Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə7/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   2   3   4   5   6   7   8   9   10   ...   57

 
16 
Hakimlər  məhkəmənin  işində  şəxsi  keyfiyyətdə  iştirak  edir  və  dövlət 
adından çıxış etmirlər. Onlar müstəqilliklə, qərəzsizliklə və məhkəmədə işin daimi 
xarakteri  ilə  bir  araya  sığmayan  fəaliyyətlə  məşğul  ola  bilməzlər.  Hakimlərin 
səlahiyyət müddəti onların 70 yaşı tamam olduqdan sonra başa çatır. 
Plenar iclaslarında məhkəmə üç il müddətinə məhkəmənin Sədrini, iki sədr 
müavinini və iki seksiya sədrini seçir. 
Reqlamentə  görə  məhkəmə  dörd  seksiyaya  bölünür.  Onların  tərkibi  üç  ilə 
təsdiqlənir,  coğrafi  meyar  əsasında  tarazlaşdırılır  və  konvensiya  üzvü  olan 
dövlətlərin müxtəlif hüquqi sistemlərini təmsil etməlidir. 
Hər seksiyada üç hakimdən ibarət komitələr on iki aylıq müddətə yaradılır. 
Yeddi    hakimdən    ibarət    palatalar    hər    seksiyada    rotasiya  əsasında 
yaradılır. İşə baxan palatanın tərkibinə mütləq şəkildə palatanın sədri və cavabdeh-
dövlətdən  seçilən hakim daxildir. Əgər sonuncu seksiyanın üzvü deyilsə, onda o, 
ex  officio    palatanın    üzvü    keyfiyyətində    iştirak  edir.      Palatanın  üzvü  olmayan 
Seksiyanın üzvləri iclasda ehtiyat hakim keyfiyyətində iştirak edir. 
Böyük Palata on yeddi hakimdən ibarətdir. Onlarda ex officio məhkəmənin 
sədri, məhkəmə sədrinin müavini və seksiya sədrləri iştirak edir. 
 
II. Məhkəmə icraatı 
Konvensiyada  təsbit  olunmuş  hüquqların  pozulması  ilə  bağlı  şikayətlər 
istənilən  iştirakçı-dövlət  (dövlətlərarası  bəyanat)  və  ya  adi  şəxs  (fərdi  şikayət) 
tərəfindən  birbaşa  məhkəməyə  verilə  bilər.  Ərizəçilərə  izahlı  qeydlər  və  ərizə 
forması məhkəmənin katibliyindən alına bilər. 
Məhkəmədə  icraat  çəkişmə  prinsipi  əsasında  açıq  şəkildə  aparılır.  İstisna 
hallarda palata və ya Böyük Palata başqa cür qərar çıxarmasa, dinləmələr çox nadir 
hallarda keçirilir və açıq olur. Tərəflərin katibliyə təqdim etdiyi sənədlərin hamısı, 
bir qayda olaraq, istifadə üçün açıqdır. 
Fərdi  ərizəçilər  sərbəst  şəkildə  ərizə  verə  bilərlər,  lakin  hüquqi  təmsilçilik 
tövsiyə olunur və hətta dinləmələr zamanı və ya iş məqbul hesab edildikdən sonra 
məcburi  hesab  olunur.  Kifayət  qədər  maddi  imkanı  olmayan  ərizəçilər  üçün 
Avropa  Şurası  tərəfindən  hüquqi  yardımın  göstərilməsi  sxemi  işlənib 
hazırlanmışdır. 
Məhkəmənin rəsmi işçi dilləri fransız və ingilis dilləridir, buna baxmayaraq, 
ərizələr  iştirakçı-dövlətlərin  istənilən  rəsmi  dilində  verilə  bilər.  İş  məqbul  hesab 
edildikdən  sonra  palatanın  və  ya  Böyük  Palatanın  sədri  ərizənin  verildiyi  dildən 
istifadəni  davam  etdirməyə  icazə  verməzsə,  məhkəmənin  rəsmi  işçi  dillərindən 
birindən istifadə edilir. 
- Sikayət ərizələrinin məqbulluğu məsələsinə baxılması 
Hər  bir  fərdi  ərizə  məhkəmənin  seksiyalarından  birinin  baxışına  verilir. 
Məhkəmənin  sədri  məruzəçi-hakimi  təyin  edir.  Ərizənin  ilkin  öyrənilməsindən 
sonra məruzəçi ərizənin üç nəfərdən ibarət tərkibdə komitə və ya palata tərəfindən 
baxılıb - baxılmayacağı məsələsini həll edir. 


 
17 
Qərarın qəbulu üçün ərizənin əlavə öyrənilməsinə ehtiyac yoxdursa, komitə 
yekdil qərarla ərizəni məqbul elan edə və ya baxılası işlər siyahısından çıxara bilər. 
Hakim-məruzəçi  tərəfindən  bilavasitə  palataya  verilən  işlərdən  əlavə, 
palatalar  üç  hakimdən  ibarət  komitənin  məqbul  hesab  etmədiyi  fərdi  ərizələrə, 
həmçinin  dövlətlərarası  şikayətlərə  baxır.  Məhkəmənin  özünün  müəyyən  etdiyi 
şəkildə  işin  məqbulluq və  mahiyyəti  üzrə  məsələlər ayrı-ayrı qərarlarda  və  ya  bir 
qərarda nəzərdən keçirilir. 
Palatanın baxdığı iş konvensiyanın müddəalarının dərin şərhini tələb edirsə 
və  ya  iş  üzrə  qərar  artıq  mövcud  presedent  praktikası  ilə  ziddiyyətə  daxil  olarsa, 
palata  istənilən  vaxt  belə  işi  Böyük  Palataya  verə  bilər.  Bir  şərtlə  —  işin  Böyük 
Palataya  verilməsi  niyyəti  haqqında  bildirişin  verildiyi  andan  bir  ay  müddətində 
tərəflərdən  heç  biri  öz  narazılığını  bildirməsin.  İş  verildiyi  halda  o,  palatada 
nəzərdə tutulan analoji prosedur əsasında baxılır. 
İlkin mərhələdə iş üzrə icraat, bir qayda olaraq, yazılı formada aparılır, lakin 
palata  dinləmələrin  aparılması  haqqında  qərar  qəbul  edə  bilər.  Bu  halda,  eyni 
zamanda, ərizəyə  mahiyyəti üzrə baxılır. Səs çoxluğu ilə qəbul olunan  məqbulluq 
haqqında palatanın qərarı əsaslandırılmalıdır.  
-  Şikayətə mahiyyəti üzrə baxılma 
Şikayət  məqbul  hesab  edildikdən  sonra  palata  tərəflərə əlavə sübutları 
və  yazılı  izahatları  təqdim  etməyi  təklif  edə  bilər.  Bundan  başqa,  ərizəçilərdən 
«ədalətli  kompensasiya»  tələbini  təqdim  etmək  də  xahiş  olunur.  Şikayətin 
məqbulluğu  məsələsinin  baxılması  mərhələsində  dinləmə  keçirilməyibsə,  onda 
Palata işin mahiyyəti üzrə ayrıca dinləmə keçirilməsi barədə qərara gələ bilər. 
Ədalət  mühakiməsinin  lazımi  şəkildə  həyata  keçirilməsi  üçün  palatanın 
sədri  işdə  tərəf  kimi  iştirak  etməyən  istənilən  iştirakçı  dövlətə  və  ya  ərizəçi 
olmayan başqa maraqlı şəxsə yazılı qeydlərini təqdim etmək və ya istisna hallarda 
dinləmələrdə  iştirak  etmək  təklifini  və  ya  belə  icazə  verə  bilər.  Ərizəçinin 
vətəndaşı  olduğu  iştirakçı-dövlətin  prosesdə  tam  iştirak  etmək  hüququ  var.  İşə 
mahiyyəti üzrə baxılan zaman katibin vasitəçiliyi ilə mübahisənin dostcasına həlli 
üzrə danışıqlar aparıla bilər. Dostcasına həll barədə danışıqlar konfidensial xarakter 
daşıyır.  
-  Məhkəmənin qərarı 
Palata  səs  çoxluğu  ilə  qəbul  olunur.  İşin  baxılmasında  iştirak  edən  hər  bir 
hakim qərara əlavə olaraq üst-üstə düşən və ya düşməyən xüsusi rəyini təqdim edə 
və ya belə xüsusi rəyin olduğunu göstərə bilər. 
İş    konvensiyanın    və  ya    ona  protokolların    müddəalarının  şərhi  və  ya 
tətbiqi ilə bağlı ciddi məsələlər qaldırırsa, palata qərar qəbul etdiyi vaxtdan sonra 
üç ay müddətində tərəflərdən  hər biri  işin  Böyük  Palataya verilməsi  xahişi  ilə 
müraciət edə bilər. Belə ərizələrə Böyük Palatanın beş üzvündən  — məhkəmənin 
sədrindən,    mübahisəli  qərarı  qəbul  edən  palatanın    məxsus    olduğu    seksiyanın  
sədri    istisna  olmaqla,    seksiyaların  sədrlərindən  və  ilkin  palataya  daxil  olmayan 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə