Azərbaycan Vergi Xəbərləri



Yüklə 24,49 Kb.

tarix08.09.2018
ölçüsü24,49 Kb.


 

 

 



 

Azərbaycan  |  Vergi və Hüquq   |  18 may 2017 

 

Azərbaycan Vergi Xəbərləri 

Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında  

Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir 

 

 



Azərbaycan  Respublikasının  Milli  Məclisi  17  may  2017-ci  il  tarixində  “Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsində  dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan 

Respublikasının Qanununu təsdiq edib.  Qanun özündə bir neçə ciddi dəyişikliyi ehtiva 

edir.  


 

“Publik hüquqi şəxs” anlayışı Vergi Məcəlləsinə əlavə edilmişdir 

Son  dəyişiklikliyə  əsasən  “publik  hüquqi  şəxs”  anlayışı  Vergi  Məcəlləsinə  əlavə 

edilmişdir.  Bundan əlavə publik hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq 

hüququ Vergi Məcəlləsinin müvafiq maddəsi ilə məhdudlaşdırılmışdır.  

 

“Nağdsız  hesablaşmalar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

tələblərinin pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyaları 

Yeni  qanun  “Nağdsız  hesablaşmalar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

tətbiqi  ilə  bağlı  bir  sıra  və  xüsusi  olaraq  da  məsuliyyətə  cəlb  olunan  tərəflərlə  bağlı 

məsələlərə  aydınlıq  gətirmişdir.  Beləliklə  nağdsız  hesablaşmalara  dair  normativ 




tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi 

məbləğinin 40 faizə qədəri həcmində maliyyə sanksiyası tətbiq edilməsi planlaşdırılır: 

 

ƏDV  məqsədləri  üçün  qeydiyyata  alınmış  vergi  ödəyiciləri  və  vergi  tutulan 



əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz 

min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan 

vergi  ödəyiciləri  tərəfindən  təqvim  ayı  ərzində  ümumi  məbləği  otuz  min 

manatdan,  digər  vergi  ödəyiciləri  tərəfindən  isə  təqvim  ayı  ərzində  ümumi 

məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə  - ödənişləri nağd 

qaydada həyata keçirən şəxsə

 

Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz 



min  manatadək  olan  pərakəndə  ticarət,  iaşə  və  xidmət  sahəsində  fəaliyyət 

göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları 

(o  cümlədən,  işəgötürən  tərəfindən  ödənilən,  qanunvericiliklə  müəyyən  edilmiş 

digər  ödənişlər),  pensiya,  təqaüd,  maddi  yardım,  müavinətlər  (o  cümlədən, 

birdəfəlik  müavinətlər),  kompensasiyalar  və  təzminatların  ödənişlərini  həyata 

keçirən şəxsə; 

 

Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadə edən (xərcləyənə) 



şəxsə; 

 



Nağd qaydada pul vəsaitini qəbul edən lizinq/kredit verən şəxsə; 

 



Nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul 

edən sığortaçıya və ya təkrarsığortaçıya; 

 

Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət 



zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi 

şəxslərə  ödənilən  xidmət  haqları  və  digər  yığımları  nağd  qaydada  qəbul  edən 

şəxsə; 



 



Stasionar telefon xidmətlərinin və  kommunal haqları

 

nağd qaydada qəbul edən 



şəxsə; 

 



Faizsiz  pul  vəsaitlərinin  (vergi  ödəyicisi  olmayan  şəxslər  tərəfindən  pul 

vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları ödəyən və qəbul 

edən şəxslərə; 

 



Təhsil haqlarının və turagent haqlarını nağd qaydada qəbul edən şəxsə. 

 

Aksiz vergisinə cəlb olunacaq yeni məhsullar 



 

Xəz-dəri məmulatları da artıq aksiz vergisinə cəlb olunan mallar siyahısını daxil 

edilmişdir. 

 

 



 


 

 

 



 

 

 



 

 

deloitte.az 



 

Deloitte refers to one or more of Deloitte Touche Tohmatsu Limited, a UK private company limited by 

guarantee (“DTTL”), its network of member firms, and their related entities. DTTL and each of its member 

firms are legally separate and independent entities. DTTL (also referred to as “Deloitte Global”) does not 

provide services to clients. Please see 

www.deloitte.com/about

 for a more detailed description of DTTL and 

its member firms. 

 

Deloitte provides audit, consulting, financial advisory, risk management, tax and related services to public 



and private clients spanning multiple industries. Deloitte serves four out of five Fortune Global 500

 ®

 



companies through a globally connected network of member firms in more than 150 countries bringing 

world-class capabilities, insights, and high-quality service to address clients’ most complex business 

challenges. To learn more about how Deloitte’s approximately 225,000 professionals make an impact that 

matters, please connect with us on 

Facebook

LinkedIn



, or 

Twitter


 

This communication contains general information only, and none of Deloitte Touche Tohmatsu Limited, its 



member firms, or their related entities (collectively, the “Deloitte Network”) is, by means of this 

communication, rendering professional advice or services. Before making any decision or taking any action 

that may affect your finances or your business, you should consult a qualified professional adviser. No 

entity in the Deloitte Network shall be responsible for any loss whatsoever sustained by any person who 

relies on this communication. 

 

96 Nizami St. 



Baku, AZ1010, Azerbaijan 

 

© 2017 Deloitte & Touche LLC. All rights reserved. 



 

To no longer receive emails about this topic please send a return email to the sender with the word 

“Unsubscribe” in the subject line.

 

 



 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə