Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə49/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   45   46   47   48   49   50   51   52   ...   65

  
 
99 
 
Beləliklə,  qızılbaş  əmirləri  arasında  birliyin  olmaması,  bəzi  Səfəvi 
əmirlərinin türklərlə  döyüşün ―yüngül bir iş‖  olcağı barədə  səhv  mülahizələri,  50 
minlik Azərbaycan və Şirvan döyüşçüsünün birləşə bilməməsi, ən nəhayət Osmanlı 
ordusunun  sayca  çox,  döyüş  hazırlığı  cəhətincə  isə  üstün  olması  Gürcüstanın  və 
Şirvanın Səfəvilərin əlindən çıxmağına səbəb oldu.
217
 
Şirvanın  tutulmasından  sonra  Mustafa  paşa  Şamaxıda  Osmanlı  əmirlərinin 
iştirakı ilə divan çağırıb, bu ölkədə sultan hakimiyyətinin möhkəmlənməsi barədə 
bir  sıra  təklifləri  müzakirə  etdi  və  Şirvanda,  yuxarıda  qeyd  edildiyi  kimi,  türk 
hərbi-inzibati üsul-idarəsi yaradıldı.
218
 
İbrahim Rəhimzadəyə görə, türklərin ―Şərq yürüşü‖ndə onlara Kaxetiya çarı 
Aleksandrın və ―sultanın muti bəndəsi‖ Dağıstan xanı Şamxalın da köməyi dəymiş, 
onlar hətta qızılbaşlarla qarşı aparılan döyüşlərdə iştirak etmişdilər.
219
 
Qış  fəslinin  yaxınlaşdığından  və  bu  yerlərdə  qalmağın  heç  də  təhlükəsiz 
olmadığını görən Mustafa paşa Şirvanın mühafizəsini Osman paşa Özdəmiroğluya 
tapşırıb geri qayıtdı.
220 
1578-1590-cı  illər  arasında  qızılbaş  və  Osmanlı  qoşunları  dəfələrlə  üz-üzə 
gəlmiş,  Azərbaycanın  cənub  torpaqları,  Kür  və  Araz  çayları  arasındakı  yerlər, 
həmçinin bütün Şirvan  ərazisi qanlı döyüş  meydanlarına çevrilmişdi. Bəzi illərdə, 
hərbi  üstünlüyün  Osmanlılarda  olmasına  baxmayaraq,  qızılbaş  qoşunları  böyük 
qələbələr  də  əldə  etmişdilər,  lakin  Səfəvi  dövləti  daxilində  baş  verməkdə  olan 
çəkişmələr,  qızılbaş  döyüşçülərinin  uğurlu  hərbi  fəaliyyətlərinə  mane  olurdu.
221
 
Bundan başqa, Şirvan və  Qarabağ torpaqlarını Krım tatarları da  bir neçə  hücuma 
məruz qoymuş, Osmanlı qoşunları ilə birləşərək, Şamaxı, Gəncə, Bərdə və onlarla 
şəhəri  talayıb  çapmış,  böyük  qənimət  ələ  edib,  yenidən  Krıma  qayıtmışdılar.
222
 
Firidun  bəyin  ―Münşəati-səlatin‖ində  dərc  edilən  məktubların  biri  Osmanlı 
dövlətinin  sədr-əzəmi
*
  tərəfindən  yazılmış  və  Səfəvilərin  məşhur  dövlət  başçıları 
və  əmirlərinin  ünvanına  cxavab  məktubu  kimi  göndərilmişdir.  Həmin  cavabda 
Mirzə  Salman  Caberi,  Xəlil  xan  Əfşar,  Müseyib,  Şərəfəddinoğlu,  Məhəmməd 
Müsahib Türkman, Şahrux Xəlifə Rumlu, Əmir Həmzə ibn Abdulla xan Ustaclı və 
Sultan  Hüseyn  Şamlı  kimi  məşhur  qızılbaşlara  müraciət  edilərək,  Səfəvi-Osmanlı 
münasibətlərinin pisləşmə səbəbləri göstərilir və təbiidir ki, 1578-ci ildə başlayan 
Osmanlı yürüşlərinə bəraət qazandırılır: ―İranda xilafətə başladığı vaxtdan etibarən 
İsmayıl  Mirzə  öz  ətrafına  bir  neçə  nalayiq  adam  yığıb,  nə  qədər  tacir  və  zəvvarı 
qarət etdi. O, sizin ölkəyə (elçi) gələn  Van  və Ərzurum çavuşlarını zindana saldı, 
fitnə-fəsad törətdi‖.
223
 
Göstərmək  lazımdır  ki,  bu  məktub  Qızılbaş  dövlət  və  ordu  başçılarına 
Osmanlı  ―ali  dərgahının  başçısı‖  III  Muradın  dilindən  yazılmış  olduğundan 
(Sonradan  məlum  olacaqdır  ki,  həmin  məktubun  yazılması  və  göndərilməsindən 
                                                 
*
 Sənan paşa – Ş.F. 


  
 
100 
 
sultan  xəbərsizdir)  qəzəbli  hökm  və  ibarələrlə  zəngindir.  II  Şah  İsmayılı  bərk 
məzəmmət  edən  Osmanlı  sultanı  Şah  Məhəmməd  Xudabəndəni  də  unutmur,  onu 
da ciddi tənqidə başlayır: ―O şah (Şah Məhəmməd Xudabəndə - Ş.F.) gərək çirkin 
əməllərə  görə  (İsmayıl  Mirzənin  əməlləri  nəzərdə  tutulur  –  Ş.F.)  bizdən  üzr 
istəsəydi və sülhü qorumaq naminə, bizim tərəfimizdən qaçıb İran torpağına pənah 
aparan şəxslərin əl-qollarını başğlayaraq, onları sarayımıza yollayaydı.  O, dostluğa 
riayət etmədiyi üçün, padşahın (III Muradın – Ş.F.) və qoşun başçılarının qəzəbini 
yatıra bilmədi‖.
224
 
Məktubun  sonrakı  cümlələrində  sultanın  şah  qarşısında  qoyduğu  belə  bir 
tələb  ifadə  olunmuşdur:  ―Lakin  aramızdakı  sülhün  möhkəmlənməsi  naminə  biz 
[Şah  Məhəmməd  Xudabəndənin  etdiyi]  xahiş  müqabilində  sizin  rəiyyətinizin 
asayişi  üçün  belə  qərara  aldıq  ki,  bizim  əsgərlərin  ayağı  dəyən  hər  yer  onların 
olmalı  və  o  yerlərdən  çıxmamalıyıq.  Beləliklə,  Mustafa  paşanın  əlində  olan 
yerlərdən başqa (Şirvan və Gürcüstan nəzərdə tutulur – Ş.F.), həmçinin Qarsdan da 
əl  çəkin.  Mahmudabadda   həbs  olunmuş  Adil  Gəray  sağ-salamat  geri  qaytarılsın. 
Sülhün  bərqərar  olmasından  ötrü  bizim  sərhədlərdə  tikdiyimiz  qalalara  bir  daha 
hücum etməyin‖.
225 
Osmanlı  sədr-əzəmi  sultanın  bu  sözlərini  xatırlamaqla  kifayətlənməyərək, 
öz  tərəfindən  qızılbaş  hökmdarını  hədələyir:  ―Hal-hazırda  bizim  padşahımızda 
cahad və qəza müşahidə edilir. O, ölkələr almağa mail bir adamdır. İrandan başqa 
bütün ətraf ölkələrin xan və sultanları ona tabedirlər. Buna görə də sultan siz tərəf 
hücum  etmişdir.  Bizə  müvafiq  cavab  yollayın,  yoxa  bütün  əsgərlərimiz  tatar, 
çərkəz,  Babül-Əbvab  və  başqa  yerlərin  sərbazlarıyla  hər  tərəfdən  hərəkətə  gəlib, 
sizin əhalinizi mühasirəyə alacaq, sizi məğlub edəcəklər. Sizin diyarınız tamamilə 
xaraba qoyulacaq, viran ediləcəkdir‖.
226
 
Əlbəttə, bu sülh məktubunun  sədr-əzəm Sənan paşa tərəfindən qızılbaşlarla 
göndərilməsi və onun fəlakətli döyüşləri dayandırmaq xahişi müsbət hərəkət kimi 
qiymətləndirilməlidir. Lakin Osmanlı tarixçisi, III Murad və Sənan paşanın müasiri 
olmuş  İbrahim  Peçəvinin  məlumatına  görə,  həmin  məsələdən  sultan  xəbərsiz 
olmuşdur.  İ.  Peçəvi  yazır:  ―Sədr-əzəm  qızı  adəti  olaraq  Ərzurumda  keçirdi.  O, 
burada  cari  işlərlə  məşğul  olub,  İranda  barışıq  yolları  axtarmaqda  ikən,  azğın 
şahdan  yeni  elçi   gəldi.  O,  qoca  idi  və  hələ  Sultan  Süleyman  xanın  vaxtında  da 
elçi  kimi  gəlmişdi.  Elçi  988-ci  ilin  zilhiccə  ayında  (1581,  yanvar)  gəlib  çatdı  və 
sərdar  tərəfindən  yaxşı  qarşılandı.  Şah  təklif  edirdi:  ―Kasıb-kusubun  rahatlığı 
naminə  Sultan  Süleyman  xan  vaxtı  qüvvədə  olan  sülh  müqaviləsi  yenidən  bərpa 
olunmalıdır.  O  zamankı  sərhədlərin  toxunulmazlığını  qoruyub  saxlamalı,  tərəflər 
                                                 
  Mahmudabad  orta  əsr  şəhərlərindəndir.  Mənbənin  məlumatına  görə,  tatar  şahzadəsi  Adil  Gərayla 
qızılbaşların döyüşü h. 986-cı ilin ramazan ayının 28-də (8 noyabr 1578) baş vermiş, nəticədə şahzadə 
əsir alınmışdı. (Bax: ―Xülasətət-təvarix‖, vər. 288 b; O. Əfəndiyev. XVI əsr, səh. 161). 
 Hacı Maqsud bəy Zülqədər – Ş.F. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə