Azərbaycan və Avropa Birliyi: Siyasi Dilemma



Yüklə 219,46 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix23.02.2018
ölçüsü219,46 Kb.
#27521
1   2   3   4   5   6   7   8

imkanlarını genişləndirmək, korrupsiya ilə mübarizə və idarəçiliyin təkmilləşdirilməsi üçün yeni 

texnologiyalardan istifadə ilə bağlı öhdəliklərinə əməl etməsini təmin etmək məqsədi daşıyan 

çoxtərəfli təşəbbüsdür

33

. Dünya təcrübəsi göstərir ki, hər hansı dövlətin korrupsiya ilə mübarizə 



öhdəliyi həmin ölkənin xəbər mediasının müstəqilliyi və azadlığı ilə sıx əlaqəlidir. Azərbaycan 

dövləti bu cür əhəmiyyətli bir razılaşmaya qoşulsa da, hökuməti cəmiyyət qarşısında cavabdeh tuta 

bilən əhəmiyyətli resurs - nəzarətçi funksiyası daşıyan mətbuat - hakimiyyət tərəfindən 

susdurulmuşdur. 

Azərbaycan Avropa Şurasının çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə dair 

yenilənmiş Konvensiyasını

34

 (CETS №198) və Rəsmi sənədlərə çatımlılıq haqqında Avropa Şurası 



Konvensiyasını (CETS №205) imzalamayıb. 2009-cu ildən imzalanmaq üçün açıq

35

 olan Konvensiya 



hakimiyyət orqanlarının sahib olduqları rəsmi sənədlərə ümumi çatımlılıq hüququnu tanıyan, 

məcburi xarakter daşıyan ilk beynəlxalq hüquqi sənəddir

36

. Bu günə qədər Azərbaycanın qonşusu 



Gürcüstan da daxil olmaqla 14 ölkə sənədi imzalamış və altı ölkə isə ratifikasiya etmişdir

37

. Sənəd 



10 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.  

Ən narahatedici məqam isə 12 iyun 2012-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş və 

korporativ hüquqi şəxslər tərəfindən informasiyanın açıqlanmasını məhdudlaşdıran qanunvericilik 

dəyişikliklərinin

38

 2012-ci il iyulun 6-da Prezident Əliyev tərəfindən imzalanması olmuşdur.  



“İnformasiya əldə etmək haqqında” qanuna edilmiş dəyişikliklərə görə isə, informasiyanın əldə 

edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-

kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və 

mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi 

maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə 

zidd olmasın. İnformasiyanın açıqlanmasına yalnız müvafiq informasiya sahiblərinin icazəsi ilə yol 

verilir.  

İnformasiyanın əldə olunması və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunlara da 

dəyişikliklər edilmişdir. Bu dəyişikliklər “İnsan hüquqları və azadlıqlarının tətbiqinin 

tənzimlənməsi” haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsində 

nəzərdə tutulmuş legitim ictimai maraqların dairəsini genişləndirib. 

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna edilmiş dəyişikliyə görə 

kommersiya hüquqi şəxslər barədə informasiya, yəni hüquqi şəxslərin təsisçiləri və onların 

nizamnamə kapitalındakı payları haqqında məlumatlar sirr hesab olunur. Bu informasiya yalnız 

sorğu əsasında məhkəmələrə, istintaq orqanlarına və əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə 

“Cinayət yolu ilə və terrorizmin maliyyələşdirilməsi ilə əldə olunmuş pul və əmlakın 

qanuniləşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 

açıqlana bilər. Qanun layihəsinə görə bu informasiya müvafiq orqanlara, vəkillərə və üçüncü şəxsə 

yalnız informasiya sahibinin razılığı əsasında verilə bilər. 

                                                           

33

 Açıq Hökumət Tərəfdaşlığı haqqında ətraflı məlumat üçün, 



http://bit.ly/qW85Np

  

34



 Avropa Şurasının çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə dair Konvensiyası, (CETS №198), 

13/9/2013 tarixinə olan imzalanma/ratifikasiya durumu, 

http://conventions.coe.int/Treaty/Commun/ChercheSig.asp?NT=198&CM=&DF=&CL=ENG

   


35

 

http://conventions.coe.int/Treaty/Commun/ChercheSig.asp?NT=205&CM=1&DF=&CL=ENG



  

36

 Rəsmi sənədlərə çatımlılıq haqqında Avropa Şurası Konvensiyası. Müqavilənin xülasəsi. 



http://conventions.coe.int/Treaty/EN/Summaries/Html/205.htm

   


37

 Rəsmi sənədlərə çatımlılıq haqqında Avropa Şurası Konvensiyası, CETS №205, 13/9/2013 tarixinə olan imzalanma və 

ratifikasiya durumu 

http://conventions.coe.int/Treaty/Commun/ChercheSig.asp?NT=205&CM=1&DF=&CL=ENG

  

38

 



http://www.president.gov.az/articles/5333

http://www.president.gov.az/articles/5364



http://www.president.az/articles/5369

  



Bu cür dəyişiklik “İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa 

Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi (Bu azadlıqların həyata keçirilməsi milli 

təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin 

qarşısını almaq, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, habelə digər şəxslərin nüfuzu və 

hüquqlarının müdafiəsi üçün gizli olaraq əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq 

üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə 

tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə 

və ya sanksiyalara məruz qala bilər) ilə ziddiyyət təşkil edir. Bu dəyişikliklər eyni zamanda BMT-

nin “Korrupsiyaya Qarşı Mübarizə” Konvensiyası və həmçinin “BMT-nin terrorçuluğa qarşı 

mübarizəyə dair” Konvensiyasındakı

39

 müddəalarla ziddiyyət təşkil edir. 



Bu dəyişikliklər Azərbaycan hökumətinin həm öz xalqı, həm beynəlxalq ictimaiyyət qarşısında 

üzərinə götürdüyü korrupsiyaya qarşı mübarizə öhdəliyini yerinə yetirməməsi hesab oluna bilər. 

Bu qanun dəyişiklikləri ilə, Azərbaycanda informasiya azadlığı daha da məhdudlaşdırılıb, hüquqi 

şəxslərin fəaliyyəti üzərində tələb olunan ictimai nəzarət və şəffaflıq prinsipləri pozulub. Bundan 

sonra jurnalistlərin korrupsiya halları ilə bağlı araşdırmalar aparmaları daha da çətin olacaq, belə 

ki, hər hansı korrupsiya faktını araşdıran jurnalist qanunvericiliyə edilmiş bu dəyişikliyə görə 

cəzalandırıla bilər. 

İnsan hüquqlarının, fundamental azadlıqların və qanunun aliliyinin müdafiəsi 

Məhkəmə sisteminin müstəqilliyinin, qərəzsizliyinin və effektivliyinin təmin edilməsi 

məqsədi ilə, o cümlədən, hakimlərin və prokurorların təyinatı, vəzifələrinin artırılması, 

onların hüquqları və öhdəliklərinə nəzərən məhkəmə sisteminin təşkili təkmilləşdirilsin; 



AB-Azərbaycan Fəaliyyət Planı, Prioritet 3:Azərbaycanın beynəlxalq (TƏS, AŞ, ATƏT, 

BMT qarşısındakı) öhdəliklərinə uyğun olaraq insan hüquqlarının və fundamental 

azadlıqların və qanunun aliliyinin müdafiəsi gücləndirilsin   

Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquqa əsasən, məhkəmə sistemi qanunvericilik və icra 

hakimiyyətindən tamamilə müstəqil bir şəkildə fəaliyyət göstərməlidir. Lakin Azərbaycan 

məhkəmələri siyasi motivli işlərdə və jurnalistlərlə bağlı olan işlərdə ədalətli qərarlar qəbul etmir. 

Belə ki, bu işlər lazımi şəkildə araşdırılmır və qərarlar ədalətli olmur. Avropa İnsan Hüquqları 

Məhkəməsi yerli Azərbaycan məhkəmələri tərəfindən işlərə ədalətli baxılmaması ilə bağlı bir çox 

qərar qəbul etmiş və bu qərarlarda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 

Avropa Konvensiyası”nın 6-cı maddəsinin pozulmasını tanımışdır.  

“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə 

Konvensiya”nın Fakültativ Protokolunun (2006-cı ilə qədər) ratifikasiyası və icrası təmin 

olunsun; 

Həmin yerdə 

Azərbaycanın bu konvensiyaya qoşulmasına baxmayaraq, işgəncə halları hələ də baş verir. 

Saxlanılan və ya həbs olunan şəxslər saxlanma yerlərində işgəncəyə məruz qalırlar. Məsələn, 

nümayişlər zamanı saxlanılan və ya həbs olunan şəxslər işgəncəyə məruz qalır- onların qollarına 

qandal vurulur və qollarından dartılaraq aparılan zaman qandal onların qollarını və əllərini 

zədələyir. Ən son işgəncə hallarından birində Müsavat Partiyasının gənclər komitəsinin keçmiş 

rəhbəri Tural Abbaslı qeyri-adi işgəncəyə məruz qalıb, belə ki, onun qolları isitmə radiatoruna 

qandallanıb.  

                                                           

39

 BMT-nin Terrorçuluqla Mübarizəyə dair Konvensiyası, 



http://bit.ly/1euCYLo

  



Yüklə 219,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə