94
noyabr 1994-cü il tarixli qətnaməsi mühüm əhəmiyyət kəsb edir. Qətnamədə
deyilir:
"Assambleya məmnunluqla qeyd edir ki, 1994-cü il mayın 12-də qüvvəyə
minmiş atəşkəsə nisbətən yaxşı riayət olunmuşdur və ümid edir ki, bunun ardınca
müharibə edən tərəflər arasında tezliklə sülh müqaviləsi imzalanacaq;
1988-ci ildə başlanmış bu münaqişə 20 min nəfərin ölümünə və bir
milyondan çox adamın qaçqın olmasına gətirib çıxarmışdır;
Assambleya ATƏM-in Minsk qrupunun, Rusiya Federasiyası hökumətinin,
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, BMT Parlamentlərarası
Assambleyasının, özünün iştirakçı olmayan Avropa dövlətləri
ilə münasibətlər üzrə
Komitəsinin müharibə edən tərəfləri sülh müqaviləsi imzalamağa inandırmaq
cəhdlərini məmnunluqla qeyd edir;
O, Ermənistan və Azərbaycan müdafiə nazirlərinin və Dağlıq Qarabağ
ordu komandanının atəşkəsi gözləmək Öhdəliyini və siyasi sazişin imzalanmasını
sürətləndirmək barədə istəyi bəyan etdikləri 26 iyun 1994-cü ildə imzalanmış sazişi
alqışlayır və bütün müharibə edən tərəfləri 1994-cü il mayın 12-dən qüvvədə olan
atəşkəsin mövcudluğuna təhlükə törədəcək hər hansı bir hərbi hərəkətlərdən
çəkindirməyə təkidlə çağırır;
O, sülh müqaviləsinin bərqərar olmasının tezləşməsində ən yaxşı vasitələrlə,
xüsusən maraqlı tərəflərin parlament nümayəndələri arasında dialoqu
həvəsləndirməklə kömək etməyə hazır olduğunu bəyan edir;
Yekun olaraq o, müharibə edən tərəfləri, 1251 saylı Tövsiyədə nəzərdə
tutulduğu kimi, birinci dərəcəli vacib iş kimi qaçqınların və məcburi köçkünlərin
doğma torpaqlarına qayıtmaları üçün şərait yaratmağa və azlıqların hüquqlarına
hörmət etməyə, Azərbaycan və Türkiyəni Ermənistana qarşı kommunikasiya
blokadasına dərhal son qoymağa çağırır".
III. Daxili qanunvericiliklə bağlı bütün layihələr Avropa Şurası
ekspertlərinin, o cümlədən Venesiya Komissiyası mütəxəssislərinin rəy və
tövsiyələri nəzərə alınmaqla hazırlanmış və bu əməkdaşlıq davam etdirilməkdədir.
2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikasında
prezident seçkiləri ilə əlaqədar olaraq 3 iyun 2003-cü il tarixdən Azərbaycan
Respublikasının Seçki Məcəlləsi qüvvəyə minib.
Qəbul edilmiş bu məcəllənin əhəmiyyətindən söz açarkən ilk növbədə qeyd
olunmalıdır ki, Seçki Məcəlləsi Avropa Şurası ekspertlərinin iştirakı və tövsiyələri
nəzərə alınmaqla, xüsusilə də Venesiya Komissiyası mütəxəssislərinin
hazırladıqları və təklif etdikləri alternativ variantdan yararlanmaqla qəbul
edilmişdir.
Vətəndaşların seçki və referendumlarda öz iradələrini sərbəst surətdə
bildirməsinə dövlət demokratik prinsipləri və seçki hüququ normalarını müdafiə
etmək yolu ilə təminat verir. 1995-ci ildə Konstitusiya qəbul edildikdən sonra seçki
qanunvericiliyi bütövlükdə təzələnmişdir. Seçki hüququ isə qanunvericiliyin ən
çox işlənilmiş sahələrindən birinə çevrilmişdir.
95
İlk öncə "Referendum haqqında" 1997-ci il 30 dekabr tarixli Qanun, daha
sonra "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında" 1998-ci il 9 iyul
tarixli Qanun qəbul edilmişdir. Bu qanun müasir seçki qanunvericiliyinin əsasını
qoyaraq, bir növ, örnək qanun olmuşdur. Daha sonra "Bələdiyyələrə seçkilər
haqqında" 1999-cu il 27 iyun, "Milli Məclisə seçkilər haqqında" 2000-ci il 5 iyun
tarixli qanunlar qəbul edilmişdir.
Yeni qəbul edilmiş Seçki Məcəlləsi seçkilər haqqında mövcud olan beş
qanundan ibarət toplu əsasında tərtib olunmuşdur:
Milli Məclisə seçkilər haqqında Qanun
Prezident seçkiləri haqqında Qanun
Referendum haqqında Qanun
Bələdiyyələrə seçkilər haqqında Qanun
Mərkəzi Seçki Komissiyası haqqında Qanun
Beləliklə, Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi barədə
vahid sənəddir. Son 15 ildə Azərbaycanda seçkilərlə bağlı kifayət qədər təcrübə
toplanıb. Təkcə son 5 ildə prezidentliyə, Milli Məclisə, bələdiyyələrə seçkiləri və
referendumu yada salmaq kifayətdir. Ancaq daim bir problem mövcud olub. Bu,
qanunun eyni cür tətbiqi ilə bağlı problemdir. Yəni, hər bir seçki ayrı-ayrı
qanunlarla tənzimlənirdi və müxtəlif formalarda həyata keçirilirdi. Bu baxımdan
məcəllənin əsas məqsədi seçkiləri və referendumu eyni
qaydada tənzimləməkdir ki,
bu da irəliyə doğru çox müsbət bir addımdır.
III.a. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi 1948-ci ildə qəbul
ediləndə Azərbaycan müstəqil olmadığından ona səs verə bilməmişdir. Yalnız
müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası insan hüquqlarına
və demokratiyaya sadiq qalacağını bəyan etmişdir. 1995-ci ildə qəbul edilmiş
Azərbaycan Respublikasının Konstitusiyasında böyük bir fəsil məhz insan
hüquqlarına həsr edilmiş və bəyannamənin müddəalarını özündə əks etdirmişdir.
Ombudsman təsisatının yaradılması ilə Azərbaycanda demokratikləşmənin
inkişafının davam etdirilməsi üçün sonrakı islahatların təməli qoyuldu. Ölkəmizdə
belə bir təsisatın yaradılması üçün kifayət qədər əsaslar olmuşdur. Belə ki,
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli "İnsan və
vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" Fərmanı və "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramının
təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il tarixli Sərəncamına uyğun olaraq
respublikamızda bu sahədə bir çox işlər görülmüşdür. Təbii ki, Avropa Şurası
qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi baxımından da
ombudsman təsisatının yaradılması zəruri idi.
Ombudsmanın mahiyyətinin nədən ibarət olduğuna aydınlıq gətirək.
Bəzi dövlətlərdə (Fransa, ABŞ) ombudsman icra strukturu tərəfindən təyin
edilir ki, bu da təklif olunur. Ancaq elmi və ictimai fikirdə "ombudsman" daha çox
qəbul olunur, çünki bununla bu xidmət başqa hüquq müdafiə sistemlərindən seçilir.