16
Hakimlər məhkəmənin işində şəxsi keyfiyyətdə iştirak edir və dövlət
adından çıxış etmirlər. Onlar müstəqilliklə, qərəzsizliklə və məhkəmədə işin daimi
xarakteri ilə bir araya sığmayan fəaliyyətlə məşğul ola bilməzlər. Hakimlərin
səlahiyyət müddəti onların 70 yaşı tamam olduqdan sonra başa çatır.
Plenar iclaslarında məhkəmə üç il müddətinə məhkəmənin Sədrini, iki sədr
müavinini və iki seksiya sədrini seçir.
Reqlamentə görə məhkəmə dörd seksiyaya bölünür. Onların tərkibi üç ilə
təsdiqlənir, coğrafi meyar əsasında tarazlaşdırılır və konvensiya üzvü olan
dövlətlərin müxtəlif hüquqi sistemlərini təmsil etməlidir.
Hər seksiyada üç hakimdən ibarət komitələr on iki aylıq müddətə yaradılır.
Yeddi hakimdən ibarət palatalar hər seksiyada rotasiya əsasında
yaradılır. İşə baxan palatanın tərkibinə mütləq şəkildə palatanın sədri və cavabdeh-
dövlətdən seçilən hakim daxildir. Əgər sonuncu seksiyanın üzvü deyilsə, onda o,
ex officio palatanın üzvü keyfiyyətində iştirak edir. Palatanın üzvü olmayan
Seksiyanın üzvləri iclasda ehtiyat hakim keyfiyyətində iştirak edir.
Böyük Palata on yeddi hakimdən ibarətdir. Onlarda ex officio məhkəmənin
sədri, məhkəmə sədrinin müavini və seksiya sədrləri iştirak edir.
II. Məhkəmə icraatı
Konvensiyada təsbit olunmuş hüquqların pozulması ilə bağlı şikayətlər
istənilən iştirakçı-dövlət (dövlətlərarası bəyanat) və ya adi şəxs (fərdi şikayət)
tərəfindən birbaşa məhkəməyə verilə bilər. Ərizəçilərə izahlı qeydlər və ərizə
forması məhkəmənin katibliyindən alına bilər.
Məhkəmədə icraat çəkişmə prinsipi əsasında açıq şəkildə aparılır. İstisna
hallarda palata və ya Böyük Palata başqa cür qərar çıxarmasa, dinləmələr çox nadir
hallarda keçirilir və açıq olur. Tərəflərin katibliyə təqdim etdiyi sənədlərin hamısı,
bir qayda olaraq, istifadə üçün açıqdır.
Fərdi ərizəçilər sərbəst şəkildə ərizə verə bilərlər, lakin hüquqi təmsilçilik
tövsiyə olunur və hətta dinləmələr zamanı və ya iş məqbul hesab edildikdən sonra
məcburi hesab olunur. Kifayət qədər maddi imkanı olmayan ərizəçilər üçün
Avropa Şurası tərəfindən hüquqi yardımın göstərilməsi sxemi işlənib
hazırlanmışdır.
Məhkəmənin rəsmi işçi dilləri fransız və ingilis dilləridir, buna baxmayaraq,
ərizələr iştirakçı-dövlətlərin istənilən rəsmi dilində verilə bilər. İş məqbul hesab
edildikdən sonra palatanın və ya Böyük Palatanın sədri ərizənin verildiyi dildən
istifadəni davam etdirməyə icazə verməzsə, məhkəmənin rəsmi işçi dillərindən
birindən istifadə edilir.
- Sikayət ərizələrinin məqbulluğu məsələsinə baxılması
Hər bir fərdi ərizə məhkəmənin seksiyalarından birinin baxışına verilir.
Məhkəmənin sədri məruzəçi-hakimi təyin edir. Ərizənin ilkin öyrənilməsindən
sonra məruzəçi ərizənin üç nəfərdən ibarət tərkibdə komitə və ya palata tərəfindən
baxılıb - baxılmayacağı məsələsini həll edir.
17
Qərarın qəbulu üçün ərizənin əlavə öyrənilməsinə ehtiyac yoxdursa, komitə
yekdil qərarla ərizəni məqbul elan edə və ya baxılası işlər siyahısından çıxara bilər.
Hakim-məruzəçi tərəfindən bilavasitə palataya verilən işlərdən əlavə,
palatalar üç hakimdən ibarət komitənin məqbul hesab etmədiyi fərdi ərizələrə,
həmçinin dövlətlərarası şikayətlərə baxır. Məhkəmənin özünün müəyyən etdiyi
şəkildə işin məqbulluq və mahiyyəti üzrə məsələlər ayrı-ayrı qərarlarda və ya bir
qərarda nəzərdən keçirilir.
Palatanın baxdığı iş konvensiyanın müddəalarının dərin şərhini tələb edirsə
və ya iş üzrə qərar artıq mövcud presedent praktikası ilə ziddiyyətə daxil olarsa,
palata istənilən vaxt belə işi Böyük Palataya verə bilər. Bir şərtlə — işin Böyük
Palataya verilməsi niyyəti haqqında bildirişin verildiyi andan bir ay müddətində
tərəflərdən heç biri öz narazılığını bildirməsin. İş verildiyi halda o, palatada
nəzərdə tutulan analoji prosedur əsasında baxılır.
İlkin mərhələdə iş üzrə icraat, bir qayda olaraq, yazılı formada aparılır, lakin
palata dinləmələrin aparılması haqqında qərar qəbul edə bilər. Bu halda, eyni
zamanda, ərizəyə mahiyyəti üzrə baxılır. Səs çoxluğu ilə qəbul olunan məqbulluq
haqqında palatanın qərarı əsaslandırılmalıdır.
- Şikayətə mahiyyəti üzrə baxılma
Şikayət məqbul hesab edildikdən sonra palata tərəflərə əlavə sübutları
və yazılı izahatları təqdim etməyi təklif edə bilər. Bundan başqa, ərizəçilərdən
«ədalətli kompensasiya» tələbini təqdim etmək də xahiş olunur. Şikayətin
məqbulluğu məsələsinin baxılması mərhələsində dinləmə keçirilməyibsə, onda
Palata işin mahiyyəti üzrə ayrıca dinləmə keçirilməsi barədə qərara gələ bilər.
Ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsi üçün palatanın
sədri işdə tərəf kimi iştirak etməyən istənilən iştirakçı dövlətə və ya ərizəçi
olmayan başqa maraqlı şəxsə yazılı qeydlərini təqdim etmək və ya istisna hallarda
dinləmələrdə iştirak etmək təklifini və ya belə icazə verə bilər. Ərizəçinin
vətəndaşı olduğu iştirakçı-dövlətin prosesdə tam iştirak etmək hüququ var. İşə
mahiyyəti üzrə baxılan zaman katibin vasitəçiliyi ilə mübahisənin dostcasına həlli
üzrə danışıqlar aparıla bilər. Dostcasına həll barədə danışıqlar konfidensial xarakter
daşıyır.
- Məhkəmənin qərarı
Palata səs çoxluğu ilə qəbul olunur. İşin baxılmasında iştirak edən hər bir
hakim qərara əlavə olaraq üst-üstə düşən və ya düşməyən xüsusi rəyini təqdim edə
və ya belə xüsusi rəyin olduğunu göstərə bilər.
İş konvensiyanın və ya ona protokolların müddəalarının şərhi və ya
tətbiqi ilə bağlı ciddi məsələlər qaldırırsa, palata qərar qəbul etdiyi vaxtdan sonra
üç ay müddətində tərəflərdən hər biri işin Böyük Palataya verilməsi xahişi ilə
müraciət edə bilər. Belə ərizələrə Böyük Palatanın beş üzvündən — məhkəmənin
sədrindən, mübahisəli qərarı qəbul edən palatanın məxsus olduğu seksiyanın
sədri istisna olmaqla, seksiyaların sədrlərindən və ilkin palataya daxil olmayan
Dostları ilə paylaş: |