Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

 
18 
hakimlər sırasından növbəlik əsasında seçilən hakimdən ibarət kollegiya tərəfindən 
baxılır. 
Palatanın  qərarlarından  üç  ay  keçdikdən  sonra  və  ya  tərəflər  əvvəldən  işi 
Böyük  Palataya  verməyəcəklərini  bəyan  etsələr  və  ya  beş  hakimdən  ibarət 
kollegiya işin verilməsi haqqında müraciəti rədd edərsə, qərar qətidir. 
Kollegiya işin verilməsi haqqında müraciəti təmin edərsə, Böyük Palata səs 
çoxluğu ilə öz qəti qərarını qəbul edir. Məhkəmənin bütün qəti qərarları cavabdeh 
dövlətlər üçün məcburi xarakter daşıyır. Məhkəmənin qərarlarının icrasına nəzarət 
Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Nazirlər Komitəsi 
konvensiyanın  müddəalarını  pozmaqda  təqsirli  bilinən  dövlətlərin  məhkəmənin 
qərarlarından doğan xüsusi öhdəliklərin və ya ümumi xarakterli öhdəliklərin icrası 
ilə əlaqədar adekvat tədbirlər görməsi məsələsini yoxlayır. 
- Məşvərətçi rəy 
Məhkəmə  Nazirlər  Komitəsinin  xahişi  ilə  konvensiyanın  və  ona  olan 
protokolların  müddəalarının  şərhi  ilə  bağlı  hüquqi  məsələlər  üzrə  məşvərətçi  rəy 
verir.  Məhkəmədən  məşvərətçi  rəyin  istənilməsi  barədə  Nazirlər  Komitəsinin 
qərarı  səs  çoxluğu  ilə  qəbul  olunur.  Məşvərətçi  rəyin  çıxarılması  barədə  xahişlər 
Böyük  Palata  tərəfindən  nəzərdən  keçirilir  və  onun  rəyləri  səs  çoxluğu  ilə  qəbul 
olunur.  Hər  bir  hakim  rəyə  əlavə  olaraq  xüsusi  rəyini  ifadə  edə  bilər.  Bu  rəyin 
nəticələri qərarla üst-üstə düşə və düşməyə bilər və ya yalnız xüsusi rəyin olduğu 
göstərilə bilər. 
 
III. 1998-ci il islahatı və sistemin böhranı 
Müraciətlərin  sayının  artması  məhkəmənin  yüklənməsinə  və  işlərə 
baxılması vaxtının uzanmasına gətirib çıxarırdı. Belə ki, ərizənin verilməsi anından 
qəti qərar çıxarılana  qədər beş il  müddət  keçə  bilərdi.  Ərizələrin  sayının artması, 
mürəkkəbliyi,  90%-nin  qeyri-məqbulluğu,  eləcə  də  Avropa  Şurasının  tərkibinin 
1989-cu  ildə  23  dövlətdən  bu  günə  qədər  47  dövlətə  çatması  məhkəmədə 
islahatların həyata keçirilməsini zəruri etdi. 
Məhkəmənin  islahatları  milli  səviyyədə  Avropa  insan  hüquqları 
Konvensiyasının  tələblərinin  icrası  prosesinin  təkmilləşdirilməsi  və  məhkəməyə 
daxil  olan  fərdi  şikayətlərin  effektiv  seçilməsi  və  baxılmasını  təmin  etmək  üçün 
Avropa  Konvensiyasına  dəyişikliklər  edilməsini,  Nazirlər  Komitəsi  tərəfindən 
məhkəmə qərarlarının icrasına nəzarətin möhkəmləndirilməsini nəzərdə tuturdu. 
Üç  illik  hazırlıq  fəaliyyətinin  nəticəsi  olan  Avropa  Konvensiyasına 
dəyişikliklər edilməsi barədə 14-cü Protokol 2004-cü il mayın 13-də imzalanmaq 
üçün  açılır.  Azərbaycan  Respublikası  14-cü  Protokolu  2005-ci  il  fevralın  2-də 
imzalamışdır.  
14-cü Protokolda bir sıra müddəalar müəyyən olunur:  
—  Açıq  şəkildə  məqbul  olmayan  işlər:  üç  hakimdən  ibarət  komitə 
tərəfindən qəbul olunan bu işlər bir hakim tərəfindən qəbul olunacaq  (maddə 26), 
onlara məhkəmə səlahiyyətlərinə malik olmayan məruzəçilər kömək edəcək. İdeya 


 
19 
ondan  ibarətdir  ki,  işlərin,  yəni,    «ümidsiz»  işlərin  ələnməsi  üçün  məhkəmənin 
imkanları genişlənsin. 

 
Təkrarlanan  işlər:  işlər  milli  səviyyədə  eyni  struktur  çatışmazlıqları  ilə 
bağlı olduqda belə işlərə sadələşdirilmiş prosedur çərçivəsində üç hakimdən ibarət 
komitə  tərkibində  baxılması  (daha  indiki  kimi  yeddi  hakimdən  ibarət  yox)  təklif 
oluna bilər. 

 
Yeni məqbulluq meyarı: məhkəmənin daha çox çevikliyini təmin etmək 
məqsədilə  yeni  məqbulluq  şərtinin  (maddə  35  3.b)  tətbiqi  təklif  olunur  (mövcud 
daxili  vasitələrin  tükənməsi,  altı  ay  müddəti  kimi  şərtlərə  əlavə  olaraq).  Bu  şərtə 
uyğun olaraq əgər ərizəçi əhəmiyyətli dərəcədə zərərə məruz qalmayıbsa və «insan 
hüquqlarına  riayət  olunması»  məhkəmədən  işə  tam  daxil  olmanı  və  işə  mahiyyəti 
üzrə baxmanı tələb etmirsə, məhkəmə ərizəni baxılma üçün məqbul saymaya bilər. 
Lakin  əhəmiyyətli  zərər  çəkməyən  ərizəçinin  hüquqi  müdafiəsini  təmin  etmək 
məqsədilə məhkəmə ərizəçinin ölkəsində müvafiq hüquqi müdafiə vasitəsi nəzərdə 
tutulmayıbsa, ərizəni qeyri-məqbul hesab edə bilməz. 
Məhkəmə  qərarlarının  daha  effektiv  icrası  üçün  dövlətin  məhkəmənin 
qərarının icrasından imtina etdiyi halda, protokola görə, Nazirlər Komitəsinin üçdə 
iki səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında məhkəmə bu məsələyə baxa bilər. 
Digər tədbirlər sırasında hakimlərin səlahiyyət müddətinin bir müddət üçün 
də  uzadıla  bilən  altı  ildən  bir  müddətli  doqquz  il  müddətinə  (maddə  23) 
dəyişdirilməsi dayanır. Avropa İttifaqının konvensiyaya qoşulması imkanını verən 
müddəa nəzərdə tutulur. 
Lakin  Rusiya  14-cü  Protokolu  ratifikasiya  etmədiyindən  sənəd  qüvvəyə 
minmədi.  Vəziyyətdən  çıxış  yolu  kimi  2009-cu  il  mayın  27-də  "tək  hakim" 
institutunun  yaradılmasını  və  yeni  işlərə  baxılması  (məqbulluq)  qaydalarını 
nəzərdə  tutan  müvəqqəti  xarakterli  14-ci  bis  Protokol  imzalanmaya  açıq  elan 
olundu və 2009-cu il oktyabrın 1-də qüvvəyə mindi. 
 
2.4. Avropa Yerli və Regional Hakimiyyət Konqresi 
Avropa  Şurası  həm  yerli  və  həm  də  regional  səviyyələrdə  demokratiyanın 
rolunu hər zaman yüksək dəyərləndirmişdir.  Elə bu səbəbdəndir ki, vətəndaşların 
harada yaşamaqlarından   asılı   olmayaraq   onların   istəklərinə  cavab  verəcək 
yerli özünüidarə üsulunun təşviqi və inkişaf etdirilməsi Avropa Şurasının  prioritet   
istiqamətlərindən biri kimi qəbul edilir. Avropanın Yerli hakimiyyətləri Konfransı 
1957-ci ildə Avropa Şurasının tərkibində təsis olunmuşdur. Bu təşkilat daha sonra 
öz adını dəyişərək yerli və regional icmaların  seçilmiş nümayəndələrini  bir araya 
gətirən  bir quruma çevrilmişdir.  Hal-hazırda Avropa Yerli  Özünüidarə Xartiyası 
bu  qurumun  hüquqi  bazasını  təşkil  etməkdədir.  15  oktyabr  1985-ci  ildə  Avropa 
Şurasına üzv ölkələrə imza üçün təqdim olunmuş bu sənəd 9 sentyabr 1988-ci ildə 
qüvvəyə  minmişdir.  Bu  Xartiya  onu  imzalayan  ölkələrin  milli  qanunvericiliyində  
yerli      özünüidarə    prinsipini      müəyyən      edən  əsas  instrument  kimi  çıxış  edir. 
1994-cü  ildə  Konfrans  Avropa  Şurasının  məşvərətçi    qurumu    olan    Yerli  və  


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə