Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

 
20 
Regional Hakimiyyətlər Konqresi ilə əvəzlənmişdir.   Ədalətli və  balanslaşdırılmış 
şəkildə    həm  yerli  və  həm  də  regional  hakimiyyətlərin  nümayəndələrinin  təmsil 
olunduğu qurum iki palatalıdır: Yerli Hakimiyyətlər Palatası və Regionlar Palatası.  
Qurumun  Prosedura  Qaydalarına  əsasən  üzvlük  və  qurumun    fəaliyyəti  
Nizamnamə    ilə    müəyyən    edilmiş  Avropa  Şurasının  Yerli  və  Regional 
Hakimiyyətlər  Konqresinə  dair  Qətnamə  CM/Res  (2007)  və  əlavə  edilmiş  2  may 
2007-ci    il    tarixli    Xartiya    ilə  və  o  cümlədən    onun    qəbul  etdiyi  Prosedura 
Qaydaları ilə tənzimlənir. 
Bu orqan  yerli  və  regional  özünüidarəçilik orqanını təmsil  edir və  Avropa 
Şurasının  məşvərətçi  orqanıdır.  Konqresin  əsas  məqsədi  yerli  və  regional 
hakimiyyətin  Avropanın  birləşdirilməsi  prosesində  və  Avropa  Şurasının  işində 
iştirakını təmin etməkdən ibarətdir. Avropa Şurası tərəfindən qəbul edilmiş bir çox 
konvensiya  və  sazişlərdə  yerli və regional  hakimiyyətin əməkdaşlıq  məsələləri öz 
əksini tapmışdır.  
Konqres  -  Avropa  Şurasında  Avropa  region  və  bələdiyyələrinin  səsidir; 
Yerli  və  Regional  səviyyələrdə  seçilən  nümayəndələr  üçün  ümumi  problemləri 
müzakirə  etmək,  təcrübələri  ilə  bölüşmək  və  öz  nöqteyi-nəzərlərini  hökumətlərə 
çatdırmaq  üçün  forum  qismində  fəaliyyət  göstərir;  Yerli  və  Regional  siyasət 
məsələləri  ilə  bağlı  Nazirlər  Komitəsinə  və  Parlament  Assambleyasına  tövsiyələr 
verir;  yerli və  regional  hökumətləri təmsil edən  milli  və  beynəlxalq təşkilatlar ilə 
yaxından əməkdaşlıq edir; iştirakı işləyən demokratiyada vacib olan ictimaiyyətin 
biliyini  artırmaq  məqsədilə  yerli  və  regional  səviyyələrdə  dinləmələr  və 
konfranslar təşkil edir; Avropa Şurasının bütün üzv dövlətlərində yerli və regional 
demokratiyanın  vəziyyətinə  dair  ölkələr  üzrə  mütəmadi  hesabatlar  hazırlayır; 
Avropa Yerli Özünüidarəetmə Xartiyasının yerinə yetirilməsini nəzarət edir; Yeni 
üzv  dövlətlərə  effektiv  yerli  və  regional  özünüidarəetmə  təşkili  istiqamətindəki 
irəliləyişlərin praktiki aspektləri ilə bağlı yardım edir. 
Müxtəlif  siyasi  və  iqtisadi  quruluşa  malik  yeni  dövlətlərin  yaranması 
Konqresi  öz  məqsədlərini  yenidən  nəzərdən  keçirməyə  və  aşağıdakıları  yenidən 
formalaşdırmağa vadar etdi: Avropa Şurasının xüsusilə yeni demokratiyaya malik 
bütün  dövlətlərində  effektiv  yerli  və  regional  hakimiyyət  strukturlarının 
dəstəklənməsi;  üzv  olan  və  üzvlüyə  namizəd  olan  ölkələrdə  yerli  və  regional 
demokratiya 
vəziyyətinin  öyrənilməsi;  vətəndaşları  yerli  və  regional 
demokratiyada effektiv şəkildə iştirakını təmin etmək məqsədilə təşəbbüslərin irəli 
sürülməsi;  Avropa  siyasətinin  formalaşmasında  yerli  və  regional  hökumətlərin 
maraqlarının  təmsil  olunması;  regionlar  gələcək  nəsillərə  qoruyub  saxlamaq 
məqsədilə  sülh,  dözümlülük  və  davamlı  inkişaf  naminə  regional  və  beynəlxalq 
əməkdaşlığın  təşviqi;  Avroregionların  yaradılmasının  təşviqi;  yerli  və  regional 
seçkilərin müşahidəsi kimi yeni məqsədlər müəyyən olundu. 
Yuxarıda  da  qeyd  olunduğu  kimi,  Konqres  iki  palatadan  ibarətdir:  Yerli 
Hakimiyyətlər Palatası və  Regionlar Palatası.  İki palatalı assambleya  315 əsas və 
315 əvəzedici üzvdən ibarətdir. Onlardan hər biri Avropa Şurası üzv dövlətlərində 


 
21 
200.000-dən  çox  yerli  və  regional  hakimiyyətlərdən  seçilən  nümayəndələrdir. 
Konqres  alternativ  əsasda  hər  bir  Palatanın  üzvləri  sırasında  özünün  prezidentini 
seçir. Prezident iki sessiya müddəti ərzində öz vəzifələrini icra edir. 
Konqres  ildə  bir  dəfə  olaraq  Strasburqda  iclas  keçirir  və  akkreditə  olunan 
Avropa  təşkilatlarını  və  xüsusi  status  və  müşahidəçi  qismində  digər  qeyri-üzv 
dövlətləri salamlayır. 
Milli  nümayəndə  heyətlərinin  üzvlərindən  təşkil  olunan  Daimi  Komitə 
müxtəlif  Komitələr  ilə  birgə  Konqresin  payız  və  Yaz  plenar  sessiyalararası 
arasında görüşür. 
Konqres öz işini dörd nizamnamə  komitəsi arasında bölür: Avropada  yerli 
və regional demokratiyanın inkişafı üzrə hesabatların hazırlanması ilə məşğul olan 
və müstəqil ekspertlər   Komitəsi   tərəfindən   dəstəklənən   İnstitusional   Komitə; 
Media, gənclər, idman və kommunikasiya  məsələləri ilə məşğul olan Mədəniyyət 
və Təhsil Komitəsi; Ətraf mühit, məkan və şəhər planlaşdırılması ilə məşğul olan 
Davamlı  İnkişaf  Komitəsi;  Məşğulluq,  vətəndaşlıq,  miqrasiya,  icmalararası 
əlaqələr,  qadın  və  kişilər  arasında  bərabərlik  və  həmrəylik  məsələləri  ilə  bağlı 
məşğul olan Sosial Birlik Komitəsi. 
Regionlar      Palatası      həmçinin      Qanunverici      hakimiyyətə  malik  olan 
Regionlarla  iş  üzrə  İşçi  Qrupa  malikdir.    Konqresin  Baş  Rəhbəri  büdcənin  idarə 
olunmasına  və  Konqres  Katibliyinin  40  nəfərədək  əməkdaşına  rəhbərlik  edir. 
Avropa Şurasının katibliyi konqresə əməli köməklik göstərir. 
Avropa  Yerli  Özünüidarəetmə  Xartiyası  (1985)  effektiv  yerli 
Özünüidarəetmənin demokratiya üçün zəruriliyi prinsipini irəli sürmüşdür. Xartiya 
yeni  demokratiyalarda  qanunverici  islahat  modeli  qismində  çıxış  edir.  Bəzi 
dövlətlər  artıq  Xartiyanın  prinsiplərini  öz  konstitusiyalarına  tətbiq  ediblər.  Ərazi 
İcmaları  və  ya  Hakimiyyətləri  arasında  Transsərhəd  Əməkdaşlığı  üzrə  Avropa 
Konvensiyası (1980) və onun iki əlavə Protokolu yerli və regional hakimiyyətlərin 
ictimai xidmətlərin və ətraf mühitin qorunmasındakı hüququnu tanıyır. 
Xaricilərin  Yerli  Səviyyədə  İctimai  Həyatda  İştirakı  üzrə  Avropa 
konvensiyası  (1992)  səsvermə  hüququ  daxil  olmaqla  xaricilərə  mülki  və  siyasi 
hüquqların verilməsi prinsipini irəli sürür. 
Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyası (1992) Avropa mədəni 
irsinin  yekcins  hissəsi  olaraq  regional  və  milli  azlıq  dillərinin  qorunmasına  və 
onların hüquqda, məktəblərdə, ictimaiyyətdə, mədəni, iqtisadi və sosial həyatda və 
mediada geniş istifadəsinə yardım edir. 
Avropa  Landşaft  Konvensiyası  (2000)  hakimiyyətlərə  Avropadakı 
landşaftları qorumaq, idarə etmək və planlaşdırmaq məqsədilə yerli, regional, milli 
və beynəlxalq səviyyələrdə tədbirlər görmək öhdəliyini irəli sürür. 
Avropa  Şəhər  Xartiyası  (1992)  Avropa  şəhər  və  qəsəbədə  vətəndaşların 
hüquqlarını  müəyyən  edir.  O,  mənzil  tikintisi,  şəhər  memarlığı,  nəqliyyat,  enerji, 
idman  və  əyləncə,  çirklənmə  və  şəhər  təhlükəsizliyi  kimi  şəhər  idarəetməsi  üçün 
praktiki şəhər idarəetməsi üçün praktiki xidmət təklif edir. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə