Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə10/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   6   7   8   9   10   11   12   13   ...   299

13 

 

əlavələr  haqqında  ətək  yazılarında  qısa  məlumatlar  vermiş,  mətndə  çatışmayan  sözlər  böyük  mötərizələrdə 



mətnə əlavə olunmuşdur. 

Sənədlər  məcmuədə  iclasların  keçirildiyi  tarixlərin  xronoloji  ardıcıllığı  ilə  yerləşdirilmişdir.  Protokolların 

mətnlərində onların tarixləri müxtəlif stillə (hicri, miladi köhnə, təzə) göstərilsə də məcmuədə sənədlərin tarixi 

müasir stillə göstərilmişdir. 

Məcmuəyə  daxil  edilmiş  protokollar  oxşar  sənədlər  olduqları  üçün  onların  başlıqları  ümumiləşdirilmiş 

şəkildə  verilmişdir.  Protokolların  əvvəlində  iclasın  sədri  və  katiblərinin  adları  göstərildiyindən  təkrara  yol 

verməmək  üçün  sənədin  sonunda  onların  imzaları  buraxılmışdır.  Bütün  sənədlər  bir  arxivdən  -  Azərbaycan 

Respublikası  Dövlət  Arxivindən  götürüldüyü  üçün  mənbə  kimi  arxivin  tam  adı  deyil,  yalnız  "Arxiv"  sözü 

yazılmış fondun, siyahının, işin və vərəqlərin nömrələri göstərilmişdir. İstifadə olunmuş mətbu mənbə isə yalnız 

"Azərbaycan" qəzeti olduğundan qəzet sözü buraxılaraq "Azərbaycan" gün, ay, il və nömrə göstərilmişdir. 

Məcmuənin elmi-məlumat aparatına qeydlər və çətin başa düşülən sözlərin lüğəti daxil edilmişdir. Qeydlər 

əsasən  sətraltı  qeydlərdi.  Məcmuədə  dərc  olunan  sənədlərin  arxeoqrafik  qaydalarla  işlənilməsi,  ona  elmi 

məlumat aparatının hazırlanması və müqəddimənin yazılması Baş Arxiv İdarəsinin rəisi, tarix elmlər namizədi 

A. Ə. Paşayev tərəfindən yerinə yetirilmişdir. 

Sənədlərin  nəşrə  hazırlanmasında  Baş  Arxiv  İdarəsinin  əməkdaşları  F. Ə. Aslanova,  F. M. Səfərov, 

C. R. Abbasova, və L. A. Quliyeva iştirak etmişlər. 

[28 - 29]

 



14 

 

 



 

AZƏRBAYCAN MƏCLİSİ-MƏBUSANI 

TƏSİSİ HAQQINDA QANUN

*

 

 

GİRİŞ 



 

1917  sənəsi  aprel  ayında  toplanan  Ümum  Qafqaziya  müsəlmanları  qurultayı  Cənubi  Qafqaziya  islamları 

ümumi milliyyə və mədəniyyətlərini idarə və mənafei-siyasiyyələrini müdafiə etmək üzrə bir Mərkəzi Komitə 

təşkili  tərhini  cızaraq  müvəqqətən  Mərkəzi  Komitə  İcraatını  Bakıda  inqilab  təriqilə  təşəkkül  edən  Bakı 

komitəsinə  tərk  etmişdi.  Bakı  komitəsi  bir  zaman  Mərkəzi  Komitə  vəzifəsini  idarə  edərək  mətruh  bulunan 

Mərkəzi Komitəni təsis və vəzifəyi müvəqqətəsini məzkur Komitəyə todi eyləmişdi. Mərkəzi komitə keçən sənə 

noyabr ayında dəvət edilən milli komitələr konfransının qərarına görə Azərbaycan Məclisi-Müəssisanını bir ay 

sonraya  qədər  toplamalıydı.  Fəqət  əhvali-siyasiyyə  və  ovzuözi  daxiliyyə,  zühur  edən  həvadisi  fövqəladə  buna 

imkan verməyərək Cənubi Qafqaziyadan Rusiyə Məclisi-Müəssisaninə gedəcək əza Rusiya Məclisi-Müəssisani 

dağıldığından  dolayı  Tiflisdə  cəm  olaraq  firqə  siyahıların  təbiri  məxsus  ilə  dərinləşdirmək  təriqilə  Cənubi 

Qafqaziya  "Seymini  təşkil  etdilər.  Cənubi  Qafqaziya  müsəlman  firqələri  tərəfindən  Rusiya  Məclisi-

Müəssisanına  seçilən  14  müsəlman  məbusu  siyahılarının  firqələr  tərəfindən  dərinləşməsi  surətilə  44-ə  qədər 

çoxaldı. Azərbaycan Məclisi-Müəssisanını toplamaq qeyri-mümkün olduğunu nəzərə alaraq Cənubi Qafqaziya 

Mərkəzi  Müsəlman  Komitəsi  bu  məsələnin  həllini  "Seym"  müəssisəsində  bulunan  müsəlman  əzayə  vaküzar 

etməyi münasib gördü. Çünki bunlar Mövərayi Qafqaz Əhaliyi islamiyyəsi 

[29 - 30]

 arasında mövcud bulunan 

müxtəlif siyasi cərəyanları təmsil edir və əhalinin milyondan ziyadə rəini qazanmış müvəkkillərdi, deyə iqtidlal 

ediyor: Təşkilati milliyənin təini istiqaməti üçün bu zövat ən ziyadə səlahiyyət sahibidir deyə tərəqqi ediyordu. 

Bu  surətdə  Mavərayi-Qafqaz  islamilərinin  təşkilati  Mərkəziyyələrinə  təvaoüs  edən  Mavərayi-Qafqaz  "Seym"i 

müsəlman əzaları da Məclisi-Müəssisan toplanıncaya qədər kəndlərini Mavərayi-Qafqaz Müsəlman Şurası deyə 

elan etdilər. Şura "Seym"ə daxil olan müsəlman firqələri nümayəndələrindən mütəşəkkil bir heyəti icraiyyə dəxi 

intixab əylədi. Gürcüstanın Mavərayi- Qafqaz ittifaqından çıxaraq ayrıca elani istiqlal etməsi üzərinə Mavərayi-

Qafqaz Müsəlman Şurası bittəb, kəndisini Azərbaycan Şurayi-Millisi və buna mütəaqib Azərbaycanın istiqlalını 

elan  və  Azərbaycan  hökuməti  cümhuriyyəsini  təşkil  etdi.  Mavərayi-Qafqaz  qitəsi  birlikdə  ikən  və  burada 

bulunan başlıca üç millət arasında təyini -hüdud yox ikən Milli Şuralar birər Milli müəssisələr idi. Vəzifələrində 

bittəb məhdud və mədud idi. Elani istiqlal keyfiyyəti ilə Şuralar birər müəssisə halından çıxaraq dövlət müəssisi 

şəklini  alyorlardı.  Azərbaycan  yalnız  türklərlə  məskun  deyildir.  Bunun  üçün  də  Azərbaycan  Şurayi-Millisi 

Azərbaycan  ərazisi  üzərində  yaşayan  bütün  millətləri  təmsil  etməli  idi.  Həm  Şurayi-Milli,  həm  də  hökumət 

bunun lüzumunu idrak ediyorlardı. Fəqət əhvali fövqəladə və məmləkətin ərazisini düşmənlərdən təmizləmək 

keyfiyyəti bir aralıq qüvvəyi təşriyyənin tətiləti belə muceb oldığından bu əməliyyənin tətbiqinə şimdi təvəssül 

olunuyor. Müəyyən bir ərazi üzərində icrayi hökm edəcək qəvanin vəz edən bir məclisi təşriyyə üçün yalnız bir 

milləti təmsil etmək kafi olmadığı kimi 44 kişilik ufaq bir məclis halında olmaq daxi mümkün deyildir. Əlavə 

bərin  Azərbaycan  müsəlmanlarının  həyati  xüsusiyyələri  nöqteyi-nəzərindən  məclisimizdə  bulunan  müxtəlif 

siyasi  cərəyan  nümayəndələrindən  başqa  cəmaət  müəssisələri  ilə  doğrudan-doğruya  vilayətlərdən  göndərilən 

nümayəndələrin vücuduna böyük bir lüzum vardır. Bakı quberniyası ilə Gəncə quberniyası, Zaqatal okruqu və 

İrəvan  ilə  Tiflis  quberniyalarından  birər  hissəsi  Azərbaycan  ərazisini  təşkil  etməkdədir.  Bu  ərazi  üzərində 

Qafqasiya təqviminin hesabı üzərinə tamam rəqəmlə 2.750.000 nüfus vardır. Bundan 1.900.000 islam, 500.000-i 

erməni,  230.000-i  rus,  hər  məbus  üçün  24.000  nüfus  miqyas  alarsaq  müsəlmanlar  80,  ermənilər  21, 

[30  -  31]

 

ruslar  10,  almanlılar  1,  yəhudilər  1  məbus  çıxarılır.  Digər  xırda  millətlər  isə  miqyas  təşkil  edəcək  dərəcədə 



olmayıblar. Fəqət gürcü ilə polyak digərlərinə nisbətən daha ziyadə bir əqəliyyət təşkil eylədiklərindən onlara 

daxi betore istisna birər nümayəndəlik verilə bilər. 

Əqliyyətdə  bulunan  millətlərin  hissələrinə  gələn  nümayəndələr  cəlb  olunmaq  lazım  ikən  bittəb, 

müsəlmanlardan  mövcud  bulunan  44  Şura  əzası təfriq  olunaraq  yalnız  36  zat  yenidən  cəlb  olunacaqdır.  Cəlb 

etmək  həqqini  Şurayi-Milli  şəhər  idarələri  ilə  milli  komitələrə  müraciətlə  tətbiq  ediyor.  Yalnız  mərkəzi 

məmləkət  bulunan  Bakıda  bir  istisna  olaraq  şəhər  idarəsindən  əlavə  sinfi  müəssisələrdən  daxi  nümayəndə 

istənilər. 

 

II 

 

1 — Azərbaycan parlemanı (Məclisi-Məbusan) 120 əzadan ibarətdir. 



                                                 

*

 



Azərbaycan Milli Şurasının 1920-ci il 20 noyabr tarixli iclasında qəbul edilmişdir. 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə