Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə5/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   2   3   4   5   6   7   8   9   ...   57

 
12 
Prosedura  Qaydalarının  2  saylı  Qaydasına  əsasən  Assambleyanın  fövqəladə  iclası 
Nazirlər  Komitəsi  və  Assambleya  sədrinin  qarşılıqlı  razılığı  əsasında  çağırılır. 
Parlament  Assambleyası  səyyar  yay sessiyalarından birini  üzv dövlətlərin birində 
keçirə  bilər.  Assambleyanın  plenar  sessiyaları  Avropa  Şurasının  Fransanın 
Strasburq şəhərində yerləşən inzibati binası "Avropa Sarayı"nda keçirilir. 
Assambleyanın işi 10 komitə, Assambleyanın Sədri Başda olmaqla Büro, 20 
Sədr müavini, 5 siyasi qrupun və müvafiq komitələrin sədrləri tərəfindən hazırlanır 
və  həyata  keçirilir.  Parlament  Assambleyası  öz  sessiyalarında  Avropa  Şurasının 
səlahiyyətlərinə  daxil  olan  və  Nazirlər  Komitəsi  tərəfindən  sessiyaya  çıxarılmış 
müxtəlif  səpkili  məsələlər  də  daxil  olmaqla,  Daimi  Komitənin  təqdim  etdiyi 
hesabat  əsasında  təşkilatın  fəaliyyəti  ilə  bağlı  məsələləri  də  müzakirə  edir. 
Parlament Assambleyası iclaslarının gündəliyini sərbəst müəyyənləşdirir. 
Assambleya  Nazirlər  Komitəsinə  ünvanlanmış  Tövsiyə,  Assambleyanın 
mövqeyini  ifadə  edən  Qətnamə  və  Nazirlər  Komitəsinin  üzvlük  müraciətlərinə, 
müqavilə layihələri və digər mövzulara dair sənədlər üzrə Rəy də daxil olmaqla üç 
növ sənəd qəbul edir. 
Parlament  Assambleyası  tərəfindən  qəbul  olunmuş  sənədlər  o  cümlədən 
tövsiyələr,  qətnamələr  və  rəylər  qurumun  Nazirlər  Komitəsi,  milli  hökumətlər, 
parlament  və  siyasi  partiyaların  fəaliyyətinin  səmərəli  şəkildə  qurulmasında 
yardımçı rol oynayır. Bu   mənada, adı  çəkilən  sənədlərin milli qanunvericilikdə 
və həyatda yerini tapması bütövlükdə Avropalıların həyat şəraitinə təsir göstərir və 
onun inkişafına  xidmət  edir. Assambleyasının  fəaliyyət sahəsi  İnsan  hüquqları və 
demokratiyanın qorunması və təşviqi, Üzv ölkələrin üzərilərinə götürdükləri vəzifə 
və  öhdəliklərin  yerinə  yetirilməsi,  İnsan  hüquqlarının  müdafiəsi  çərçivəsində 
terrorizmin  dəf  olunması,  Regional  fəlakətlər,  Qaçqın  və  miqrantların  vəziyyəti, 
Mədəniyyətlərarası  və  dinlərarası  dialoq,  Sosial  bütövlük  və  bərabərlik  kimi  bir 
sıra mühüm məsələləri əhatə edir. 
Avropa Şurasının Parlament Assambleyası həmçinin Avropa Şurasının Baş 
Katibi  və  onun  müavinini,  Assambleyanın  Baş  katibini,  Avropa  Şurasının  İnsan 
Hüquqları  üzrə  Müvəkkilini,  İnsan  hüquqları  üzrə  Avropa  Məhkəməsinin 
hakimlərini və İşgəncələrin qarşısının alınması üzrə Komitənin üzvlərini seçir. 
Dövrümüzün  aktual  və  perspektiv  məsələlərini,  o  cümlədən  müasir 
cəmiyyətin  problemləri  və  beynəlxalq  siyasətin  müxtəlif  cəhətləri  ilə  bağlı 
məsələləri müzakirə etməklə yanaşı, Assambleya yüksək kürsüdən müraciət etmək 
və deputatların bu və ya digər məsələlərə dair suallarını cavablandırmaq məqsədilə 
tanınmış  dünya  və  Avropa  siyasətçiləri,  dövlət  xadimlərini  də  öz  sessiyalarında 
iştirak etməyə dəvət edir. 
Son  dövrlərdə  Parlament  Assambleyası  öz  funksiyalarını  xeyli 
genişləndirmişdir.  Belə ki,  Assambleya sessiyalararası müddətdə iclaslar keçirən 
müxtəlif sahələr üzrə ixtisaslaşmış - Siyasi işlər; Hüquqi işlər və İnsan hüquqları; 
İqtisadi işlər və inkişaf məsələləri;  Sosial,  səhiyyə və ailə məsələləri; Miqrasiya, 
Qaçqınlar və Əhali; Mədəniyyət, elm və təhsil; Ətraf mühit, kənd təsərrüfatı, yerli 


 
13 
və  regional  hakimiyyətlər;  Qadınlar  və  kişilər  üçün  bərabər  hüquqlar,  Avropa 
Şurasına  üzv  ölkələrin  öhdəliklərinin  yerinə  yetirilməsi  üzrə  komitə  (Monitorinq 
komitəsi),  Prosedura  qaydaları,  İmmunitetlər  və  İnstitusional  məsələlər  kimi 
komitə və çoxlu sayda alt-komitələr təsis etmişdir. 
Assambleyanın    ixtisaslaşmış      komitələrindən    əlavə,    Assambleya   və   
onun   komitələrinin  fəaliyyətini   əlaqələndirən, yarımhissə  sessiyalar və plenar 
iclasların  təşkili  və  s.  məsələlər  üzrə  qərarlar  qəbul  edən  Bürosu,    Prezident 
Komitəsi və Birgə Komitə fəaliyyət göstərir. Bundan əlavə Assambleyanın  işində 
xüsusi rol oynayan  Daimi  Komitə mövcuddur. Assambleyanın bəzi səlahiyyətləri 
adı çəkilən komitəyə verilmişdir. Daimi Komitə sessiyaların vaxtını müəyyən edə, 
Assambleyanın  işinin  davamlılığını  təmin  edə,  o  cümlədən  də    komitələr  
tərəfindən  hazırlanmış hesabatların  mətnlərinə baxa və onları təsdiq edə bilər. 
Avropa  Şurasının  siyasi  təşkilat  kimi  fəaliyyət  göstərməsi  onun 
Nizamnaməsində  öz  əksini  tapmasa  da,  bu  qurumun  fəaliyyət  dairəsi  onun  siyasi 
xarakterini  səciyyələndirir.  Parlament  Assambleyası  Avropa  və  beynəlxalq 
məsələlərdə  parlamentarların  təsirinin  gücləndirilməsi  məqsədilə  bir  sıra  mötəbər 
parlament  təşkilatları  o  cümlədən  Avropa  Parlamenti,  ATƏT-in      Parlament   
Assambleyası və digər beynəlxalq parlament institutları ilə sıx əlaqələr qurmuşdur. 
Parlament  Assambleyası  həmçinin    Avropada    İqtisadi    Əməkdaşlıq    və  İnkişaf 
Təşkilatı  üçün  platforma  rolunu  oynayır  və  Birləşmiş  Millətlər  Təşkilatının  bir 
neçə ixtisaslaşmış qurumları ilə də yaxından əməkdaşlıq edir. 
Belə ki, Avropa Şurası həm Avropa -  beynəlxalq dövlətlərarası,   həm  də  
qeyri-hökumət    təşkilatlarının,  həmçinin  digər  nüfuzlu  beynəlxalq  qurumların 
Avropadakı  fəaliyyətini  əlaqələndirir,  onlara  bu  istiqamətdə  yaxından  köməklik 
göstərir.  Bundan  əlavə,  Avropa  Şurası  Avropa  Birliyi  ilə  sıx  əlaqələr  yaradaraq 
mütəmadi  qaydada  bu  təşkilatların  parlament  orqanlarının  hər  il  iki  günlük  birgə 
iclaslarının keçirilməsini təşkil edir. 
Avropa  Şurası,  xüsusən  də  onun  Parlament  Assambleyası  sosial,  siyasi, 
iqtisadi  və  mədəniyyət  sahəsində  böyük  təşəbbüskarlıq  göstərərək  olduqca  geniş 
fəaliyyət həyata  keçirir. Avropa  Şurası Parlament  Assambleyasının sessiyalarında 
üzv və qeyri-üzv dövlətlərə dair mühüm məsələlər və problemlər müzakirə olunur. 
Avropa  Şurası öz  işinə  Şuranın üzvü  olmayan  Avropa  dövlətlərini də  cəlb 
edir və üzv ölkələrin hökumətlərinin Avropanın bütün problemləri üzrə Parlament 
Assambleyası  ilə  məsləhətləşmələr  keçirməsinə  səy  göstərir.  Bununla  da  Avropa 
Şurası  çərçivəsində  bu  ölkələrin  xarici  siyasətinin  əlaqələndirilməsinə  cəhd 
göstərilir. 
Avropa Şurasının digər sahələrdə olduğu kimi iqtisadi sahədə də fəaliyyəti 
öz  geniş  diapazonuna  görə  seçilir. Bu  mötəbər qurum  Avropa  dövlətləri  arasında 
iqtisadi  və  ticari  sahədə  əməkdaşlığın  möhkəmləndirilməsinə  yönəlmiş  metod  və 
vasitələrin  hazırlanması  və  təklif  olunmasının  təşəbbüskarı  kimi  çıxış  edir,  
həmçinin 
üzv 
dövlətlərin 
hökumətlərinin 
iqtisadi 
əməkdaşlığının 
möhkəmləndirilməsinə  yönəlmiş  təşəbbüsləri təşviq edir. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə