56
Müzakirələrdə çıxış edən cənab İlham Əliyev bildirdi ki, Azərbaycanda "siyasi
məhbuslar" yox, ağır cinayətlərə görə, o cümlədən terror aktı, dövlət çevrilişi
cəhdləri və digər zorakı cinayətlərə görə məhkum olunmuş insanlar var. O bildirdi
ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir və onların yerinə
yetirilməsi üçün bütün addımlar atılır. Bununla belə, hər hansı bir məsələ ilə bağlı
Azərbaycana təzyiq göstərilməsi yolverilməzdir.
Növbəti 2002-ci il yay sessiyası Dağlıq Qarabağ probleminin və qaçqınlarla
bağlı həqiqətlərin Avropa Şurasının diqqətinə çatdırılması baxımından əhəmiyyətli
olmuşdur. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə
heyətinin rəhbəri İlham Əliyev Dağlıq Qarabağ Azərbaycan icmasının təmsilçiləri
ilə birlikdə Avropa Şurasının sədri Valter Şvimmerlə, Avropa Şurasının insan
hüquqları üzrə komissarı Alivero Xil-Robleslə görüşmüşdür. Görüşlər zamanı
nümayəndə heyətinin başçısı İlham Əliyev Ermənistanın Azərbaycana qarşı
təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin—Dağlıq Qarabağın və onun
ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən isğal olunması,
ölkəmizin 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşməsi,
onların çətin şəraitdə yaşaması barədə ətraflı məlumat vermiş və Avropa Şurasının
öz nüfuzundan istifadə edərək Ermənistan—Azərbaycan münaqişəsinin tezliklə
sülh yolu ilə həllinə kömək göstərməsini xahiş etmişdir.
2002-ci ilin sentyabrında AŞ PA-nın növbəti sessiyasında Azərbaycan
nümayəndə heyətinin iştirakı yenə də uğurlu sayılmalıdır. Bu sessiyanın
müzakirələrində həm Azərbaycanın, həm də Ermənistanın Avropa Şurası
qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi məsələsi ilə bağlı çıxış edən
İlham Əliyevin prinsipial mövqeyi nəticəsində məruzələrdə Azərbaycan üçün çox
əhəmiyyətli düzəlişlər edildi, ən başlıcası isə, Azərbaycan diplomatiya tarixinə
qızıl hərflərlə yazılmış Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın
işğal edilməsi faktı Avropa Şurası Parlament Assambleyasının sənədində öz əksini
tapdı.
Bununla bağlı cənab İlham Əliyevin respublika televiziyasına
müsahibəsində deyilirdi ki, "aparılmış bütün müzakirələr zamanı Avropa
Şurasının, deyə bilərəm, deputatlarının tam əksəriyyəti artıq açıq-aydın bəyan edir
ki, bəli, Ermənistan işğalçı bir dövlətdir, Ermənistan Azərbaycan torpaqlarını işğal
edib, bu işğal nəticəsində Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi
köçkün yaranıbdır. Bu münasibətlə də Ermənistanı çox ciddi tənqid etdilər".
Azərbaycan və Ermənistanın öhdəlikləri ilə bağlı aparılan müzakirələrdə
nümayəndə heyətinin konstruktiv, obyektiv mövqe tutması imkan verdi ki,
hazırlanmış məruzələrə çox ciddi düzəlişlər edilsin. İlk dəfə olaraq beynəlxalq
təşkilatın qəbul etdiyi ümumi yekun sənəddə Azərbaycan torpaqlarının işğal
edilməsi faktı öz əksini tapdı. Bu düzəlişlərin həm tarixi, həm də siyasi əhəmiyyəti
böyükdür. Bir tərəfdən "işğal" anlayışının qəbul edilməsi məsələnin sülh yolu ilə
həlli prosesində siyasi yanaşma kontekstində ciddi dəyişikliklərə səbəb olacaq və
"tarazlaşdırma" siyasətinin zəifləməsinə, nəhayət, aradan qaldırılmasına təkan
57
verəcəkdir. Digər tərəfdən isə, tarixi baxımdan "işğalçının" kim olduğu, işğal
edilmiş ərazilərin kimə məxsusluğu məsələsi öz müsbət həllini tapacaqdır.
Bütün bu irəliləyişlərin əsasında gərgin, məqsədyönlü işlər dayanırdı. Cənab
İlham Əliyevin nümayəndə heyəti fəaliyyətinin əsas istiqamətləri haqqında
fikirlərini təhlil edərkən bir çox maraqlı məqamları aşkar etmək mümkündür.
Nümayəndə heyətinin üzvləri ilə siyasi qruplardakı fəaliyyətimizin qurulması
barəsində fikir mübadiləsi apararkən əksəriyyət bildirdi ki, qüvvələri qruplar
arasında parçalamaq olmaz. Bir-iki qrupda fəaliyyət göstərilərsə, onda üstünlük
qazanmaq olar. Bu məsələ ilə bağlı nümayəndə heyəti tərəfindən qərar qəbul
edilərkən qrupun demokratik lider olmadığı, onun ən optimal və uzaq məqsəd
güdməni müəyyən etmək potensialının böyük olduğu aşkar oldu. Təhlillər göstərdi
ki, siyasi qrupların hamısında işin səmərəli qurulması deputatlara obyektiv
informasiya ötürülməsinə və Azərbaycan haqqında düzgün təsəvvürün
formalaşmasına, eyni zamanda nümayəndə heyəti üzvlərinin Şuranın işinə
geniş cəlb edilməsinə şərait yarada bilər. Doğrudan da qısa bir müddət ərzində
qrup üzvləri müxtəlif siyasi qruplardakı fəaliyyətlərinə görə AŞ PA-nın monitorinq
komitələrinə üzv seçildilər. Bir nəfər üzv AŞ PA-nın Cənubi Qafqaz üzrə medianın
vəziyyətinə dair məruzəçi təyin edildi. Bu da, təbii ki, Azərbaycan nümayəndə
heyətinin fəal işinin nəticəsi idi. Bu bizim obyektiv mövqeyimizdən irəli gəlirdi,
qısa müddətdə AŞ PA-da gördülər ki, Azərbaycan demokratiya prinsiplərinə
sadiqdir. Bu prinsipləri nümayəndə heyətimiz AŞ PA-dakı fəaliyyəti ilə bir daha
nümayiş etdirdi. Təbii ki, burada Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham
Əliyevin böyük zəhməti var idi. Onun hər bir iclasda, siyasi, daimi komitələrdəki
çıxışları Azərbaycanın ədalətli olduğunu nümayiş etdirmək üçün mühüm
əhəmiyyət kəsb edirdi.
Nümayəndə heyətinin fəaliyyəti nəticəsində Azərbaycana münasibət müsbət
mənada dəyişdi və Avropanın böyük dövlətlərinin nümayəndə heyətləri ilə eyni
səviyyədə qəbul olunmağa başladı.
Cənab İlham Əliyev nümayəndə heyətinin AŞ PA-dakı fəaliyyəti barədə
deyirdi: "Azərbaycan nümayəndə heyətinin burada apardığı işlər öz bəhrəsini verir.
Obyektivlik naminə qeyd etməliyik ki, burada qazanılmış uğurlar nümayəndə
heyəti rəhbərinin şəksiz zəhmətinin nəticəsidir. Düzgün qurulmuş iş nəticəsində
nümayəndə heyətindən siyasi qrupların təklifinə əsasən üç nəfər azərbaycanlı AŞ
PA-nın Monitorinq Komitəsinə üzv seçilmişdir. Parlament Assambleyasında
hazırda beş qrup var. Bu qrupları partiya da adlandırmaq olar. Həmin siyasi
qruplara say tərkibindən asılı olaraq Monitorinq Komitəsində mandatlar (kvota)
verilir. Yəni, deputatlar buraya milli nümayəndə heyətinin təklifi ilə seçilməlidir".
Bu, Azərbaycanın böyük nailiyyətidir ki, belə bir nüfuzlu komitədə 12
nəfərdən ibarət nümayəndə heyətinin üç üzvü iştirak edir. Monitorinq Komitəsi
yeganə komitədir ki, orada yalnız üzvlük institutu mövcuddur və 76 üzvdən
ibarətdir. Azərbaycan AŞ PA-ya üzv olarkən İlham Əliyev tərəfindən müəyyən
edilmiş siyasət öz bəhrəsini verdi. Tam əsasla demək olar ki, qruplarda bir çox
Dostları ilə paylaş: |