Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   2   3   4   5   6   7   8   9   ...   57

 
14 
1954-cü  ildə  Avropa      Mədəniyyət      Konvensiyası      qəbul  edilmişdir.  Bu 
konvensiya təhsil, mədəniyyət, irs,  idman və gənclər sahəsində Avropa Şurasının 
fəaliyyət  dairəsini  müəyyən  edir.      Artıq      bu      konvensiyaya      40-dan      artıq   
dövlət,   o cümlədən Azərbaycan Respublikası da qoşulmuşdur. Avropa Şurasının 
mədəniyyət proqramı iki istiqamətə yönəlmişdir: 
Avropa  qitəsinin  mədəni  mozaikasını  təşkil  edən  orijinallığının  dərk 
edilməsi və inkişafına yardım; 
Avropa birliyinin qarşılaşdığı problemlərin tam uyğun həllini axtarmaq. 
 
2.3. Avropa İnsan Hüquqları Məhkəməsi 
Avropa  İnsan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında 
Konvensiya  insan  hüquqlarının beynəlxalq  müdafiəsi sistemində  xüsusi  yer tutur. 
O, 15 dövlət tərəfindən 1950-ci il noyabrın 4-də Roma şəhərində qəbul olunmuşdur 
və 1953-cü il sentyabrın 3-dən qüvvədədir. 
Konvensiya İnsan hüquqları Bəyannaməsində təsbit olunan bəzi hüquqların 
kollektiv həyata keçirilməsi istiqamətində  atılan  ilk  addım  kimi  qiymətləndirilir.   
Maraq   doğuran məqam ondan ibarətdir ki,  konvensiya yalnız dövlətlər arasında 
mübahisələrlə  məhdudlaşan  daimi  məhkəmə  orqanının  səlahiyyəti  haqqında 
ənənəvi  təsəvvürlərdən  imtina  etdi.  O,  vətəndaşların  dövlətlərüstü  yürisdiksiyaya 
birbaşa müraciətini mümkün etdi. Vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi 
müvafiq dövlətlərin müstəsna  səlahiyyəti  olmaqdan qurtardı. Bununla vətəndaşın 
beynəlxalq hüquq subyektliyinin tanınması yolunda mühüm addım atıldı. 
Bu  novellanın  əhəmiyyətindən  danışan  Strasburq  Məhkəməsinin  keçmiş 
üzvlərindən J.Fitsmoris  yazırdı ki,  Avropa  insan  hüquqları Konvensiyası əvvəllər 
məlum olmayan tamamilə yeni tipli konvensiyadır. O, iştirakçı-dövlətlər üçün elə 
öhdəliklər  nəzərdə  tuturdu  ki,  belələrini  hökumətlər  hələ  öz  üzərlərinə 
götürməmişdilər. Konvensiyanın qəbulundan 20 il əvvəl belə öhdəliklər tamamilə 
mümkün  olmayan,  beynəlxalq  hüquqdan  kənara  çıxan  öhdəliklər  kimi  gorünərdi. 
Bu,  ilk  növbədə  inqilabi  anlayışa  —  vətəndaşın  öz  hökumətindən  beynəlxalq 
məhkəmə forumuna şikayətlə müraciət etmək hüququna aiddir. 
Konvensiya mülki və siyasi hüquq və azadlıqları bəyan etməklə yanaşı, həm 
də  konvensiyanın  üzv-dövlətləri  tərəfindən  götürülmüş  öhdəliklərin  yerinə 
yetirilməsinin  təmin  edilməsi  mexanizmini  də  yaratmışdır.  Öhdəliklərin  yerinə 
yetirilməsi  üzərində  nəzarət  üç  orqanın  —  1954-cü  ildə  təsis  edilmiş  İnsan 
Hüquqları  üzrə  Avropa  Komissiyasının,  1959-cu  ildə  təsis  edilmiş  Avropa  İnsan 
hüquqları Məhkəməsinin və üzv dövlətlərin xarici işlər nazirlərindən və ya onların 
nümayəndələrindən  təşkil  olunan  Avropa   Şurası   Nazirlər  Komitəsinin üzərinə 
qoyulmuşdu. 
Konvensiyanın  ilkin  mətninə  görə,  iştirakçı-dövlətlərə  qarşı  şikayətlər  ya 
digər  iştirakçı-dövlətlər,  ya  da  fərdi  şikayətçilər  (adi  şəxslər,  bir  qrup  şəxslər  və 
qeyri-hökumət  təşkilatları)  tərəfindən  verilə  bilərdi.  Lakin  fərdi  şikayət  verilməsi 
qaydası  fakültətiv  xarakter  daşıyırdı  və  yalnız  onu  tanıyan  dövlətə  münasibətdə 


 
15 
tətbiq  edilirdi  (sonradan  11-ci  Protokol  qüvvəyə  mindi  və  bu  hüquq  məcburi 
xarakter aldı). 
Əvvəlcə  ərizəyə  komissiya  tərəfindən  baxılırdı.  Komissiya  onun 
məqbulluğu məsələsini həll edirdi. Ərizə məqbul elan edildikdən sonra komissiya 
tərəflərə mübahisəni dostcasına həll etmək təklifi edirdi. Uğursuzluq olduğu halda 
isə  komissiya  işin  faktiki  hallarını  özündə  əks  etdirən  və  mübahisənin  mahiyyəti 
üzrə  hüquqi  rəyin  ifadə  olunduğu  məruzəni  hazırlayırdı.  Məruzə  isə  Nazirlər 
Komitəsinə göndərilirdi. 
Əgər  iş  məhkəmənin  yurisdiksiyasını  tanımış  cavabdeh  dövlətə 
toxunurdusa,  komissiya  və  müvafiq  dövlət  məruzə  Nazirlər  Komitəsinə 
göndərildiyi  andan  üç  ay  müddətində  yekun  və  məcburi  xarakterə  malik  qərarın 
qəbul  olunması  məqsədilə  ərizəni  baxılmaq  üçün  məhkəməyə  təqdim  edə 
bilərdilər. Adi şəxslər işi məhkəməyə təqdim etmək hüququna malik deyildilər. 
Əgər  iş  məhkəməyə  verilməmişdisə,  Nazirlər  Komitəsi  konvensiyanın 
təmin etdiyi hüququn pozulub-pozulmaması halının olub-olmadığını qərara alır və 
müsbət  həll  olunduğu  halda  pozuntunun  qurbanına  «ədalətli  kompensasiya» 
ödənilir.  Nazirlər  Komitəsi  məhkəmə  tərəfindən  qəbul  olunan  qərarların  icrasının 
təmin edilməsinə cavabdeh idi. 
Konvensiya qüvvəyə mindikdən sonra ona əlavə 14 protokol qəbul olunur. 
1, 4, 6, 7, 12 və 13-cü protokollar konvensiya tərəfindən bəyan edilən insan hüquq 
və  əsas  azadlıqlarının  sıralamasını  genişləndirir.  2-ci  Protokol  məhkəməyə 
məşvərətçi  rəy çıxarmaq  səlahiyyəti verir. Protokolun cavabdeh-dövlət  tərəfindən 
ratifikasiya  olunduğu  və  seçki  komitəsi  tərəfindən  bəyənildiyi  təqdirdə  9-cu 
Protokol  fərdi  şikayətçilərə    məhkəməyə    özlərinin    müraciət    etməsi    hüququnu 
verir. 11-ci Protokol isə nəzarət mexanizmini təkmilləşdirir.  Digər protokollar isə 
konvensiya tərəfindən  təsis edilən  orqanların təşkili və onların proseduru ilə bağlı 
idi. 
1980-ci  illərdən  başlayaraq  konvensiya  orqanlarına  verilən  işlərin  sayının 
durmadan  artması  onun  fəaliyyətini  çətinləşdirir  və  konvensiyanın    nəzarət 
mexanizmlərinin  islahatlarını zəruri edirdi. Bu baxımdan 11-ci Protokolun qəbulu 
şikayətlərə  baxılmasını  sürətləndirmək  üçün  strukturu  sadələşdirmək  məqsədi 
daşıyırdı.  Eyni  zamanda,  Nazirlər  Komitəsinin  həlledici  rolu  məhdudlaşdırılırdı, 
keçmiş  komissiya  və  məhkəmə  vahid  və  daimi  fəaliyyət  göstərən  məhkəmə  ilə 
əvəz olunurdu. 
 
I. Məhkəmənin işinin təşkili 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  konvensiyanın  üzv-dövlətlərinin 
sayına  uyğun  olan  hakimlərdən  ibarətdir.  Hakimlər  Avropa  Şurası  Parlament 
Assambleyası tərəfindən altı il müddətinə seçilir. Lakin hər üç ildən bir məhkəmə 
tərkibinin təkmilləşməsi məqsədilə ilkin seçkilərdə hakimlərin yarısının səlahiyyəti 
üç ildən sonra başa çatdırılır. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə