Azərbaycan xalçaları cild 8, №25, 2018 "Türk komandanları" adlı Qarabağ xalçası



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü2,52 Mb.
#56526


Azərbaycan xalçaları cild 8, № 25,  2018

"Türk komandanları" adlı Qarabağ xalçası

AMEA Milli Azərbaycan Tarixi  Muzeyinin "Etnoqrafiya" fondunda qorunan "Türk komandanları" adlı Qarabağ xalçası 1918-1920-ci 

illərə aid  unikal eksponatlardandır. Ölçüsü 190x140 sm-dir. Azərbaycan xalçalarının  Qarabağ qrupuna aid süjetli xalçaların  nadir 

nümunəsi olan xalça Azərbaycan Cümhuriyyəti hökumətinin dəvəti ilə gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq 1916-cı 

ildə  çəkilmiş  bir fotoşəkil  əsasında  toxunmuşdur.  Xalçanın  haşiyələrindən  birinə  fars  dilində yazılmış  şeir toxunmuşdur (şeirin 

xalça  üzərinə yazılmasında texniki  qüsurlara yol verildiyindən  mətn tam  oxunmur):

"Zəmanə  içrə...  mövcud edib səni yaradan,

Ənvərin adı  ilə düşmənin qəlbi  parçalanır,

Mərdliklə əlinə  parlayan qılıncını  alıb  ildırım  kimi vurub.

Tək canıyla  bağırıb nərildəyir: Allahu Əkbər

Mərdliklə hücum edir düşmənə,  salır onların canına titrətmə

Böyük bir meydanda at çapdırır,  qırıb düşmənin  başın töküb meydana".

Digər  haşiyədə  isə  Qarabağın  məşhur  "nəlbəkigül"ü  toxunmuşdur.  Fotoşəkil  olduğu  kimi  xalçanın  əsas  mərkəzi  hissəsinə 

həkk olunmuşdur. Xalçanın  üzərindəki  mətnə  əsasən  fotoşəkildəkiiərin  şəxsiyyətini  təyin  etmək  mümkün  olur.  Bunlar "Cənabi 

möhtərəm  Ənvər  bəy  əfəndi",  "Cənab  Şevkət  Paşa  həzrətləri",  "Cənab  Yusif  izzətdin",  "Sultan  Məhəmməd  Rəşidxan  Xamiz 

həzrətləridir.



36


Azərbaycan Xalq Cümhuriyyəti -100

Milli Azərbaycan 

Tarixi Muzeyində 

Azərbaycan 

D em okratik 

Respublikasına aid 

eksponatlar

Səbuhi Əhmədov

A M E A  M illi Azərbaycan Tarixi M uzeyinin Elmi ekspozisiya 

və sərgilərin  təşkili şöbəsinin müdiri,  tarix üzrə fəlsəfə doktoru

E-mail: chokan28@yahoo.com

Açar sözlər: Azərbaycan Demokratik Respublikası,  Qafqaz islanı  Ordusu, 

Milli Azərbaycan  Tarixi Muzeyi,  tarixi eksponatlar,  muzey fondları

Azərbaycan tarixinin müxtəlif mərhəiələrinə aid 

materialların mühafizə olunduğu Milli Azərbaycan 

Tarixi Muzeyində xalqımızın dövlətçilik tarixində xüsusi 

yeri olan Azərbaycan Demokratik Respublikası dövrünə 

(28 may 1918 -  28 aprel 1920-ci  illər) aid unikal 

eksponatlar qorunmaqdadır.

37



1.

  Milli Azərbaycan Tarixi 

Muzeyinin daimi 

ekspozisiyasında 

"Azərbaycan  Demokratik 

Respublikası" bölməsi



2.

  Cəfərqulu xan 

Naxçıvanskiyə  məxsus 

şahin  ovu əlcəyi



3.

  Türk süvari zabitinin 

atının yəhərinin gümüş 

bəzəkləri



Azərbaycan Demokratik Respublikasına 

aid kolleksiyanın tarixindən

M uzeydə toplanmış ADR-ə aid kolleksi­

yanın tarixi yeni yazılmaqdadır. Belə ki, hələ 

1918-ci  ilin  dekabrında  Bakı  şəhərində  açıl­

mış Azərbaycanın ilk m uzeyi olan "İstiqlal" 

m uzeyində Cüm huriyyətə dair m aterialların 

toplanm asına  başlanılmışdır.  Azərbaycanın 

Sovet  Rusiyası  qoşunları  tərəfindən  işğalı 

və Cüm huriyyətin süqutundan sonra bütün 

sahələrdə  olduğu  kimi,  m uzey  sahəsində 

də dəyişikliklər baş vermişdi.  "İstiqlal"  m u ­

zeyi  ləğv  edilmiş,  1920-ci  il  oktyabrın  25- 

də  Azərbaycan  SSR  Dövlət  Muzeyi  təşkil 

olunm uşdu. M uzeyin direktorları M əmməd 

Məlikov,  İsmayıl Şeyxzadənin rəhbərliyi  ilə 

çalışan  vətənpərvər  və  fədakar  əm əkdaşlar 

tariximizin müxtəlif vaxtlarma,  o  cüm lədən 

"m üsavat  dövrü"  adlandırılan  1918-1920-ci 

illər  dövrünə  aid  materialları  qorum ağa  ça­

lışırdılar. Azərbaycanın görkəmli  arxeoloqu 

və  etnoqrafı  D avud  Şərifov  m uzeyin  direk­

toru  olduğu  m üddətdə  (1923-1928-ci  illər) 

Azərbaycanın dövlətçilik tarixinə aid ekspo­

natların  sayı  artırılmışdır.  Lakin  yalançı  it­

tiham lar  əsasında  D.Şərifovun  repressiyaya 

m əruz  qalm asından  sonra  və  1928-1932-ci 

illərdə  S.  M anutsyan,  1932-1934-cü  illərdə 

A.M elkumyanm M uzey direktoru işlədikləri 

dövrdə  Azərbaycan  SSR  Dövlət  M uzeyinin 

apardığı  elmi  araşdırm aların  istiqamətində 

və m uzey sahəsində dönüş baş verm işdir (1, 

s.75-79).  "M üsavat  dövrü"nə  aid  m ateriallar 

toplanaraq M oskvadakı  İnqilab M uzeyinə göndərilmiş,  əvəzinə Azərbaycan xal­

qına qarşı soyqırım törətmiş S.Şaumyan, D.Korqanyan və başqa bu kimi "inqilab­

çıların" həyat və faəliyyətinə dair eksponatlar toplanm ağa başlanmışdır.

Milli Azərbaycan  Tarixi  M uzeyində  1918-1920-ci  illər Azərbaycan  Dem okra­

tik Respublikasına aid m aterialların toplanm ası yalnız Azərbaycan müstəqilliyini 

qazanandan sonra m üm kün olm uşdur. 2006-2008-ci illərdə m uzeydə əsaslı təmir- 

bərpa  işləri  aparılan  zam an  m uzeyin  direktoru,  akadem ik  Nailə  Vəlixanlının 

rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqat qrupu ADR-ə aid onlarla unikal material 

aşkar etmiş, onların tarixini m üəyyənləşdirmişdir.

Respublikada  ilk  dəfə  olaraq  2007-ci  ildə  m uzeyin  daimi  ekspozisiyasında 

"Azərbaycan Demokratik Respublikası"  adlı bölmə açılmışdır.  2008-ci ildə ADR- 

in 90 illiyinə həsr olunan yubiley tədbirləri keçirilən zam an bölməni minlərlə ta­

maşaçı ziyarət etmişdir.

M uzey əməkdaşları, həmçinin ADR tarixinin tərkib hissəsi olan Qafqaz İslam 

O rdusunun,  sözün  əsl  m ənasında,  istiqlal yürüşünə  (1918-ci il,  iyun -   sentyabr) 

həsr  olunm uş  eksponatları  axtarır,  elmi  dövriyyəyə  daxil  edirdilər.  2008-ci  ilin 

sentyabrında  Bakının  erməni-bolşevik  qüvvələrindən  azad  edilməsinin  90  illiyi 

münasibətilə respublikada ilk dəfə olaraq m uzeydə  "Qafqaz İslam O rdusu -  90" 

adlı  sərgi  keçirilmişdir.  Muzeyi  ziyarət  edənlərin  böyük  marağına  səbəb  olmuş 

sərgidə nüm ayiş olunan materiallar daim i ekspozisiyanın müvafiq bölməsinə da­

xil edilmişdir.

Milli  Azərbaycan  Tarixi  M uzeyinin  daim i  ekspozisiyasında  ADR-ə  aid  böl-



38


m ənin olması istər kütləvi informasiya vasitələrinin, istərsə də ölkə 

vətəndaşları və xarici qonaqların diqqətini cəlb edirdi. M uzey əm ək­

daşlarının apardığı təbliğat xarakterli işlər nəticəsində ADR və Qafqaz 

İslam O rdusu tarixinə aid yeni-yeni m ateriallar əhalidən satın alınmış 

və  ya  vətəndaşlar  tərəfindən  m uzeyə  hədiyyə  olunm uşdur.  Nəticədə 

eksponatların sayı tədricən artm ağa başlamışdır.

2013-cü  ildə  m uzeydə  "Qafqaz  İslam  O rdusunun  İstiqlal  yürüşü" 

adlı  sərgi  keçirilmiş,  burada  əsas  diqqət  yeni  əldə  olunm uş  eksponatla­

rın  sərgilənməsinə  yönəldilmişdir.  Açılış  m ərasim ində  Azərbaycan  Res­

publikası  və Türkiyə  Respublikasının yüksək  vəzifəli  şəxsləri,  o  cüm lədən 

Azərbaycan Milli Məclisi və Türkiyə  Böyük Millət Məclisi üzvləri  də iştirak 

etmişdi.


2015-ci  ildə  Milli  Azərbaycan  Tarixi  M uzeyinin  ADR-lə  bağlı  kolleksiya­

sında  iki  əlam ətdar  hadisə  baş  vermişdir.  Belə  ki,  28  m ay -   Respublika  Günü 

ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 

xüsusi əhəmiyyət kəsb edən sənəd - 1920-ci ildə Əlim ərdan bəy Topçubaşovun 

Paris  sülh  konfransında  təqdim   etdiyi  İstiqlal  Bəyannaməsinin  əsli  təntənəli 

şəkildə  m uzeyə  hədiyyə  edilmişdir.  H əm in  ildə  m uzeyin  daimi  ekspozisiya­

sının ADR-ə aid bölm əsində  əsaslı  reekspozisiya işləri  aparılmışdır.  Son dövr 

tarixi araşdırm aların nəticələrini əks etdirən ekspozisiyada əvvəlki eksponat­

larla bərabər, yüzlərlə yeni eksponat tamaşaçılara təqdim  edilmişdir.

H al-hazırda Milli A zərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycan De­

m okratik Respublikasına aid ekspontalarm  toplanması, daimi ekspozisiya­

da və m ütəm adi olaraq keçirilən sərgilərdə onların nüm ayiş etdirilməsi işi 

davam  etdirilir.

Azərbaycan Demokratik  Respublikasının yaradılması 

və dövlət quruculuğuna dair eksponatlar

Milli Azərbaycan Tarixi  M uzeyində Azərbaycan Demokratik Respublika­

sına aid eksponatlar sırasında kağız üzərində A zərbaycan (ərəb alifbası ilə) və 

fransız dilində yazılmış İstiqlal Bəyannaməsi  (Əhdnamə) xüsusi əhəmiyyət kəsb 

edir.  "Azərbaycan  C üm huriyyətinin  elani-istiqlal  bəyannam əsi"  başlıqlı  mətn 

əslində  "Ə hdnam ə"  adlandırılan  "İstiqlal  Bəyannaməsi"nin  1920-ci  ildə  xüsusi 

informasiya məqsədilə tərtib olunm uş variantını əks etdirir.

M uzeyin  Sənədli  m ənbələr  fondunda  ADR-ə  aid  yuxarıda  göstərilən  İstiq­

lal  Bəyannaməsindən  başqa  155  eksponat  m ühafizə  edilir.  Onların  sırasında 

görkəmli  dövlət  və  ictimai  xadimlər  M əhəm m əd  Əmin  Rəsulzadə,  Əlim ərdan 

bəy  Topçubaşov,  Nəsib  bəy  Yusifbəyli,  Əli  bəy  H üseynzadə,  H əsən  bəy  Ağa­

yev,  Abbas  Ataməlibəyov,  Əhm əd  bəy  Pepinov,  Cavad  bəy  Məlikyeqanov,  Xu- 

dadat  bəy  Məlikaslanov,  M əm m ədyusif  Cəfərov,  Yevsey  Gindes,  N ərim an  bəy 

Nərimanbəyli, 

Mirzəbala 

M əmm ədzadə,

M əm m ədhəsən 

Hacmski, 

Bəhram 

Axun­


dov,  M əhəmm əd  M əhərrəmov,  M əhəm m əd 

Rəhimli,  M ehdi  bəy  Hacmskiyə,  həmçinin 

dövlət və  hərbi xadimlər Səməd bəy  M ehman- 

darov,  Əli  ağa  Şıxlinski,  Əmir  Kazım  Mirzə 

Qacar, 

İbrahim  ağa  Usubov,  İbrahim  ağa 



Vəkilova, dövlət və m ədəniyyət xadimləri Üze­

yir  bəy  Hacıbəyli,  Ceyhun  bəy  Hacıbəyli,  ilk 

qadın  rəssam  Qeysər  Kaşıyevaya  aid  material­

lar m ühüm  tarixi əhəmiyyət kəsb edir.  Fondda 

həmçinin  Azərbaycanın  müxtəlif  dövlət  qu­

rum larının  fəaliyyətini  əks  etdirən  fotoşəkillər 

və  tarixi  eksponatlar  m övcuddur.  Azərbaycan 

Xalq  Cümhuriyyəti  vətəndaşının  xarici  pas-



39

• 




portu,  bədii  tərtibatı  rəssam 

Əzim  Əzimzadə  tərəfindən  ve­

rilmiş  İstiqlal  Bəyannaməsi,  Par­

lam entdə  bitərəflər  qrupunun 

bəyannaməsi,  Azərbaycan  Cüm ­

huriyyətinin  Paris  Sülh  Konfran­

sında  iştirak  etmiş  nüm ayəndə 

heyətinin 

zərfi 

və 


xidməti 

sənədləri,  Bakı  Dövlət  Univer­

sitetinin  təşkili  ilə  əlaqədar  ya­

radılan  komissiyanın  sənədləri, 

"Azərbaycan"  qəzetinin  ayrı-ayrı 

nüsxələri,  1919-1920-ci  illərdə  ta­

maşaya  qoyulm uş  "Şah  İsmayıl" 

operası,  "O  olmasın,  bu  olsun" 

tamaşası,  "Arşın  mal  alan"  ope- 

rettasının  proqram   və  afişaları 

ADR-in  dövlət,  iqtisadi,  hərbi, 

m ədəni 


quruculuq 

sahəsində 

həyata 

keçirdiyi 



tədbirləri 

təsəvvür etməyə im kan verir.

M uzeyin Köməkçi Tarixi Fənn 

Materialları fondunda ADR-ə aid 

28  eksponat  qorunur.  O nların  sı­

rasında  Azərbaycan  Parlamenti­

nin  1918-ci  il  dekabrın  7-də  baş 

tutm uş  açılış  mərasim inə  həsr 

olunm uş  xatirə  jetonu,  Parla­

m entin  sədri  Ə lim ərdan  bəy 

Topçubaşovun  deputat  döş  ni­

şanı  xüsusi  əhəmiyyət kəsb  edir. 

Fondda  həmçinin  Bakı  Dövlət 

Universiteti,  Azərbaycan  Dövlət 

Teatr  Cəmiyyəti,  İstiqlal  M uze­

yinin  1919-cu  ilə  aid  m öhürləri 

mühafizə edilir.

Fondun  kolleksiyasına  da­

xil  olan  ADR-in  pul  əskinasları, 

eləcə də lotereya biletləri,  uduşlu 

istiqrazlar  respublikada  həyata 

keçirilən maliyyə siyasətini əyani 

olaraq nüm ayiş etdirir.

Milli  Azərbaycan  Tarixi  M u­

zeyinin Etnoqrafiya fondunda qo­

runan həm in dövrün bir neçə eks­

ponatı  sırasında  Azərbaycanın 

ayrılmaz tərkib hissəsi olan Nax­

çıvanın  erm əni-daşnak  qoşun­

larından  m üdafiəsində  xüsusi 

xidm ətləri  olan  Cəfərqulu  xan 

Naxçıvanskiyə məxsus şahin ovu 

əlcəyi m araq doğurur.

Milli  Azərbaycan  Tarixi  Mu­

zeyinin Silahlar və bayraqlar fon­

dunda ADR-ə aid 14 eksponat sı­

rasında  1952-ci ildə 28 may günü

40



-’Fb1

Teff. 

eı.


A c -e «   j

 



^

  < J j !   ,j« A s > r ijC  



^ y °  J

  3

 

.İ^ A>-



1 9

........ t.

Ä3EPBÄH PÄH CKIH   rOCyflAPpTBfHJiW Ä  BAHKTı

.......

ı

........'.............



H p o u ıy   3rtn .ıarnu m b  npedznoutneA io  ceıo

 

j



S İ ^ .   tfÇ :  ° j y } *

 

<3*t>-



u  cnucam ı

>  əm r/ 



cyMMi/  co  oueına

№  2 4


P 7T

(•“*  esA*  _y.  J

Het(1>  n pM 3 H S e T C H   at> & 0TB M T 6flbK blM l>   n*k  T BM BM İB  n flC B T K   flH O R   0 0   A H fl  S U f lt H H

ərəfəsində  M əhəmm əd  Əmin  Rəsulzadənin  m ühacirətdə  olduğu  dövrdə  əl  ilə 

tikdirdiyi,  onun vəfatından sonra m ühacir Gülmirzə Bağır tərəfindən qorunm uş 

və 1990-cı illərdə Azərbaycana gətirilmiş Azərbaycan Respublikasının dövlət bay­

rağı xüsusi m araq kəsb edir.

Fondun  eksponatları  sırasında  m ühacirətdən  vətənə  qayıdan  başqa  tarixi 

əşya  da  qorunur.  Bu Azərbaycan və Dağıstanın görkəmli  ictimai  xadimi,  Zaqaf­

qaziya Seyminin üzvü  İbrahim bəy İsa bəy oğlu Heydərova məxsus Azərbaycan 

xəncəridir. Azərbaycanın Sovet  Rusiyası  tərəfindən  işğalından sonra  vətəni  tərk 

edən İbrahim bəyin xəncəri onun hazırda Türkiyədə yaşayan qohum u  Mina Tan- 

sel tərəfindən m uzeyə hədiyyə olunub.

Milli  Azərbaycan  Tarixi  M uzeyinin  Hədiyyələr  və  xatirə  əşyaları  fondunda 

ADR-ə aid 14 əşya sırasında C üm huriyyət Hökum ətinin üzvləri Səməd bəy Meh- 

mandarova,  N ərim an  bəy  Nərimanbəyliyə,  Cavad  bəy  Məlikyeqanova,  Mehdi 

bəy Hacınskiyə, general Əliağa Şıxlinskiyə aid eksponatlarla bərabər, hökum ətin 

Avropaya  təhsil  almağa göndərdiyi  tələbələrin bəzilərinə  aid  m ateriallar da  m a­

raq doğurur.

Muzeyin Xüsusi fondunda  1918-1920-ci illər Azərbaycan ordusunun yaradıl­

m asında xüsusi rolu olm uş general İbrahim ağa U subovun milli Azərbaycan kişi 

geyiminin qazırları (vəznələri) qorunur.

Milli  Azərbaycan  Tarixi  M uzeyinin  İncəsənət  fondunda  m üasir  Azərbaycan 

rəssamları tərəfindən ADR m övzusunda  çəkilmiş beş  rəsm  əsəri  saxlanılm aqda­

dır.

Qafqaz İslam Ordusuna aid eksponatlar

1918-ci  il iyunun 4-də Azərbaycan Demokratik Respublikası ilə Osmanlı im- 

peratorluğu  arasında  imzalanmış  m üqaviləyə  əsasən,  Türkiyə  yenicə  yaradılan 

respublikaya hərbi  kömək  göstərməyi  öz boynuna  götürdü.  Osmanlı  dövlətinin 

görkəmli  sərkərdələrindən  olan  N uru  Paşanın  kom andanlığı  ilə  Azərbaycana 

gəlmiş  türk  qoşunları  burada  azərbaycanlı  sərkərdə  Əli  ağa  Şıxlinskinin  başçı­

lıq  etdiyi  Azərbaycan  hərbi  hissələri  ilə  birləşdirildi  və  beləliklə  Qafqaz  İslam 

O rdusunun  əsası  qoyuldu.  İlk  günlər  orduda  azərbaycanlıların  sayı  o  qədər  də 

çox  deyildi,  lakin Azərbaycan  hökum ətinin  gördüyü  tədbirlər  nəticəsində  çağı- 

rışçılarm sayı artırdı. Osmanlı dövlətinin Hərbi naziri Ənvər Paşa Əlimərdan bəy 

Topçubaşovla görüşündə demişdi:  «Mənə m əlum dur ki,  çağırışla böyük çətinlik 

olmayıb, adam lar həvəslə gəlirlər. Belə də olmalıdır. Qafqaz müsəlm anları əsgəri

1-3.ADR-in  pul əskinasları

4.  Azərbaycan  Dövlət 

Bankının çeki

5.  ADR-in  poçt 

markalarından  biri

41



mükəlləfiyyətə  cəlb  olunmamışlar.  Onlar  əsgəri  tələbkarlıqla  tanış 

deyillər.  Ancaq  görünür  ki,  əsgəri  ru h   hələ  də  qalır.  Bu  isə  zəruri 

şərtdir» (2, s. 160). Beləliklə, yaradılan Qafqaz İslam O rdusu bolşevik- 

daşnak  zülm ünün  qarşısının  alınması  üçün  xalqın  etibarlı  sipərinə 

çevrildi. Q ardaş azərbaycanlı və türk (osmanlı) döyüşçüləri düşm ənə 

qarşı  çiyin-çiyinə  vuruşm uş,  qələbələr  qazanmışdılar.  Azərbaycanın 

taleyində əhəmiyyətli rol oynamış Qafqaz İslam O rdusu ilə bağlı Mil­

li Azərbaycan Tarixi  M uzeyində  mühafizə  edilən  tarixi  əşyaları  şərti 

olaraq üç qrupa bölm ək olar:

1.  Təltif nişanları  (Köməkçi Tarixi Fənn Materialları fondu);

2.  Silahlar və silah hissələri (Silahlar və bayraqlar fondu);

3.  Etnoqrafik materiallar (Etnoqrafiya fondu).

Köməkçi Tarixi Fənn M aterialları fondunda qorunan Osmanlı im- 

peratorluğunun "4-cü dərəcəli Məcidiyyə" ordeni və iki ədəd  Hərbi 

Madalya"  ("Hərbi  medal")  unikal  m ateriallardandır  (3,  s.563). 

Bolşevik-erməni,  sonra  isə  ingilis-erməni  qoşunlarına  qarşı 

vuruşan  Qafqaz  İslam  O rdusunun  zabit  və  əsgərlərinin 

rəşadəti yüksək qiymətləndirilmiş, onların bir çoxu orden 

və m edallarla təltif edilmişdir. Türkiyə hərbi arxivlərində 

qorunan  sənədlər  təltif  olunanların  adlarını  m üəyyən 

etməyə  im kan  vermişdir.  Azərbaycanın  o  dövrdə  öz  təltif 

nişanları  olm adığından  Qafqaz  İslam  O rdusu  tərkibində  vu ­

ruşan  azərbaycanlı  hərbçilər  də  Osmanlı  dövlətinin  orden  və 

medalları ilə təltif edilirdi. 1918-ci il sentyabrın 3-də imzalanmış 

təltif siyahısında göstərilir ki, 18 azərbaycanlı zabitdən 5 nəfəri 

«Məcidiyyə Nişanı»na, 13 nəfəri isə «Hərbi Medal»a layiq gö­

rülm üşdür.  M əlum dur  ki,  Bakının  azad  edilm əsindən  sonra 

da  (15 sentyabr  1918-ci il) Qafqaz İslam O rdusu zabitlərinin böyük 

bir qrupu orden və m edallarla təltif edilm işdir (2, s.  160).

Silahlar  və  bayraqlar  fondunda  qorunan  Qafqaz  İslam  O rdusu­

nu n   silahlarını  iki  qrupa  bölmək  olar.  Birinci  qrupa  "Qurd  qapısı' 

yaxınlığında  aparılmış  qazıntılar  nəticəsində  aşkar  olunan  silah­

lar  aiddir.  M əlum dur  ki,  burada  02-05.08.1918  tarixlərində  və  14- 

15.09.1918  tarixlərində  ağır  döyüşlər  getmişdir.  Bu  döyüşlər Qafqaz 

İslam  O rdusu  hərbi  hissələrinin  qələbəsi  ilə  nəticələnmişdi. 

Təbii  ki,  "Qurd  qapısı"  yaxınlığında  aşkar  olunan  silahların 

təkcə  hissələri  qalmışdır.  H əm in  silah  hissələri  də  paslan­

mış haldadır. Bu silahlar arasında iki ədəd tüfəng patronunun 

gilizləri,  top  m ərm isinin  partladıcısı,  top  m ərm isinin  qəlpəsi  və 

nisbətən yaxşı vəziyyətdə qalmış süvari üzəngisi vardır.

İkinci qrupu təşkil edən silahlar 1918-ci ilin sonunda Osmanlı hərbi 

hissələrindən verilmiş və Azərbaycan O rdusu döyüşçüləri tərəfindən 

istifadə olunm uşdur. H əm in silahlar 1920-ci ildə sovet hərbi hissələri 

tərəfindən  m üsadirə  olunm uş  və  1924-cü  ildə  Azərbaycan  Tarixi 

M uzeyinə  təhvil  verilmişdir.  Bu  silahlara  Rusiya,  İngiltərə  və  Os­



42


manlı  istehsalı  olan  tüfənglər,  süngülər,  Azərbaycan  soyuq  silahı  olan  şaşka  və 

xəncərlər,  Osmanlı  süvari  qılıncı,  Rusiya,  İngiltərə  və  Osmanlı  istehsalı  olan  ta­

pançalar,  Osmanlı  istehsalı  olan  m ərm ilər  aiddir.  Hələ  XX  əsrin  30-cu  illərində 

muzeyə tanınm ış şərqşünas alim Yevgeni Paxomov tərəfindən Osmanlı bayrağı­

nın  u d u ğ u  hədiyyə olunm uşdur. Ehtimal ki, bayraq u d u ğ u  Qafqaz İslam O rdu­

sunun hissələrindən birinə aiddir.

Fondda Qafqaz İslam O rdusunun türk zabitinə məxsus olmuş ipək yaylıq sax­

lanılır.  Dördkünc  ipək  parça  üzərində  türk  əsgərlərinin  şəkilləri,  bayraq  təsviri 

və ərəb yazıları yazılıb:  "Evladi-şühəda məa ülüvvi izzə.  Ləin şaşaaha alə sirri- 

keys-didar (şəhid övladları uca şərəflə birlikdədir. Vallah onların parlaqlığı ya­

rın (ilahi) idrak sirrinin də üzərindədir)".

Etnoqrafiya  fondunda  saxlanılan  yeddi  eksponat  sırasında  Qafqaz  İslam 

O rdusunun  əsgərlərindən  birinə  aid  dua  böyük  m araq  kəsb  edir.  Kağızdan 

kustar üsulla (bəlkə də əsgərin özü tərəfindən) düzəldilm iş dua ensiz və uzu n ­

du r  (uzunluğu  180  sm).  Kağız lülə  şəklində bükülür və bükülm üş  vəziyyətdə 

daşınırdı.  Kağız  üzərində  göy  m ürəkkəblə  yazılmış  dualar,  həmçinin  göy  və 

qırmızı  mürəkkəblə  çəkilmiş  dəyirm i  rəm zlər vardır.  Nisbətən yaxşı vəziyyətdə 

qalmış kağızın  (onun təkcə  küncləri  tökülür və  ayrı-ayrı  parçaların yapışdırıldı­

ğı  yerlər  ayrılır)  üzərindəki  dualar  oxunaqlıdır  (dua  üzərindəki  yazılar  t.ü.f.d. 

Həbibə  Əliyeva tərəfindən oxunub).  Kağızın yuxarı hissəsində  «Allahdan başqa 

Allah yoxdur,  M uhəm m əd  onun  Rasuludur»,  daha  sonra  «Lənət  olsun  şeytana, 

Allah ilə olaq. Rəhman və Rəhim olan Allahın adı ilə» cümlələri yazılmışdır. Daha 

sonra  «Allahdan  qüdrətli  və  əzəmətli  kimsə  yoxdur»  cümləsi  yazılmışdır.  Bun­

lardan  sonra  «Qurani-Kərim»in  «Bəqərə»  surəsinin  255-ci  ayəsi yazılıb.  Kağızın 

orta hissəsində yuxarıda yazılanlar təkrarlanır və əlavə olaraq yazılıb: «Allahdan 

başqa Allah yoxdur, O qüdrətlidir, O böyükdür, O ucadır, O əzəmətlidir, O yara­

dandır». Kağızın aşağı hissəsində «Qurani-Kərim»dən ayələr yazılıb. Daha sonra 

əbcəd rəqəmləri ilə dualar göstərilib, «Allahdan başqa Allah yoxdur, M uhəm m əd 

onun  Rasuludur»  sözləri  yazılıb.  Nəhayət,  kağızın  alt hissəsində,  hicri  tarixi  ilə 

«1330-cu il»  (1914-cü il) və «Malik H anəhm əd Əziz Əfnadai» sözləri yazılıb. Ehti­

mal ki, bu dua sahibinin adıdır.

Etnoqrafiya  fondunda  qorunan  "Türk  kom andanları"  adlı  Qarabağ  xalçası 

1918-1920-ci  illərə  aid  unikal  eksponatlardandır.  Ölçüsü  190x140  sm-dir.  Azər­

baycan xalçalarının Qarabağ qrupuna  aid  süjetli xalçaların nadir nüm unəsi olan 

xalça  Azərbaycan  Cüm huriyyəti  hökum ətinin  dəvəti  ilə  gələn  türk  ordusuna 

m innətdarlıq  əlaməti  olaraq  1916-cı  ildə  çəkilmiş  bir  fotoşəkil  əsasında  toxun­

m uşdur.  Xalçanın  haşiyələrindən  birinə  fars  dilində  yazılmış  şeir  toxunm uşdur 

(şeirin xalça üzərinə yazılmasında  texniki  qüsurlara yol verildiyindən m ətn  tam 

oxunmur):

1.  Azərbaycanlı zabitin 

"Naqan" tipli  revolveri

2.  Osmanlı  dövlətinin 4-cü 

dərəcəli  «Məcidiyyə 

Nişanı»


3.  Osmanlı  dövlətinin "Hərbi 

Madalya" sı

4.  Azərbaycan  Parlamentinin 

1918-ci  il dekabrın

7-də keçirilmiş açılış 

mərasiminə həsr olunmuş 

xatirə jetonu

5.  Bakı  Dövlət  Univer­

sitetinin  möhürü

6.  Azərbaycan  Dövlət Teatr 

Cəmiyyətinin  möhürü

7.  "istiqlal" Muzeyinin 

möhürü  (fraqment)

43



<■

"Zəmanə içrə...  mövcud edib səni yaradan,

Ənvərin  adı ilə düşmənin qəlbi parçalanır,

Mərdliklə əlinə parlayan qılıncını alıb  ildırım  kimi vurub.

Tək canıyla bağırıb nərildəyir: Allahu  Əkbər

Mərdliklə hücum edir düşmənə, salır onların  canına  titrətmə

Böyük bir meydanda at çapdırır,  qırıb düşmənin  başın  töküb  meydana".

Digər haşiyədə isə Qarabağın m əşhur "nəlbəkigül’u toxunm uşdur. Fotoşəkil ol­

duğu kimi xalçanın əsas mərkəzi hissəsinə həkk olunm uşdur. Xalçanın üzərindəki 

mətnə  əsasən  fotoşəkildəkilərin  şəxsiyyətini  təyin  etmək  m üm kün  olur.  Bunlar 

"Cənabi  m öhtərəm   Ənvər bəy  əfəndi",  "Cənab  Şevkət  Paşa  həzrətləri  ,  Cənab 

Yusif  İzzətdin", "Sultan M əhəmməd Rəşidxan Xamiz həzrətləri"dir.

D övrün hadisələrini əks etdirən digər xalça "Balama qurban" adı ilə m əlum dur. 

Qarabağda,  Şuşada  toxunm uş  yun  xalça  (ölçüsü  190x115  sm)  üzərində  üç  kişi 

təsvir  olunm uşdur.  O nlardan biri  Əhməd  şah,  digər  ikisi türk komandanlarıdır. 

Xalçada kiril əlifbası ilə "Balama qurban olum" yazılmışdır.

Qafqaz  islam  Ordusunun 

türk əsgərlərindən  birinə- 

aid dua və dua qabı

Azərbaycanlı  zabitin 

"Məuzer" tipli  tapançası

2

.



1.

44


Beləliklə,  Milli  Azərbaycan  Tarixi  M uzeyində  Azərbaycan  Demokratik  Res­

publikası  ilə  bağlı  toplanm ış  m ateriallar  1918-1920-ci  illərdə  Cüm huriyyətin 

keçdiyi yolu,  əldə olunm uş nəticələri əyani olaraq əks etdirir.  M aterialların elek­

tron  pasportlaşdırılm ası  onların  elmi  dövriyyəyə  daxil  edilməsini,  tədqiqatçılar 

tərəfindən istifadə olunm asını asanlaşdırır. Eksponatların bir qisminin daimi eks­

pozisiyada,  həmçinin  m ütəm adi  olaraq  keçirilən  sərgilərdə  nüm ayiş  etdirilməsi 

geniş ictimaiyyətə tariximizin bu  şərəfli səhifəsini təqdim  etməklə bərabər əyani 

təbliğat xarakteri daşıyır və 1918-1920-ci illərə aid yeni-yeni eksponatların toplan­

masının gələcəkdə də davam  etdirilməsinə üm id verir.

M ənbələr:

1.  Бахшиева А. Из истории музейного дела в Азербайджане (по материалам 

Музея Истории Азербайджана). Баку: 2005.

2.  Süleymanov M. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı: 1999.

3.  Əhmədov S. Azərbaycan Tarixi Muzeyində mühafizə edilən Qafqaz İslam Ordu­

suna aid əşyalar // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. 2-ci 

nəşr. Bakı: 2013, s.563 - 568.

Sabuhi Ahmedov

PhD.  in history

Exhibits on  history o f the Azerbaijan 

Democratic Republic in the National 

Museum o f History o f Azerbaijan

Keywords: Azerbaijan Democratic Republic, 

Caucasian Islamic army, National Museum  o f 

History o f Azerbaijan,  historical exhibits, 

funds o f the museum

Summary

The  National  Museum  of  History  of Azer­

baijan possesses a collection  of the exhibits re­

flecting  history  of  the  Azerbaijan  Democratic 

Republic of 1918-1920 thanks to the long-term 

efforts  of its  staff.  The  article  briefly  describes 

the  history  of the  collection.  It  also  tells  about 

the most unique exhibits stored in various funds, 

as well as  demonstrated in the permanent exhi­

bition of the Museum.



Сабухи Ахмедов

доктор философии по истории

Экспонаты по истории Азербайджанской 

Демократической Республики 

в Национальном музее истории Азербайджана

Ключевые слова: Азербайджанская Демократи­

ческая Республика,  Кавказская Исламская армия, 

Национальный Музей истории Азербайджана, 

исторические экспонаты,  фонды музея

Резюме

Многолетними усилиями сотрудников Националь­

ного музея истории Азербайджана собрана коллекция 

экспонатов, отражающих историю Азербайджанской 

Демократической Республики (1918-1920 гг.).

В  представленной  вниманию  читателей  статье 

кратко  рассказывается  об  истории  создания  коллек­

ции, а также о наиболее уникальных экспонатах, хра­

нящихся  в  различных  фондах  и  демонстрируемых  в 

постоянной экспозиции музея.



45

Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə