Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   2   3   4   5   6   7   8   9   ...   57

 
10 
Parlament  Assambleyasının,  Nazirlər  Komitəsinin  fəaliyyəti  barədə  hesabatların 
təsdiqi  nisbi  yekdillik  əsasında  qəbul  edilir.  İş  həcminin  artması  və  təşkilatın 
rolunun  yüksəlməsi  ilə  əlaqədar  olaraq  Nazirlər  Komitəsi  1952-ci  ildə  Nazirlərin 
Nümayəndələri Komitəsini yaratmışdır. Nazirlər Komitəsinin səlahiyyətlərinin bir 
hissəsi  həmin  komitəyə  verilmişdir.  Təşkilatın  siyasətinin  mühüm  problemləri 
istisna  olmaqla,  müxtəlif  məsələlər  üzrə  Nazirlərin  Nümayəndələri  Komitəsi 
qərarlar  qəbul  edə  bilər  və  bu  qərarlar  Nazirlər  Komitəsinin  qərarları  ilə  eyni 
hüquqi  qüvvəyə  malik  olur.  Təcrübədə  nümayəndələr  komitəsi  Nazirlər 
Komitəsinin vəzifələrinin əsas hissəsini yerinə yetirir. Bundan əlavə, nümayəndələr 
komitəsi  Nazirlər  Komitəsinin  iclaslarının  materiallarını  hazırlayır.  Hər  il  üzv 
dövlətin nümayəndələr komitəsində bir nəfər nümayəndəsi olur. Bu nümayəndələr, 
bir  qayda  olaraq,  üzv  dövlətlərin  Avropa  Şurasına  akkreditə  olunmuş 
nümayəndələridir. 
1955-ci    ilin    oktyabr    ayında    Nazirlər  Komitəsi  Avropa  komissarları 
institutunu  yaratmışdır.  Komissarlar  Avropa  Şurasının  nümayəndələri  kimi  üzv 
ölkələrin  hökumətlərində  akkreditə  olunurlar.  Digər  tərəfdən,  üzv  dövlətlərin 
hökumətləri  Avropa  Şurasında  özünün  daimi  nümayəndələrini  təyin  edir.  Bu  cür 
nümayəndələrin  bəziləri  eyni  zamanda  Fransada  öz  ölkələrini  təmsil  edən 
nümayəndələr  olur  və  Avropa  Şurasının  qərargahı  yerləşən  Strasburq  şəhərində 
yaşayırlar.  Nizamnamənin  19-cu  maddəsinə  əsasən,  Nazirlər  Komitəsi  müvafiq 
sənədlərlə  birlikdə  özünün  fəaliyyəti  barədə  hesabatı  Parlament  Assambleyasının 
sessiyalarına göndərir. 
 
2.2. Parlament Assambleyası 
Avropa Şurasının ikinci mühüm orqanı məşvərətçi nümayəndəli orqan olan 
Parlament  Assambleyasıdır.  Bu  orqan  əvvəllər  "Məsləhətverici  Assambleya" 
adlanmışdır.  Həmin  orqan  özünün  xarakter  və  vəzifələrinə  görə  Nazirlər 
Komitəsindən  fərqlənir.  Avropa  Şurasının  Nizamnaməsinin  25-ci  maddəsində 
əsasən  Assambleya  Avropa  Şurasına  üzv  ölkələrin  Parlamentləri  tərəfindən 
seçilmiş  və  ya  həmin  Parlamentlərin  üzvlərindən  təyin  olunmuş  üzvlərdən  ibarət 
nümayəndələrdən  təşkil  olunur.  Hər  bir  nümayəndə  təmsil  etdiyi  üzv  dövlətin 
vətəndaşı olmalıdır. O, eyni zamanda Avropa Şurasının Nazirlər Komitəsinin üzvü 
ola  bilməz.  Assambleyanın  Prosedura  Qaydalarının  6.1  saylı  Qaydasına  əsasən 
milli  parlamentlər  Assambleyanın  üzvlüyünə  irəli  sürüləcək  əsas  və  əvəzedici 
şəxslərin  mandatlarına  dair  məlumatı  Assambleyanın  Sessiyanın  başlanmasına  ən 
azı  bir  həftə  qalmış  bu  quruma  təqdim  etməlidirlər.  Prosedura  Qaydalarının  6.2a 
saylı Qaydasının  tələbinə  əsasən  hər  bir  nümayəndə  heyətinin  tərkibi, yerlərin 
sayı imkan verdiyi təqdirdə milli parlamentdə təmsil olunan bütün siyasi partiyaları 
təmsil  edən  üzvlərin  də  nümayəndə  heyətinə  daxil  edilməsi  yolu  ilə 
formalaşdırılmalıdır.  Nümayəndə  heyətlərinin  tərkibində  həm  əsas  və  həm  də 
əvəzedici üzvlərin müəyyən olunması zamanı gender balansının da təmin olunması 
vacib şərtlərdən biridir. Nümayəndə heyətinin əsas üzvündən birinin bu və ya digər 


 
11 
səbəbdən  Assambleyanın  sessiyalarının  və  komitələrinin  işində  iştirak  edə 
bilmədiyi  halda  onu  əvəzedicisi  əvəz  edir.  Əvəzedici  şəxsin  çıxış  etmək  və  səs 
vermək hüququ vardır. 
Parlament  Assambleyası  özünün  daxili  reqlamentini  qəbul  edir,  öz 
üzvlərindən sədrini və onun müavinlərini seçir. Sədr və onun müxtəlif ölkədən olan 
20  müavini,  siyasi  qrup  və  əsas    komitələrin    rəhbərləri  Assambleya    Bürosunu 
təşkil edir. Avropa Şurasının Nizamnaməsinin 28-ci maddəsinin və Assambleyanın 
Prosedura  Qaydalarının  14.4  saylı  Qaydasının  tələblərinə  əsasən  sədr  növbəti 
sessiyaya  kimi  vəzifədə    qalır.  Lakin  yaranmış    ənənəyə    uyğun  olaraq    seçilmiş 
sədr növbəti bir il müddətinə bu vəzifəni həyata  keçirmək  üçün seçkilərdə iştirak 
edə  bilər.  Assambleyanın  sessiyalarına  rəhbərlik  edən  sədr  onun  işinə  rəhbərlik 
edir,    lakin  nə  müzakirə,  nə  də  səsvermədə  iştirak  etmir.  Sədrin  müavinləri  isə 
iclaslarda iştirak etmək, çıxış etmək və səs vermək hüququna malikdirlər. 
Hazırda Parlament Assambleyası 318 üzv və eyni sayda əvəzedicidən və o 
cümlədən  "xüsusi  dəvət  olunmuş  qonaq"  və  "müşahidəçi"  statusu  almış 
nümayəndələrdən  ibarət  məşvərətçi  qurum  şəklində  fəaliyyət  göstərir. 
Assambleyanın üzvləri fərdi olaraq öz mülahizələrinə görə səs verirlər.  Onlar heç 
kəsdən təlimat ala bilməz, öz fəaliyyətlərinə görə heç kəsə hesabat vermirlər. Milli 
Parlamentlər  tərəfindən  Assambleyaya  göndərilmiş  nümayəndələr  yalnız  onları 
göndərmiş  orqan  tərəfindən  geri  çağırıla  bilərlər.  Lakin  Assambleyanın 
sessiyasının  gedişi  zamanı  onun  üzvlərinin  geri  çağırılması  üçün  Assambleyanın 
özünün razılığı olmalıdır. Assambleyanın üzvləri onun işində milli qruplar şəklində 
iştirak  edirlər.  Assambleyada  ayrı-ayrı  üzv  ölkələrdən  olan  parlament 
nümayəndələri üçün yerlərin sayı eyni deyildir. Yerlərin sayı hər şeydən əvvəl bu 
və  ya  digər ölkənin  əhalisinin sayından asılıdır. Əhalisinin  sayı təxminən bərabər 
olan  ölkələr  qruplara  ayrılmışdır.  Hər  qrup  əhalinin  sayına  uyğun  sayda  yerlə 
Assambleyada  təmsil  olunmuşdur.  Eyni  qrupa  aid  olan  ölkələr  eyni  sayda  yerlə 
təmsil  olunurlar.  Kiçik  dövlətlərə  münasibətdə  aşağıdakı  prinsip  rəhbər  tutulur: 
əhalisinin  sayından  asılı  olmayaraq  Assambleyada  həmin  dövlətin  ən  azı  üç  əsas 
siyasi partiyası təmsil olunmalıdır. Üzv ölkələrin nümayəndələrinin sayı 2 nəfərdən 
18  nəfərə  kimi  olur.  Assambleyada  beş  siyasi  qrup  mövcuddur:  Avropa  Xalq 
Partiyası  qrupu,  Sosialist  qrupu,  Avropa  Demokrat  qrupu,  Avropa  naminə 
Liberallar və Demokratların Alyansı, Avropa Birləşmiş Solçular qrupu. 
Avropa  Şurasının  Nizamnaməsinin  32-ci  maddəsinə  əsasən  Assambleya 
ildə  bir  dəfə  öz  sessiyasını  keçirir.  Sessiyanın  keçirilmə  tarixi  və  müddəti   
Assambleya   tərəfindən müəyyən olunur. Assambleyanın Prosedura Qaydalarının 
1.1 saylı Qaydasının tələbinə əsasən Assambleya ildə bir dəfə, bir neçə yarımhissə 
sessiyalara  bölünmüş  növbəti  sessiyasını  keçirir.    Təcrübəyə    əsasən  Assambleya  
adətən    özünün  ildə  dörd  dəfə  Qış,  Yaz,  Yay  və  Payız  yarımhissə  sessiyalarına 
toplanır. Assambleyanın  Prosedura  Qaydalarının  4.1  saylı Qaydasının tələblərinə 
əsasən  ümumilikdə  Assambleyanın  sessiyası  31  gündən  artıq  davam  edə  bilməz. 
Yarımhissə  sessiyalar  bir  neçə  gündən  10  günədək  davam  edir.  Assambleyanın 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə