Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə4/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   2   3   4   5   6   7   8   9   ...   112

9
Qeyd  etmək  lazımdır  ki,  bəylərbəyi  vəzifəsinin  irsi  olmadığına 
baxmayaraq,  faktiki  olaraq  bu  vəzifəyə  kübar  feodal  tayfalarının  yaxın 
çevrəsindən olan azərbaycanlılar təyin edilirdilər. Məsələn, Təbrizin və bütün 
Cənubi Azərbaycanın hökmdarları Pornaklar nəslinə aid idilər (Pirbudaq xan, 
Şahbəndə xan, II Pirbudaq xan, Rüstəm xan və digərləri). Qarabağın bəylərbəyi 
qismində Gəncəyə adətən Qacarlar nəslinin eyni köklü nümayəndələri təyin 
edilirdi (Ziyad oğlu Qacar, Məhəmməd Qulu xan Qacar). Şirvanın bəylərbəyi 
Keyxosrov özünün demək olar ki, müstəqil fəaliyyəti ilə seçilirdi. Rusiyanın 
İrandakı diplomatik nümayəndəsi (1717 – 1719-cu illər) A.P.Volınski artıq həmin 
dövrdə  Şirvanı  İrandan  fərqləndirərək  göstərirdi  ki,  “Şirvan  hakimləri...  şah 
xəzinəsinə  özlərinin  istədikləri  qədər  (...)  göndərirlər”.  (17)  Təxminən  həmin 
illərdə Muğanda da “şah hakimiyyəti tanınmırdı”. (18) 
Bütün  bunlar  özlüyündə  Azərbaycan  torpaqlarının  İran  dövlətindən 
ayrılması prosesinin “müqəddiməsi” kimi qiymətləndirilə bilərdi. XVII əsrin 
sonlarından başlayaraq İsfahanda mərkəzi hakimiyyətin zəifləməsi ilə yanaşı 
həddən  artıq  güclü  iqtisadi  tənəzzül  keçirən  İran  dövlətinin  “ucqarlarla 
əlaqələrinin  itirilməsi”  isə  bu  prosesi  gücləndirən  amillərdən  biri  idi.  (19) 
Artıq  XVIII  əsrin  əvvəllərində  mərkəzi  əvvəlcə  Xudatda,  sonra  isə  Qubada 
olan Quba xanlığının yaranması faktı deyilənlərin daha bir təsdiqidir.
 * * * 
Quba  xanlığının  sözün  həqiqi  mənasında  əsasını  Hüseyn  Əli  xan 
qoymuşdur  (1722-1758-ci  illər),  Quba  xanlarının  əcdadı  isə  Dağıstanın 
tanınmış Qaytaq usmilərinin (hökmdarlarının) nəslindən olan I Hüseyn he-
sab edilir. Qaytaq tayfalarının iki qolu arasında qanlı ixtilaf zamanı sağ qalmış 
və sonradan İsfahana köçmüş  I Hüseyn burada tanınmış  Qacar nəslindən 
olan zəngin zadəganın qızı ilə evlənmiş və bu nikahdan oğlu Əhməd – Quba 
xanlığının  gələcək  məşhur  hökmdarı  Fətəli  xanın  babası  doğulmuşdur.  I 
Hüseyn  igidliyinə  və  alicənablığına  görə  səfəvi  Süleyman  Şah  tərəfindən 
Qubada və Salyanda xan təyin edilmişdir. I Hüseyn Qubaya gəldikdən sonra 
Xudatda qala tikdirmiş, bağlar saldırmış, Xudatı özünün iqamətgahı etmiş 
və bu vilayəti 1680 – 1689-cu illərdə idarə etmişdir. I Hüseynin, habelə onun 
oğullarının və nəvələrinin 1718-ci ilədək (Sultan Əhməd Xan öldürülənədək) 
olan hakimiyyət dövrü əsasən Quba hökmdarlarının öz irsi mülklərini – Başlı 
şəhərini qaytarmaq məqsədilə Qaytaq usmiləri ilə apardıqları müharibələrlə 
yadda  qalmışdır.  Həmçinin  belə  bir  rəvayət  mövcuddur  ki,  I  Hüseyn 
İsfahanda olarkən şiəliyi qəbul etmişdir ki, bu da onun bütün gələcək nəsli 
(həmçinin şiə) ilə Qaytaq usmiləri – ənənəvi sünnilər arasında çəkişmələrə 
səbəb olmuşdur. (20) Bu müharibələr, bir qayda olaraq gah bu, gah digər 
tərəfin qələbəsi ilə bitsə də, nəticədə Əhməd xan (I Hüseynin oğlu) və Sul-
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
10
tan  Əhməd  (I  Hüseynin  nəvəsi)  öldürülmüş,  Sultan  Əhmədin  azyaşlı  oğlu 
Hüseyn Əli isə qohumları tərəfindən xilas edilərək, Axtıya aparılmışdır. 1718 
- 1822-ci illərdə Qubada hakimiyyət Şirvanın Şamaxı şəhərini ələ keçirmiş 
iki feodal – Qazıqumıklı Surxay xan ilə Müşkürlü Molla Hacı Davud arasında 
bölüşdürülmüşdür.
Bu  vaxt  İran  da  təlatümlü  günlərini  yaşayırdı.  1721-ci  ildə  Mahmud 
xanın başçılığı ilə üsyan qaldıran əfqan-gilzay tayfaları 1722-ci ildə Hüseyn 
şahı  devirməyə  müvəffəq  oldular.  Lakin  İranın  əfqanlara  tabe  olmayan  üç 
şimal əyaləti – Gilan, Mazandaran və Cənubi Azərbaycan Hüseynin oğlunu, 
Azərbaycan şəhəri Ərdəbildə oturmuş II Təhmasibi şah elan etdilər.
XVII  əsrin  sonunda  –  XVIII  əsrin  əvvəlində  Azərbaycan  torpaqları 
artıq  Rusiya  dövlətinin  diqqət  mərkəzinə  düşdü.  Belə  ki,  I  Pyotrun  çarlıq 
etdiyi  dövrdə  əhəmiyyətli  dərəcədə  güclənmiş  Rusiyanın  Qafqazın  cənub 
ərazilərində,  xüsusilə  də  Azərbaycanda  bol  olan  xammal  mənbələrinə 
ehtiyacı var idi. Xəzər sahilinin ələ keçirilməsi, Qafqaza, daha sonra isə Orta 
Asiyaya doğru irəliləmək yolunda əhəmiyyətli addım kimi Rusiya imperato-
runun əsas strateji məqsədi olur. 1722-ci ilin yazında I Pyotr böyük qoşunla 
Həştərxana  doğru  yürüş  etdi,  1723-cü  il  yayın  əvvəlində  rus  qoşunları 
Dərbəndi tutdu, 17 iyulda isə rus hərbi gəmiləri Bakı buxtasına daxil oldular. 
1723-cü ilin sentyabrında II Şah Təhmasib Rusiya ilə müqavilə bağladı və bu 
müqaviləyə əsasən əfqanlara qarşı mübarizədə ona vəd olunan yardıma görə 
Dərbənddən Astrabada qədər, yarımmüstəqil Quba xanlığının ərazilərinin də 
daxil olduğu, Xəzərin sahilyanı torpaqlarını Rusiyaya güzəştə getdi. Həmin 
vaxt Qubanı (Şirvanın tərkibində) ələ keçirmiş Surxay xan və Hacı Davud isə 
öz üzərilərində 1723-cü ildə İran ilə müharibəyə başlayan Sultan Türkiyəsinin 
hakimiyyətini tanıdılar.
Xəzəryanı  ərazilərdə  Rusiya  dövlətinin  uğurlarından  narahat  olan 
Osmanlı  imperiyası  öz  qoşunlarını Cənubi  Qafqaz ərazilərinə  göndərdi  və 
1724-cü ildə İrəvanı, sonra isə Həmədan şəhərini ələ keçirdi. 1724-cü ilin 23 
aprelində Türkiyə  ilə  Rusiya arasında Konstantinopol  müqaviləsi  bağlandı. 
Bu  müqaviləyə  əsasən  Türkiyə  Xəzəryanı  torpaqları  Rusiyanın  ərazisi  kimi 
tanıdı,  Rusiya  isə  Türkiyənin  qərbi  İranı  işğal  etməsinə  öz  razılığını  verdi. 
1725-ci ilin avqustunda türklər Gəncəni, sonra Təbrizi, payızda isə Ərdəbili 
və Qəzvini tutdular. 1727-ci ildə Türkiyə İsfahanda taxtı ələ keçirmiş Əşrəf ilə 
müqavilə bağladı. Bu müqaviləyə əsasən Türkiyə yalnız Rusiya ilə bağladığı 
Konstantinopol  müqaviləsində  nəzərdə  tutulmuş  bütün  torpaqlara  deyil, 
həm də Zəncan, Qəzvin, Sultaniyyə, Təbriz və hətta Xuzistana sahib oldu.
Beləliklə,  Rusiyanın  himayəsi  altında  qalan  Quba  xanlığının  da  daxil 
olduğu  Xəzəryanı  torpaqlar  istisna  olmaqla,  Azərbaycanın  demək  olar  ki, 
bütün  ərazisi  yenidən  Sultan  Türkiyəsinin  əlinə  keçdi.  1726-cı  ildə  Rusiya 
dövləti Quba xanlarının varislik hüquqlarını tanıyaraq, Rusiyaya sədaqət andı 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə