Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə9/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   5   6   7   8   9   10   11   12   ...   112

19
rianovun  piyada  qoşunları  generalı  Bulqakova  15  avqust  1810-cu  il  tarixli 
raportundan  məlum  olurdu  ki,  nəinki  Şeyxəli  xan,  heç  qubalılar  özləri  də 
Quba xanlığının keçmiş torpaqlarını “Böyük İmperatorun torpaqları” hesab 
etmirdilər: “Quba əyaləti üsyan qaldırıb, Şeyxəli xanı Tabasarandan çağırıb, o 
da tabasaranlılarla birlikdə gəlib; Quba qapanıb, çünki yollar həm o tərəfdən, 
həm də bu tərəfdən kəsilibdir...». (41)
Beləliklə, 1810-cu ilin avqust ayında xalqın müstəqilliyə və azadlığa can 
atmasının sübutu kimi, yalnız bu əyalətin deyil, həm də bütün Azərbaycanın 
tarixinə daha bir parlaq səhifə yazmış (1804-cü il Gəncə döyüşlərindən son-
ra) məşhur Quba üsyanı başlandı. 
Rus  generallarının  1810-cu  il  avqust-noyabr  aylarında  bir-birinə 
göndərdiyi məxfi sərəncamlar adətən “kədərli” xəbərlərlə başlayırdı: “Mən 
indi Bakı komendantı general Repindən həyəcanlı xəbər aldım ki, Qubanın 
demək olar ki, bütün bəyləri və xalqı, xəyanət edərək, Şeyxəliyə satılıblar, 
yalnız Quba qalasının qalan sakinlər qaladakı iki batalyonla müdafiə olunur-
lar, lakin onların da Şeyxəlinin dəstəsi və üsyançılar tərəfindən hər hansı bir 
rabitə əlaqələri kəsilmişdir”; (42)
“4 ildən artıq müddət ərzində Quba əyalətində hədsiz narahatçılıqlar, 
soyğunçuluq və qətllər yaradan Şeyxəli bu il hətta ona müvəffəq olub ki, 
Dağıstanın müxtəlif xalqlarından topladığı quldur dəstəsi ilə Quba sərhədində 
peyda olaraq, Rusiyaya sədaqətini tamamilə unutmuş Quba xalqının demək 
olar ki, hamısını qiyama sövq etmişdir”; (43)
“Mən təqdim edilən 1039 və 1040 №-li raportları müxtəsər kədərlə 
aldım;  Quba  xalqının  hiddətlənmiş  Quba  bəyləri  tərəfindən  sövq  edilmiş 
ümumi qiyamını və xəyanətini görərək, belə güman edirəm ki, burada xalqın 
yelbeyinliyindən savayı digər əlavə təhrikçi səbəblər də olmuşdur ki, bunlar 
da sonradan aydın olacaqdır” – deyə general Tormasov 22 avqust 1810-cu 
il tarixdə plato-general Repinə yazırdı və bu zaman öz heyrətini gizlətmirdi: 
“məni ən çox sarsıdan sizin baş rəisinizə tabe edilmiş qoşunların anlaşılmaz 
məyusluğudur. Mən başa düşə bilmirəm, niyə bütöv 2 alay Quba qalasında 
qapanıbdır və tamamilə hərəkətsiz qalır, halbuki mən göstəriş vermişdim ki, 
qala üçün lazımi qarnizon saxlayaraq, dəstə yaratmaq və yelbeyin Şeyxəliyə 
qarşı hücuma keçmək lazım idi”. (44) 
Rus qoşunlarının məyus olması heç də səbəbsiz deyildi. Belə ki, nəinki 
“qiyamçıların”,  hətta  rusların  Azərbaycan  bəylərindən  olan  “sınanmış  və 
sadiq  müttəfiqlərin”in  davranışı  da  buna  əsas  verirdi.  Məsələn,  öz  dəstəsi 
ilə Xıdırzində postundan hərəkət edən mayor Levitskinin raportunda deyi-
lirdi:  “Ayın 13-ü səhər 2000-ə yaxın piyada və süvarilərdən ibarət düşmən 
göründü və mənim öz dəstəmlə yanından keçməli olduğum yüksəklikləri ələ 
keçirdi. Onu həmin yüksəkliklərdən vurub saldırmaq mümkün olmadıqda, 
mənim  yanımda  olan  bakılılar  bəyan  etdilər  ki,  dağların  sağ  tərəfində  yol 
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
20
var. Həmin yolla gedərkən mənə süvarilər tərəfindən sağdan güclü hücum 
edildi. Mən yüzbaşı Lyapinə, onları cəbhəyə yaxın buraxmadan atışmağı əmr 
etdim; ona piyada atıcılardan ibarət yardım verdim, bakılı Manaf bəyə əmr 
etdim ki, Əsgər Əli bəyi atışmaya göndərsin və özü də ona yardım etsin. 
Əsgər  Əli  bəy  74  nəfərdən  ibarət  bütün  Bakı  süvari  dəstəsi  ilə  düşmənin 
üzərinə atıldı və bu zaman mən təəccüblə gördüm ki, Manaf bəy, yanımdakı 
Mirzə və 3 bakılı da daxil olmaqla, onlar hamisi Şeyxəliyə tərəf keçdilər; və 
sonra düşmənlərə qarışaraq dəstəmizi atəşə tutmaqda davam etdilər... mən 
dəstəm ilə aşıb keçilməsi mümkün olmayan xəndəyə gəlib çatdım, düşmən 
isə, körpüləri götürərək, keçidin yanında dayanmışdı və irəlidə 2000-ə yaxın 
əlavə süvari və 1000 nəfərədək piyada görünürdü, – buna görə də mən 120 
nəfər piyada əsgər, 40 nəfər kazak və 1 topla buradan keçməyin mümkün 
olmayacağını anladım. Bir də Qubada da hamı qiyam qaldırıb və “yaşasın 
xan” – deyə qışqırırdı”. (45) 
“Qubalıları ram etmək üçün digər üsullar tapmadıqda”, general L.Repin 
general  Tormasovdan  “təcili  olaraq  2  batalyon  qoşun  və  kazak  polkunun 
yarısının göndərilməsini” xahiş edir və buna general Tormasov belə cavab 
verir: “...bu ərazilərdə indi mövcud olan şərait sizə belə əhəmiyyətli gücün 
ayrılmasına heç cür imkan vermir. Belə ki, buradakı qoşunların ən mühüm 
hissəsi  indi  İmeretiyada  üsyana  qalxmış  imeretiyalılara  və  onlara  yardım 
edən türklərə qarşı gərgin mübarizə aparır; digəri Kartlidə İran qoşunlarının 
yardıma  gəldiyi  Axalsixlı  Şərif  paşaya  qarşı  vuruşur,  ...üçüncü  hissəsi 
İran  vəliəhdi  Abbas  Mirzə  və  onun  qardaşı  Əli  şaha  qarşı  Pambəkdədir; 
dördüncüsü – 2 alaydan bir az olan qoşunlar Şəki, Yelizavetpol və Şəmşədil 
əyalətlərini  müdafiə  edir;  beşincisi  isə,  4  alaydan  ibarət  olmaqla,  mənim 
komandanlığım  altında  mərkəzi  mövqeləri  tutmaqla,  bir  tərəfdən  Tiflis 
istiqamətini, digər tərəfdən Qazax istiqamətini mühafizə edir və Kartaliyada 
yerləşdirilmiş qoşunları dəstəkləyir...”. (46) 
General  Tormasovun  bu  ətraflı  məktubundan  açıq-aydın  görünürdü 
ki, rus qoşunlarına “yerli əyalətlərin” “narazı” və “qiyam qaldırmış” əhalisinin 
müqavimətini yalnız Quba istiqamətində dəf etmək lazım gəlmirdi. Təsadüfi 
deyil ki, təkcə rus alayları komandanlarına deyil, süvari və piyada dəstələri 
“Quba əyalətində nizamın bərpa edilməsində” iştirak etməli olan Azərbaycan 
xanlarına və bəylərinə də ciddi göstərişlər göndərilirdi: “Şeyxəli xanın özü tu-
tulsun və ya hər hansı vasitə ilə öldürülsün, elan edilsin ki, bunu icra edən 
hər kəs çox yaxşı mükafatlandırılacaqdır və mən buna öz sözümlə təminat 
verirəm”. Bununla yanaşı, general Tormasov hər məktubunda tabeçiliyində 
olanlara  “sadiq  qalan  və  itaətkar”  Quba  sakinlərinə  qarşı  “zor  tətbiq 
etməyi”  qadağan  edir,  həmçinin  Şeyxəli  xandan  əl  çəkərək,  tövbə  edən 
və  əfv  olunmasını  xahiş  edəcək  qiyamçıların  kəndlərinə  aman  verilməsini 
tapşırmışdı: “...çünki viran qoyulmuş torpaqlar İmperator Həzrətlərinə heç bir 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə