Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər. Azərbaycan Prezidenti İlham ƏLİyev dedi



Yüklə 10,62 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix07.11.2018
ölçüsü10,62 Mb.
#77950
1   2   3   4   5   6

http://www.amu.edu.az

28 sentyabr 2018-ci il

4

ATU-nun Tədris Terapevtik Klinikasında “Dünya Ağciyər Günü”nə 



həsr edilmiş simpozium keçirilib. Simpoziumu Respublikanın baş 

allerqoloqu, professor Cəbrayıl Məmmədov açaraq ağciyər və tənəffüs 

yollarında yaranan xəstəliklərin dünyada geniş yayıldığını qeyd edib. 

Bu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermək üçün sözü 

professor Əlizamin Sadıqova verib.

Bunlardan 3 nəfəri hazırlıq kursunu 

bitirib, 4 nəfər ATU-nun, 8 nəfər isə xa-

rici ölkələrdəki müxtəlif universitetlərin 

məzunlarıdır: “Nəticədə 11 nəfər şöbəyə 

qəbul edilib. Qəbula gələn əcnəbi 

gənclər artıq dil imtahanından uğurla 

keçiblər”.

Qeyd edək ki, ATU-da əcnəbi 

vətəndaşların universitetin qəbulu 

üçün xüsusi komitə yaradılıb. ATU-nun 

beynəlxalq əlaqələr üzrə prorektoru 

Nadir Zeynalovun sədrlik etdiyi komitə 

üzvləri tələbələrin həm intellektual, 

həm də bilik səviyyəsini yoxlayırlar. 

Komitənin tərkibinə ATU-nun rezidnetu-

ra şöbəsinin müdiri Rizvan Məmmədov, 

rektorun müşaviri Zülfüqar Musabəyov, 

Tədris Cərrahiyyə Klinikasının baş həkimi 

Ramiz Poluxov, beynəlxalq əlaqələr 

şöbəsinin müdiri İkram Rüstəmov və 

xarici tələbələrlə iş üzrə dekan müavini 

Nigar Ələkbərova daxildir.

Qəbulun sonunda ATU-nun reziden-

tura və magistraturasına qəbul edilən 

əcnəbi tələbələrə universitetdaxili ni-

zam-intizam qaydaları, tədris prosesi 

və digər mühüm məqamlar haqqında 

məlumat verildi.

Ə.Sadıqov “Hospitaldaxili və 

ventilyator assosasiya olunan 

pnevmoniyaların müalicəsinə yeni 

yanaşma” mövzusunda məruzə ilə 

çıxış edib. Bildirib ki, hazırda dün-

yada pnevmaniyadan 450 milyona 

yaxın şəxs əziyyət çəkir və 4 milyon 

insan adıçəkilən xəstəlikdən dün-

yasını dəyişibdir. Professor dünya 

praktikasında son illər xəstəliyin 

müayinə üsullarından söhbət 

açaraq, Avropada və ölkəmizdə 

xəstəliyin diaqnostikası, aşkar-

lanması, yeni müalicə üsullarına 

toxunub və xəstəliklə mübarizə 

aparılması yollarını iştirakçıların diqqətinə çat-

dırıbdır. Pnevmoniyaların müalicəsində yeni 

yanaşmalarla bağlı söylənilən fikirlər tədbir 

iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Ə.Sadıqov ölkəmizdə də adıçəkilən 

xəstəliklə mübarizə aparmaq üçün lazımi re-

susların olduğunu bildirib və mübarizənin 

daha effektli olması üçün bir sıra təkliflərlə 

çıxış edib. 

Simpozium geniş diskussiya və sual-cavab-

larla işini sona çatdırıb.

 

“Dünya ağciyər günü”nə həsr 



edilmiş simpozium

Azərbaycan Tibb Universitetinin 

rezidentura və magistratura şöbəsinə 

əcnəbi vətəndaşların qəbulu sona ça-

tıb. ATU-nun rezidentura və magist-

ratura şöbəsinin müdiri, professor 

Rizvan Məmmədovun sözlərinə görə, 

3 kateqoriya üzrə tələbə qəbulu həyata 

keçirilib. 

Rezidentura və magistraturaya əcnəbi 

vətəndaşların qəbulu keçirilib

u

 



  

Prezident İlham Əliyev 2018/2019-

cu tədris ilində Azərbaycan Res-

publikasının ali məktəblərinə daxil olmuş 

tələbələrə Prezident təqaüdünün verilməsi 

haqqında sərəncam imzalayıb.

Sevindirici haldır ki, bu yüksək təqaüdə 

layiq görülənlər arasında 24 nəfər Azərbaycan 

Tibb Universitetinin tələbəsi adını daşıyır.

Prezident təqaüdünə layiq görülmüş 

tələbələrimizi təbrik edir, onlara daha yeni 

uğurlar, təhsillərində davamlı nailiyyətlər 

arzulayırıq.

Prezident təqaüdü alacaq ATU tələbələrinin 

siyahısını təqdim edirik:

1. 

Balakişiyeva Nərmin Arzuman qızı 



2. 

Kərimxanov Anar Azad oğlu 

3. 

Aslanlı Fəyyaz Eldəniz oğlu 



4. 

Hacıyev Millət Xalid oğlu 

5. 

Fətəli Sara Ceyhun qızı 



6. 

Abbasov Hikmət Əhməd oğlu 

7. 

Nəbizadə Şəbnəm İlham qızı 



8. 

Məmmədova Səyalı Mehman qızı 

9. 

Miriyeva Seyidnisə Cəfərağa qızı 



10.  Cahangirova Selcan Tərlan qızı

11. 


Tağıyeva Nərmin Ceyhun qızı

12.  Əliyeva  Arzu Əhməd qızı 

13.  Hüseynli Əfsanə Gündüz qızı 

14.  Abbaslı Ülvi İlqar oğlu 

15.  Əhədova Nərmin Cəmşid qızı

16.  Əliyeva Rəna Məmmədağa qızı

17. 

Qasımova Ləman Eldar qızı



18.  Xəlil Yusuf Vüqar oğlu

19.  Qasımov Elnur Mayil oğlu

20.  Sarıyeva Elnarə Vidadi qızı

21.  Məmmədov Fərid Vaqif oğlu

22.  Cəlilov Zaur Cabir oğlu

23.  Nəbiyev Şəmsur İlqar oğlu

24.  İsayev Vasif Vüqar oğlu

P.S. 

Siyahıda adları gedən  Cahangirova 

Selcan Tərlan qızı və Tağıyeva Nərmin Ceyhun 

qızı təhsillərini Türkiyə Cümhuriyyətində davam 

etdirəcəklər.

ATU-nun 24 tələbəsi Prezident 

təqaüdünə layiq görülüb

Sentyabrın 21-də Səhiyyə Nazir-

liyinin İctimai Səhiyyə və İsla-

hatlar Mərkəzində (İSİM) KİV 

nümayəndələri və tibbi personalın 

iştirakı ilə Beynəlxalq Sülh Gününə 

həsr olunmuş tədbir keçirilib.

İSİM-dən AZƏRTAC-a bildiriblər ki, 

tədbirdə bu tibb müəssisəsinin direktoru 

Qəhrəman Haqverdiyev hər il dünyada, 

o cümlədən Azərbaycanda qeyd olunan 

sülh gününün məqsəd və vəzifələri haq-

qında məlumat verib, əhalinin müxtəlif 

qrupları arasında sülh və dözümlülük 

mədəniyyətinin təbliğinin vacib məsələ 

olduğunu vurğulayıb.

İSİM-in Səhiyyə kommunikasiyası və 

ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri 

Laura Quliyeva çıxış edərək bildirdi ki, 21 

sentyabr nəinki xalqlar arasında, həmçinin 

ailələrdə, məktəblərdə, ictimaiyyətdə 

münasibətlərin sağlamlaşmasına, zorakı-

lığa qarşı mübarizənin gücləndirilməsinə 

nail olmaq üçün bir fürsətdir. O, sülh möv-

zusunun bu gün torpaqlarının 20 faizi işğal 

altında olan, bir milyondan çox qaçqın və 

məcburi köçkünü olan Azərbaycan üçün 

xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

İSİM-in səhiyyə siyasəti və islahatlar 

şöbəsinin rəhbəri Şəhla Mirzəzadə “Həkim 

deontologiyası və etik davranışlar” möv-

zusunda geniş təqdimatla çıxış edərək, 

həkimlərin gündəlik əmək fəaliyyətlərində 

riayət etmələri vacib olan davranışları 

tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Respublikasında insan hü-

quqları və sağlamlıq hüquqlarının qanunla 

tənzimləndiyini vurğulayan Ş.Mirzəzadə 

bildirib ki, həkimlərin tibbi etik davranışla-

ra riayət etməsi xəstəliklərlə mübarizədə, 

eyni zamanda, cəmiyyətdə sağlam atmos-

ferin yaranmasında əhəmiyyətli rol oyna-

yır.

“Cəmiyyətdə zorakılıq hallarının azal-



masında mətbuatın rolu” adlı geniş 

təqdimatla çıxış edən İSİM-in Səhiyyə 

kommunikasiyası və ictimaiyyətlə əlaqələr 

şöbəsinin meneceri Nərmin Əliyeva 

mətbuat nümayəndələrini bu qəbildən 

olan xəbərlərə həssaslıqla və ehtiyatla ya-

naşmağa səsləyib. O, dünya mətbuatında 

və Azərbaycan mediasında yayılan zorakı-

lıq xəbərlərinin təhlilini apararaq bildirib 

ki, birbaşa olmasa da, dolayı yolla bu kimi 

məlumatlar da bəzən cəmiyyətə zorakılığı 

təlqin edir: “Müasir dövrdə ictimai fikrin for-

malaşması və ifadə olunmasına təsir edən 

mühüm vasitə kimi KİV-lərin cəmiyyət 

həyatında rolu və əhəmiyyəti yüksəkdir. 

Buna görə də KİV-lər məlumatları təhlil 

edərək cəmiyyətə çatdırmalı, düzgün sosi-

al təbliğatla məşğul olmalıdır”.

Tədbirin yekununda mövzu ilə bağlı geniş 

fikir mübadiləsi aparılıb, maraqlı təkliflər 

dinlənildi və iştirakçılara İSİM tərəfindən 

hazırlanmış maarifləndirici materiallar pay-

lanılıb.

Qeyd edək ki, bu əlamətdar gün BMT 

Baş Assambleyasının 1981-ci il 30 noyabr 

tarixli qərarı ilə təsis edilib. Yer üzündə 

atəş və zorakılıqdan qlobal imtina günü 

kimi qeyd edilən bu bayram ənənəvi ola-

raq BMT-nin Nyu-Yorkdakı qərargahında 

“Sülh zəngi”nin çalınması ilə başlayır. Bu 

il–2018-ci il Beynəlxalq Sülh Gününün de-

vizi “Sülh hüququ: Dünya insan hüquqları 

bəyannaməsinin 70 illiyi”dir.

21 sentyabr - Beynəlxalq Sülh Gününə 

həsr edilmiş tədbir

ATU-nun mətbuat xidməti



Yüklə 10,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə