Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə1/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
  1   2   3   4   5   6   7   8   9   ...   57


 

 
 
 
 
 
 
 
AZƏRBAYCAN 
 
AVROPA ŞURASI 
 
(Avropa Şurasının 60 illik yubileyinə həsr olunur)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
―AVRASİYA PRESS‖ 
BAKI - 2009 


 

Azərbaycan Respublikasının Prezidenti yanında 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi 
Şurası tərəfindən nəşr edilmişdir. 
 
 
 
Buraxılışa məsul:             Adil Vəliyev 
                                         siyasi elmlər namizədi 
Tərtibçi:                            Səadət Yusifova 
                                         hüquq elmləri namizədi 
Rəyçi:                               Ruslan İsmayılov 
                                         filologiya elmləri namizədi 
 
Azərbaycan və Avropa Şurası 
Bakı, "Avrasiya Press" 2009, 240 səh. 
 
 
Kitabda  Avropa  Surasının  60  il  ərzində  formalaşdırdığı  dəyərlər  sistemi, 
Azərbaycan  Respublikasının  bu  nüfuzlu  beynəlxalq  qurumla  əməkdaşlığının 
dinamikası,  ölkəmizin  götürdüyü  öhdəliklər  və  onların  yerinə  yetirilməsi  kimi 
məsələlər əhatə olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
İSBN 978-9952-442-26-7 
 
© "Avrasiya Press", 2009 


 

"Tarixi  yolların  qovuşuğunda  yerləşən  ölkəmizin  Avropa  Şurasına  qəbul 
olunması  həm  Azərbaycan  üçün,  həm  də  bu  təşkilat  üçün  çox  mühüm  hadisədir. 
Biz  ümumavropa  dəyərləri  xəzinəsinə  öz  töhfələrimizi  gətirməyə  hazırıq.  Bu 
töhfələr  həm  Avropada  demokratik  sabitliyin  möhkəmlənməsinə,  həm  də 
avropalıların şərq xalqlarının tarixi taleyini daha  yaxşı və  dərindən dərk etməsinə 
kömək edəcəkdir. 
Bu,  bir  tərəfdən  qabaqcıl  demokratik  ideyaların,  hüquqi  baxışların 
yayılması, digər tərəfdən isə bütün xalqların milli-mənəvi xüsusiyyətlərinə hörmət 
bəslənilməsi  üçün  yaxşı  zəmin  olacaqdır.  Mən  bu  mötəbər  təşkilatın  gələcək 
inkişafı  və  möhkəmlənməsində  öz  ölkəmin xüsusi rolunu  və  məsuliyyətini bunda 
görürəm."  
Heydər Əliyev  
Avropa Şurası Parlament Assambleyasının 
sessiyasında Azərbaycanın Avropa Şurasına üzv 
qəbul olunmasına həsr olunmuş nitqindən. 
25 yanvar 2001-ci il. 


 

"Bu gün bizim strateji seçimimiz  Avropaya, Avropa ailəsinə, strukturlarına 
inteqrasiyadır. Biz bu siyasətimizə möhkəm sadiqik. Əlimizdən gələni edəcəyik ki, 
Azərbaycan  Avropaya  xas  olan  bütün  standartlara,  bütün  ölçülərə  cavab  versin. 
Budur  bizim  siyasətimiz  və  uzun  müddətdir  onu  həyata  keçiririk.  Bu  gün 
Azərbaycanda baş verənlər bu siyasətin davamının nəticəsidir." 
İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti. 
Avropa Şurası Parlament Assambleyasının 
sessiyasındakı nitqindən. 
29 aprel 2004-cü il. 


 

ÖN SÖZ 
 
Dövlət  müstəqilliyi  bərpa  edildikdən  sonra  Ümummilli  liderimiz  Heydər 
Əliyevin  rəhbərliyi  altında  Azərbaycanda  hüquqi  demokratik  dövlət  quruculuğu 
istiqamətində  fundamental  islahatlar  həyata  keçirilmişdir.  İnsan  hüquq  və 
azadlıqlarının  qorunması  və  hər  bir  vətəndaşın  layiqli  həyat  səviyyəsinin  təmin 
olunması  dövlətin  ali  məqsədi  elan  olunmuşdur.  Bu  məqsədlə  yeni  məhkəmə 
sistemi,  hüquq  müdafiə  mexanizmləri  yaradılmış,  liberal  bazar  iqtisadiyyatı  və 
sosial  dövlət  prinsiplərini  rəhbər  tutan  iqtisadi  münasibətlərə  keçid  təmin 
olunmuşdur. 
Hazırda  hüquqi  dövlət  quruculuğu  prosesi  Azərbaycan  Respublikasının 
Prezidenti  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilir.  Bütün  fəaliyyət 
istiqamətlərində  aparılan  islahatlar  daha  da  dərinləşdirilir,  ən  qabaqcıl  dünya 
təcrübəsi, texnologiyalar Azərbaycana gətirilir. 
Bu  məqsədlə  beynəlxalq  təşkilatlarla  sıx  əməkdaşlıq  həyata  keçirilir.  Belə 
təşkilatlardan biri də Avropa Şurasıdır. İnsan hüquqları, plüralistik demokratiya və 
qanunun  aliliyini  müdafiə  etmək,  Avropanın  mədəni  özünəməxsusluğunu  və 
müxtəlifliyi  qorumaq  və  inkişaf  etdirmək,  onun  qarşısında  duran  məsələlərin 
ümumi həllini tapmaq, siyasi, hüquqi və konstitusional   islahatları   dəstəkləməklə   
demokratik    sabitliyi  təmin  etmək  Avropa  Şurasının  prioritetləridir.  Bu  dəyərləri 
bölüşən,  daim  yenilənmə  iddiasında  olan  hər  bir  ölkə  Avropa  Şurasının  üzvü  ola 
bilər. Şuranın uzun illər ərzində ideoloji cəhətdən bölünmüş qitədə sülhün bərqərar 
olmasına,  üzv-ölkələrdə  aparılan  islahatlara,  o  cümlədən  mədəniyyətlərarası 
dialoqa verdiyi töhfə onun 60 illik tarixinin ən böyük nailiyyətidir. 
Avropa  Şurasının  60  illiyinə  həsr  olunmuş  bu  nəşr  həmin  təşkilatın 
yaranmasını doğuran tarixi şərtlər, onun strukturu və fəaliyyət xüsusiyyətləri, yeni 
üzvlərin  qəbul  olunması  siyasəti,  Azərbaycan  Respublikası  ilə  Avropa  Şurası 
arasında  əməkdaşlığın  inkişaf  dinamikası,  ölkəmizin  götürdüyü  öhdəliklər  və 
onların  yerinə  yetirilməsi  kimi  məsələləri  əhatə  edir  və  mövzu  ilə  bağlı 
ictimaiyyətin məlumatlandırılması məqsədini daşıyır. 
Bu baxımdan təqdim olunan kitabın ictimaiyyətin diqqətini cəlb edəcəyinə, 
eyni  zamanda  ölkəmizin  Avropa  Şurası  ilə  əməkdaşlığı  ilə  bağlı  məlumatlılığın 
artmasına səbəb olacağına inanıram. 
Nəşri ərsəyə gətirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına gələcək fəaliyyətində uğurlar arzu 
edirəm. 
Fuad Ələsgərov,  
Azərbaycan Respublikası Prezidentinin 
Administrasiyasının Hüquq mühafizə 
orqanları ilə iş şöbəsinin müdiri 
 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə