Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   2   3   4   5   6   7   8   9   ...   57

 

I fəsil 
 
Avropa Şurası: ümumi məlumat 
 
§ 1. Tarixi baxış 
Vahid  Avropa  evinin  yaradılması  ideyası  yeni  deyil.  Avropa  birliyinin  ilk 
layihəsi ilk dəfə  hələ  600 il əvvəl  P. Dö  Bua  tərəfindən irəli sürülmüşdür. Tarixi 
inkişaf prosesində siyasi və hüquqi düşüncələrin rəngarəngliyi bu ideyanın həyata 
keçirilməsi üçün müxtəlif planların irəli sürülməsinə, onların realizə olunması üçün 
müəyyən addımların atılmasına səbəb olmuşdur.  Hələ XVI  əsrdə  Fransa kralı  IV  
Henri  o  vaxtkı  Avropa  dövlətlərini  birləşdirən  "xristian  respublikası"  yaratmaq 
planlarını  irəli  sürmüşdü.  Bu  plan  mahiyyət  etibarı  ilə  dini  zəmində  dövlətlərin 
birləşdirilməsini  nəzərdə  tutsa  da,  Avropada  təhlükəsizliyin  birgə  qorunmasına 
yönəlmişdi.  1690-cı  ildə  ingilis  V.Peni  Avropada  Ümumavropa  parlamenti 
çağırılması  yolu  ilə  sülhün  təmin  olunması  məsələsinə  həsr  olunmuş  kitab  çap 
etmişdi. 
Vaxtilə  Napoleon  Avropanı  silah  gücünə  birləşdirməyə  çalışdı.  Lakin  nə 
qədər qəribə olsa da, məhz Napoleon üzərində qələbə çalan dövlətlərin 1814-1815-
ci  illərdə  çağırdığı  Vyana  konfransı  mahiyyət  etibarı  ilə  tarixə  ilk  Ümumavropa 
konqresi kimi düşdü. XIX əsr isə avrosentrizm ideyalarının formalaşması ilə yadda 
qaldı.  İki  dünya  müharibəsi  arasında  1923-cü  ildə  R.Kudenxove-Kalergi  Avropa 
birliyinin  yeni  layihəsini  irəli  sürdü.  "Panavropa  manifesti"  meydana  çıxdı.  1930-
cu ildə isə Fransanın xarici işlər naziri A.Brian "Avropa  Federal  İttifaqının  təşkili 
haqqında  Memorandum"u Millətlər Liqasına təqdim etdi. Bu, "Avropa ideyası"nı 
özündə  ehtiva  edən  və  hökumət  səviyyəsində  qəbul  edilmiş  ilk  sənəd  idi.  Lakin 
Hitlerin Almaniyada hakimiyyətə gəlməsi və İkinci dünya müharibəsinin başlaması 
bu layihənin həyata keçməsinə mane oldu. 
Lakin  bəzən  Avropa  Şurasının  yaranmasını  İngiltərə  hərbi  kabinetinin   
başçısı  U.Çörçillin  1942-ci ilin oktyabr ayında verdiyi bəyanat ilə əlaqələndirirlər. 
Bəyanatda deyilirdi: "Mən millətlər arasında sədləri  əhəmiyyətli dərəcədə aradan 
qaldıran,  maneəsiz  hərəkət  üçün  imkan  yaradacaq  Avropa  Birləşmiş      Ştatlarının  
yaradılmasını   gözləyirəm".   O   göstərirdi   ki, Avropa iqtisadiyyatına vahid bir 
tam halında baxılmalıdır. 
Uinston Çörçillin bəyanatı Avropada geniş əks-səda doğurdu.  İkinci dünya 
müharibəsindən sonra Avropada federalist cərəyanlar yenidən canlanmağa başladı. 
Bunlardan  Avropa  Federalistlər  İttifaqı,  Avropa  İqtisadi  Əməkdaşlıq  Cəmiyyəti, 
Avropa  birliyinin  müdafiəsi  üzrə  Fransa  Şurası,  Avropanı  birləşdirmək  uğrunda 
Böyük  Britaniya  hərəkatı,  Xristian  Demokratların  Beynəlxalq  İttifaqı  kimi 
assosiasiya  və  cəmiyyətlər  Avropa  federasiyasının  yaradılması    ideyaları  ilə  çıxış 
edirdilər. 
1947-ci ildə həmin cəmiyyət və təşkilatlar Avropanı birləşdirmək hərəkatını 
əlaqələndirmək üçün beynəlxalq komitə yaratdılar. Bu komitə 1948-ci il mayın 8-


 

10-da Haaqada Avropanın inteqrasiya problemlərinə həsr olunmuş konqres çağırdı. 
Konqresdə Avropanın birləşdirilməsi, inteqrasiya barədə müxtəlif layihələr təqdim 
olunmuşdu. Bu layihələr əsasən,  iki  qrupa   bölünürdü.   Birinci  qrup  layihələrdə 
Avropa  Federasiyası  yaratmaq    təklif  olunurdu.  Bu  layihələrə  əsasən,  Avropada 
"millətlərüstü  orqanlar",  o  cümlədən  Avropa  parlamenti  yaratmaq  nəzərdə 
tutulurdu. Parlamentə əhalinin hər milyonundan bir nəfər nümayəndə seçilməli idi. 
Bu  cür  layihələr  federalizm  tərəfdarı  olan  fransızlar,  belçikalılar,  hollandlar  və 
qərbi almaniyalılar tərəfindən irəli sürülmüşdü. 
İkinci  qrup  layihələrdə  isə  məşvərətçi,  yalnız  koordinasiya  xarakterli 
Avropa  təşkilatı  yaratmaq  nəzərdə  tutulurdu.  Bu  cür  layihələr  konfederasiya 
tərəfdarı  olan  Britaniya,  Skandinaviya  assosiasiyaları  nümayəndələri  tərəfindən 
irəli sürülmüşdü. 
Konqresdə  bu  iki  cərəyanı  birləşdirən  kompromis  xarakterli  qətnamələr 
qəbul  edildi.  Konqres  Avropa  dövlətlərinin  iqtisadi  və  siyasi  ittifaq  yaratmaqları, 
həmçinin ayrı-ayrı üzv dövlətlərinin parlament nümayəndələrindən təyin olunmuş 
üzvləri olan Avropa məsləhətverici assambleyası yaratmağı təklif etdi. 
1948-ci  ilin  iyul  ayında  Avropa  konqresinin  qərarlarının  təsiri  altında 
Fransa Brüssel Paktının Şura iclasında paktın üzvü olan ölkələrə (Böyük Britaniya, 
Fransa,  Benilüks  ölkələri)  Avropa  assambleyası  yaratmaq  məqsədilə  müşavirə 
çağırmaq  təklif  edildi.  Böyük  Britaniya  hökuməti  bu  təklifə  mənfi  münasibət 
bildirdi.  1948-ci  ilin  oktyabr  ayında  Şuranın  növbəti  sessiyası  zamanı  bu  təklif 
yenidən  verildi.  Qərara  alındı  ki,  Avropa  Federasiyası  problemlərini,  xüsusilə  də 
Avropa parlamenti assambleyasını yaratmaq təklifini öyrənmək məqsədilə Avropa 
Birliyi Daimi komitəsi yaradılsın. Komitədə  yenə də fikir ayrılığı meydana çıxdı. 
Fransa və Belçika tərəfinin fikrincə, gələcəkdə Avropa Parlamentinin əsasını təşkil 
edə  biləcək  Avropa  parlamentləri  assambleyası  yaradılmalı  idi.  İngiltərənin 
fikrincə isə, ayrı-ayrı hökumətlərin nümayəndələrindən ibarət birgə  məsləhətverici   
orqan (Avropa Nazirlər Şurası) yaradılmalı idi. 
1949-cu  ilin  yanvarında  komitə  kompromis  razılığa  gəldi.  Koordinasiya 
xarakterli təşkilat — Avropa Şurasının yaradılması qərara alındı. Bu  təşkilatın iki  
—  hökumət və parlament orqanları olacağı nəzərdə tutulurdu. Təşkilatın funksiya 
və  quruluşuna  dair  ətraflı  qərar  hazırlanması  üçün  1949-cu  ilin  mart  ayında  
Londonda  Brüssel    Paktına    daxil  olan  ölkələr,  Danimarka,  İtaliya,  İrlandiya, 
Norveç  və  İsveçin  səfirlərinin  iştirakı  ilə  müşavirə  keçirildi.    Mart  və  aprel 
aylarında  müşavirədə  Avropa Şurasının   Nizamnaməsi hazırlandı.  1949-cu il  may 
ayının  5-də  yuxarıda  adları  çəkilən  ölkələrin  xarici  işlər  nazirləri  nizamnaməni 
imzaladılar.  5  may  hər  il  Avropa  Şurasının  yaradılması  günü  kimi  qeyd  olunur. 
Avropa  Şurasının  Nizamnaməsi  preambula,  10  fəsil  və  42  maddədən  ibarətdir. 
Nizamnamənin 1-ci maddəsinin "a" bəndinə əsasən, Avropa Şurasının məqsədi üzv 
dövlətlərin  ideya  və  prinsiplərinin  müdafiə  və  həyata  keçirilməsi  üçün  onlar 
arasında  sıx  əlaqələr  yaratmaq,  Avropanın  demokratik  və  təhlükəsiz  əraziyə 
çevrilməsinə kömək etmək, plüralist demokratiya və insan hüquqlarının müdafiəsi 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə