Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə8/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   4   5   6   7   8   9   10   11   ...   112

17
saray əyanlarının və yerli feodalların sui-qəsdi nəticəsində öldürüldü, lakin 
onun ölümü Azərbaycan xanlıqları üçün İran tərəfdən olan təhlükəni aradan 
qaldırmadı.  İranın  yeni  şahı  –  Fətəli  xan  yenidən  Qafqaz  hökmdarlarının 
itaətkarlığına nail olmağa çalışdı. 
Həmin  bu  vaxtlar  hiss  olunacaq  dərəcədə  güclənmiş  Rusiya  regio-
nun istilasının ikinci mərhələsinə başladı. Bu işdə əsas istinad vasitəsi kimi 
yerli xristianlara, ilk növbədə özlərinin dövlət quruluşu olmayan və rusları 
öz himayədarları kimi görən ermənilərə ümid edilirdi. Qeyd edilməlidir ki, 
Rusiya hökumətinin Azərbaycana dair hələ olduqca ehtiyatlı siyasət apardığı 
həmin dövrdə bir çox Azərbaycan xanları özləri üçün daha böyük təhlükəni 
Türkiyədə,  və  xüsusilə  də  İranda  görürdülər.  Rusiya  imkan  dairəsində, 
Azərbaycan xanlıqlarını işğal etməyə yox, daha çox onları müqavilələr bağla-
maq yolu ilə özündən asılı hakimlərə çevirməyə çalışırdı, bu zaman xanlar 
da daxili işlərində hədsiz hakimiyyətə malik olaraq qalırdılar. Məsələn, Quba 
xanlığı  ilə  Rusiya  hökuməti  arasında  artıq  yaranmış  münasibətlərdən  irəli 
gələrək, 1802-ci ildə Georgi müqaviləsi bağlanmışdı ki, bu müqaviləyə əsasən 
Şeyxəli xan Quba və Dərbənd xanlıqlarının idarəçiliyinə təhkim olunmuş və 
bu xanlıqların Rusiyanın tabeçiliyinə keçməsi rəsmiləşdirilmişdi.  Lakin, çox 
keçmədən rus qoşunlarının yürüşü istila xarakteri almağa başladı. 1801-ci 
ildə Rusiya imperiyası tərəfindən Şərqi Gürcüstan ələ keçirildi. Gürcülərdən 
asılı vəziyyətdə olan Qazax və Şəmşədil xanlıqları da Rusiyanın nüfuzu altına 
düşdülər. 
1803-cü ildə rus qoşunları Car-Balakən camaatını zəbt etdilər. 1804-
cü ilin əvvəllərində sayca böyük üstünlük təşkil  edən rus qoşunları başda 
Cavad  xan  və  oğlu  olmaqla  fədakarcasına  müqavimət  göstərən  Gəncə 
müdafiəçilərini qan içində boğaraq şəhəri ələ keçirdilər. Gəncə xanlığı ləğv 
edildi,  Gəncə  şəhərinin  adı  isə  dəyişdirilərək  Yelizavetpol  ilə  əvəz  olundu. 
Gəncə xanlığı ilə birlikdə Samux sultanlığı da rus qoşunları tərəfindən tabe 
edildi.
Rusiya  imperiyasının  işğalçı  uğurları  İranı  narahat  etməyə  bilməzdi 
və  1804-cü  ilin  iyununda  bu  iki  dövlət  arasında  müharibə  başladı.  İran 
qoşunları  Qarabağa  soxuldular,  lakin  burada  İbrahim  Xəlil  xanın  ordu-
su  tərəfindən  darmadağın  edildilər.  Bu  hadisənin  İran  şahı  tərəfindən 
bağışlanmayacağını bilən İbrahim Xəlil xan 1805-ci il mayın 14-də Qarabağ 
xanlığı üzərində Rusiyanın protektoratının tanınması haqqında rus generalı 
Sisianovla müqavilə bağladı. Şəki xanı Səlim xan da Rusiyanın protektoratını 
qəbul  etdi.  Rusiya  imperatorunun  hakimiyyəti  Qarabağ  və  Şəki  xanları 
tərəfindən tanındıqdan sonra İran ordusu bir daha Qarabağa soxuldu, la-
kin  Şuşanı  və  Gəncəni  ələ  keçirə  bilməyərək,  Tiflis  üzərinə  hərəkət  etdi. 
Bu zaman Sisianov Azərbaycan xanlıqlarını istila etməkdə davam edirdi və 
Şamaxı xanlığı alındıqdan sonra rus qoşunları dənizdən və qurudan Bakıya 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
18
yaxınlaşdılar. Bakının təslim olmaqdan imtina etməsinə cavab olaraq şəhər 
dəniz donanması tərəfindən atəşə tutuldu və yalnız bundan sonra Bakı ha-
kimi Hüseynqulu xan şəhəri təslim etməyə razılıq verdi. 1806-cı il fevralın 
8-də Hüseynqulu xan Bakı qapılarının önündə general Sisianovla görüşərkən 
xanın qohumlarından biri generalı öldürdü.
Komandansız qalan rus ordusu Sara adasına tərəf geri çəkildi. Sisia-
novun ölümü haqqında xəbər tutan İran qoşunları növbəti dəfə Qarabağa 
soxuldular və Şuşanı mühasirəyə aldılar. İbrahim Xəlil xan ailəsi ilə birlikdə 
Xankəndi  şəhərinə  köçdü.  Ruslar  bu  köçə  şübhə  ilə  yanaşdılar  və  mayor 
Lisaneviçin başçılıq etdiyi rus əsgərlərindən ibarət dəstə, xanın düşərgəsinə 
hücum edərək, İbrahim Xəlil xanı və onun bütün ailəsini öldürdü. Bu hadisə 
Şəki şəhərində ruslara qarşı üsyanın başlanmasına səbəb oldu və nəticədə 
Şəki xanı rus qoşunlarını öz torpaqlarından qovub çıxardı. Rus ordusu isə 
öz  növbəsində  Şuşadakı  qarnizonunun  köməyinə  çataraq,  Qarabağı  İran 
qoşunlarından azad etdi. 
Şahın məğlubiyyəti Bakı və Quba xanlıqlarının taleyini həll etdi. Rus 
qoşunları  Azərbaycan  xanlıqları  üzərinə  hərbi  əməliyyatlar  apardığı  za-
man  Şeyxəli  xan  da  öz  mövqeyini  dəyişərək  onun  düşmənləri  –  İranın  və 
Türkiyənin  xeyrinə  Rusiya  ilə  qarşıdurma  yolunu  seçdi.  Onun  bu  addımı 
qarşısında  Rus  komandanlığı  Şeyxəli  xanın  müstəqilliyinə  son  qoymağı 
qərara  aldı.  1806-cı  ilin  sentyabrında  Bulqakovun  komandanlığı  altında 
rus qoşunları Quba üzərinə hərəkət etdilər və onlara müqavimət göstərən 
Azərbaycan qoşunlarını oktyabrın əvvəlində darmadağın edərək şəhəri tut-
dular. Lakin Qubanın alınması bu əyalətin heç də ruslara tamamilə məğlub 
olması demək deyildi. Belə ki, Şeyxəli xanın başçılığı altında qubalıların dağlı 
xalqlarla birlikdə rus istilasına qarşı ittifaqda təqribən 5 illik fədakarcasına 
müqavimət  hərəkatı  başlandı.  Rus  qoşunlarının  böyük  hissəsinin  Quba 
xanlığını  tərk  edərək  İran  və  Türkiyə  ilə  müharibəyə  getməsindən  istifadə 
edən Şeyxəli xan öz müttəfiqi Surxay xan Qazıqumuqlu ilə birlikdə 1807-
1808-ci illərdə demək olar ki, bütün xanlıqda öz hakimiyyətini bərpa edə bil-
di. 1809-cu ilin yanvarında o, Qubanı ələ keçirməyə çalışsa da məğlubiyyətə 
uğradı. (39) 
Qafqazdakı  Rus  komandanlığının  yüksək  rütbəli  hərbçilərinin  1806-
1811-ci  illərdə  Qubada  olan  vəziyyətlə  bağlı  yazışmaları  Qubalı  Şeyxəli 
xan  onlar  üçün  nə  qədər  ciddi  rəqib  olduğunu  göstərir.  Hərçənd,  bu 
yazışmalarda  Şeyxəli  xan  əvvəllər  “yelbeyin”  kimi  qınanırdı.  Bunun  səbəbi 
yəqin ki, Şeyxəli xanın “tam səmimiyyətlə tövbə edəcəyi, quldurluq həyatına 
son qoyacağı və Quba və Dərbənd əyalətlərində narahatçılıq yaratmayacağı 
təqdirdə İmperator Həzrətləri tərəfindən mərhəmətlə əfv ediləcəyi və ona 
Böyük  İmperatorun  torpaqlarında  layiqli  təminat  və  sığınacaq  veriləcəyi” 
barədə ona edilən vədlərə məhəl qoymaması idi. (40) Lakin, polkovnik Ad-


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə