Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

 
30 
Hərbi məsələlərdən uzaq, sırf siyasi təşkilat olan Avropa Şurası demokratik 
idarə formalı ölkələr arasında sıx əlaqələri nizamlamağa çalışır. 
Belə  ölkələrdən  birinə  çevrilən  Azərbaycan  əlverişli  perspektivlər  və  real 
imkanlar qazanır. 
Azərbaycanın  Avropaya  inteqrasiya  proseslərinə  qoşulmaqda  maraqlı 
olması  qısa  müddətdə  ölkədə  yaradılmış  siyasi  sabitlik,  respublikamızda 
demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar 
olmasına  yönəldilmiş  siyasi-iqtisadi  islahatlar,  insan  hüquqlarının  qorunması 
sahəsində  həyata  keçirilmiş  tədbirlər  Azərbaycanın  Avropaya  inteqrasiya 
proseslərinə qoşulması üçün əlverişli zəmin yaradırdı. 
Azərbaycanın  əlverişli  geosiyasi  mövqeyi  və  zəngin  təbii  ehtiyatları 
Avropanı  Azərbaycana  cəlb  edirdi.  Bu  baxımdan,  Avropa  beynəlxalq 
təşkilatlarının Azərbaycanla əməkdaşlığa meyilli olmaları təbii qəbul edilməli idi. 
Azərbaycanın Avropa Şurası ilə əlaqələri aşağıdakı siyasi məqsədləri güdür: 
qazanılmış müstəqilliyin təsdiqi və möhkəmləndirilməsi; insan və vətəndaş 
hüquqlarının təmin edilməsinin gücləndirilməsi; 
Avropa  dövlətləri  ilə  diplomatik  münasibətlərin  beynəlxalq  təşkilat 
çərçivəsində çoxtərəfli əsaslarda dərinləşdirilməsi; 
ölkəmizin  xarici  siyasətinin  dövlətlərin  və  xalqların  dinc  yanaşı  yaşaması, 
sülhü  və  təhlükəsizliyin  qorunması  və  digər  beynəlxalq  hüquq  prinsiplərinə 
əsaslandığını nümayiş etdirmək; 
öz məqsədlərini və mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün Avropa 
Şurasının ali tribunasından istifadə etmək 
Avropa Şurası ilə Azərbaycanın əlaqələrinin qurulmasını və inkişafını şərti 
olaraq üç mərhələyə bölmək olar: 
1992-ci ildən  28 iyun 1996-cı ilə qədərki dövr; 
28.06.1996-cı il — 25 yanvar 2001-ci ilə qədər olar müddət; 
25.01.2001-ci ildən sonrakı dövr.  
 
§ 1. I mərhələ: 
I  mərhələ  Azərbaycanın  Avropa  Şurası  ilə  sistemsiz  və  pərakəndə 
əlaqələrini  əhatə  edir.  Bu  mərhələdə  əlaqələrdəki  belə  qeyri-müəyyənlik, 
Ermənistanın  təcavüzkarlığına  qarşı  mübarizəyə  daha  çox  diqqət  verilməsi  və  bir 
sıra  daxili  proseslərlə,  bu  məsələdə  daxili  və  xarici  siyasətdə  qeyri-sabitliyin 
mövcudluğunu  aydın  şəkildə  göstərməsi  ilə  səciyyələnir.  Bu  dövrün  başaçatma 
həddinin  ilkin  olaraq  1993-cü  ilin  sonu  kimi  qəbul  edilməsi,  nəticədə  birinci 
mərhələnin də, öz növbəsində, iki hissəyə ayrılmasına imkan yaradır. 
Birinci hissə: Azərbaycan Respublikası rəsmi şəkildə ilk dəfə 1992-ci ilin 
yanvarında  Avropa  Şurasına  müraciət  edərək  "xüsusi  dəvət  olunmuş"  statusu  ilə 
təşkilatın  fəaliyyətində  təmsil  olunmaq  istədiyini  bildirmişdi.  Lakin  bu  dövrdə 
Cənubi  Qafqaz  ölkələrinin  Şuranın  fəaliyyətində  iştirakı  məsələsi  hələlik  açıq 
saxlanmışdı,  bir  tərəfdən  Avropa  Şurasının  Qafqaz  regionuna  kimi  genişlənməyə 


 
31 
hazır  olması  üçün  lazımi  fəaliyyət  mexanizmi  hələlik  mövcud  deyildi,  digər 
tərəfdən,  Qafqaz  respublikalarında  genişlənən  demokratik  hərəkatın  dönərsizliyi 
hələlik şübhə altında idi. 
Avropa  Şurası  ilə  işgüzar  əlaqələrin  qurulmasına  nail  olmaq  məqsədilə 
Azərbaycan  hökuməti  və  parlament  nümayəndələri  1992-ci  ilin  iyun  və 
oktyabrında  Şuranın  mənzil-qərargahının  yerləşdiyi  Strasburqa  səfərlər  etdilər  ki, 
məhz bu zaman təşkilatla əməkdaşlığın formaları, habelə Avropa Şurasının Dağlıq 
Qarabağ  münaqişəsini  nizama  salmaq  üçün  vasitəçilik  missiyasının  məzmun  və 
mahiyyəti razılaşdırıldı. 
Avropa  Şurasının respublikamıza  münasibəti erməni  millətçiləri tərəfindən 
Azərbaycana  qarşı  aparılmış  təbliğat  əsasında  formalaşaraq,  bu  dövrdə 
Azərbaycanın haqq səsinin dünya  ictimaiyyətinə  doğru-düzgün çatdırılmaması  və 
hətta  Parlament  Assambleyasının  üzvü  olmayan  Avropa  ölkələri  ilə  əlaqələr 
komitəsinin  1992-ci  il  fevral  ayının  5-də  Dağlıq  Qarabağa  dair  Azərbaycanın 
mövqeyinə zidd olan bəyanat qəbul etməsi ilə nəticələnmişdi. Belə bir şəraitdə, ilk 
növbədə,  Avropa  Şurasında  Azərbaycanın  obyektiv,  doğru-düzgün  imicini 
yaratmaq,  Azərbaycanın  Avropa  Şurasının  prinsiplərinə  uyğun  xarici  siyasət 
yeritdiyini,  insan  hüquqlarının  müdafiəsi  və  demokratiya  yolu  ilə  inkişaf  etdiyini 
bəyan  etmək  lazım  idi.  Bu  sahədə  aparılan  iş  özünün  real  nəticələrini  verməyə 
başladı.  Digər  tərəfdən,  Avropa  Şurası  tərəfindən  Ermənistan—Azərbaycan 
münaqişəsinə  obyektiv  yanaşılmaqla  münaqişənin  təşkilat  tərəfindən  daha  ətraflı 
öyrənilməsi  Avropa  Şurasında  münaqişəyə  və  Azərbaycana  münasibətdə 
dəyişikliklər  yaratdı.  Belə  ki,  artıq  1992-ci  il  mart  ayının  12-də  Avropa  Şurası 
Nazirlər Komitəsinin qəbul etdiyi bəyanatda komitə Dağlıq  Qarabağ hadisələri ilə 
əlaqədar    dərin    təşviş    hissi    keçirdiyini    bildirirdi.      Bəyanatda  Azərbaycanın 
Dağlıq Qarabağ vilayətinin dinc əhalisi barəsində zorakılıq pislənilir və göstərilirdi 
ki,      beynəlxalq    birlik  Dağlıq  Qarabağda  münaqişənin  zor  gücünə  aradan 
qaldırılmasına  razı  ola  bilməz.  Bəyanatda  sərhədlərin  toxunulmazlığı  prinsipinin 
gözlənilməsi  zəruriliyinin  qeyd  olunması  münaqişənin      beynəlxalq      hüququn   
prinsipləri əsasında nizama salınmasının vacibliyindən  xəbər   verirdi.  Bəyanatda   
qeyd  olunurdu  ki,  sərhədlər  yalnız  dinc  yolla  və  qarşılıqlı  razılıq  əsasında 
dəyişdirilə    bilər.  Erməni    təcavüzkarları    tərəfindən  Kəlbəcər  rayonunun  işğal 
edilməsi ilə əlaqədar olaraq Avropa Şurası Nazirlər Komitəsi erməni qoşunlarının 
Kəlbəcər  rayonundan  çıxarılması  haqqında  16  aprel  1993-cü  ildə  bəyanat  verdi. 
Sənəddə deyilirdi ki, Nazirlər Komitəsi BMT Təhlükəsizlik Şurası sədrinin   bütün 
döyüş      əməliyyatlarını  dərhal      dayandırmaq      çağırışına      tamamilə      tərəfdar   
çıxır    və  bölgədə  sülh  və  təhlükəsizlik  üçün  qorxu  yaradan  qüvvələrin  oradan 
çıxarılmasını tələb edir. 
Ümumiyyətlə  isə  Ermənistan  qoşunları  1992-1993-cü  illər  ərzində  Şuşanı, 
Laçını,  Kəlbəcəri,  Ağdamı,  Füzulini,  Qubadlını,  Cəbrayılı  və  Zəngilanı  ələ 
keçirərək  Azərbaycan  torpaqlarının  16  min  kvadrat  kilometrlik  bir  hissəsini 
(halbuki Dağlıq Qarabağın ərazisi 4 min kvadrat kilometrdir) öz işğalı altına aldı. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə