Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

 
56 
Müzakirələrdə  çıxış  edən  cənab  İlham  Əliyev  bildirdi  ki,  Azərbaycanda  "siyasi 
məhbuslar"  yox,  ağır  cinayətlərə  görə,  o  cümlədən  terror  aktı,  dövlət  çevrilişi 
cəhdləri və digər zorakı cinayətlərə görə məhkum olunmuş insanlar var. O bildirdi 
ki,  Azərbaycan  öz  üzərinə  götürdüyü  öhdəliklərə  sadiqdir  və  onların  yerinə 
yetirilməsi üçün bütün addımlar atılır. Bununla belə, hər hansı bir məsələ ilə bağlı 
Azərbaycana təzyiq göstərilməsi yolverilməzdir. 
Növbəti 2002-ci il yay sessiyası Dağlıq Qarabağ probleminin və qaçqınlarla 
bağlı həqiqətlərin Avropa Şurasının diqqətinə çatdırılması baxımından əhəmiyyətli 
olmuşdur. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə 
heyətinin rəhbəri İlham Əliyev Dağlıq Qarabağ Azərbaycan icmasının təmsilçiləri 
ilə  birlikdə  Avropa  Şurasının  sədri  Valter  Şvimmerlə,  Avropa  Şurasının  insan 
hüquqları   üzrə   komissarı  Alivero  Xil-Robleslə   görüşmüşdür. Görüşlər zamanı 
nümayəndə  heyətinin  başçısı  İlham  Əliyev  Ermənistanın  Azərbaycana  qarşı 
təcavüzü  nəticəsində  torpaqlarımızın  20  faizinin—Dağlıq  Qarabağın  və  onun 
ətrafındakı  yeddi  rayonun  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  isğal  olunması, 
ölkəmizin  1  milyondan  artıq  qaçqın  və  məcburi  köçkün  problemi  ilə  üzləşməsi, 
onların çətin şəraitdə yaşaması barədə ətraflı məlumat vermiş və Avropa Şurasının 
öz  nüfuzundan  istifadə  edərək  Ermənistan—Azərbaycan  münaqişəsinin  tezliklə 
sülh yolu ilə həllinə kömək göstərməsini xahiş etmişdir. 
2002-ci  ilin  sentyabrında  AŞ  PA-nın  növbəti  sessiyasında  Azərbaycan 
nümayəndə  heyətinin  iştirakı  yenə  də  uğurlu  sayılmalıdır.  Bu  sessiyanın 
müzakirələrində  həm  Azərbaycanın,  həm  də  Ermənistanın  Avropa  Şurası 
qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi məsələsi ilə bağlı çıxış edən 
İlham Əliyevin prinsipial mövqeyi nəticəsində  məruzələrdə Azərbaycan üçün çox 
əhəmiyyətli  düzəlişlər  edildi,  ən  başlıcası  isə,  Azərbaycan  diplomatiya  tarixinə 
qızıl  hərflərlə  yazılmış  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  Dağlıq  Qarabağın 
işğal edilməsi faktı Avropa Şurası Parlament Assambleyasının sənədində öz əksini 
tapdı. 
Bununla  bağlı  cənab  İlham  Əliyevin  respublika  televiziyasına 
müsahibəsində  deyilirdi  ki,  "aparılmış  bütün  müzakirələr  zamanı  Avropa 
Şurasının, deyə bilərəm, deputatlarının tam əksəriyyəti artıq açıq-aydın bəyan edir 
ki, bəli, Ermənistan işğalçı bir dövlətdir, Ermənistan Azərbaycan torpaqlarını işğal 
edib,  bu  işğal  nəticəsində  Azərbaycanda  bir  milyondan  artıq  qaçqın  və  məcburi 
köçkün yaranıbdır. Bu münasibətlə də Ermənistanı çox ciddi tənqid etdilər". 
Azərbaycan  və  Ermənistanın  öhdəlikləri  ilə  bağlı  aparılan  müzakirələrdə   
nümayəndə    heyətinin   konstruktiv,   obyektiv mövqe  tutması  imkan  verdi ki,  
hazırlanmış  məruzələrə  çox  ciddi  düzəlişlər  edilsin.    İlk  dəfə  olaraq    beynəlxalq 
təşkilatın  qəbul  etdiyi  ümumi  yekun  sənəddə  Azərbaycan  torpaqlarının  işğal 
edilməsi faktı öz əksini tapdı. Bu düzəlişlərin həm tarixi, həm də siyasi əhəmiyyəti 
böyükdür. Bir tərəfdən "işğal"  anlayışının qəbul edilməsi  məsələnin sülh  yolu ilə 
həlli prosesində siyasi yanaşma kontekstində ciddi dəyişikliklərə səbəb olacaq  və  
"tarazlaşdırma"  siyasətinin  zəifləməsinə,  nəhayət, aradan  qaldırılmasına  təkan  


 
57 
verəcəkdir.  Digər  tərəfdən  isə,  tarixi  baxımdan  "işğalçının"  kim  olduğu,  işğal 
edilmiş ərazilərin kimə məxsusluğu məsələsi öz müsbət həllini tapacaqdır.  
Bütün bu irəliləyişlərin əsasında gərgin, məqsədyönlü işlər dayanırdı. Cənab 
İlham  Əliyevin  nümayəndə  heyəti  fəaliyyətinin  əsas  istiqamətləri  haqqında 
fikirlərini  təhlil  edərkən    bir  çox  maraqlı    məqamları  aşkar  etmək  mümkündür. 
Nümayəndə  heyətinin  üzvləri  ilə  siyasi  qruplardakı  fəaliyyətimizin  qurulması 
barəsində  fikir  mübadiləsi  apararkən  əksəriyyət    bildirdi  ki,    qüvvələri  qruplar 
arasında  parçalamaq olmaz.   Bir-iki qrupda  fəaliyyət  göstərilərsə, onda    üstünlük 
qazanmaq  olar.  Bu  məsələ  ilə  bağlı  nümayəndə  heyəti  tərəfindən  qərar  qəbul 
edilərkən  qrupun  demokratik  lider  olmadığı,  onun  ən  optimal  və  uzaq  məqsəd 
güdməni müəyyən etmək potensialının böyük olduğu aşkar oldu. Təhlillər göstərdi 
ki,  siyasi  qrupların  hamısında  işin  səmərəli  qurulması      deputatlara  obyektiv 
informasiya      ötürülməsinə      və  Azərbaycan      haqqında      düzgün      təsəvvürün   
formalaşmasına,  eyni    zamanda    nümayəndə    heyəti    üzvlərinin    Şuranın    işinə 
geniş  cəlb  edilməsinə  şərait  yarada  bilər.  Doğrudan  da  qısa  bir  müddət  ərzində 
qrup üzvləri müxtəlif siyasi qruplardakı fəaliyyətlərinə görə AŞ PA-nın monitorinq 
komitələrinə üzv seçildilər. Bir nəfər üzv AŞ PA-nın Cənubi Qafqaz üzrə medianın 
vəziyyətinə  dair  məruzəçi  təyin  edildi.  Bu  da,  təbii  ki,  Azərbaycan  nümayəndə 
heyətinin  fəal  işinin  nəticəsi  idi.  Bu  bizim  obyektiv  mövqeyimizdən  irəli  gəlirdi, 
qısa  müddətdə  AŞ  PA-da  gördülər  ki,  Azərbaycan  demokratiya  prinsiplərinə 
sadiqdir.  Bu  prinsipləri  nümayəndə  heyətimiz  AŞ  PA-dakı  fəaliyyəti  ilə  bir  daha 
nümayiş etdirdi. Təbii ki, burada Azərbaycan  nümayəndə  heyətinin rəhbəri İlham 
Əliyevin böyük zəhməti var idi. Onun hər bir iclasda, siyasi, daimi komitələrdəki 
çıxışları  Azərbaycanın  ədalətli  olduğunu  nümayiş  etdirmək  üçün  mühüm 
əhəmiyyət kəsb edirdi. 
Nümayəndə heyətinin fəaliyyəti nəticəsində Azərbaycana münasibət müsbət 
mənada  dəyişdi  və  Avropanın  böyük  dövlətlərinin  nümayəndə  heyətləri  ilə  eyni 
səviyyədə qəbul olunmağa başladı. 
Cənab  İlham  Əliyev  nümayəndə  heyətinin  AŞ  PA-dakı  fəaliyyəti  barədə 
deyirdi: "Azərbaycan nümayəndə heyətinin burada apardığı işlər öz bəhrəsini verir. 
Obyektivlik  naminə  qeyd  etməliyik  ki,  burada  qazanılmış  uğurlar  nümayəndə 
heyəti  rəhbərinin  şəksiz  zəhmətinin  nəticəsidir.  Düzgün  qurulmuş  iş  nəticəsində 
nümayəndə  heyətindən siyasi qrupların təklifinə  əsasən  üç nəfər azərbaycanlı  AŞ 
PA-nın  Monitorinq  Komitəsinə  üzv  seçilmişdir.  Parlament  Assambleyasında 
hazırda  beş  qrup  var.  Bu  qrupları  partiya  da  adlandırmaq  olar.  Həmin  siyasi 
qruplara  say  tərkibindən  asılı  olaraq  Monitorinq  Komitəsində  mandatlar  (kvota) 
verilir. Yəni, deputatlar buraya milli nümayəndə heyətinin təklifi ilə seçilməlidir". 
Bu,  Azərbaycanın  böyük  nailiyyətidir  ki,  belə  bir  nüfuzlu  komitədə  12 
nəfərdən ibarət nümayəndə heyətinin üç üzvü  iştirak edir.  Monitorinq  Komitəsi 
yeganə    komitədir  ki,  orada  yalnız  üzvlük  institutu  mövcuddur  və  76  üzvdən 
ibarətdir.  Azərbaycan  AŞ  PA-ya  üzv  olarkən  İlham  Əliyev  tərəfindən  müəyyən 
edilmiş  siyasət öz  bəhrəsini  verdi.  Tam əsasla demək olar ki, qruplarda bir çox 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə