Azərbaycan və Avropa Birliyi: Siyasi Dilemma



Yüklə 219,46 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix23.02.2018
ölçüsü219,46 Kb.
#27521
1   2   3   4   5   6   7   8

 

Müstəqil ictimai yayım xidməti (teleradio yayımı) yaradılsın;   

Həmin yerdə 

İctimai yayımın həyata keçirilməsi üçün 2005-ci ildə Azərbaycanda İctimai Televiziya və İctimai 

Radio yaradılmışdır. Lakin İTV və İctimai Radio ictimai yayımçıdan daha çox dövlət yayımçısı kimi 

fəaliyyət göstərir. Onlar əsasən hökumət nümayəndələrinin fəaliyyətini işıqlandırır, müxalifət 

nümayəndələrini isə ya heç işıqlandırmır, ya da neqativ işıqlandırır. Eyni zamanda RATİ qeyd edir 

ki, Azərbaycanın dövlət yayımçısını ləğv etmək və ictimai yayımçı yaradaraq onu inkişaf etdirmək 

öhdəliyinin mövcud olmasına baxmayaraq, hökumət AZTV-yə əlavə olaraq daha iki yeni dövlət 

yayımçısı- Mədəniyyət TV və İdman TV kanallarını açmışdır. Bundan başqa, İctimai TV “İctimai 

teleradio yayımı haqqında Qanun”da nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmir. Avropa Yayım 

Birliyinin üzvü olan İctimai TV-nin 2013-cü il Avroviziya mahnı müsabiqəsi zamanı Rusiyaya 

verdiyi səslərin hesaba alınmaması barədə bəyanatla çıxış etməsi peşəkarlıqdan çox uzaq bir addım 

olmuşdur. Həmçinin son baş direktor seçkisi zamanı İctimai TV-nin baş direktoru seçilmiş şəxsin 

hakim Yeni Azərbaycan Partiyasının üzvü olması bu televiziyanın hakimiyyətin nəzarət altında 

fəaliyyət göstərməsindən xəbər verir.  

 

Məlumat azadlığı haqqında Qanunun lazımi icrası təmin edilsin;  



 Həmin yerdə 

İnformasiya əldə etmək hüququ Azərbaycan Konstitusiyası ilə təmin olunan fundamental 

hüquqdur. Konstitusiyanın 50.I maddəsinə görə, “Hər kəsin qanuni yolla istədiyi məlumatı 

axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.”

40

 Bundan başqa, 



Konstitusiyanın 57-ci maddəsi vətəndaşları “dövlət orqanlarına şəxsən müraciət etmək, habelə 

fərdi və kollektiv yazılı müraciətlər göndərmək” hüququ ilə təmin edir.

41

 Müraciətləri almış dövlət 



qurumları hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab 

verməlidir.

42

 

İnformasiya əldə etmək hüququ 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək hüququ 



haqqında Qanun”da təsbit olunub. Bu qanunun müəyyən müddəaları vətəndaşların “bilmək 

hüququ”nu təmin edir. Lakin 2012-ci ildə parlament bu qanuna, həmçinin “Hüquqi şəxslərin dövlət 

qeydiyyatı haqqında” və “Kommersiya sirri haqqında” qanunlara bir sıra mürtəce dəyişikliklər 

qəbul edib.   

2012-ci il iyulun 6-da Prezident Əliyev 12 iyun 2012-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş 

və korporativ hüquqi şəxslər tərəfindən informasiyanın açıqlanmasını məhdudlaşdıran 

qanunvericilik dəyişikliklərini  imzalayıb. Şəffaflıq tərəfdarı olan qruplar tərəfindən ciddi tənqidlə 

qarşılanan bu dəyişikliklər kommersiya hüquqi şəxslərin rəhbərləri, onların nizamnamə 

kapitalındakı payı və digər oxşar məlumatlara cəmiyyətin çatımlılığını məhdudlaşdırır. Əlavələr 

2012-ci ilin oktyabr ayında qüvvəyə minib.  

Bundan başqa, 2010-cu ildə informasiya ombudsmanı səlahiyyəti insan hüquqları ombudsmanına 

verilib və informasiya ombudsmanı haqqında müddəalar 2012-ci ildə qanundan çıxarılıb.  

Vətəndaş cəmiyyətinin və onun təşkilatlanmış formalarının (insan hüquqları sahəsində 

fəaliyyət göstərən QHT-lər, birliklər və s.) inkişafı təşviq olunsun. QHT-lərin qeydiyyatı üçün 

tələb olunan mövcud mürəkkəb və çətin prosedur asanlaşdırılsın; 

                                                           

40

 Azərbaycan Respublikasının Konstitusiyası, maddə 50.I, 



http://www.president.az/azerbaijan/constitution

 

41



 Azərbaycan Respublikasının Konstitusiyası, maddə 57.I, 

http://www.president.az/azerbaijan/constitution

 

42

 Azərbaycan Respublikasının Konstitusiyası, maddə 57. II, 



http://www.president.az/azerbaijan/constitution

 



Həmin yerdə 

Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin inkişafında maraqlı deyil. Avropa Parlamentinin 

2013-cü ildə qəbul olunmuş və Azərbaycanda QHT-lərin qeydiyyatından imtina olunduğunu qeyd 

edən qətnaməsi

43

 Azərbaycan hökumətini Azərbaycan İnsan Hüquqları Evinin yenidən açılmasına 



qeyd-şərtsiz icazə verməyə, eyni zamanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi 

Mərkəzini və İnsan Hüquqları Klubunu təxirə salınmadan və heç bir inzibati problem olmadan 

qeydiyyata almağa çağırıb. Azərbaycan hökuməti insan hüquqları sahəsində fəaliyyət göstərən 

QHT-lərin fəaliyyətinə maneələr yaradır, onlara əsaslı səbəb olmadan xəbərdarlıq edir və 

Azərbaycanın regionlarında onların təşkil etdikləri tədbirlərin keçirilməsinə əngəllər törədir. 

Hökumətin “Qeyri-hökumət təşkilatları haqqında Qanun”a etdiyi son məhdudlaşdırıcı dəyişikliklər 

rəsmi qrant müqaviləsi olmadan 200 manatdan artıq ianə alan QHT-lər üçün yüksək məbləğdə 

cərimələr nəzərdə tutur

44

. Belə ki, qəbul olunmuş ianələri dövlət qeydiyyatına aldırmayan QHT-lər 



əmlakı müsadirə olunmaqla 1500 manatdan 15000 manata qədər cərimə cəzası ilə üzləşə bilər. 

İcma-əsaslı təhsil, təlim və maarifləndirmə proqramları yolu ilə din və mədəniyyət 

müxtəlifliyinə hörmət təşviq olunsun; 

Həmin yerdə 

Din və vicdan azadlıqlarına Azərbaycanda tam hörmət edilmir. Hicab geyinən qızlar məktəb və 

universitetlərdə problemlərlə üzləşir, və buna etiraz edən dindarlar müxtəlif ittihamlarla həbs 

olunur. Mədəniyyət xadimləri və incəsənət nümayəndələrinə də hörmət edilmir. Bəstəkar Hüseyn 

Abdullayev Azərbaycanda insan hüquqları durumuna toxunan “Susma” mahnısı və klipinə görə 

cinayət məsuliyyətinə cəlb olunub. Mahnını ifa edən müğənnilər də polis məntəqəsinə çağırılıblar.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                           



43

 Avropa Parlamentinin Azərbaycan üzrə qətnaməsi: İlqar Məmmədovun işi, 

http://bit.ly/14TDQ2M

  

44



 Daha ətraflı məlumatı buradan oxuya bilərsiniz: 

http://www.icnl.org/research/monitor/azerbaijan.html

  



Yüklə 219,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə