Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər. Azərbaycan Prezidenti İlham ƏLİyev dedi



Yüklə 10,62 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix07.11.2018
ölçüsü10,62 Mb.
#77950
1   2   3   4   5   6

28 sentyabr    2018-ci il

http://www.amu.edu.az

3

Sentyabr ayının əvvəlində İsrailin paytaxtı Tələviv şəhərində 24-cü Dünya 

Tibbi Hüquq Konqresi keçirilib. Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) 

tərəfindən İsrailin Səhiyyə Nazirliyi və Tələviv Universitetinin dəstəyilə 

keçirilən toplantıda məhkəmə təbabəti və tibbi hüququn ən aktual elmi və 

praktiki problemləri müzakirə olunub.

Konqresdə 2012-ci ildən Assosiasiyanın idarə heyətinin üzvü və vitse-prezidenti 

olan azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafed-

rasının professoru, tibb elmləri doktoru, hüquqşünas Vüqar Məmmədov Dünya Tibbi 

Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin 4 üzvündən 

biri seçilib.

Təşkilatın prezidenti, professor Tomas Noquçinin əmri ilə həmyerlimiz həmçinin 

Assosiasiyanın Təhsil komitəsinin rəhbəri təyin olunub. Bu  komitədə V.Məmmədov 

Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya, Nigeriya, İsrail, Rusiyadan olan 

professorlarla birgə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində 

təhsil proqramlarının inikişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığı-

nın yüksəlməsinə xidmət edən layihələr həyata keçirəcək.  Professor V.Məmmədov 

2019-cu ildən etibarən Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində DTHA-

nı və ölkəmizi təmsil etmək üçün də səs toplayıb.  Qeyd edək ki, Vüqar Məmmədov 

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva 

Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedra-

sının Azərbaycan bürosunun rəhbəridir.

Konqresdə təkcə alimlərimiz deyil, həm də Seçenov adına Birinci Moskva Dövlət 

Tibb Universitetinin Bakı filialının tələbələri də Azərbaycanı layiqincə təmsil ediblər.  

Xatırladaq ki, DTHA 2017-ci ilin 11-13 iyul tarixlərində Bakıda Paşa Travel və Türk 

Hava Yolları şirkətlərinin dəstəyilə 23-cü Dünya Tibbi Hüquq Konqresini keçirib. 

Bakı konqresində Təşkilatın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və 

multikulturalizmin inkişafında böyük xidmətlərinə görə Azərbaycanın Birinci Vitse-

Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, hörmətli Mehriban xanım Əliyevaya 

“WAML 50th GOLDEN ANNIVERSARY AWARD” təltifi və DTHA-nın Fəxri Diplomu 

11 iyul tarixində keçirilən konqresin açılış mərasimində təqdim edilib. Mehriban 

xanım Əliyeva postsovet məkanda evtanaziyanın bioetik və hüquqi aspektlərini 

elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xa-

nım Əliyevanın bu sahədə apardığı elmi işlərinin nəticələrinin əhəmiyyətini, onun 

səhiyyə, təhsil, və elm sahəsində rəhbərlik etdiyi  layihələri və sülh, tolerantlıq və 

qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və 

dinlər arası multikultural dialoqun təmin edilib təbliğində səylərinin beynəlxalq elmi 

ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. 

DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənlərarası 

problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup ta-

nınmış mütəxəssis tərəfindən yaradılıb. BMT-nin YUNESKO, Ümumdünya Səhiyyə 

Təşkilatı (WHO), Beynəlxalq Cinayət Məhkəməsi (İCC)  və bir çox milli peşəkar asso-

siasiyalar ilə əməkdaşlıq edir. DTHA-nın qərargahı ABŞ-nın Kaliforniya ştatının Los-

Anceles şəhərində yerləşir.

DTHA təsisçilərindən biri və hazırkı prezidenti professor Tomas Noquçi Amerikanın 

əfsanəsi, «ulduzların eksperti», dünyanın ən tanınmış məhkəmə-tibbi ekspertlərindən 

hesab olunur. 20 ildən çox Kaliforniyanın və Hollivudun baş məhkəmə-tibbi eksper-

ti olduğu üçün senator Robert Kennedi, Hollivud ulduzları Merilin Monro, Vilyam 

Holden, Con Beluşi, Natali Vud, Gia Skala kimi məşhurların qətl və müəmmalı ölüm 

işlərinin tədqiqatçısı olub. Məhkəmə təbabəti elminə verdiyi xidmətlərə görə ABŞ 

höküməti və Yaponiya imperatoru tərəfindən dəfələrlə təltif olunub.

DTHA-nın rəsmi veb-saytında 

(wafml.memberlodge.org и thewaml.com)

 tədbir 

haqda əlavə məlumat əldə etmək olar. 

Konqresdə məhkəmə-tibbi ekspertiza, hüquqi məsuliyyət və risklərin 

qiymətləndirilməsi, pasiyent hüquqları və pasiyent təhlükəsizliyi, həyatın başlan-

ğıcında və sonunda olan hüquqi və etik məsələlər, reproduktiv texnologiyaların 

hüquqi və etik məsələləri kimi aktual məsələlər müzakirə olunub. Konqres iştirak-

çıları həmçinin bioetika və insan haqları, ruhi sağlamlıq sahəsində hüquqi və etik 

məsələlər, ictimai səhiyyə və ekoloji etika, humanitar təbabət,   din və tibbi etika, 

tədqiqat etikası və hüquq, orqan və toxumaların transplantasiyası, genetika, etika və 

hüquq kimi məsələlər ətrafında diskussiya aparıblar.

25-сi Dünya Tibbi Hüquq Konqresi 2019-cu ilin 06-08 avqust tarixlərində Yaponi-

yanın paytaxtı Tokio şəhərində DTHA tərəfindən Tokio və Vaseda Universitetlərinin 

dəstəyi ilə keçiriləcək.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə gö-

rüşü zamanı senator A.Başkin bildirib ki, Həştərxan 

Dövlət Tibb Universiteti vilayətin və ümumiyyətlə 

ölkənin ən qədim və nüfuzlu ali məktəblərindən biri-

dir. Hazırda universitetdə 6000 tələbə təhsil alır ki, on-

ların da 2000-i xarici ölkələrdən gələnlərdir. Həştərxan 

Dövlət Tibb Universitetinin 46 ölkədən olan tələbələri 

arasında Azərbaycanlı gənclər də var.

 Dumanın səhiyyə və sosial inkişaf komitəsinin 

üzvü A.Başkin iki ali məktəb arasında əlaqələrin 

möhkəmlənməsinə ehtiyac olduğunu da vurğulayıb 

və ATU-nun nümayəndə heyətini Həştərxana dəvət 

edib. A.Başkin Azərbaycan və Həştərxan Vilayəti ara-

sında xüsusi dostluq münasibətlərinin mövcudluğunu 

önə çəkərək səhiyyə, həmçinin təhsil sahəsində də bu 

münasibətlərin gücləndirilməsinə ehtiyac olduğunu 

bildirib.

 ATU-nun rektoru, professor Gəray Gəraybəyli 

Həştərxan Dövlət Tibb Universitetinin 100 illiyi 

münasibətilə tədbirə dəvət üçün qonağa təşəkkürünü 

bildirib. Rektor iki universitet arasında əlaqələrin sıx-

laşdırılması məqsədilə əməkdaşlığa dair saziş imza-

lanmasını təklif edib: “Azərbaycan Tibb Universitetinin 

Rusiyanın bir çox universitetləri ilə əlaqələri mövcud-

dur, bəzi ali məktəblərlə qarşılıqlı əməkdaşlığa dair 

memorandum imzalamışıq. ATU ilə Həştərxan Dövlət 

Tibb Universiteti arasında sazişin imzalanması bir çox 

sahələrdə bigə fəaliyyət göstərməyə, birgə tədbirlər 

keçirməyə, həmçinin müəllim və tələbə mübadiləsini 

reallaşdırmağa imkan verəcək”.

 Rektor G.Gəraybəyli hazırda ATU-da aparılan və 

planlaşdırılan islahatlar haqqında Rusiyadan gəlmiş 

nümayəndə heyətinə məlumat verib. Qeyd edib ki, 

tədris proqramlarına ciddi dəyişikliklər edilir, elektron 

jurnala keçid hazırlanır: “ATU-nun klinikalarında Rusiya 

universitetlərindən olan tələbələr də təcrübə keçirlər. 

Bu klinikalarda tələbələrin praktiki bilgilərə sahib ol-

ması üçün hər cür şərait yaradılıb”.

 Tərəflər Azərbaycan və Həştərxan Tibb Universitetləri 

arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə sa-

ziş hazırlanıb qəbul edilməsinə dair ilkin razılıq əldə 

ediblər. 

Görüşdə Rusiya nümayəndə heyətinin üzvü, Rusiya 

Federasiya Şurasının üzvü Sergey Laptev, Rusiyanın 

Azərbaycandakı səfirliyinin təmsilçisi, ATU-nun elmi 

işlər üzrə prorektoru Rauf Bəylərov, rektor müşaviri 

Zülfüqar Musabəyov iştirak ediblər.

Müqavilə sentyabrın 27-də 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli 

ilə “Medi Club”-ın baş direktoru Sabir Adna-

yev arasında görüş zamanı imzalanıb. Görüşdə 

müqavilənin şərtləri ətraflı müzakirə olunub və 

konkret bəndlərlə bağlı razılıq əldə olunub.

Müqaviləyə əsasən, “Medi Club” MMM ATU-

nun 10 tələbəsinə aylıq 150 manat məbləğində 

təqaüd ödəyəcək. Bundan əlavə, ATU-nun hər 

ixtisas üzrə bir rezidentinin kompüter tomoq-

rafiyası, poliklinik terapiya, pediatriya və təcili 

yardım  üzrə rotasiya tsikllərini keçməsi üçün 

öz kliniki bazasını təqdim edəcək. Tibbi Servis 

şirkəti həmçinin 12 nəfərdən ibarət tələbə və 

rezidentlərdən ibarət qruplar üçün pulsuz BLS 

və ACLS təlimlərini təşkil edəcək.

Bundan əlavə, müqavilədə tələbələrin şirkətin 

bazasında ödənişsiz staj keçməsi və müştərək 

elmi işlər aparılması da nəzərdə tutulub.

ATU-nun mətbuat xidməti

Rusiya senatoru 

ATU-da qonaq olub

ATU ilə “Medi Club” arasında əməkdaşlıq 

müqaviləsi imzalandı

Azərbaycan Tibb Universitetinin 

rəhbərliyi Həştərxan Dövlət Tibb Uni-

versitetinin 100 illiyi münasibətilə 

keçiriləcək mərasimlərə dəvət alıb. 

Dəvəti ATU-nun rəhbərliyinə Bakı-

da olan Rusiya Federasiya Şurasının 

üzvü, tibb elmləri namizədi, Həştərxan 

Vilayət Dumasının üzvü Aleksandr Baş-

kin çatdırıb.

Azərbaycan Tibb Uni-

versitetinin 10 tələbəsi 

əlavə aylıq təqaüdlə təmin 

olunacaq. Universite-

tin tələbə və rezidentləri 

pul 

suz təlimlərdə işti-

rak etmək imkanı qaza-

nacaqlar. Bunlar Azər-

baycan Tibb Universiteti 

ilə Tibbi Servis şirkəti 

“Medi Club” MMM ara-

sında əməkdaşlıq müqa-

viləsində nəzərdə tutulub.

Azərbaycanlı alim Dünya Tibbi 

Hüquq Assosiasiyasının birinci 

vitse-prezidenti seçilib



Yüklə 10,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə