Azərbaycan və rus tariXÇİLƏr arasinda qarşidurma



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
tarix08.01.2018
ölçüsü5,04 Kb.
#20016

background image
AZƏRBAYCAN VƏ RUS TARİXÇİLƏR ARASINDA QARŞIDURMA 

Türkiyədə Qars Qafqaz Universitetində təşkil olunan tarix simpoziumunda azərbaycanlı tarixçi rus 

həmkarlarına qarşı sərt çıxış edib. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan, Rusiya və Türkiyə tarixçilərinin 

çıxışından sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktor müavini, tarix 

üzrə fəlsəfə doktoru Cəbi Bəhramov rus nümayəndələrə səslənib.  

O, Sovet iqtidarının, son 300 ildə Rusiyanın yeritdiyi siyasəti pisləyərək bütün xalqlar üçün faciəyə 

səbəb olduğunu deyib: “Ən çox zərər görən Azərbaycan xalqıdır. Mənim torpağım ikiyə bölündü. 

Mənim torpağıma, millətimə düşmən kəsiləni Rusiya köçürdi. Erməniləri siz köçürtmüsünüz. Burada 

onların əlinə silahı siz vermisiniz. Bu, sizin sənədlərinizdə də var. II Dünya Müharibəsində ermənilər 

almanların tərəfinə keçdilər. İrəvanda heykəl quranda Rusiya susdu, Putin susdu. Soruşuram niyə 

susursunuz? Sizdə ermənilərə qarşı bu məhəbbət hardandır?  

Qarabağa gəlincə, Azərbaycan xalqına qarşı təcavüz edildiyi halda Putin susur. Soruşuram, xeyir 

ola?”.  


Daha sonra çıxışını rus dilində davam edən Bəhramova rus tarixçi Yuri Zakunov cavab verib. O, Sovet 

inqilabından hər kəsin zərər gördüyünü, Rusiyanın özünün də çox böyük bir sınağın qurbanı olduğunu 

söyləyib. 

Kaynak: 

http://xeberfakt.az/gundem/7801-azrbaycan-v-rus-tarixilr-arasnda-qardurma-video.html



  

Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə