Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə6/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   2   3   4   5   6   7   8   9   ...   112

13
nümayəndələri tərəfindən yaradılmışdı”. (30) 
Qeyd etmək lazımdır ki, Azərbaycan xanlıqlarının yaranmasını uğurlu 
edən  amillərdən  biri  də  İran  taxtı  uğrunda  Nadir  şahın  varisləri  arasında 
başlamış və demək olar ki, 10 il davam etmiş (1748-1758-ci illər) mübarizə 
olmuşdur.
Beləliklə, XVIII əsrin ortalarından etibarən Azərbaycanın tarixində, “si-
yasi  cəhətdən  bir  sıra  müstəqil  və  yarımmüstəqil  xanlıqlara  parçalanaraq, 
siyasi səhnədə vahid dövlət kimi çıxış etməsə də”, çox mühüm dövr - ölkənin 
müstəqillik əldə etdiyi bir dövr başlayır. (31) Bu bir neçə onilliyi əhatə edən 
mərhələ (yarım əsrdən çox) həm də Azərbaycan xanlıqlarının - Şəki, Qarabağ, 
Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Dərbənd, Təbriz, Sərab, Ərdəbil, Xoy, 
Urmiya, Qaradağ, Talış, Marağa və Makunun dövlətçilik funksiyalarını yerinə 
yetirməsi dövrü də hesab edilə bilər. Bu dövr daha kiçik dövlət cəmiyyətləri 
kimi Qutqaşen, Qəbələ, Ərəş, Qazax, Şəmşədil, İlisu sultanlıqları yaranmışdı. 
İlisudan şimal-qərbdə Car-Balakən cəmiyyətləri yerləşirdi.
Bununla  belə,  XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanda  vahid  iqti-
sadi  mərkəzin  olmaması,  ayrı-ayrı  əyalətlərin  kifayət  qədər  qapalı  şəkildə 
dolanması,  yerli  feodalların  –  xanların,  sultanların,  məliklərin,  bəylərin 
çox  hissəsinin  yalnız  öz  şəxsi  müstəqilliyinin  qayğısına  qalması  və  feodal 
parçalanmanın  saxlanılmasında  maraqlı  olması  ölkənin  birləşməsinə  və 
mərkəzləşdirilmiş hakimiyyətin yaradılmasına ciddi şəkildə əngəl törədirdi. 
Azərbaycanın demək olar ki, bütün xanlıqlarının tarixi fasiləsiz müharibələr 
və saray çevrilişləri ilə zəngindir. Bu dövrdə Urmiya, Şəki, Qarabağ, Quba, Xoy 
daha qüdrətli xanlıqlar olmuşlar. Təsadüf deyil ki, bu xanlıqların başçılarının 
sırasından Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə səy edən çox 
güclü şəxsiyyətlər çıxmışdır ki, bu da XVIII əsrin ikinci yarısında Azərbaycanın 
siyasi həyatında son dərəcə mühüm hadisə olmuşdur. Belə tanınmış siya-
si  xadimlərdən  cənubda  Urmiya  xanlığının  əsasını  qoyan  Fətəli  xan  Əfşar, 
şimalda isə Fətəli xan Qubalı olmuşdur (1736-1789). 
Azərbaycanın tarixində məhz Hüseyn Əli xanın oğlu, atasının ölümün-
dən  sonra  hakimiyyətə  gəlmiş  Fətəli  xanın  hakimiyyəti  dövründə  (1758-
1789) Quba xanlığının rolu və əhəmiyyəti kəskin surətdə yüksəlmişdir. 1760-
1780-ci illərdə Fətəli xan on ildən artıq bir müddətdə (1757-1768) göstərdiyi 
səylərdən sonra Azərbaycanın şimal-şərq torpaqlarını – Salyan sultanlığını, 
Dərbənd, Bakı və Şamaxı xanlıqlarını öz torpaqlarına birləşdirə bilir. Tezliklə 
Şəki  xanlığı  da  Quba  xanlığından  asılı  vəziyyətə  düşür.  XVIII  əsrin  60-cı 
illərində Azərbaycan torpaqlarının böyük hissəsini bir dövlət hüdudlarında 
cəm edən Quba xanlığı ən qüdrətli xanlıqlardan birinə çevrilir. Belə ki, həmin 
dövr Quba xanlığının sərhədləri cənubda Talış xanlığı, qərbdə Şəki xanlığı, 
cənub-qərbdə isə Qarabağ xanlığı ilə həmsərhəd idi. (32) 
Lakin  şimal-şərqi  Azərbaycan  torpaqlarının  siyasi  birliyinin  bərpa 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
14
edilməsi  təkcə  Fətəli  xanın  bilavasitə  rəqiblərini  –  Qaraqaytaq  usmisi 
Əmir Həmzəni, Şamaxıdan Ağası xanı, Qarabağdan İbrahim xanı və Kartli-
Kaxetiyanın çarı II İraklini deyil, həm də 1763-cü ildə öz rəqibləri üzərində 
qələbə çalaraq İranı yenidən birləşdirmiş, təmiz fars sülaləsi olan Zəndlərin 
nümayəndəsi Kərim xan Zəndin şəxsində İranın mərkəzi şah hakimiyyətini 
də  narahat  edirdi.  Mənbələrdən  göründüyü  kimi,  Kərim  xan  Zənd  Gilan 
xanı Hidayət xanın vasitəsilə “öz elçilərini Fətəli xanın yanına göndərmiş və 
ona, Rusiyadan əl çəkəcəyi təqdirdə yüksək vəkillik dərəcəsinin veriləcəyini 
bildirmişdir”. (33) 
Burada Rusiyanın xatırladılması təsadüfi deyildi. Belə ki, rus qoşunla-
rının Fətəli xan üçün ən çətin bir dövrdə ona ciddi yardım göstərməsi və 
Dərbəndin mühasirədən çıxarılması uğrunda dağıstanlılarla döyüşdə (1774-
cü il) qubalılarla birlikdə fəal iştirak etməsi hamıya bəlli idi. 
Mümkündür  ki,  Kərim  xan  Zənd  Fətəli  xana  belə  təklifləri  bir  neçə 
dəfə etmişdir və bunu Fətəli xan özü də təsdiqləyir: “Hazırda bütün İranın 
hökmdarı olan Kərim xan məni öz xidmətinə və razılığa təhrik etmək niyyətilə 
paytaxt şəhəri Şirazdan mənim yanıma bir çox hədiyyələrlə...və böyük pul 
xəzinəsi ilə inandığı elçilərindən ibarət bir neçə adam göndərmişdir, amma 
mən ... onu qətiyyən qəbul etmədim”. (34) Bu imtina Fətəli xana qarşı yenidən 
hərbi  əməliyyatların  başlanması  ilə  nəticələnir  və  bu  əməliyyatlarda  onun 
Azərbaycan xanlarından olan düşmənləri də iştirak edirlər. Lakin Kərim xan 
Zəndin 1779-cu ildə vəfatı İranda mərkəzi hakimiyyətin yenidən zəifləməsinə 
gətirib çıxardı və son nəticədə İran dövləti yenidən parçalandı. 
Zəndlərin  hakimiyyətini  tanımayanların  sırasında  Qacarlar  nəslinin 
nümayəndəsi olan Ağa Məhəmməd xan da vardı ki, öz hakimiyyətini Mazan-
daranda  möhkəmlədərək,  onu  İranın  şimal  əyalətlərində  genişləndirməyə 
başlayır və ilk olaraq Gilan xanlığına hücum edir. Öz ölkəsindən sıxışdırılmış 
Gilanlı Hidayət xan Fətəli xan Qubalının yanında sığınacaq taparaq ondan 
yardım  istəyir.  1781-ci  ilin  yazında  Fətəli  xan  Gilana  yürüş  təşkil  edir.  Bu 
yürüşün ən diqqətəlayiq cəhəti ondan ibarət idi ki, ilk dəfə olaraq İranın şah 
taxtına iddiaçı olan Qacara qarşı müharibədə Azərbaycanın demək olar ki, 
bütün əyalətlərindən – Quba, Dərbənd, Bakı, Şamaxı, Cavad, Şəki, Qarabağ, 
Talış və Ərdəbil xanlıqlarından olan hərbi qüvvələr və dəstələr birləşmişdi. 
Bu yürüşdə həmçinin Tarkov Şamxalı və Qaraqaytak usmisinin qoşunları da 
iştirak  edirdilər...  O  dövrün  mənbələrinin  şəhadətinə  görə  “gətirilmiş  bü-
tün qoşunlar daha çox Fətəli xanın cəhdləri sayəsində toplanmışdı, ümumi 
komandanlığı  isə  Quba  sərkərdəsi  Mirzə  bəy  Bayat  həyata  keçirirdi”.  (35) 
Tanınmış  Azərbaycan  tarixçisi  A.S.Sumbatzadənin  fikrinə  əsasən:  “Gilana 
yürüş  iştirakçılarının  belə  mötəbər  tərkibi  şah  İranına  qarşı  mübarizədə 
azərbaycanlıların şüurunun yetkinlik dərəcəsini və birlik hissini nümayiş et-
dirirdi”. Məhz “Gilandakı qələbədən ruhlanan Fətəli xan Cənubi Azərbaycan 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə