Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə7/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   2   3   4   5   6   7   8   9   10   ...   112

15
xanlıqlarının  heç  olmasa  bir  hissəsini  ozünün  yaratdığı  birliyə  qatmaq 
haqqında çoxdan düşündüyü planı həyata keçirmək qərarına gəlir”. (36) 
1784-cü ilin yazında Fətəli xan Ərdəbilə yürüş təşkil edir və may ayında 
onu ələ keçirir, sonra Meşkini də tutaraq cənub-qərbə hərəkət edir. Lakin Fətəli 
xana öz planlarını həyata keçirmək qismət olmur. Belə ki, onun bu cəhdləri 
yalnız Azərbaycanın bir neçə güclü xanlarının, gürcü çarı II İraklinin və bir sıra 
Dağıstan hakimlərinin deyil, həm də əsasən, Rusiya hökumətinin müqaviməti 
ilə qarşılaşır. Əlbəttə, Fətəli xan artıq həmin dövrdə “knyaz Potyomkin-Tavri-
çeskinin  məxfi  planının”  mövcud  olduğunu  ağlına  gətirə  bilməzdi.  Həmin 
plana  əsasən  “İrandakı  qarışıqlıqdan  istifadə  edilərək,  Bakı  və  Dərbənd  ələ 
keçirilməli, Gilan da onlara birləşdirilməli və Albaniya adı ilə böyük knyaz Kon-
stantin Pavloviç üçün gələcək miras kimi qoyulmalı idi”. (37) 
80-ci illərin ikinci yarısında İranda şah taxt-tacı uğrunda mübarizədə 
Ağa Məhəmməd xan Qacar üstün gəlməyə başlayır. Hələ şah olmadan Ağa 
Məhəmməd xan Qacar Fətəli xan Qubalıya və II İrakliyə məktublar göndərərək 
onun hakimiyyətinin tanınmasını və Rusiya ilə bütün əlaqələrin kəsilməsini 
tələb edir. Yaxınlaşan təhlükədən qorunmaq üçün 30 ilə yaxın rəqib olmuş və 
bir-birinə düşmənçilik etmiş Cənubi Qafqazın bu iki ən güclü siyasi xadimi ilk 
dəfə həm İran, həm də Türkiyədən gözlənilən təhlükələrdən birgə müdafiə 
olunmaq haqqında müqavilə bağlayırlar (1787-ci il). Fətəli xan sonrakı illərdə 
öz müttəfiqləri ilə birlikdə Ağa Məhəmməd xan Qacarın Cənubi Azərbaycan 
vasitəsilə Cənubi Qafqaza hücumlarının qarşısını müvəffəqiyyətlə alırdı. La-
kin, 1789-cu ilin martında öz şöhrətinin və yaratdığı şimal-şərqi Azərbaycan 
birliyinin qüdrətinin ən yüksək zirvəsində olan Fətəli xan vəfat etdi. Tanınmış 
Azərbaycan tarixçisi A.S.Sumbatzadə Qubalı Fətəli xan fəaliyyətini xarakterizə 
edərək “onun bütün həyatından qırmızı xətlə keçən üç cəhəti” xüsusi ola-
raq  qeyd  edir:  “Birinci,  Azərbaycanın  İrandan  ayrılması  uğrunda  qeyri-
şərtsiz mübarizə və vahid Azərbaycan dövlətinin yaradılması; ikinci, Sultan 
Türkiyəsindən açıq-aşkar surətdə aralanması, və üçüncü, Rusiya ilə ittifaqa 
və dostluğa daimi sədaqəti”. (38) 
Əlbəttə, Fətəli xanın Qafqazın və o cümlədən Azərbaycan torpaqlarının 
gələcəyinə  dair  Rusiya  dövlətinin  “məxfi  plan  və  niyyətlərindən”  xəbəri 
olacağı təqdirdə, onun Rusiya ilə sonrakı münasibətlərinin necə düzələcəyini 
söyləmək çətindir. Lakin, heç şübhəsizdir ki, Qubalı Fətəli xan hakimiyyətinin 
artıq  ilk  illərində  öz  irsi  xanlığının  –  Qubanın  hüdudlarından  xeyli  kənara 
çıxaraq formalaşmaqda olan Azərbaycan xalqının maraqlarının və məqsəd-
lərinin təmsilçisi kimi, XVIII əsrin ikinci yarısında Azərbaycanın görkəmli si-
yasi və dövlət xadimi olmuşdur.
Qeyd etmək lazımdır ki, Fətəli xanın dövründə Quba xanlığının siya-
si tarixi hərbi yürüşlər və hücumlar kimi faktlarla zəngin olsa da, bu dövr, 
ümumilikdə həmin əyalətin tarixində ən parlaq bır dövr sayıla bilər. Eyni za-
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
16
manda, bu dövr, təkcə Qubanın deyil, bütün Azərbaycanın ərazisinin Fətəli 
xanın  hakimiyyəti  altında  olan  böyük  hissəsinin  dinc  sakinləri  üçün  daha 
sakit və sabit bır zaman kəsiyi hesab edilə bilər. Belə ki, bu ərazilərdə yaşayan 
əhali etibarlı şəkildə müdafiə olunmaqla, sonsuz müharibələrdən və dağıdıcı 
işğallardan dinclik əldə edə bilmişlər.
Xüsusi olaraq bunu da qeyd etmək lazımdır ki, Fətəli xan tərəfindən 
yaradılmış  Azərbaycan  torpaqlarının  Şimal-şərqi  birliyinin  dəftərxanasında 
bütün dövlət aktlarının və rəsmi yazışmaların dili Azərbaycan dili olmuşdur 
ki,  bu  da  Azərbaycan  dilinin  bu  dövrdə  dövlət  dili  kimi  rəsmi  statusunun 
təsdiq edildiyini göstərir. 
Fətəli  xanın  ölümündən  sonra  onun  varisləri  olan  oğulları  Əhməd 
xan  (1789-1791)  və  Şeyxəli  xan  (1791-1810),  həm  şəxsi  keyfiyyətləri,  həm 
də yaranmış siyasi şərait səbəbindən, artıq hakimiyyətin yüksək mövqeyi-
ni  və  müstəqilliyini  qoruyub  saxlaya  bilmədilər  və  atalarının  Quba  xanlığı 
ətrafında yaratdığı Azərbaycanın birliyi parçalandı. 
XVIII  əsrin  sonu  –  XIX  əsrin  əvvəlində  Azərbaycanın  daxili  vəziyyəti 
və  onun  hüdudlarının  xaricindəki  siyasi  vəziyyət  kifayət  qədər  mürəkkəb 
olaraq  qalırdı.  Bir  tərəfdən  ölkənin  sosial-iqtisadi  geriliyi,  Rusiya  və  İran 
qoşunlarının aramsız və saysız yürüşləri, digər tərəfdən isə müxtəlif xanların 
şəxsi  iddiaları,  öz  aralarında  barışmazlıqları  və  digər  amillər  Azərbaycan 
torpaqlarının birləşmə prosesinə və vahid dövlətin yaranmasına imkan ver-
mirdi. Belə bir şəraitdə, Qafqazı tamamilə tabe etmək niyyətlərini açıq-aşkar 
nümayiş etdirməklə, həmin dövr xüsusilə fəallaşan istər Rusiyanın, istərsə də 
İranın imperiya planları qarşında Azərbaycanda davam gətirə biləcək vahid 
qüvvə yox idi.
1795-ci  ilin  yayında  Ağa  Məhəmməd  xan  Qacarın  qoşunları  Cənubi 
Qafqazın hüdudlarını keçdi və Talış, Naxçıvan, İrəvan xanlıqlarını talan etdi. 
Lakin Şuşa qalasını tutmaq cəhdi uğursuz olduqdan sonra, Ağa Məhəmməd 
xan qalanın 33 günlük mühasirəsinə son qoyaraq öz qoşunlarını Gürcüstana 
yeritdi.
İran qoşunlarının Cənubi Qafqaza soxulmasından narahat olan və yerli 
hakimlərin İrana qarşı mənfi əhval-ruhiyyəsini nəzərə alan Rusiya hökuməti 
də  1796-cı  ilin  aprelində  V.Zubovun  komandanlığı  altında  öz  qoşunlarını 
Azərbaycana  göndərdi.  Ağa  Məhəmməd  xan  Cənubi  Qafqaz  hüdudlarını 
tələsik tərk etdi. Bu dəfə rus qoşunları demək olar ki, qısa müddət ərzində 
maneəsiz  (Dərbənd  qalasının  azmüddətli  müqaviməti  istisna  olmaqla) 
Quba, Bakı, Şamaxı və Gəncəni tutdular. Lakin 1796-cı ildə II Yekaterinanın 
ölümündən sonra taxta oturmuş I Pavel rus qoşunlarını təcili surətdə geri 
çağırdı.  Ağa  Məhəmməd  xan  bundan  ruhlanaraq  1797-ci  ildə  yenidən 
Azərbaycana,  Qarabağ  xanlığına  soxuldu.  Bu  dəfə  satqınların  köməyi  ilə 
düşmən qoşunları Şuşanı tuta bildilər. Çox keçmədən Ağa Məhəmməd xan 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə