Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə1/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
  1   2   3   4   5   6   7   8   9   ...   65


  
 

 
Şahin Fazil Fərzəlibəyli 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN VƏ OSMANLI İMPERİYASI 
(XV – XVI ƏSRLƏR) 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI 
 
BAKI - 1995 
 


  
 

 
Elmi redaktoru tarix elmləri doktoru, professor     Oqtay Əfəndiyev 
 
 
Redaktor        Etibar Fərəcov 
 
 
Rəssamı   Sima Ağayev 
 
 
 
 
 
 
 
 
 
 
Müəllif və nəşriyyat kitabın çapına öz vəsaiti ilə kömək etmiş Azərbaycan 
xeyriyyəçisi Mirzəli Musayevə təşəkkürlərini bildirirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
© Azərnəşr, 1994.


  
 

 
Giriş 
  
Orta  əsrlərin  müxtəlif  dövrlərinində,  həmçinin  XV-XVI  yüzilliklərdə 
mövcud  olmuş  Azərbaycan  -    Türkiyə  ictimai,  iqtisadi,  siyasi,  mədəni  və 
diplomatik  münasibətlərin  obyektiv  şəkildə  tədqiqi  bugünkü  Azərbaycan-Türkiyə 
münasibətlərinin  hansı  zəmin  üzərində  yarandığını  üzə  çıxarar,  bu  ölkələrin 
arasında  vaxtilə  mövcud  olmuş  müxtəlif  əlaqələrin  qarşılıqlı  maraq  və  mənafe 
baxımından  inkişaf  etdirilməsinə  imkan  verərdi.  Bundan  başqa  qarşıya 
qoyduğumuz  mövzunun  tədqiqi  Azərbaycan  mənbəşünaslıq  və  tarixşünaslığının 
daha da inkişaf etdirilməsi baxımından faydalı ola bilər. 
―Azərbaycan  və  Osmanlı  imperiyası‖  adlanan  bu  kitabın  üzərində 
işləyərkən,  hər  şeydən  əvvəl,  diqqətimizi  Qaraqoyunlu,  Ağqoyunlu  və  Səfəvilər 
dövlətinin  təməlinin  məhz  türk  xalqları  tərəfindən  qoyulduğu  fikri  cəlb  etdi  və 
həmin  feodal  dövlətlərinin  qonşu  Osmanlı  imperiyası  ilə  münasibətlərinin  tədqiqi 
əhəmiyyətli bir problem kimi ortaya çıxdı.  
XII  əsrin  ortalarından  Kiçik  Asiya  ərazisində  yaranmağa  başlayan,  illər 
ötdükcə siyasi qüdrət və coğrafi ərazi cəhətcə qüvvətlənən və genişlənən, Xv əsrin 
II yarısından XVII əsrin II yarısına qədər isə Asiya və Avropanın mühüm strateji 
əhəmiyyətli  bir  çox  yerlərini  ələ  keçirən  Osmanlı  dövləti  əzəmətli  bir  imperiya 
kimi  mövcud  olmuşdur.  Göstərilən  yüzilliklərdə,  xüsusilə  XV  –  XVI  əsrlərdə 
azərbaycan  dəfələrlə  müxtəlif  hücumlara  hədəf  olmuş,  İranla  Türkiyə  arasında 
davam edən gərgin siyasi toqquşmaların qanlı meydanına çevrilmişdir. Hər şeydən 
əvvəl  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanın  Türkiyə  ilə  qarşılıqlı  münasibətləri 
həmin  əsrlərin  müxtəlif  dövrlərində  ölkəmizin  ərazisində  mövcud  olmuş 
Qaraqoyunlu,  Ağqoyunlu,  Şirvan  və  Səfəvi  dövlətlərinin  Osmanlı  imperiyası  ilə 
siyasi  münasibətlərindən  asılı  olaraq  müxtəlif  xarakter  daşımışdır.  Belə  ki, 
Osmanlıların  Qaraqoyunlu  və  Şirvanşahlarla  olan  əlaqələri  hadisələrin  siyahısı 
axarı  baxımından  bu  imperiyanın  Ağqoyunlu  və  Səfəvi  hökmdarları  ilə  olan 
əlaqələrindən  fərqli  olmuşdur.  Bu  kitabı  yazmaqda  məqsədimiz  məhz  həmin 
münasibətlərin  məzmun  və  mahiyyətini  aydınlaşdırmaq,  bu  dövlətlər  arasındakı 
diplomatik  əlaqələrin  inkişafını  göstərməkdir.  Biz  həmçinin,  yeri  gəldikcə, 
Azərbayvan  və  Türkiyə  feodal  dövlətlərinin  hərbi  siyasi,  ictimai,  iqtisadi  və 
mədəni  məsələlərinə  də  toxunmuş,  ara-sıra  ticarət  əlaqələrindən  də  bəhs  etməyə 
çalışmışıq. 
Əsərdə  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  XV  əsrdə  yaranması, 
inkişafı  və  süqutu  həmin  dövlətlərin  məhz  Osmanlılara  münasibətləri  fonunda 
izlənilmiş,  xüsusi  tədqiqat  obyekti  olmuşdur.  XVI  əsr  isə  Azərbaycan-Türkiyə 
münasibətlərinin  kəskinləşdiyi  bir  mərhələ  kimi  Səfəvi-Osmanlı  əlaqələrinin 
olduqca gərgin dövrünə çevrilmişdir. 


  
 

 
Bu  dövrün  səciyyəvi  xüsusiyyətləri  və  Səfəvi-Osmanlı  qarşılıqlı 
münasibətlərinin  öyrənilməsində prof. O.Ə.Əfəndiyevin yazdığı bir sıra elmi kitab 
və məqalələrin əhəmiyyəti diqqəti xüsusilə cəlb edir.  
Kitabı  yazarkən biz  XV-XVI  əsr  Azərbaycan dövlətlərinin qonşu  Osmanlı 
imperiyası ilə münasibətlərinin diplomatik yazışmalar fonunda izlənməsini qarşıya 
məqsəd  qoymuşuq.  Məhz  buna  görə  də,  tarixçilər  tərəfindən  az  işlənmiş 
―Münşəati-səlatin‖  (Firidun  bəy)  və  ―Münşəat‖  (Heydər  Evoğlu)  adlı  məktublar 
toplularının materiallarından geniş istifadə etmişik.  
Kitabda  əks  etdirilən  bir  sıra  məsələlər  haqqında  V.V.Bartold, 
V.A.Bünyadov, 
O.Ə.Əfəndiyev, 
Y.M.Mahmudov, 
S.B.Aşurbəyli,  
Ş.K.Məmmədova  və  başqalarının  dəyərli  fikir  və  mülahizələri  vardırsa  da,  bu 
mövzu  ilk  dəfədir  ki,  ayrıca  olaraq  tədqiqata  cəlb  edilmiş  və  bizim  tərəfimizdən 
işlənilmişdir.  
Mövzunun araşdırılması zamanı Azərbaycan-Türkiyə münasibətlərinin şərh 
edilməsi  ilə  yanaşı,  yeri  gəldikcə,  Orta  Asiya,  Çin,  Hindistan  və  İran  körfəzi  ilə 
Qara dəniz və Aralıq dənizini, həmçinin Yaxın və Orta Şərq dövlətləri ilə Rusiyanı 
birləşdirən  beynəlxalq    ticarət  yollarının  Azərbaycandan  keçməsi  ilə  əlaqədar 
ticarət  yollarının  Azərbaycandan  keçməsi  ilə  əlaqədar  olaraq  Azərbaycan  –  Orta 
Asiya,  Azərbaycan  –  Misir,  Azərbaycan  –  Suriya  münasibətlərindən  də  bəhs 
edilmişdir.  Azərbaycan  –  Venesiya  qarşılıqlı  diplomatik  əlaqələri  ə  oxucuların 
diqqətinə  yönəldilən  məsələlərdən  biri  olmuşdur.  Əsərdə  Azərbaycanla  Avropa 
dövlətləri,  xüsusilə  Venesiya  respublikası arasında  diplomatik  əlaqələr  yaratmağa 
çalışan  elçi-səfirlərin  öz  məqsədlərini  həyata  keçirmələri  uğrunda  cidd-cəhdləri 
nəzərə  çardırılmışdır.  Göstərilmişdir  ki,  öz  dövlətlərini  Osmanlı  hücumundan 
qorumaq  naminə  Venesiya  elçiləri  Uzun  Həsən  Ağqoyunluya  öz  respublikaları 
adından böyük vədlər vermiş, çox halda həmin vədlər boşa çıxmışdır. Nəticədə isə 
Sultan  Türkiyəsi  ilə  Ağqoyunlu,  sonralar  Səfəvi  Azərbaycanı  dəfələrlə  bir-biriləri 
ilə döyüşmüş, böyük itkilərə məruz qalmışlar. Bu baxımdam Venesiya böyük Qərb 
siyasətini  davam  etdirmiş,  Şərqin  bir  sıra  dövlətlərini,  o  cümlədən  Azərbaycanı 
onların  öz  əlləri  ilə  zəiflətməyə  və  məhv  etməyə  çalışmışdır.  Osmanlı 
imperiyasının  diqqətini  qərbdən  uzaqlaşdırıb  Şərqə  doğru  yönəldən  Avropa 
dövlətləri,  beləliklə,  İrana  körfəzində  özlərinin  qalıb  möhkəmlənməsi  üçün  şərait 
yaratmaq məqsədi güdürdülər ki, bütün bunların imkan daxilində aydınlaşdırılması 
müəllifin qarşısında duran məsələlərdən biri olmuşdur.  
Oxuculara təqdim edilən kitab fars, türk, italyan, rus, ingilis, alman, fransız 
dillərində mövcud olan bir sıra ilkin mənbə və tədqiqat əsərlərinin imkan daxilində 
öyrənilməsi və müqayisəsi əsasında yazılmışdır.  
 
 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə