Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə11/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   7   8   9   10   11   12   13   14   ...   299

15 

 

2 — Azərbaycan parlemanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab 



olunmuş əzadan təşəkkül edir: 

a)  Rusiya  Məclisi-Müəssisanına  dörd  müxtəlif  siyasi  firqə  siyahıları  mucibincə  Mavərayi-Qafqaz  əhaliye 

islamiyyəsi  tərəfindən  intixab  olunub  da  sonra  Mavərayi-Qafqaz  "Seym"ində  əza  sifətilə  bulunmuş  və  bədə 

Azərbaycan Şurayi-Millisini təşkil eyləmiş 44 zatdan; 

b)  Azərbaycan  bələdiyyələri  müsəlman  əzasilə  əskidən  mövcud  bulunan  Milli  müsəlman  komitələri  əzası 

tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan

p) Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq zəvatdan; 

t) Bakı Həmkarlar Şurası ilə Sovet siyezd, ticarət və ərbabi sənaye ittifaqından cəlb olunacaq zəvatdan. 

3 — Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq: 

a) Əhaliye islamiyyə tərəfindən: Bakı — 5; Göyçay uyezdi  — 2 (biri şəhər, biri uyezd); Cəvad — 2 (biri 

şəhər,  biri  uyezd);  Quba  —  3  (biri  şəhər,  ikisi  uyezd);  Lənkəran  —  2  (biri  şəhər,  biri  uyezd);  Şamaxı  —  2; 

Gəncə — 3 (biri şəhər, ikisi uyezd); Ərəş — 2; Cavanşir — 1; Zəngəzur — 2; Qazax — 1; Cəbrayıl — 1; Nuxa 

— 2 (biri şəhər, biri uyezd); Şuşa — 2 (biri şəhər, biri uyezd); Zaqatala — 2 (biri şəhər, biri mahal); 

[31 - 32]

 

İrəvan vilayətinin Azərbaycana keçən hissəsi — 3; Tiflis vilayətinin Azərbaycana keçən hissəsi — 1. 



Qeyd:  a)  Bakı  hissəsinə  düşən  5  zat  Bakı  bələdiyyəsi  müsəlman  əzası  tərəfindən  seçiləcəkdir.  Digər 

şəhərlərdə  daxi  şəhər  hissəsinə  düşən  nümayəndəyi  —  ümumi  intixabla  seçilmiş  müsəlman  qlasnılarını 

seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri tərəfindən intixab olunacaqdırlar. 

b) Seçkilər gizli olacaq; 

p) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən 21, 8-i Gəncə erməni əhali komitəsindən, 8-i 

Şuşa  erməni  əhali  komitəsindən,  5-i  də  Bakı  erməni  əhali  komitəsindən;  rus  əhalisindən  Bakıdakı  rus  milli 

şurasından  —  10;  alman  əhalisi  təşkilati-milliyyəsindən  —  1;  yəhudi  şurayi  milliyyəsindən  —-  1;  Gürcü 

komitəsindən — 1; Polyak komitəsindən — 1. 

t)  Bakı  həmkarlar  Cəmiyyəti  Şurasından  —  3,  Bakı  Sovet  siyezd  və  ticarət-sənaye  cəmiyyətlərindən 

müştərəkən — 2. 

Qeyd: 1 — Bələdiyyəsi və milli komitəsi olmayan qəzalar nümayşndələrini köy obşestva nümayəndələrinin 

ictimaində təyin edə bilərlər. Bir ictimai hər obşestvadan birər nümayəndə göndərilmək surətilə hasil olur. 

Qeyd: 2 — Əhvali fövqəladə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təin edər. 

Qeyd:  3  —  Şurayi-Millinin  əsaslı  üzvlərini  təşkil  edən  44  əzadan  biri  istefa  edər,  mərhum  olur  və  yaxud 

başqa  bir  səbəblə  məclisdən  çıxarsa,  onun  əvəzinə  mənsub  bulunduğu  siyahının  mərtəbi  bulunan  firqəyi 

müəssisani tərəfindən başqa birisi təyin olunur. 

Qeyd: 4 — Cəlb olunacaq şəxasın intixabati şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy sudyalar və ya 

onların müavini və əqəliyyətə mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs və nəzarəti ilə icra olunur və 

intixab olunacaq zəvaətə kəndi imzaları ilə keyfiyyət intixabi müvəzzəh və müsəddiq etimadnamələr verilir 

Şurayi-Milli rəisi    



 

 

 



 

 

Məmməd Əmin Rəsulzadə 



 

Arxiv, f. 895, siy. 3, iş. 7, vər. 1-2, iş. 187, vər. 1-2. 


16 

 

 



 

№ 1 

 

Azərbaycan parlamentinin açılışı 

 

7 dekabr  1918-ci  il 

 

İclas günorta saat 1-25 dəqiqədə Şurayi-Milli rəisi Məmməd Əmin Rəsulzadə əfəndinin nitq iftitahilə açılır. 



Məmməd  Əmin  Rəsulzadə  —  Möhtərəm  məbuslar!  Azərbaycan  Cümhuriyyətinin  ilk  Məclisi-Məbusanını 

açmaq yomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm. (Alqışlar). 

Əfəndilər! Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər arasında bir həqiqəti-bahirəyi dəxi elan etmiş 

idi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi. Rusiya inqilabı təbiətində mövcud olan ruhə sadiq 

qalaraq  təbii  yolu  ilə  inkişaf  etsə  idi,  millətlərin  hüququnu  təmin  ilə  muxtariyyətlərdən  mütəşəkkil  azad  və 

demokratik bir Rusiyəyi bir an  əvvəl təsis edəcək idi. O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da 

həyati-siyasiyyələri  digər  məhkum  millətlərlə  bərabər,  başqa  bir  təriqdə  cərəyan  edəcəkdi.  Millətlərə  kəndi 

müqəddəratının  təyinini  pək  səmimanə  bir  surətdə  Rusiya  Məclisi-Müəssisəsanından  gözlədilər.  Fəqət, 

Rusiyada  inqilab  və  demokratik  naminə  zühur  edən  məkus  bir  istibdad  nə  kimi  xarabalıqlar  yaratdıqını 

bilirsiniz.  İnqilab  naminə  hökmfərman  olan  anarxiya  və  millətlərin  hüququ  elanından  sonra  verilən  qatı 

mərkəziyyətçilik  Zaqafqaziya  millətlərini  kəndi  başlarının  çarəsinə  baxmaya  sövq  etdi.  Zaqafqazyada  Rusiya 

Məclisi-Müəssisasına  intixab  olunan  məbuslar  kəndilərini  vəkil  edən  cəmaətin  hüququnu  Zaqafqaziya 

"Seymini" təşkil və onun istiqlalını elan etməkdə gördülər. 

[33 - 34] 

Eyni  məntiq  nəhayət  Azərbaycan  əhalisi  tərəfindən  seçilən  vəkillərin  Şurayi-Milli  təşkilinə  sövq  etdi,  bu 

Şurayi-Milli  isə  Azərbaycan  istiqlalını  elan  etmək  zərurəti  qarşısında  qaldı.  Azərbaycan  istiqlalı  elan  olundu. 

(Alqışlar). 

Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə 

iştə  bu  məclis  təşkil  etmişdir.  Bu  məclis  ümumi  seçki  üsulu  ilə  toplanaraq  Azərbaycan  Məclisi-Müəssisanı 

toplanıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan butün millətlərin, təbəqələrin 

və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu məclis vətənimizi tamamilə təmsil edə bilər. 

Əfəndilər! Bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç ədavətimiz və nifrətimiz yoxdur. Bezar olduğumuz 

Rusiya,  çarizm  Rusiyası,  Rusiya  istibdadır.  Rusiyaya  nifrətimiz  Rusiya  istibdadı  altında  inləyən  Rusiya 

cəmaətına  nifrət  demək  deyildir.  Bizcə,  mənfur  olan  Rusiya,  millətləri  əzən  və  hüquqlarını  verməyən  rəsmi 

Rusiyadır,  hər  bir  millət  müstəqil  və  hürr  olmalı,  hürr  olduqdan  sonra  digər  millətlər  ilə  ürəyi  istədiyi  kimi 

əqdiittifaq  etməlidir.  Bütün  dünya  millətlərinin  "Cəmiyyəti-əqvam"  vücudə  gətirməsi  bizim  ən  müəzziz 

fikirlərimizdəndir. Bu "Fedarasiyon"çularla deyil, təbii, bir meyl və arzu ilə hasil olmuşdur. (Alqışlar). 

Ərz  etdim  ki,  biz  Rusiya  camaatının  düçar  olduğu  fəlakətdən  qurtulmasını  ürəklə  istəriz.  Biz  Rusiya 

hökumətinin  həqiqi  rus  demokratiyası  əlinə  keçməsi  tərəfdarıyız.  Çünki,  Qafqaziya  dağlarının  şimalında 

təşəkkül edən müstəbid və təcavüzkar bir hökumətə biz laqeyd qala bilməriz. (Alqışlar). Biz Rusiyanın səadətini 

istəriz, Rusiya camaatını sevəriz, fəqət, kəndi istiqalalımızı da əziz tutarız. (Alqışlar). Cəbr ilə qəbul etdirilən bir 

şeydə  səadət  olmaz.  Çünki  səadət  və  hürriyyət  istiqlaldır.  (Alqışlar).  İştə  bunun  üçün  əfəndilər,  müstəqil 

Azərbaycanı  təmsil  edən  o  üç  boyalı  bayrağı  Şurayi-Milli  qaldırmış,  türk  hürriyyəti,  islam  mədəniyyəti  və 

müasir Avropa iqtidarı — əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz 

[34 - 

35]


 edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir. (Məbuslar yerlərindən qalxır, şiddətli alqışlar 

uzun müddət dəvam edir). 

Mən  buna  iman  edirəm.  Mənim  bu  imanımı  millətlərin  qəlbində  doğmuş  olan  əməl  günəşi  işıqlandırır.  Bu 

günəş bir daha üful etməyəcək. Mən vicdani-bəşəriyyətə inanıram. Milyonlar ilə insan bahasına mal olan qitali-

ümumidən sonra vicdanı-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəmməz. "Cəmiyyəti-əvvam" fikri bu 

gün  hərkəscə  qəbul  edilmiş  bir  fikirdir.  Bu  mənə  ümid  verir,  qüvvətlə  inanıram  ki,  artıq  milləti  öldürmək, 

millətin hüququnu pamal etmək qətiyyən mümkün deyildir. Qaliblər də, məğlublar da millətlərin hüququ təslim 

ediləmməz deyirlər. (Alqışlar). Yaxında açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim olacaq. Bu 

gün  əhvala  hakim  olanlar  müttəfiqlərdir.  İngiltərə,  Amerika,  Fransa  dövlətlərinin  bayraqlarında  millətlərin 

təmini-hüququ  və  "Cəmiyyəti-əqvam"  şüarı  yazılıbdır.  Dövlətlərin  Bakıda  bulunan  nümayəndələri  naminə 

general Tomson Qafqaziya məsələlərinin sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişdir. Biz 

azərbaycanlılar  bütün  mövcudiyyətimiz  ilə  kəndi  müqəddəratımızı,  kəndi  istiqlalımızı  müdafiə  və  mühafizədə 

israr edər, səbat və mətanət göstərər isək, heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti payidar olar. Fəqət, bunun 

üçün, təkrar edirəm səbat və mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat 

edəlim.  Bu  oldumu,  sizi  əmin  edirəm  ki,  kimsə  hüququmuzu  təslim  etməmək  cəsarətində  bulunmaz.  Hanki 

vicdandır ki, istiqlal istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin. (Alqışlar). 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə