyi ilə fəaliyyət planı 



imzaladı. Beş illik fəaliyyət planı demokratiyanın gücləndirilməsi, insan hüquqlarının, fundamental 

azadlıqların və qanunun aliliyinin müdafiəsi daxil olmaqla əməkdaşlığın prioritet sahələrini 

müəyyən edir. Fəaliyyət Planı ölkənin demokratiya, qanunun aliliyi və insan haqları sahəsindəki 

beynəlxalq, o cümlədən Avropa Şurası qarşısındakı öhdəliklərinə istinad edir.  

2006-cı ilin 28 dekabrında Azərbaycan prezidenti İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli 

Fəaliyyət Planı haqqında fərman imzalayıb

25

. Fərmanda qeyd olunur ki, insan hüquqları və 



vətəndaş azadlıqlarının təmin olunması ümummilli vəzifədir. Fərmanın mətni prezident tərəfindən 

BMT-nin “Minilliyin İnkişaf Məqsədləri”

26

 və Avropa Şurasının Üçüncü Sammiti



27

 tərəfindən insan 

hüquqlarının müdafiəsi, demokratiya və qanunun aliliyi sahəsində, habelə bu istiqamətdə 

fəaliyyətin genişləndirilməsi ilə bağlı müəyyən olunmuş prioritetlər nəzərə alınmaqla hazırlanıb və 

qəbul olunub.  

AB Azərbaycanın Fəaliyyət Planını yerinə yetirməsinin monitorinqini aparır və müvafiq olaraq illik 

hesabatlar hazırlayır. 2013-cü ilin martında dərc olunmuş son hesabatda

28

 Brüssel pisləşməkdə 



olan insan haqları durumu ilə bağlı olaraq rəsmi Bakını tənqid edib. Hesabatda həmişəki kimi 

yumşaq tərzdə təəssüflə qeyd olunub ki, Azərbaycan “əsas tövsiyələrdən yalnız bir neçəsinə diqqət 

yetirib”.  

Hesabatda Azərbaycanın siyasi məhbus məsələsini müzakirə etmək istəməməsi, jurnalistlərin və 

vətəndaş cəmiyyəti fəallarının təqibə məruz qaldığı, söz azadlığı və sərbəst toplaşma azadlığı ilə 

bağlı qanunvericiliyin beynəlxalq standartlara cavab vermədiyi və məhkəmə sisteminin azad 

olmadığı qeyd olunub. 

Hesabatda vurğulanıb ki, “korrupsiya Azərbaycanda sahibkarlığın və çoxşaxəli iqtisadiyyatın 

inkişafına əsas maneə olaraq qalır” və qeyd olunub ki, ölkədə ikinci antikorrupsiya strategiyası 

                                                           

21

 İnsan Hüquqları Bəyannaməsi, maddə 19, İfadə azadlığı, 



http://bit.ly/1arHbE

  

22



 Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, maddə 19-ifadə azadlığı, maddə 21-sərbəst toplaşmaq azadlığı, 

Maddə 22-birləşmə azadlığı, 

http://bit.ly/110fsO0

  

23



 Avropa İnsan Hüquqları Konvensiyası, maddə 10-ifadə azadlığı, maddə 11-sərbəst toplaşmaq və birləşmək azadlığı, 

http://bit.ly/ZsNzNM

  

24

 



http://bit.ly/1d13Le8

  

25



 

http://bit.ly/13E4DCy

  

26

 BMT-nin “Minilliyin İnkişaf Məqsədləri”, 



http://bit.ly/18QKVCj

  

27



 Avropa Şurasının Üçüncü Sammiti, 

http://bit.ly/15fF3oy

  

28

 Azərbaycanın AQS üzrə Tərəqqi Hesabatı, 2012 - 



http://bit.ly/13Zuzsu

  



tamamlanıb və bu strategiya çərçivəsində vətəndaşlar qaynar xətt və digər vasitələrlə hökuməti 

korrupsiya halları barədə məlumatlandırmağa çağırılıb.  

Hesabatda o da qeyd olunub ki, seçki prosesi, insan hüquq və azadlıqlarının müdafiəsi və məhkəmə 

sisteminin müstəqilliyi daxil olmaqla dərin və davamlı demokratiyanın yaradılması öhdəliyinin 

yerinə yetirilməsi üçün Azərbaycan səyləri daha da gücləndirməlidir.  

Azərbaycan AQS Fəaliyyət Planında nəzərdə tutulan və insan hüquqları ilə bağlı olan konkret 

tədbirləri əsasən yerinə yetirməyib. Bu fəsil AQS Fəaliyyət Planının Azərbaycan tərəfindən yerinə 

yetirilməsi ilə bağlı durumun qısa təhlilini təqdim edir.   



 

Korrupsiyaya qarşı mübarizə  

Adekvat cinayət təqibi və mühakiməni təmin etmək üçün Cinayət Məcəlləsinin, xüsusilə də 

rüşvətxorluq və korrupsiya ilə bağlı cinayət anlayışlarının Korrupsiyaya qarşı BMT 

Konvensiyası, Avropa Şurasının Korrupsiya ilə əlaqədar  Cinayət Məsuliyyəti haqqında 

Konvensiyası və Korrupsiya ilə əlaqədar Mülki-Hüquqi Məsuliyyəti haqqında Konvensiyası 

və İƏİT-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Xarici Dövlət Rəsmilərinin Beynəlxalq 

Biznes Əməliyyatlarında rüşvətxorluqla mübarizə üzrə Konvensiyası kimi beynəlxalq 

standartlara uyğunluğu təmin olunsun; 

Korrupsiyaya qarşı BMT Konvensiyası, Avropa Şurasının Korrupsiya ilə əlaqədar  Cinayət 

Məsuliyyəti haqqında Konvensiyası və Korrupsiya ilə əlaqədar Mülki-Hüquqi Məsuliyyəti 

haqqında Konvensiyasına uyğun olaraq, korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi 

baza təkmilləşdirilsin; 



AB-Azərbaycan Fəaliyyət Planı, Prioritet 4: Korrupsiyaya qarşı mübarizənin 

gücləndirilməsi yolu ilə biznes və investisiya mühiti yaxşılaşdırılsın 

2005-ci ildə Azərbaycan Korrupsiyaya qarşı BMT Konvensiyasını

29

 imzalamaqla öz üzərinə “dövlət 



administrasiyasında, o cümlədən onun təşkilində, fəaliyyətində və lazım gəldikdə qərarlar qəbulu 

prosesində şəffaflığı gücləndirmək üçün müvafiq tədbirləri görmək öhdəliyi götürüb. Belə tədbirlər 

digər məsələlərlə yanaşı həmçinin aşağıdakıları əhatə edə bilər: a) geniş ictimaiyyətin 

nümayəndələri tərəfindən, lazım gəldikdə, dövlət administrasiyasının təşkili, fəaliyyəti və qərar 

qəbulu prosesləri, habelə şəxsi həyatın və şəxsi məlumatların qorunması şərtlərinə əməl edilməklə

ictimaiyyətin mənafeyinə daxil olan qərar və hüquqi aktlar barədə məlumat alınmasına imkan 

verən prosedur və qaydaların qəbul еdilməsi;”

30

  



Azərbaycanın AQS üzrə tərəqqi hesabatında

31

 “çirkli pulların yuyulması və insan alverinə qarşı 



mübarizədə irəliləyişin əldə olunduğu”, habelə vətəndaşların şikayətlərini bildirmək üçün qaynar  

xəttin fəaliyyət göstərməsi qeyd olunsa da, RATİ hesab edir ki, korrupsiyaya qarşı mübarizə 

sahəsində uğur qazanmaq üçün Azərbaycan hələ uzun bir yol qət etməlidir.  

Eyni zamanda, Azərbaycan hökuməti Açıq Hökumət Tərəfdaşlığı

32

 üzrə Milli Fəaliyyət Planı qəbul 



edib. Açıq Hökumət Tərəfdaşlığı hökumətlərin şəffaflığı artırmaq, vətəndaşların hüquq və 

                                                           

29

 Korrupsiyaya qarşı BMT Konvensiyası, 29 may 2013-cü il tarixinə olan  imzalanma və ratifikasiya durumu, 



http://www.unodc.org/unodc/en/treaties/CAC/signatories.html

   


30

 Korrupsiyaya qarşı BMT Konvensiyası. Sənəd A/58/422, 14 dekabr 2005-ci il, 

http://www.antikorrupsiya.gov.az/upload/file/UN%20Convention%20Corruption.pdf

 

31



 Azərbaycanın AQS üzrə 2012-ci il tərəqqi hesabatı, 

http://bit.ly/13Zuzsu

  

32

 Açıq Hökumət Tərəfdaşlığı üzrə Milli Fəaliyyət Planı, 



http://bit.ly/SG9l97

  



Yüklə 219,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə